Qədim Şərqdə sənətçilik
36
lırdı ki, onu başqasının üstünə çəkmək mümkün olsun. Sonra bütün əşya
kiçik kömür sobaların köməyi ilə qızdırılırdı və beləliklə iki hissə
arasında birləşmə yaradılırdı. Misirlilər IV sülalə dövründə (b.e.ə. 2590-
2463-cü illər) qızılı mis və gümüşlə lehimləmək texnologiyasına da
malik olmuşlar.
Dəmirçi alətləri kimi kobud və təmiz emal üçün çəkiclər, zindan,
bülövlər və sonralar kəlbətinlər istifadə edilməyə başladılar. Qədim
Şərqdə metalda deşiklərin açılmasına rast gəlinmir. Döymə yolu ilə
metalların emal texnologiyası getdikcə inkişaf etdirilərək b.e.ə. III
minillikdə yüksək səviyyəyə çatır. Misirdə qalınlığı 0,01 mm olan
lövhələrin döymə ilə alınmasını sübut edən arxeoloji tapıntılara rast
gəlinir. Mis də kağız qalınlığına qədər döyülərək lövhə halına salınırdı.
Kəsmə ilə emal, ştamplama və sürtməklə emal da üçüncü minilliyin
sonuna aid edilir [1.27].
Əlvan metallurgiyanın tətbiqi ilə həm də çarxın ixtirası baş verir.
Metaldan olan alətlər olmadan bu çarxların istehsalı mümkün olmazdı.
Çarxdan alına bilən fırlanma hərəkətinin effekti tezliklə başqa sahələrdə
də
tətbiqini
tapır.
Fırlanma
hərəkətinin
prinsipi
gil
qabların
hazırlanmasında
tətbiq
olunmuşdur. Gil qablar
ilk
dəfə
olaraq
III
minilliyin
əvvəlində
Mesopotamiyada
tətbiq
olunub
və
sonralar
Hindistan, Suriya və
Ögey dənizi hövzəsinə
yayılmağa başlayıb. B.e.ə. II minillikdə gil qablar artıq Çində,
Yunanıstanda və Orta Asiyada rast gəlinir. Sonralar fırlanma hərəkətinin
ayaqla verilməsinə şərait yaradan texnikanın yaranması məhsuldarlığın
artmasına
kömək etmişdir, çünki sənətçilər aparıcı lövhəni ayaqları ilə
Şəkil 1.14. Qədim Misir torna avadanlığı.
Qədim Şərqdə sənətçilik
37
fırlatdıqlarından hər iki əli ilə gilə forma verə bilirdilər.
Pəstahı iki mərkəz arasında bərkidərək, bir işçi tərəfindən iplə
fırladılan və başqa işçi tərəfindən alət idarə olunan qədim Misir torna
dəzgahı ehtimala görə ağac emalı üçün nəzərdə tutulmuşdur. Çünki, bu
konstruksiya ilə böyük güc tələb edən metalın kəsmə ilə emalını
aparmaq mümkün deyildi. Bu dəzgahın cizgisi qədim Misir keşişi
Peosiris tərəfindən b.e.ə. III minillikdə bir qəbir daşının relyefində həkk
etdirilmişdir (şəkil 1.14). Torna dəzgahının ixtirası ilə qədim Şərqdə
fırlanma hərəkəti ilə işləyən başqa emal üsulları - deşmə, pardaqlama da
tətbiq olunmağa başlayır. Bu üsullar Aralıq dənizi hövzəsində və
Avropada yayılmağa başlayır. Qədim Şərqdə istifadə olunan alətlər
əvvəlki mədəniyyətlərdə istifadə olunanlara nisbətən çox inkişaf
etmişdir. Bu, yeni mədəniyyətdə işə olan münasibətin dəyişməsi və
əsasən yeni materialların tətbiqi sayəsində əldə edilmişdir.
Kənd təsərrüfatında istifadə edilən alət və qurğular neolit dövründə
tətbiq edilənlər ilə oxşar idi. Burada tətbiq edilən qarmaq, kürü, kotan,
oraq
və
taxılı
döymək
üçün
alətlər
suvarma
təsərrüfatına
uyğunlaşdırılmışdılar. B.e.ə. IV əsrdə daş dövründə olduğu kimi
kamanla işləyən burğudan istifadə edilirdi. Bu dövrdə Misir daş
burğulama qurğusu öz aktuallığını hələ saxlayırdı (şəkil 1.15).
Agacı deşmək üçün burulan tilləri olan burğuların ixtirası da bu
dövrə aiddir. Burğunun uc hissəsi daşdan düzəldilirdi. Pardaqlama
materialı kimi qumdan istifadə edilirdi. Qədim Şərqdə təkcə müxtəlif
sənət adamlarını özündə cəmləşdirən şəhərlərlə bərabər malları həm
daxilə, həm də xaricə satmaq üçün bazarlar yaranmağa başlayır.
Bazarlarda alver işlərinin öhdəsindən gələn insanlara ehtiyac yaranır,
beləliklə ticarətlə məşğul olan tacirlər formalaşır.
Böyük mədəniyyət mərkəzləri: Misir, Mesopotomiya, Çin və
Hindistanı əlaqələndirən intensiv alver aparılmağa başlayır. Bu əlaqə
mədəniyyətlər arasında hazır mallar mübadiləsini genişləndirməklə
bərabər kənd təsərrüfatında istifadə olunan saxsı və toxuculuq kimi
materialların çeşidini artırmış, onların emalı üçün yeni üsulların
və tex-