Konstitusiya hüququnun müqayiSƏLİ Əsaslari


partiya  var:  Respublikaçılar  –  onlar  mühafizəkarlardır  və  Demokratlar  –



Yüklə 4,84 Kb.
Pdf görüntüsü
səhifə15/71
tarix06.02.2018
ölçüsü4,84 Kb.
#26775
1   ...   11   12   13   14   15   16   17   18   ...   71

37 
 
siyasi  partiya  var:  Respublikaçılar  –  onlar  mühafizəkarlardır  və  Demokratlar  – 
onlar  liberallar  sayılırlar.  Respublikaçılar  azad  bazar  iqtisadiyyatına  (tez-tez 
fransız sözü olan "laissez-faire"  ifadə olunur) və dövlətin bazara mümkün qədər 
minimum  müdaxiləsinə  inanırlar.  Onlar  inanırlar  ki,  hər  kəs  azaddır  və  onlara 
bərabər imkanlar yaradılır. Əgər nəticədə kimsə milyonçu olursa və kimsə kasıb 
olaraq  qalırsa,  dövlət  müdaxilə  edərək  kasıba  (çox  vaxt  milyonçunun  maliyyə 
imkanlarından  vergi  və  ya  digər  məcburi  yığımlar  vasitəsi  ilə  istifadə  edərək) 
yardım etməli deyil – misal üçün, pulsuz təhsil və səhiyyə təmin etmək vasitəsi 
ilə.  Demokratlar  isə  insanlara  kömək  etmək  üçün  dövlətin  müdaxiləsini 
dəstəkləyirlər.  Demokratlar  sosial  yönümlüdürlər.  Əlbəttə,  bu  ideologiyalar 
mütləq  deyil  –  yəni  nə  respublikaçılar,  ümumiyyətlə,  dövlətin  heç  bir 
müdaxiləsini  dəstəkləmirlər,  nə  də  demokratlar  dövlətin  həddən  artıq 
müdaxiləsini məqbul saymırlar. Yuxarıda qeyd etdiyimiz milyonçu-kasıb misalı 
da  sizi  aldatmasın.  Respublikaçıların  ideyası  mühüm  əhəmiyyət  kəsb  edir  –  bir 
çoxları onlar nə qədər sosial ideyalı insanlar olurlarsa-olsunlar, dövlətin onların 
həyat və fəaliyyətinə müdaxiləsini heç də hər zaman dəstəkləmirlər.   
  
3.
 
İlk  Konstitusiya  Amerika  Birləşmiş  Ştatlarında  1787-ci  ildə  qəbul 
olunmuşdur.  Konstitusiya referendum vasitəsi ilə deyil, Konstitusiya yığıncağı
24
 
tərəfindən  tərtib  edilərək  ayrı-ayrı  ştatların  hakimiyyətləri  tərəfindən  təsdiq 
(ratifikasiya)  edilmişdir.  Buna  bənzər  proses  bir  çox  ölkələrdə  baş  tutmuşdur.  
Misal  üçün,  Almaniyanın  Əsas  Qanunu
25
  (Grudgezets)  Parlament  Şurasını  təşkil 
edən ekspertlərdən ibarət bir qrup tərəfindən tərtib olundu və ştatların (Lander
parlamentləri  ratifikasiya  etdikdən  sonra  qüvvəyə  minmişdir.
26
  Rusiya 
Federasiyasında  Konstitusiya  1993-cü  ildə  keçirilmiş  ümummilli  referendum 
vasitəsi  ilə  qəbul  olunsa  da,  bu  referenduma  qədər  gedən  proseslər  əvvəl 
qüvvədə olan Konstitusiyaya zidd olmuşdur.  O zaman ölkənin yeni Prezidenti 
B.Yeltsin 1978-ci il Konstitusiyasına zidd olaraq böyük səlahiyyətlərə malik Xalq 
Deputatları Konqresini buraxdı. Ancaq sonradan yeni Konstitusiyanın legitimliyi 
geniş ictimaiyyət tərəfindən qəbul olundu.
27
  
Konstitusiya  hansı  formada  qəbul  edilməlidir  ki,  bütün  xalqın  istəyi 
nəzərə  alınsın?    Referendum  vasitəsi  ilə  Konstitusiyanın  qəbul  olunması  üçün 
hansı səs çoxluğu tələb olunmalıdır ki, Konstitusiya legitim sayılsın?           
 
                                                 
24
 Constitutional Convention –  on iki ştatı təmsil edən cəmi 74 nəfər nümayəndə.  K.Janda, Berry & 
Goldman, The challenge of democracy, government in America, 3
rd
 Ed. p. 92 (1992) 
25
 Yəni Konstitusiya.  Bu sənəd ilkin olaraq müvəqqəti tənzimləyici sənəd rolunu oynamalı idi.  
Ancaq sonralar o, daimi Konstitusiya kimi qəbul olundu. 
26
 D.Currie, The Constitution of the Federal Republic of Germany, p. 8 (1994)  
27
 W.Burnham & G.Danienko, Russian law (2004), səh. 167-169  


38 
 
4.
 
ABŞ  təcrübəsinin  davamı  olaraq,  bir  çox  dövlətlər  yazılı  konstitusiya 
qəbul  etmişlər.  Adətən  bu  ölkələrdə  bir  əsas  yazılı  sənəd  mövcud  olur.  Böyük 
Britaniyada  uzun  müddətli  demokratiya  olsa  da,  onun  bu  günədək  yazılı 
konstitusiyası  mövcud  deyil.  Böyük  Britaniyada  “konstitusiyanın”  əsasını 
parlament  tərəfindən  qəbul  olunan  qanunlar,  siyasi  adətlər  və  məhkəmə 
qərarları  təşkil  edir.  Xüsusən  ingilis  dilində  “convention”  adlandırılan  “siyasi 
adətlər”  böyük  rol  oynayır.  Əksəriyyətimiz  Birləşmiş  Krallığı  məhdud 
monarxiya  ölkəsi  kimi  tanıyırıq  –  yəni  kral  və  ya  kraliçanın  səlahiyyətləri 
məhduddur.  Sırf  yazılmış  qanunlar  nöqteyi-nəzərindən  bu,  belə  deyil,  ancaq 
adətlərə  görə  belədir.    Misal  üçün,  kral  və  ya  kraliça  istənilən  zaman  nazirləri 
vəzifələrindən kənarlaşdıra bilərlər. Ancaq sülh şəraitində və ya hər hansı qeyri-
adi hadisələrin baş vermədiyi halda, kral və ya kraliça bunu etmir.      
 
 


39 
 
4.
 
President sistemi
 
 
NƏNƏVİ  OLARAQ  ÇOXLARI  HÜQUQ  SİSTEMLƏRİNİ  İKİ  BÖYÜK 
HİSSƏYƏ BÖLÜRDÜ (bəziləri hazırda da bölürlər) – Kontinental hüquq 
sistemi və Anqlo-Sakson hüquq sistemi. Adətən onların arasındakı fərqi 
çoxları,  xüsusən  də  Sovet  hüquq  alimləri  “president  sistemi”  ilə  izah  edirdilər.  
Ancaq  Sovetlər  Birliyi  qurulandan  və  hətta  dağılandan  bəri  dünyada  çox  şey 
dəyişib.    Bu  istər  hüquq  sistemində,  istərsə  də  hüququn  tədrisində  və  hüquq 
təhsilində  də  belədir.    President  sistemi  sadəcə  Anqlo-Sakson  hüquq  sisteminin 
deyil, demək olar ki, bütün digər hüquq sistemlərinin ayrılmaz tərkib hissəsinə 
çevirilməkdədir.  Ona  görə  yox  ki,  bu,  gözəldir  və  hər  hansı  estetik  ehtiyacları 
ödəyir.  President  sisteminin  tətbiqi  obyektiv  ehtiyacdan  irəli  gəlir.  President 
sistemi  ayrı-ayrı  ölkələrdə  fərqli  ola  bilər:  heç  də  bir  ölkənin  hüquq  sistemi 
digərini  eynən  təkrarlamalı  deyil  və  adətən  təkrarlamır.  Ancaq  məhkəmə 
qərarlarının məhz bu qərarlar vasitəsi ilə bu və ya digər formada uzlaşdırılması 
istənilən hüquq sisteminin zəruri hissəsinə çevrilməkdədir. Aşağıdakı məqaləni 
sizə təqdim edirik: 
 
President sistemi: istənilən hüquq sisteminin mühüm elementi
28
 
Rəşid Əliyev 
 
Məqalənin mövzusunu və məğzini qısa formada çatdırmaq üçün bu sualı 
vermək məqsədəuyğun olardı: "Elə ola bilərmi ki, bir ölkənin başqa-başqa 
məhkəmələri  identik  və  ya  oxşar  işlər  üzrə  ayrı-ayrı  qərarlar 
versinlər?".   Zənnimcə,  bir  çoxları  üçün  cavab  aydındır  –  əlbəttə, 
xeyr.  Ancaq kimsə düşünə bilər ki, Azərbaycanın hüquq sistemi ingilisin 
və  ya  amerikalının  sistemi  (yəni  Anqlo-Sakson  hüquq  sistemi)  deyil, 
kontinental hüquq sistemidir – ona görə də mümkündür. Belə çıxır ki, bir 
ideoloji səbəbə görə bir cür fakt üzrə 10 ayrı-ayrı məhkəmə 10 başqa-başqa 
qərar çıxaracaq?        
Bu cür problemin həlli, şübhəsiz ki, president sistemin tətbiqindən 
keçir. Hazırda  ənənəvi  olaraq  kontinental  hüquq  sisteminə  aid  olan 
Almaniya,  Fransa,  Niderland  və  s.  kimi  ölkələrin  məhkəmə  sistemində 
president  sistemi  tətbiq  olunur.   Sədə  formada  desək,  "president"  bir 
məhkəmənin  (misal  üçün,  Ali  Məhkəmə  və  ya  Konstitusiya  Məhkəməsi) 
digər  məhkəmələr  tərəfindən  rəhbər  tutmalı  olduqları  qərardır  –  yəni 
                                                 
28
 Bu məqalə ilk olaraq burada yerləşdirilmişdir: http://www.legalforum.az/?cat=articles&id=171 
Ə 


Yüklə 4,84 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə