MÖVZU 2. MARKETİNQİN İDARƏ EDİLMƏSİNİN TƏŞKİLATİ STRUKTURU
План:
Marketinqin idarə edilməsi prosesi
2. Marketinqin idarə edilməsinin təşkilati strukturu
1. Marketinqin idarə edilməsi prosesi
Marketinqin idarə edilməsi dedikdə məhsul və xidmətlərə tələbin yaradılması və təkrar istehsalının intensivləşdirilməsi, mənfəətin artırılması üzrə tədbirlərin planlaşdırılmasının, təşkilinin, əlaqələndirilməsinin, ona nəzarətin, auditin və stimullaşdırılmasının həyata keçirilməsilə əlaqədar olan idarəetmə fəaliyyəti başa düşülür.
Marketinqin idarə edilməsi sosial-iqtisadi sistemin bütün səviyyələrində marketinq fəaliyyətinin idarə edilməsinin funksional və institusional mahiy-yətini özündə birləşdirir.
Marketinqin idarə edilməsinə funksional yanaşmada o, hər hansı bir marketinq probleminin təşkili (məsələn, marketinqin planlaşdırılması) və onun həyata keçirilməsi (məsələn, marketinq planlarının ijrası və ya onun yerinə yetirilməsi üzərində nəzarət edilməsi) üzrə fəaliyyət kimi izah edilir.
Marketinqin idarə edilməsinə institusional yanaşmada marketinqin idarə edilməsinə bu fəaliyyətə rəhbərliyi həyata keçirən menejerlər və ya menejer qrupuna verilmiş hüquq və səlahiyyətlərin, həmçinin vəzifələrin ayrı-ayrı işçilər və işçi qrupları arasında bölüşdürülməsi üzrə idarəetmə vasitəsi kimi baxılır.
Marketinqin idarə edilməsi, birinjisi, marketinq fəaliyyətinin təhlilini və planlaşdırılmasını, planların realizasiyasını və ona nəzarətin həyata keçiril-məsini və ikinjisi, bütün növ bazarları əhatə edir.
Marketinqin idarə edilməsinin əsas vəzifəsi mübadilədə iştirak edən bütün tərəflərin, subyektlərin tələbatının ödənilməsinə, heç olmasa onların rəğbətini qazanmağa nail olmaqdır.
Marketinqin idarə edilməsi prosesi: 1) müəssisənin bazar imkanlarının təhlilini; 2) məqsəd bazarlarının seçilməsini; 3) marketinq kompleksinin, yəni marketinq - miksin hazırlanmasını və 4) marketinq tədbirlərinin həyata keçirilməsini əhatə edir.
Marketinqin idarə edilməsinin (menecmentin) aşağıdakı fəaliyyət istiqamətləri vardır:
Təhlil. Bura:
a) marketinqin informasiya sisteminin konsepsiyasının və elementlərinin, marketinq kəşfiyyatının təşkili vəziyyətinin, marketinq qərarlarının himayə edilməsinin və marketinq tədqiqatları sisteminin təhlili;
b) marketinqin müəssisədən kənar mühitinin - mikromühit və makromühit amillərinin təhlili;
j) son istehlakçılar bazarının və istehlakçıların davranışının - istehlakçı davranışı modelinin, istehlakçı davranışına və məhsul alınmasına dair qərarların qəbul edilməsinə təsir edən amillərin təhlili;
ç) işgüzar və institusional bazarların və istehlakçı müəssisələrin davranışının - istehsal-texniki təyinatlı məhsullar bazarının və dövlət orqanları bazarı-nın tədqiqi;
d) rəqiblərin təhlili - rəqiblərin aşkar edilməsi, onların strategiyasının və məqsədinin, sayının və imkanlarının, habelə zəif və güjlü jəhətlərinin müəyyən-ləşdirilməsi və qiymətləndirilməsi və s. aiddir.
Məqsəd bazarlarının seçilməsi. Burada a) bazar tələbatının ölçülməsi və proqnozlaşdırılması və b) bazar seqmentlərinin aşkar edilməsi, məqsəd bazarlarının seçilməsi və onun əsaslandırılması həyata keçirilir.
Marketinq strategiyasının hazırlanması. Burada aşağıdakı tədbirlər həyata keçirilir:
a) marketinq təkliflərinin differensiallaşdırılması və proqnozlaşdırılması strategiyasının əsaslandırılması;
b) məhsulgöndərənlərin qiymətləndirilməsi və onların seçilməsi, potensial rəqabət üstünlüklərinin aşkar edilməsi, müəssisənin mövqeyinin müəyyənləş-dirilməsi üzrə kommunikasiya tədbirlərinin seçilməsi;
j) bazar lideri, innovatorlar, bazar ardıjılları və bazar «sığınajağında» fəaliyyət göstərən müəssisələr üçün marketinq strategiyasının hazırlanması;
ç) qlobal bazarlar üçün strategiyanın hazırlanması, qlobal marketinq mühitinin qiymətləndirilməsi, xariji bazarlara çıxış, marketinq proqramları və marketinq xidmətinin təşkilatı strukturu haqqında qərarların qəbul edilməsi,
d) qiymət strategiyasının və proqramlarının hazırlanması, qiymətin müəyyənləşdirilməsi və bazara uyğunlaşdırılması, qiymətin dəyişməsinə reaksiyaya dair qərarların qəbulu;
Dostları ilə paylaş: |