İlk texniki alətlər
25
idilər.
İbtidai insanlar ovçu və ehtiyat yığmaq mədəniyyətinə uyğunlaşmış
olsalar da, o dövr üçün nisbətən inkişaf etmiş əmək bölgüsü mövcud
olmuşdur. Əkinçilik, heyvandarlıq, ovçuluq, balıqçılıq, evdarlıq və hətta
ictimai təşkilatçılıq işləri o dövrdə yaşayan ayrı-ayrı insanların və
qrupların məşğuliyyət formasına çevrilmişdir.
İstehsal vasitələrinin inkişafı və əmək bölgüsü işin məhsuldarlığını
artırmağa və bununla da insanların qida və başqa mallara olan ehtiyacını
ödəyərək bol məhsul əldə etmələri üçün zəmin yaratmışdır. Şərqin yeni
daş dövründəki cəmiyyəti o dövrün inkişaf xəttini özündə əks etdirirdi.
Şərqdə təsərrüfatçılıq inkişaf etdiyi halda, dünyanın başqa yerlərində
aqrar istehsala keçid, insanların malik olduqları aşağı səviyyəli texniki
vasitələr və mədəniyyətlə xarakterizə olunan, hətta bəzən ovçuluq
dövrünə uyğun səviyyədən də aşağı bir müstəvidə baş verirdi. Aparılan
araşdırmalar göstərir ki, o dövrdə alət və qurğuların ən təkmilləşmiş
formaları məhz Şərqdə cəmləşmişdir.
Ilkin Şərq mədəniyyətinin inkişafının sonrakı mərhələsi neolitin
sonuna təsadüf edir. Bu inkişaf texniki cəhətdən rəngli saxsının
tapılması, misin əldə edilməsi və emalı, saxsı qabların hazırlanmasında
tətbiq olunan ilkin sənətçilik ilə xarakterizə olunur. Rəngli saxsının
hazırlanmsı ilə demək olar ki, ilk sənətçilik ənənəvi peşəkarlıqdan
kənara çixaraq sərbəst fəaliyyət göstərməyə başlamışdır. Dulusçuluq
emalatxanaları artıq yaşayış evlərindən kənarda yerləşərək yarımkürə
formalı sobalarla əhatə olunurdular. Bu işlə məşğul olan sənətkarlar
kəndin başqa sakinləri tərəfindən ərzaqla təmin olunurdular, qablar
ərzağa dəyişilirdi.
Altıncı minilliyin sonunda ilk dəfə olaraq bəzək və məişət əşyaları
tökülmüş misdən hazırlanmağa başlayır. Mis ilk vaxtlarda soyuq halda
döyülərək emal edilirdi. Sonralar insanlar mis filizlərini kömürün
üstündə əritməyə nail olurlar. Mis töküyünü almaq yalnız b.e.ə. VI
−
V
minilliklərdə xüsusi sobaların ixtirasından sonra mümkün olmuşdur.
Dulusçuluqda olduğu kimi, metal istehsalı da kəndçi icmalarında
əmək