27
hakimiyyəti dövründə Midiya Ön Asiyanın qüdrətli dövlətinə çev-
rildi. Kiaksarın vəfatından sonra hakimiyyətə gələn oğlu Astiaqın
(e.ə. 585-550) hakimiyyətinin son illərində Midiyanın daxili və xa-
rici vəziyyəti mürəkkəbləşmişdi. Hökmdar ilə zadəganlar arasında
ziddiyyətlər artırdı. Bir qrup əyan fars vilayətinin hakimi II Kir ilə
gizli sazişə girdi. II Kirin ordusu Astiaq ilə müharibəyə başladı və 3
ildən sonra qələbə çaldı. E.ə. 550-ci ildə Midiya dövləti süqut etdi
(1, s. 257).
Əhəməni imperiyası. II Kir Midiyanı işğal etdikdən sonra
Əhəməni fars dövlətinin əsasını qoydu. Əhəmənilər sülaləsindən
olan II Kir özünü Midiya şahı elan etdi. Əhəməni dövlətinin
paytaxtı Ekbatan şəhəri oldu. II Kir bir neçə il ərzində Midiyanın
bütün ərazisini, Babilistanı, Anadoluda Lidiya dövlətini işğal etdi.
Misirə qədər Qərb ölkələri Əhəmənilərə tabe idi. II Kir e.ə. 530-cu
ildə Araz çayı yaxınlığında köçəri massaqet tayfaları ilə döyüşdə
məğlub edilərək öldürüldü. Massaqetlərin hökmdarı Tomiris adlı bir
qadın Kiri məğlub etmiş, başını kəsdirmiş və qanla doldurulmuş
tuluğa saldıraraq demişdir: “Sən qan istəyirdin, doyunca iç”. Sak-
massaqet tayfaları Orta Asiyada və Şimali Azərbaycanda yaşamış-
lar. II Kirin oğlu II Kambiz (e.ə.530-522) Misiri işğal etdi. Kambiz
Misirdə olarkən, e.ə. 522-ci ildə İranda dövlət çevrilişi olmuş,
Qaumata adlı bir maq özünü Kirin oğlu Bardi kimi qələmə vermiş
və Əhəməni taxt-tacını ələ keçirmişdir. Əhəmənilər nəslinin nüma-
yəndəsi Qaumatanın yalançı Bardi olduğunu bildirmiş və ona qarşı
sui-qəsd təşkil edərək öldürmüşlər. Beləliklə, I Dara (e.ə.522-486)
hakimiyyətə gəlir. E.ə. 522-521-ci illərdə Əhəməni dövlətinin tərki-
bində üsyanlar baş vermiş, lakin yatırılmışdır. I Dara Əhəməni im-
periyasını 20 satraplığa (canişinliyə) bölmüşdür. Azərbaycan əhalisi
Əhəməni dövlətinə vergi verirdi və onun ordusunu müharibə za-
manı hərbi dəstələrlə təmin edirdi. Makedoniyalı İsgəndər (e.ə.336-
323) yürüşü zamanı Əhəməni imperiyasına dağıdıcı zərbələr vur-
muşdur. E.ə. 331-ci ildə Şimali Mesopotamiyada Qavqamel adlı
yerdə III Dara məğlub olmuşdur (1, s. 268). III Dara imperiyanın
Şərq hissəsinə qaçmış və e.ə. 330-cu ildə yolda öz adamı Bes tə-
28
rəfindən öldürülmüşdür. Beləliklə, Əhəmənilər imperiyasına son
qoyulmuşdur. Bundan sonra İsgəndər tutduğu ərazilərlə birlikdə
Balkan yarımadasından Hindistana qədər əraziləri (Azərbaycanın
cənubu da) əhatə edən imperiya yaratmışdır.
3. Atropaten dövlətinin yaranması, onun sosial-iqtisadi
və siyasi vəziyyəti. Atropatena dövləti
E.ə. 328-ci ildə Makedoniyalı İsgəndər Atropatena dövlətinin
ilk hökmdarı olan Atropatı Midiyanın satrapı (canişini) təyin etdi.
İsgəndər Hindistanda olarkən Bariaks adlı bir nəfər üsyan qaldırmış,
özünü İranın və Midiyanın padşahı elan etmişdir. Atropat üsyanı
yatırtmış, Bariaksı əsir edib İsgəndərə təhvil vermiş və İsgəndər onu
edam etdirmişdir. Bununla Atropat İsgəndərin hörmətini qazan-
mışdır. O, qızını isə İsgəndərin ən nüfuzlu sərkərdəsi olan Perdik-
kiyə ərə vermişdir. Makedoniyalı İsgəndərin ölümündən sonra döv-
ləti müvəqqəti olaraq Perdikki idarə edirdi. Perdikki ilə qohumluq
Atropatın Midiyanın satrapı vəzifəsində qalmasına köməklik etdi.
Perdikkinin ölümündən sonra (e.ə.321) Midiya müstəqil dövlətə
çevrildi (1, s. 277).
E.ə. IV əsrin 20-ci illərindən Atropat yeni dövlətin Atropate-
nanın və ya Atropat Midiyasının hökmdarı oldu. Azərbaycanın coğ-
rafi adının yaranmasını Atropatena ilə bağlayırlar. Azərbaycan adı
eramızın VII əsrindən, ərəblərin istilasından sonra çəkilir. Atropa-
tena (Adərbayqan) dövləti əsasən indiki Cənubi Azərbaycanı və
Azərbaycan Respublikasının bəzi cənub rayonlarını əhatə etmişdir.
Ölkənin qərbində Zaqros dağ silsiləsi uzanırdı, ən böyük düzənlik
ərazisi Urmiya gölündən cənubda idi. Şimal hissədə Qaradağ dağ
silsiləsi yerləşirdi. Dağların çoxu sıx meşələrlə öltülmüşdü. Atropa-
tenanın mərkəzi şəhəri Qazaka idi. Atropatenada yaşayan tayfalar-
dan biri kaduslar idi. Midiya tayfaları arasında maqlar-atəşpərəstlik
dini ayinlərinin əsas icraçısı kimi xüsusi yer tuturdular. Atəşpərəst-
lik dininin kahini maq adlanırdı. Ərəbdilli qaynaqlarda əhalinin bir
hissəsinin azərilərdən ibarət olduğu göstərilirdi (1, s. 288). E.ə. IV
29
əsrdə Atropatena və Albaniya dövlətlərinin meydana gəlməsindən
sonra bütün Azərbaycanda vahid xalq yaranmağa başlamışdır.
Çay vadilərində, Urmiya gölü ətrafındakı torpaqlarda əkin-
çilik, bağçılıq və üzümçülük inkişaf etmişdir. Dağlıq ərazilərdə
yaylaq maldarlığı inkişaf etmişdir. Ölkənin zəngin faydalı qazıntı
yataqlarından dəmir, mis, gümüş, qızıl və s. çıxarılırdı. Atropatena-
da neft-“Midiya yağı” yataqları da var idi. Sənətkarlar yüksək key-
fiyyətli metal və gil qablar, müxtəlif silahlar, toxuculuq məhsulları,
bəzək şeyləri və s. istehsal edirdilər. Ən qədim pullar Makedoniyalı
İsgəndərin adından kəsilmişdir.
E.ə. 223-cü ildə III Antiox Selevkilər dövlətində hakimiyyətə
gəldi. III Antiox Atropatenaya hücum etmiş və qalib gəlmişdir. E.ə.
190-cı ildə Maqneziya döyüşündə romalılar III Antioxu məğlub
etdilər və Atropatena yenidən müstəqil oldu (1, s. 300-301). E.ə. I
əsrin I yarısında Romanın işğalçılıq siyasəti güclənmişdi. Atropa-
tena Romadan tam asılı olmamış, öz müstəqilliyini əsasən saxla-
mışdır. Atropatena Roma ilə döyüşə 10 min suvari, 40 min piyada
qoşun çıxarmışdır. Parfiya e.ə. 53-cü ildə romalıları məğlubiyyətə
uğratdı. Atropatena Parfiyanı müdafiə etdi. Lakin az sonra e.ə. 38-ci
ildə romalılar parfiyalıları ağır məğlubiyyətə uğratdı. Roma sər-
kərdəsi Antoni Atropatenanın mərkəzi şəhərlərindən biri Fraaspaya
hücum etmiş, uzun sürən mühasirə bir nəticə verməmiş və romalılar
geri çəkilərkən 35 min nəfərə yaxın əsgər itirmişlər. Bu hadisələr-
dən sonra Parfiya Atropatenanı bütünlüklə özünə tabe etməyə ça-
lışırdı. Belə bir şəraitdə Atropatena Roma ilə dostluq münasibətləri
yaratmağa səy etdi. E.ə. 20-ci ildə Atropatenada hakimiyyətə gələn
II Ariobarzan 10 ilə qədər Romada yaşamışdır. O, romalıların kö-
məyi ilə Ermənistanın da hökmdarı olmuşdur. Ermənistan müs-
təqilliyini itirərək, Atropatenadan asılı vəziyyətə düşdü. Eramızın
20-ci ilində Atropatenanın axırıncı hökmdarı Ariobarzın ölümündən
sonra Atropatena Parfiyanın Arşakilər sülaləsinin hakimiyyəti altına
düşdü. Parfiyanın süqutuna qədər Atropatena bu dövlətin tərkibində
qalmışdı.
Dostları ilə paylaş: |