Kurs: I
İxtisas: Beynəlxalq münasibətlər
Müəllim: Ülviyyə Hümbətova
Hazırladılar: Fərid Hacızadə,Yusif Cəfərov,Raya Xalıqova
QƏRARIN QƏBULU
Qərar qəbul edilməsi özü bir prosesdir. Bu proses bu ardıcıllıqla qurulmalı və həyata keçirilməlidir.
1. Problemin diaqnozunun qoyulması - hansı iş (məsələ) barədə qərar qəbul edilməlidir?
2. Meyarların müəyyənləşdirilməsi - problem nədir və hansı standartları pozulmuşdur?
3. Alternativlərin tapılması - aşkar edilmiş çatışmamazlıqları aradan götürmək üçün hansı variantlar vardır?
4. Alternativlərin qiymətləndirilməsi- problemin həllində hansı variant daha sərfəlidir və müəssisənin imkanlarına uyğundur?
5. Qərar qəbul edilməsi - ən səmərəli qərar variantının seçilməsi.
6. Qəbul edilmiş qərarın icrası - işin gedişinin qərara müvafiq dəyişdirilməsi.
Qərar qəbul edilməsi prosesi əks əlaqənin yaradılması ilə yekunlaşır. Bu isə o deməkdir ki, qəbul edilən qərar həll ediləcək problemlə bilavasitə olunmalıdır. Bu baxımdan, qəbul olunmuş hər bir qərar aşağıdakı tələblərə cavab verməlidir:
məqsədəuyğun olmalı;
stimullaşdırıcı olmalı;
kompleks xarakter daşımalı;
çevik olmalı;
kəmiyyət və keyfiyyət göstəricilərinə malik olmalı;
səmərəli olmalı;
optimal olmalı;
vaxtında olmalıdır.
Qərar qəbul edilməsində iştirak edən əsas üsullar üç qrupa bölünür: - İntuitiv qərar;
- Müşahidə və ya səriştə əsasında qərar;
- Rasional qərar.
İntuitiv qərar - hər bir rəhbər işçinin (menecerin) intuisiya əsasında qəbul etdiyi qərardır. Bu halda, daxili hissin hökmü əsas götürülür və heç bir təcrübəyə və ya elmi biliyə istinad edilmir. - İntuitiv qərar - hər bir rəhbər işçinin (menecerin) intuisiya əsasında qəbul etdiyi qərardır. Bu halda, daxili hissin hökmü əsas götürülür və heç bir təcrübəyə və ya elmi biliyə istinad edilmir.
- Mülahizə və ya səriştə əsasında qərar - aparılmış müşahidələrin yekunlaşdırılması və yaxud da əvvəllər baş vermiş pozuntuların (xətaların) həlli zamanı müsbət nəticə vermiş təcrübənin (səriştənin) tətbiqi yolu ilə olur. Bu halda həm ayrı-ayrı fərdlərin, həm də ümumi kollektivin təcrübəsinə və səriştəsinə əsaslanmaq olar.
- Rasional qərar - elmi və təcrübi biliklərin tətbiqi, rəhbər işçinin intellektual səviyyəsi və qabiliyyəti əsasında qəbul olunur. Bu halda əsas meyar, elmi - nəzəri biliklərə və həm də qabaqcıl təcrübəyə və müasir elmi metodlara əsaslanmaqdır.
TƏşƏkkürlƏr
Dostları ilə paylaş: |