17
nırdı. Bu qablar dulusçuluq sobalarında bişirilirdi. Metalişləmədə
ustalar zərbetmə, oyma, lehimləmə, həkketmə (qravüra) üsulları ilə
qızıl və gümüşdən zinət əşyaları hazırlamışlar. Toxuculuq, sümükiş-
ləmə, daşişləmə, ağacişləmə, gön-dəri emalı və b. sənət sahələri də
əhəmiyyət kəsb edirdi. E.ə II minilliyin axırı-I minilliyin əvvəl-
lərində dəmirdən müxtəlif əşyalar hazırlanmışdır. Sənətkarlar içə-
risindən sənətkar-tacirlər qrupu ayrılmışdır (1, s. 163-164). Onlar
hazır məhsulun satışı ilə məşğul olmuş, sonralar peşəkar tacirlərə
çevrilmişlər. Tayfa başçısının hakimiyyətinin qüvvətlənməsi, dini
və hərbi rəhbərliyin onların əlində toplanması bu şəxslərin ilahiləş-
dirilməsinə gətirib çıxarırdı. Belə tayfa başçıları öləndən sonra ona
sitayiş olunur, onların xatirəsini əbədiləşdirmək üçün kurqanlar
ucaldılırdı. Bəzən tayfa başçısının arvadını, kənizlərini və qulluq-
çularını öldürüb onunla birlikdə dəfn edir, sahibi ilə birlikdə atlarını
da basdırıdılar. Atları yüyənli-cilovlu, müxtəlif əşyalarla bəzədilmiş
halda qəbirə qoyurdular. Bu, axirət dünyasına inam idi. Səma cisim-
lərinə (Aya, ulduza, Günəşə) inam dərin kök salmışdı. Azərbay-
canın zəngin filiz yataqları, cins at növləri, saysız-hesabsız heyvan
sürüləri, yüksək keyfiyyətli sənətkarlıq nümunələri ticarətdə, alış-
verişdə böyük rol oynamışdı. Azərbaycan Assuriya ilə geniş ticarət
əlaqələri saxlayırdı. Azərbaycanda Assuriyada istehsal olunmuş şirli
gil qablar, silindrik möhürlər, silahlar, bəzək şeyləri tapılmışdı.
Xocalıda üzərində mixi xətlə Assuriya padşahının (Adadnirari) adı
yazılmış muncuq tapılmışdır. Su yolları ilə ticarət əlaqələri çay
(Kür-Araz) və dəniz (Xəzər) vasitəsilə yaradılırdı. Qobustan qaya-
larında həkk olunmuş müxtəlif gəmi təsvirləri buna sübutdur.
2. İbtidai icma quruluşunun dağılması
E.ə. II minilliyin axırı-I minilliyin əvvəllərində ibtidai icma
quruluşunun dağılmas
18
rəhbərlik edirdi. Tayfalar daxilində də güclü təbəqələşmə gedirdi.
Əhalinin təbəqələşməsi yoxsul və varlı adamlara məxsus qəbirlərdə
(kurqanlar, daş qutular) yaxşı izlənirdi. Kurqanlar böyüklüyü, quru-
luşu və içərisinə qoyulmuş əşyaların zənginliyi ilə fərqlənirdi. Tunc
dövründə əhalinin məişətində və dünyagörüşündə əsaslı dəyişik-
liklər olmuşdur. Tikinti işində məişət avadanlıqlarının çox növlü və
yüksək bədii zövqlə hazırlanması, sitayişlə bağlı bütlərin yaranması,
səma cisimlərinə, suya, ağaca, ayrı-ayrı heyvanlara və s. sitayiş
izlənilirdi. Məişət əşyaları, bəzək əşyaları həndəsi naxışlarla, insan,
heyvan və quş təsvirləri ilə bəzədilirdi. Bu dövrdə qullar olmuşdu.
Sahibkarların qullarını da onunla dəfn edirdilər. Qəbirlərdən çoxlu
silah-nizə, ox ucluqları, xəncər, qılınc, döyüş baltası, paltar zireh-
ləri, toppuz və s. tapılması həmin dövrdə cəmiyyətin həyatında hərb
işinin mühüm yer tutduğunu göstərir. İri tayfa ittifaqlarının yaran-
ması, hakimiyyətin ayrı-ayrı nüfuzlu şəxslərin əlində cəmlənməsi,
cəmiyyətin yoxsullara və varlılara parçalanması və s. amillər e.ə. II
minilliyin axırı-I minilliyin əvvəllərində Azərbaycanda ibtidai
icma quruluşunun dağılmasını sürətləndirdi (8, s. 56-57).
19
II FƏSİL
AZƏRBAYCAN ƏRAZİSİNDƏ
İLKİN VƏ QƏDİM DÖVLƏTLƏR
Plan:
1. Azərbaycan ərazisində qədim tayfa ittifaqları və erkən dövlətlər.
Manna çarlığı.
2. Azərbaycan Midiya və Əhəmənilər dövlətinin tərkibində.
3. Atropaten dövlətinin yaranması, onun sosial-iqtisadi və siyasi
vəziyyəti.
4. Alban çarlığı.
1. Azərbaycan ərazisində qədim tayfa ittifaqları və erkən
dövlətlər. Manna çarlığı.
E.ə. III minillikdə Azərbaycanın cənubunda erkən dövlət qu-
rumları meydana gəlmişdi. Həmin dövlət qurumlarının Mesopota-
miyanın şəhər dövlətləri ilə siyasi, iqtisadi və mədəni əlaqələri var
idi. E.ə. III-II minillikdə Urmiya gölü ətrafında lullubi, kuti, su,
turukki, Arazdan şimalda Naxçıvan və Mil-Qarabağ ərazilərində
naxç, gərgər tayfaları və s. yaşamışlar. Su (sub) və turukki (turukk)
tayfaları lullubi tayfa birliyinə daxil olmuşlar.
E.ə. III minillikdə Mesopotamiyada əvvəl Şumer şəhər-döv-
lətləri, sonra Akkad dövləti mövcud olmuşdur. Azərbaycan ərazisində
yaranmış dövlət qurumları ən çox Mesopotamiya dövlətləri ilə hərbi
münaqişələrə girməli olurdular. Aratta ilə Şumer arasında gah düşmən-
çilik, gah da dostluq münasibətləri olurdu. Aratta dövləti Azərbaycanın
e.ə. III minilliyin I yarısında siyasi tarixində mühüm rol oynamışdı.
Aratta hökmdarları müdrik siyasət yürüdür, öz ölkələrini müdafiə edir,
Şumeri tabe etmək tədbirləri görürlər (8, s. 61).
Lullubi dövlət qurumu. E.ə. III minilliyin II yarısında
Azərbaycanın cənubunda-Urmiya gölündən cənubda yaşayan Lul-
lubi tayfası e.ə. XXIII əsrdə dövlət qurumuna çevrilmişdi. Lullu-
20
bilərin döyüş məharəti qorxu yaradırdı. Buna görə də xet və hurrit-
lər lullubi etnik adını “düşmən”, “yad” mənasında işlədirdilər. Onlar
əkinçilik və maldarlıqla məşğul olmuşlar. Lullubilər igid, cəsur
tayfa kimi tanınmış, Mesopotamiya ilə ticarət əlaqələri saxlayır, mal
mübadiləsi edirdilər. Onlar Səma, Günəş, Ay allahlarına, məhəbbət,
məhsuldarlıq ilahələrinə sitayiş edirdilər. Lullubilər Mesopotami-
yada olan Akkad dövlətinin hücumlarına məruz qalırdılar. Bu hü-
cumlar Lullubi hökmdarı Anubaninin hakimiyyəti dövründə daha
da güclənmişdi. Anubaninin Akkadla mübarizədə əldə etdiyi uğur-
ları onun şərəfinə ucaldılmış qələbə abidəsi – daş kitabəsi (e.ə.
XXIII əsr) əks etdirir.
Kuti (Quti) dövlət qurumu. Kutilər Urmiya gölündən qərbdə
və cənub-qərbdə yaşamışlar, e.ə. III minilliyin II yarısında Kuti
(Kutium) dövlət qurumunu yaranmışdılar. Kutilər Akkad ilə hərbi
münaqişələrə girirdilər, Şumer şəhərləri ilə müttəfiqlik edir, bəzən
onların köməyinə gəlirdilər. E.ə. XXII əsrin əvvəllərində kutilərin
hökmdarı Yarlaças Mesopotamiyaya hücum edərək Akkad dövlətini
süquta yetirdi. Mesopotamiya 100 ilə yaxın kutilərin hakimiyyəti al-
tında qaldı. Kuti dövlətinin sərhədləri şimalda Urmiya gölünün
qərbindən cənubda İran körfəzinə qədər uzanmışdır. Kutilərdə Şu-
merdə və Akkadda olan idarə sistemi idi, ölkə canişinlər vasitəsilə
idarə olunurdu. Şumer və Akkad gəncləri kuti qoşunlarına xidmətə
cəlb olunurdular. Kuti hökmdarlarının qısa mətnli kitabələri mixi
yazıları ilə tərtib olunurdu. Ay allahına, məhəbbət, bərəkət və məh-
suldarlıq ilahəsinə sitayiş edirdilər. Onlar Şumerdə ənənəvi məbəd
tikintisini davam edirdilər. Kutilər və hökmdarları türk mənşəli
idilər (8, s. 82). E.ə. III minilliyin sonunda (e.ə. XXII əsrin axır-
larında) Kuti və Lullubi dövlətləri süquta uğrayaraq xırda vila-
yətlərə parçalandılar.
Turukkilər Urmiya gölünün cənubunda yaşamışlar, Kuti və
Lullubi dövlətlərinin tərkibinə daxil idilər. Bunlar süquta uğradıq-
dan sonra turukki tayfaları müstəqil siyasət yürüdürdülər. Onlar
Mesopotamiyaya daxil olmuşlar. Aşağı Zab çayının (Dəclə çayının
qolu) yuxarı axarında yerləşən ərazilərə gələnlər (kutilər, lullubilər
Dostları ilə paylaş: |