Antik dövrdə maşınqayırma
44
Dəmir dövründə tətbiq olunan burğu alətlərindən dülğərlər də ağac
emalında istifadə edirdilər. Burada tətbiq olunan alət dördkünc və konus
formaya malik olaraq heç bir iti uca malik olmamışlar. Deşmə zamanı
bu alətlər materialı ovaraq emal edirdilər və bu zaman yonqar əvəzinə
ovuntu əmələ gəlirdi. Hazırlanması çətin olan və bir fırlanma istiqaməti
olan vintli burğuya nisbətən o dövrdə iki lövhədən ibarət tili olan burğu
aləti texniki cəhətdən irəliyə atılmış mütərəqqi bir addım sayılırdı
[1.33].
Qədim Şərqdə ixtira olunan ipli torna dəzgahı Yunanıstanda
hazırlanan hissələrə uyğun olaraq təkmilləşdirilmişdir. Antik dövrdə
material kimi ağac, alabaster və bürünc tətbiq olunurdu. İşçi alət torna
dəzgahlarında ağac, sümük və ya metaldan hazırlanmış sağanağa
yerləşdirilirdi. Böyük hissələr (məsələn: sütunlar) üçün xüsusi
dəzgahlardan istifadə olunurdu.
Antik dövrdə metal emalı zamanı ən geniş yayılmış üsullardan biri
də döyməklə forma vermək olmuşdur. Bəzək-düzək əşyalarının
hazırlanmasında metal zindan üzərində təkcə döyülüb ona kontur
vermək yox, həm də ona dekorasiya üçün müəyyən çixintılar vermək
geniş yayılmışdır.
Metal əşyaların geniş tətbiqi yunanları birləşdirici üsullara da
müraciət etməyə vadar edib. Bu üsullardan pərçimləmə, yumşaq və bərk
lehimləmə və qaynaq geniş tətbiq olunurdu. Sökülməyən birləşmələri, o
cümlədən döyüş dəbilqələləri və zirehləri hazırlamaq üçün pərçimləmə
metal məftillərin köməyi ilə aparılırdı. Bundan əlavə gündəlik məişətdə
istifadə olunan əşyaların, məsələn: qulpların bərkidilməsi, metaldan
hazırlanan böyük ölçülü sənət əsərlərinin bir-birinə birləşdirilməsi üçün
də bu üsul tətbiq olunub. O vaxtdan iki min il keçməsinə baxmayaraq,
pərçimləmə üsulunun tətbiqində indiyə qədər elə ciddi dəyişiklik baş
verməmişdir.
B.e.ə. birinci minilliyin sonuna yaxın artıq Yunanıstanda sənətkarlıq
yeni
materialların
tətbiqi,
ixtisaslaşmış
emal
üsulları
və
təkmilləşdirilmiş alətlərin tətbiqi nəticəsində Şərqdən məlum olan tex-
Antik dövrdə maşınqayırma
45
nologiyanı dəfələrlə ötüb keçmişdir. Bundan əlavə, Yunanıstanda
təkmilləşmiş kənd təsərrüfatı ilə bərabər inkişaf etmiş şəhər
mədəniyyəti mövcud idi.
B.e.ə.
ΙΙΙ
əsrdən romalılarin dövrü başlayır. Romanın inkişafı
legionların yaranması ilə bağlı olan hərbi ixtira nəticəsində baş
vermişdir. Romalılar bu silahların köməyi ilə yeni-yeni əraziləri tutmağa
və yeni mədəni dairələri yaratmağa nail olmuşlar. Yunanıstanı və Misiri
zəbt edən romalılar yunan mədəniyyəti ilə bərabər Museyin elmi
nailiyyətlərini də qəbul etmişdilər.
Romalıların əldə etdikləri əsas irəliləyiş sementin və betonun
hazırlanması idi. Onlar betondan istifadə etməklə qəsrlərin tikilməsi ilə
məşğul idilər. Tikintilərdə köməkçi material kimi çıngıl (daş qırıntısı)
istifadə olunaraq yeni yollar salınmış və körpülər tikilmişdir.
Romalıların Dunay çayı üzərində tikdikləri körpü o dövrün möcüzəsi
adlanırdı. Konstantinopol (indiki İstanbul) şəhərindəki “Aya Sofiya”
məcsidi də o dövrdə romalıların gözəl arxitektura əsərlərinin
nümunələrindəndir.
Romanın həm elmi, həm də iqtisadi inkişafının əvvəlində,
ümumiyyətlə yunan kökləri dururdu. Əsas istehsal istiqaməti
sənətkarlığa böyük tələbat yaradan kənd təsərrüfatı idi. Burada da metal
emalında dəmirçilik daimi döyüş maşınlarının hazırlanması ilə məşğul
olan başqa sənətkarçılıqla birlikdə aparıcı rol oynayırdı (şəkil 1.18).
İlkin məskunlaşma dövründə heç bir dəmir filizi yataqlarına malik
olmamasına və uzun müddət metalı mədaxil etməsinə baxmayaraq
Roma artıq b.e.ə. V əsrdə güclü metal sənətkarlığını özündə cəmləşdirən
istehsal istiqamətinə malik idi. Metal emalı uzun müddət əsas istehsal
sahəsi olaraq qalmışdır. B.e.ə. I əsrdə Roma Elba adasında böyük dəmir
filizi yataqlarına malik idi. Populonid şəhərində dəmir əridilib və bir
hissəsi döyüldükdən sonra onun əsas hissəsi Puteolik şəhərinə aparılırdı.
Buna baxmayaraq kifayət qədər yüksək keyfiyyətli dəmir əldə etmək
problem yaradırdı. Ona görə də, b.e.ə. I əsrə qədər bürünc əsas material
kimi öz yerini hələ də qoruyub saxlaya bilmişdir.
Antik dövrdə maşınqayırma
46
Romada metal çıxarılması və emal üsulları Yunanıstanda olduğu
kimi qalırdı. Əsas fərq ondan ibarət idi ki, Roma ümumiyyətlə işin təşkil
olunmasında və tikintidə özünəməxsus metodlardan istifadə edirdi. Belə
ki, artıq b.e.ə.
Ι
V əsrdə romalılar mədənçi, daşkəsən, bənna, dülgər,
ölçən və daşıyıcılardan ibarət bir qrup adamın çalışdığı, illərlə
planlaşdırılması və rəhbərlik
edilməsi tələb olunan suvarma
təsərrüfatına malik idilər. Kənd təsərrüfatında və sənətkarlıq
emalatxanalarında
romalıların
etdikləri
yenilik,
fəhlələrin
ixtisaslaşmasına əsaslanaraq işin planlaşdırılması və onun sərt nəzarətə
əsaslanan rasional idarə metodlarından ibarət idi [1.34].
Şəkil 1.18. Qədim Romada dəmirçi emalatxanası , I əsr
(Aquileia muzeyində saxlanan daş lövhə, İtaliya).
Təşkilatçılığa əsaslanaraq istehsal həcminin artırılması qismən böyük
müəssisələrin yaradılmasına gətirib çıxarmışdır. Antik dövrdə bu
müəssisələr dağ-mədən işlərindən kənara çıxa bilməmişdir. Bu
müəssisələrdə ən çoxu 100 işçi çalışırdı.
Dostları ilə paylaş: |