Konstitusiya hüququnun müqayiSƏLİ Əsaslari



Yüklə 4,84 Kb.
Pdf görüntüsü
səhifə11/71
tarix06.02.2018
ölçüsü4,84 Kb.
#26775
1   ...   7   8   9   10   11   12   13   14   ...   71

28 
 
respublikadır”.  Bu  maddə  ilk  növbədə  Azərbaycanı  respublika  bəyan  edir.  
“Respublika”  bildiyiniz  kimi,  dövlətin  seçkili  orqanlar  tərəfindən  idarə 
olunmasını  nəzərdə  tutur.  Yəni  Azərbaycanda  seçkili  orqanlar  mövcuddur  və 
onlar  ölkəni  idarə  edir  (və  idarə  etmədə  iştirak  edirlər).  “Demokratiya”  tarix 
dərslərindən  bildiyiniz  kimi,  xalqın  idarəçiliyini  nəzərdə  tutur  –  təkrar  edək  ki, 
yunan  sözlərindən  ibarət  olan  bu  söz   δῆμος  (dêmos)  "xalq"  və  κράτος  (kratos
“hakimiyyət”  və  ya  “idarə  etmək”  deməkdir.    7-ci  maddədəki  “hüquqi”  sözü 
ölkəmizdə  idarəçiliyin,  xüsusən  də  vətəndaş  və  dövlət  münasibətlərinin  başlıca 
olaraq  hüquq  və  qanun  üzərində  qurulduğunu  ifadə  edir.  “Dünyəvi”  prinsipi 
Azərbaycanda  din  və  dövlətin  ayrı  olduğunu  və  dinin  dövlət  idarəçiliyinə 
müdaxilə  etməməsini  ifadə  edir.    Coğrafiya  dərslərindən  bilirik  ki,  dünyada 
“unitar”  və  “federasiya”,  o  cümlədən  “konfederasiya”  quruluşları  mövcuddur.  
Azərbaycan unitar dövlətdir və bu prinsip 7-ci maddədə əks olunmuşdur.   
 
Bu sadalanan prinsiplər mühüm olduğu qədər də, onların konkret hallara 
necə  tətbiqi  və  bəzən  də  konkret  olaraq  nəyi  ehtiva  etməsi  barədə  mübahisələr 
ola  bilər.    Onların  bəzilərini  bu  kitabın  digər  hissələrində  müzakirə  edəcəyik. 
Bununla  belə,  bu  prinsiplərin  bəyan  edilməsi,  ən  azından  Azərbaycan  xalqının 
məhz  bu  prinsiplər  əsasında  yaşamaq  istəyini  əks  etdirir.  Bunun  da  tarixi 
əhəmiyyəti böyükdür. 
 
Konstitusiyanın 3-cü fəsli “Əsas insan və vətəndaş hüquq və azadlıqları” 
adlanır.  Bu  fəsildə  insan  hüquq  və  azadlıqlarını  təmin  edən  maddələr  yer 
almışdır.  Burada  bərabərlik  hüququ,  azadlıq  hüququ,  şəxsi  toxunulmazlıq 
hüququ,  əmək  hüququ  və  sair  hüquqlarla  yanaşı,  mülkiyyət  hüququ  və  fikir 
azadlığı  təminatları  da  nəzərdə  tutulmuşdur.  Konstitusiyanın  29-cu  maddəsinə 
əsasən  “[h]ər  kəsin  mülkiyyət  hüququ  vardır”,  “[m]ülkiyyət  qanunla  qorunur” 
və  “[h]eç  kəs  məhkəmənin  qərarı  olmadan  mülkiyyətindən  məhrum  edilə 
bilməz”.   
 
Konstitusiyanın  47-ci  maddəsinə  əsasən  “[h]ər  kəsin  öz  fikir  və  söz 
azadlığı  vardır”  və  “[h]eç  kəs  öz  fikir  və  əqidəsini  açıqlamağa  və  ya  fikir  və 
əqidəsindən dönməyə məcbur edilə bilməz”.   
 
 Konstitusiya müasir konstitusionalizmin prinsiplərindən olan hakimiyyət 
qanadları  arasında  səlahiyyət  bölgüsü  konsepsiyasını  ehtiva  etmişdir. 
Konstitusiyaya  əsasən  qanunverici  hakimiyyət  Milli  Məclisə  (maddə  81),  icra 
hakimiyyəti  Prezidentə  (maddə  99)  və  məhkəmə  hakimiyyəti  Azərbaycanın 
məhkəmələrinə  məxsusdur  (maddə  125).  Azərbaycan  Nazirlər  Kabineti 
mövcuddur  və  bu  da  Konstitusiyanın  114-cü  maddəsi  əsasında  yaradılmışdır. 
Nazirlər  Kabineti  prezidentin  səlahiyyətlərini  icra  etmək  üçün  yaradılmış 
kollegial  orqandır.  Nazirlər  Kabinetinə  prezident  tərəfindən  təyin  olunan  baş 
nazir rəhbərlik edir.   


29 
 
 
Konstitusiyanın  önəmli  hissələrindən  biri  onun  10-cu  fəslidir.  Həmin 
fəsildə  hüquq  normalarının  iyerarxiyasıdır  –  yəni  hansı  normativ-hüquq  akt 
hansından  üstündür  və  hansına  nisbətdə  daha  aşağı  pillədə  durur.  Bu 
konstitusionalizmin  vacib  əsaslarından  biridir.  Xüsusən  149-cu  maddə  bu 
ardıcıllığı  nəzərdə  tutur.  Qısaca  desək,  Konstitusiya  və  referendum  vasitəsi  ilə 
qəbul  olunan  aktlar  bütün  digər  normativ-hüquqi  aktlardan  üstün  hüquqi 
qüvvəyə  malikdir.  Azərbaycanın  qoşulduğu  beynəlxalq  müqavilələr  əksər 
hallarda  adi  qanunlardan  üstün  olsa  da,  onlar  Konstitusiyaya  zidd  olmalı 
deyillər.  Milli  Məclisin  qəbul  etdiyi  qanunlar  bütün  digər  dövlət  orqanlarının 
qəbul  etdiyi  sərəncamlar,  fərmanlar  və  qərarlardan  üstün  hüquqi  qüvvəyə 
malikdir.  Nazirlər  Kabinetinin  və  ya  hər  hansı  digər  dövlət  orqanlarının  qəbul 
etdiyi  qərarlar  prezidentin  fərmanlarına  və  fərmanlardan  üstün  qüvvəyə  malik 
olan normativ-hüquqi aktlara zidd olmalı deyil.  
 
21  dekabr  2010-cu  ildə  Milli  Məclis  "Normativ-hüquqi  Aktlar  haqqında" 
Konstitusiya Qanunu  qəbul etmişdir.  Bu Konstitusiya Qanunu Konstitusiyanın 
149-cu maddəsindən irəli gələn məsələləri tənzimləyir.   
 
Konstitusiya Məhkəməsinin qərarları – hüququn mənbəyi 
 
 
Bir  çox  dövlətlərdə  ali  məhkəmə  orqanlarının  qərarlarını  da  hüququn 
mənbəyi  adlandırırlar.  Azərbaycanda  Konstitusiya  Məhkəməsi  qanunları  və 
Konstitusiyanı  şərh  edir  və  nəticədə  müəyyən  qayda  qəbul  olunur.  Bu  nöqteyi-
nəzərdən onlar mühüm əhəmiyyətə malikdirlər və haqlı olaraq onları hüququn 
bir mənbəyi adlandırmaq olar. 
 
Məhkəmə qərarlarının hüququn bir mənbəyi olması uzun illər kontinental 
hüquq  sistemi  üçün  yad  olmuş  və  bir  sıra  ölkələrdə,  ümumiyyətlə,  neqativ 
qarşılanmışdır. Ancaq illər ötdükcə bu cür qərarların əhəmiyyəti cəmiyyətdə və 
hüquq  sistemində  öz  yerini  tutdu.  President  sisteminin  əhəmiyyəti  haqda 
aşağıda  müzakirə  aparmışıq.  Bu  məqamda  Konstitusiya  Məhkəməsinin  onun 
qərarlarının  hüquq  mənbəyi  kimi  çıxış  etməsini  təsdiq  edən  bir  qərarını  sizə 
təqdim edirik: 
 
Ombudsmanın sorğusu ilə bağlı Konstitusiya Məhkəməsinin Qərarı, 25 
yanvar 2005-ci il
20
  
 
                                                 
20
 "Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi 
barədə" 11 iyun 2004-cü il tarixli, 688-IIQD saylı Azərbaycan Respublikası Qanununun III 
hissəsinin 9-cu bəndinin və IV hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası 
Konstitusiyasının 130-cu maddəsinin IX hissəsinə uyğunluğunun yoxlanılmasına dair 
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Qərarı, 25 yanvar 2005-ci il. 


Yüklə 4,84 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə