Şahdəniz 2 Layihəsi
Ətraf Mühitə və Sosial-İqtisadi
Sahəyə Təsirin
Qiymətləndirilməsi
Fəsil 5
Layihənin təsviri
Noyabr 2013-cü il
Yekun variant
5/25
flüdlərinin qablaşdırılması və utilizasiya üçün sahilə daşınması məqsədilə, geriyə SDQQ-ya
dövr etdirilməsi planlaşdırılır. Tamamlama flüidlərini dənizə atmaq planlaşdırılmır.
Təmizləmə zamanı flüidlər SDQQ-na axdıqca, hər quyu üçün 2 günə qədər müddət ərzində
SDQQ-da 500 mln.st.ft.kub/g (orta hesabla 2350 mln.st.ft.kv/g) məşəldə yandırılacağı ehtimal
edilir.
5.4.7 Quyunun
sınağı
Cari baza ssenari WS-da bir quyu və EN cinahda bir quyu olmaqla sınaq aparılacağını
ehtimal edir. Quyu sınaqları forması flüidlərini səthə yönəltməkdən,
burada təzyiqin,
temperaturun və axın sürətinin ölçülməsindən və quyunun iş göstəricilərinin
qiymətləndirilməsindən ibarətdir. Axın sınağının cəmi 150 saat davam etməsi və nəticədə hər
quyuda təxminən gündə 250 milyon standart kub fut qaz yandırılması gözlənilir.
Sınaqlar zamanı qaz və kondensat qazma dəsti ilə yuxarıya, SDQQ-na axacaq, burada
ayrılaraq təhlil ediləcək və sonra qazma qurğusunun məşəlində yandırılacaq. Məşəldə
yandırma zamanı SDQQ-n separatorunda toplanan bərk hissəciklər toplanaraq mövcud AGT
tullantıların idarə edilməsi planları və prosedurlarına uyğun olaraq saxlanma üçün sahilə
daşınacaq. Hər quyudan təxminən 400kq bərk hissəciklərin (əsasən qum və daşdan ibarət)
toplanması ehtimal edilir.
Potensial quyu sınağı ilə əlaqədaqr atmosfer emissiyalarının təxmini həcmləri aşağıdakı
Cədvəl 5.11-də verilmişdir. Məşəldə sınaqla bağlı təfərrüatlar, o cümlədən
quyunun səmərə
ilə planlaşdırılması yolu ilə məşəldə yanma minimuma endirməyi nəzərdə tutan BP Quyuda
Sınağın Təmini Prosesi hazırkı ƏMSSTQ-n Fəsil 4 Bölmə 4.10-da verilmişdir.
5.4.8 Quyu
təmiri və müdaxilə işləri
Hasilatı təmin etmək üçün quyu təmiri və müdaxilə işləri üçün ŞD2 quyularına SDQQ-dan
yenidən qayıtmaq lazım gələcəkdir. Bunlara karotaj işləri, toplanmış bərk maddələri
təmizləmək üçün kimyəvi maddələrin dövr etməsi, təkrar perforasiya və boruların
yeniləri ilə
əvəz edilməsi, həmçinin ŞD2 quyularından gələn axınları gücləndirmək üçün yeni lülələrin
qazılması daxildir. Quyunun işə başlamasından sonra hər bir halda SDQQ-ya bir illik dəstək
üçün hər bir hal üzrə 9 gün tələb edən ümumi 160 ayrı mümkün müdaxilənin ediləcəyi
nəzərdə tutulur. Nəzərdə tutulan müdaxilə işlərinin təxminən yarısı bir gündə 80 mlnkfg-ə
qədər qazın məşəldə yandırılması ilə nəticələnəcəyi təxmin edilir. Yandırma zamanı SDQQ-
separatorunda toplanan bərk maddələr toplanacaq və mövcud AGT tullantıların
idarə edilməsi
planları və prosedurlarına uyğun utilizasiya üçün sahilə daşınacaqdır. Müdaxilə işləri zamanı
bütün əsaslı təmir və müdaxilə flüidləri geri SDQQ-da dövr ediləcək ki, buradan da yüklənib
utilizasiya üçün sahilə daşınacaq. Əsaslı təmir və konservasiya flüidlərini dənizə atmaq
planlaşdırılmır.
5.4.9 SDQQ-dan
qazma
və tamamlama emissiyaları, atqılar və tullantılar
5.4.9.1 Atmosferə buraxılan emissiyalar haqqında xülasə
Cədvəl 5.11-də ŞD Layihəsinin SDQQ qazma və tamamlama işləri ərzində əmələ gələn İXQ
(yəni CO
2
və CH
4
) və qeyri-İXQ emissiyaları xülasə şəklində təqdim olunub
5
. Əsas mənbələrə
aşağıdakılar daxildir:
SDQQ-nun
mühərrikləri və generatorları;
SDQQ-nun
köməkçi/təchizat gəmi mühərrikləri; və
Quyunun
sınaqdan
keçirilməsi, təmizlənməsi və müdaxilə/təmir işləri ilə bağlı olaraq
qeyri-müntəzəm surətdə məşəldə yandırma.
5
CO2 ekvivalentinə çevirmək üçün, CH4-ün qabaqcadan proqnozlaşdırılmış həcmi qlobal istiləşmə potensialı olan
21-ə vurulur.
Şahdəniz 2 Layihəsi
Ətraf Mühitə və Sosial-İqtisadi Sahəyə Təsirin
Qiymətləndirilməsi
Fəsil 5
Layihənin təsviri
Noyabr 2013-cü il
Yekun variant
5/26
Cədvəl 5.11 Müntəzəm və qeyri-müntəzəm qazma, tamamlama və müdaxilə işləri ilə
əlaqədar olan İXQ və qeyri-İXQ emissiyalarının hesablanılmış həcmləri
SDQQ
Köməkçi gəmilər
Məşəldə
yandırılma
Cəmi
CO
2
(kton)
229.6 546.5
619.8
1,395.9
CO (ton)
1,123.8 1,284.4
1,483.2
3,891.4
NO
x
(ton)
3,577.1 9,392.5 265.6
13,235.2
SO
x
(ton)
287.0 1,276.6 2.8
1,566.3
CH
4
(ton)
10.8 42.9
9,961.8
10,015.5
QMUÜK (ton)
41.4 385.3
1,106.9
1,533.6
İXQ (kton)
229.8 547.4
829.0
1,606.2
Emissiyaların hesablanılmış ehtimallarına dair müfəssəl məlumat üçün Əlavə 5A-ya istinad edin.
5.4.9.2 Dənizə axıdılan atqıların xülasəsi
Cədvəl 5.12-də ŞD2 Layihəsinin iş proqramı ərzində planlaşdırılmış fəaliyyətlərlə bağlı olaraq
dənizə müntəzəm və qeyri-müntəzəm qazma flüidi, qazma şlamı və sement atqıları barədə
xülasə məlumat təqdim olunur.
Cədvəl 5.12 Dənizə atılan qazma məhlullarının və sementin hesablanılmış ümumi
həcmləri
Atqı
Təkrarlanma
tezliyi:
Yer
Təxmini həcmi (ton)
Atqının tərkibi
Dəniz suyu, PHB məhlulu
və şlamlar
42” və 32” lülə
intervalının
qazılması zamanı
Dəniz dibi
14,160 qazma şlamı və
42,848 qazma məhlulları
Cədvəl 5.4-ə istinad
edin
SƏQM və şlamlar
Pilot lülənin
qazılması zamanı
Dəniz dibi
200 qazma şlamı və 4060
SƏQM şlamları
Cədvəl 5.4-ə istinad
edin
Geotexniki lüləni
qazma
müddətində
Dəniz dibi
300 qazma şlamı və 7,720
SƏQM şlamları
Cədvəl 5.4-ə istinad
edin
28” lülə intervalının
qazılması zamanı
Dənizə (şlam
kessonu ilə)
11,664 qazma şlamı və
8,352 şlam ilə qarışmış SƏM
Cədvəl 5.4-ə istinad
edin
Sement və sementin
kimyəvi maddələri
Hər qoruyucu
kəməri sementləyən
zaman
Dəniz dibi
3,206
Əlavə 5B-yə
müraciət edin.
Qalıq SƏQM
Geotexniki lülə və
28” lülənin
qazılmasının
sonunda
Dənizə (şlam
kessonu ilə)
17,068
Cədvəl 5.4-ə istinad
edin
Qalıq
sement
Hər kəmər
intervalının sonunda
Dənizə (şlam
kessonu ilə)
256
Əlavə 5B-yə istinad
edin.
Qeyd 1: QMGVS sistemi kəsilərsə və yaxud texniki cəhətdən qeyri praktik və ya istifadə üçün təhlükəsiz olarsa, SƏQM və şlamlar 28”
lülə intervalından birbaşa dənizin dibinə axıdılacaqdır.
AƏP-nin sınaqdan keçirilməsi ilə əlaqədar hidravlik flüidlərin dənizə atılması yuxarıda Bölmə
5.4.4.1-də təfərrüatı ilə verilib.
5.4.9.3 Təhlükəli və təhlükəsiz tullantılar barədə xülasə
ŞD2 Layihəsinin qazma proqramı zamanı əmələ gəlmiş təhlükəsiz və təhlükəli tullantıların
hesablanılmış miqdarı Cədvəl 5.13-də təqdim olunur.Tullantı həcmləri “İstiqlal” qazma
qurğusundan istifadə etməklə aparılmış əvvəlki ŞD quyularının qazma proqramlarından əldə
olunmuş istismar məlumatlarına əsaslanmaqla hesablanmışdır.
SDQQ qazma və tamamlama işləri ərzində formalaşan bütün tullantılar AGT-nin mövcud
idarəetmə planlarına və prosedurlarına uyğun olaraq idarə olunacaq. Hər tullantı axınının
planlaşdırılmış marşrutu aşağıda Cədvəl 5.14.2-də verilmişdir.