34
yerli əhəmiyyəti olan və icmanın səlahiyyətinə daxil olan məsə-
lələrə aşağıdakıları aid edir: icmanın əmlakının və bələdiyyə
müəssisələrinin idarə edilməsi, yerli ictimai nəqliyyat, yerli yol
tikintisi, əhalinin su, qaz, işıq, qida təchizatı, yerli planlaşdırma,
ev tikintisi və onun istismarına nəzarət edilməsi, yerli polis,
yanğından mühafizə, mədəniyyətin inkişafı və mədəniyyət
müəssisələrinin dəstəklənməsi, səhiyyə, ailə məsləhətləri və
analığın müdafiəsi, məktəb gigiyenası və gənclərə qayğının
göstərilməsi, ictimai hovuzlar, ölülərin dəfn edilməsi, yerli abi-
dələrin və tikililərin qorunması.
Yerli
özünüidarəetmənin Amerika strukturu ştatın qa-
nunvericilik orqanı tərəfindən qəbul edilən xüsusi xartiya ilə
müəyyən edilir. Adətən, Xartiya bələdiyyələrin sərhədlərini, on-
ların funksiyalarını, təşkilati strukturunu, maliyyələşdirmə üsul-
larını, yerli şəhər özünüidarəetmə orqanlarının vəzifəli şəxsləri-
nin təyinat və seçki sistemini müəyyən edir. Şəhər xartiyaları
vətəndaşların əhalinin ən əhəmiyyətli həyat problemləri, o cüm-
lədən vergitutma, xartiyanın özünə dəyişikliklər edilməsi və s.
üzrə referendumlar keçirmək hüququnu təsbit edir. Referendu-
mun keçirilməsi haqqında qərar bələdiyyə şurasına müraciət et-
mək yolu ilə sayı qanunla tələb edilən vətəndaşların təşəbbüsü
ilə irəli sürülə bilər. Bir qayda olaraq, yerli özünüidarəetmə or-
qanları siyasi xarakter daşıyan və ümumilikdə dövlətin maraqla-
rına toxunan qərarlar qəbul edə və ya tədbirlər görə bilməzlər.
Lakin, təcrübədə məhz belə qərarların qəbul edilməsi faktını
göstərmək olar. Məsələn, Yaponiyanın bir sıra bələdiyyələri öz
ərazilərinin nüvəsiz zona elan edilməsi haqqında qərarlar qəbul
etmişlər və öz bələdiyyələrin ərazilərində Amerika hərbi bazala-
rının yerləşdirilməsinin əleyhinə çıxmışlar.
35
Yerli
özünüidarəetmə orqanlarının səlahiyyətləri ilk
növbədə kommunal təsərrüfatın idarə edilməsinə və inkişafına,
ətraf mühitin mühafizəsinə, yaşayış məntəqələrinin yerləşdiril-
məsinin və tikintisinin planlaşdırılmasına, şəhərsalmaya ümumi
nəzarətə, yerli nəqliyyat sisteminin inkişafına və onun hərəkəti-
nin tənzimlənməsi qaydasının müəyyənləşdirilməsinə, yerli yol
tikintisinə, kanalizasiyaya, su və qaz təchizatına, enerji təchiza-
tına, küçələrin təmizlənməsinə, hovuzların çirklənməsinə və s.
məsələlərə şamil olunur.
Yerli
özünüidarəetmə orqanları sosial sahədə, xüsusilə
də aztəminatlı qruplara sosial yardımın göstərilməsi sahəsində
də xeyli səlahiyyətlərə malikdirlər. Onlara bələdiyyə gəlirləri
hesabına ahıllar üçün evlərin, yataqxanaların tikintisi və saxla-
nılması, ucuz evlərin, bələdiyyə məktəblərinin, xəstəxanaları-
nın, doğum evlərinin tikintisi daxildir.
Yerli
özünüidarəetmə orqanları bələdiyyə mülkiyyətini
idarə edir. Onlar yerli təsərrüfat (mağazalar, tamaşa müəssisələ-
ri açmaq hüququna dair icazələrin verilməsi, şəhərlərin tikilmə-
si qaydalarının müəyyən edilməsi və s.) sahəsində fəaliyyət gös-
tərirlər.
İctimai asayişin qorunması, vətəndaşların hüquq və
azadlıqlarının müdafiəsi sahəsində səlahiyyətlərə ictimai yerlər-
də davranış qaydalarının müəyyən edilməsi, mitinqlərin, yığın-
caqların, yürüşlərin, nümayişlərin, piketlərin və əhalinin icti-
mai-siyasi fəaliyyətinin digər formalarının həyata keçirilməsinə
icazələrin verilməsi və ya qadağanın qoyulması, sanitar nəzarə-
tin həyata keçirilməsi üzrə təlimatların dərc edilməsi, əhaliyə
tibbi xidmətlərin göstərilməsi və s. daxildir.
36
Bir
sıra dövlətlərdə (ABŞ, Kanada, Fransa və s.) patrul
və mühafizə xidmətlərinin və polis fəaliyyətinin digər növləri-
nin həyata keçirilməsi həvalə edilmiş polis qüvvələri yerli özü-
nüidarəetmə orqanlarının səlahiyyətlərinə aiddir.
Yerli
özünüidarəetmə orqanlarının vacib səlahiyyətləri
büdcə-maliyyə sahəsində mövcuddur. Yerli Özünüidarə haqqın-
da Avropa Xartiyasına uyğun olaraq yerli cəmiyyətlər dövlətin
iqtisadi siyasəti çərçivəsində səlahiyyətlərinin həyata keçiril-
məsi zamanı sərəncamında sərbəst olan və kifayət edən resurs-
lara malikdirlər.
Məsələn, İspaniyanın Konstitusiyası özündə birbaşa belə
bir müddəa təsbit edir ki, yerli maliyyə vəsaitləri müvafiq yerli
özünüidarəetmə orqanlarına qanunla həvalə edilmiş funksiyala-
rın yerinə yetirilməsi, habelə dövlətin və regional muxtar birləş-
mələrinin vergi yığımlarında iştirak edilməsi üçün kifayət etmə-
lidir və bunun üçün, əsasən yerli vergilərdən istifadə olunur.
Mərkəzi hökumət və yerli özünüidarəetmə orqanları ara-
sında maliyyə münasibətlərinin müəyyən edilməsi zamanı əksər
dövlətlərdə yerli özünü idarə edən vahidlərin maliyyə muxtariy-
yəti prinsipi qəbul olunur. Bu o deməkdir ki, bələdiyyələr ma-
liyyə baxımından müstəqildirlər, lakin onlar büdcənin icazə ver-
diyi məbləğdən artıq vəsait xərcləyə bilməzlər. Bələdiyyələr öz
maliyyə vəsaitlərini idarə etmək iqtidarında olmadıqda, dövlət,
adətən ona ödəmə qabiliyyətinə təminat verən əlavə subsidiya-
lar ayırır.
Meksika
bələdiyyələrinə məxsus olan əmlakdan, habelə
vergilərdən və digər vəsaitlərdən əldə edilən ştatın qanunverici-
lik orqanı tərəfindən onlara verilən gəlirlər öz sərbəst sərənca-
mındadır. Onlar mütləq qaydada vergilər, o cümlədən daşınmaz
37
əmlaka dair onun parçalanması, bölünməsi və s. ilə əlaqədar
ştatlar tərəfindən müəyyən edilmiş əlavə vəsaitlər, daşınmaz
əmlak qiymətlərinin dəyişilməsində müəyyən edilən vergilər və
s. alırlar.
Meksika
ştatlarının qanunvericilik orqanları öz növbə-
sində bələdiyyələri gəlirləri haqqında xüsusi qanuna uyğun ola-
raq bələdiyyənin xərclərinin onun sərəncamında olan gəlirlərə
uyğunluğa xüsusi diqqət yetirməklə, onların illik maliyyə hesa-
batlarını yoxlamaq hüququna malikdirlər.
Bələdiyyələr, öz maliyyə vəziyyətinin sabitləşdirilməsi
məqsədilə, adətən özəl investorların vəsaitlərini cəlb etməyə ça-
lışırlar. Tikintiyə və yerli yolların təmirinə, sosial evlərin tikil-
məsinə qoyulan maliyyə vəsaitləri bələdiyyələr üçün maliyyə
vəsaitlərinin alınması üçün yüngül mənbədir, çünki bu kapital
əmanətçilərinə xeyli gəlir gətirir. Bələdiyyələrin maliyyə fəaliy-
yəti üçün ən böyük təhdid öz büdcələrindən sosial ehtiyaclara,
xüsusilə də işsizlik artan səviyyəsi, evsizlərin, xəstələrin, əlillə-
rin və s. sayının artması ilə əlaqədar xeyli miqdarda vəsaitlərin
ayrılması zərurətidir.
Büdcənin tərtib və təsdiq edilməsi yerli təmsilçi orqanın
səlahiyyətindədir və beləliklə bu orqan maliyyə sahəsində öz
səlahiyyətlərini tənzimləyir və maliyyə-iqtisadi siyasəti müəy-
yən edə bilir. Büdcə layihəsi, adətən bələdiyyənin icra orqanı
gözlənilməz xərclərin ödənilməsini mümkün artımı nəzərə al-
maqla hazırlayır. İllik büdcədən başqa, adətən uzunmüddətli
büdcə və ona dair kadrların saxlanılması üzrə xərclər, əsaslı
xərclər, ssudalar, subsidiyalar və s. haqqında məlumatı əks etdi-
rən bir neçə əlavə də hazırlanır.
Dostları ilə paylaş: |