Konstitusiya hüququnun müqayiSƏLİ Əsaslari



Yüklə 4,84 Kb.
Pdf görüntüsü
səhifə12/71
tarix06.02.2018
ölçüsü4,84 Kb.
#26775
1   ...   8   9   10   11   12   13   14   15   ...   71

30 
 
[İşin  faktları:  1995-ci  ildə  Konstitusiya  qəbul  olunan  zaman  orada 
vətəndaşların  pozulmuş  hüquqlarının  bərpası  üçün  Konstitusiya 
Məhkəməsinə  birbaşa  müraciət  etmək  hüququ  nəzərdə  tutulmamışdı. 
Qanun  və  Konstitusiyanın  şərhi  üçün  ancaq  müəyyən  dövlət  orqanları 
məhkəməyə  müraciət  edə  bilərdilər.    2002-ci  ildə  referendum  vasitəsi  ilə 
Konstitusiyaya  dəyişikliklər  edildi.  Bu  dəyişikliklər  nəticəsində 
vətəndaşlar 
pozulmuş 
hüquqlarının 
bərpası 
üçün 
Konstitusiya 
Məhkəməsinə  müraciət  etmək  hüququ  qazandılar.  Milli  Məclis  2004-cü 
ildə  qanun  qəbul  edərək  Mülki  Prosessual  və  Cinayət  Prosessual 
Məcəllələrinə  dəyişiklik  etdi.  Bu  dəyişikliklərə  əsasən  Azərbaycan 
Konstitusiya  Məhkəməsinin  (o  cümlədən  Avropa  İnsan  Hüquqları 
Məhkəməsinin)  qərarlarını  Ali  Məhkəmənin  Plenumu  icra  etməlidir. 
Misal  üçün,  Konstitusiya  Məhkəməsi  işə  baxaraq  qərar  verir  ki,  aşağı 
məhkəmələrin  qərarı  ləğv  edilsin,  sonra  onu  icra  üçün  Ali  Məhkəməyə 
göndərir.  Ombudsmanı  narahat  edən  məsələlərdən  biri  də    o  idi  ki,  Ali 
Məhkəməyə  icra  üçün  gələn  iş  üzrə  Ali  Məhkəmə  və  ya  işi  alan  digər 
məhkəmələr  Konstitusiya  Məhkəməsinin  qərarından  başqa  qərar  qəbul 
edə bilərmi? (bir sıra sənədlərdən)] 
 
Azərbaycan 
Respublikasının 
İnsan 
hüquqları 
üzrə 
Müvəkkili 
(Ombudsman)  Azərbaycan  Respublikasının  Konstitusiya  Məhkəməsinə 
(bundan  sonra  –  Konstitusiya  Məhkəməsi)  sorğu  verərək   "Azərbaycan 
Respublikasının  bəzi  qanunvericilik  aktlarına  əlavələr  və  dəyişikliklər 
edilməsi  barədə"  11  iyun  2004-cü  il  tarixli,  688-IIQD  saylı  Azərbaycan 
Respublikası Qanununun III hissəsinin 9-cu bəndində və IV hissəsinin 7-ci 
bəndində  Azərbaycan  Respublikası  Ali  Məhkəməsinin  Plenumunun 
Azərbaycan  Respublikası  Konstitusiya  Məhkəməsinin  qərarlarının  icrası 
ilə  bağlı  yalnız  hüquqi  məsələlər  üzrə  işlərə  baxmasını  nəzərdə  tutan 
müddəaları  hüquq  və  azadlıqların  bərpasına  yönəlmiş  Konstitusiya 
Məhkəməsinin  qərarının  icrasına  süni  maneə  olduğunu  hesab  edir  və 
buna görə də həmin bəndlərin Azərbaycan Respublikası Konstitusiyasının 
130-cu maddəsinin IX hissəsinə uyğunluğunun yoxlanılmasını xahiş edir. 
[...] 
Konstitusiya  Məhkəməsinin  səlahiyyətlərindən  biri  qanunvericilik 
və icra hakimiyyəti orqanlarının normativ aktları, bələdiyyə və məhkəmə 
aktları üzərində konstitusiya nəzarətini həyata keçirməkdən ibarətdir. [...] 
Konstitusiya  Məhkəməsinin  Plenumu  mübahisələndirilən  aktın 
Konstitusiyaya  və  ya  qanunlara  uyğunluğuna,  insan  hüquq  və 
azadlıqlarının pozulub-pozulmadığına dair qərar qəbul edir və bu zaman 
işin  faktiki  hallarının  yoxlanılmasına  yol  vermir.  Lakin  bununla  yanaşı, 


31 
 
Konstitusiya Məhkəməsinin qərarında ümumi yurisdiksiyalı məhkəmələr 
tərəfindən  işin  müəyyənləşdirilmiş  faktiki  hallarına  istinad  edilməsi  bu 
halların yoxlanılması və ya araşdırılması hesab olunmamalıdır. 
Bu məsələnin xüsusi qeyd olunması ona görə vacibdir ki, hər hansı 
məhkəmə  aktının  Konstitusiyaya  və  ya  qanunlara  uyğun  olub-
olmamasına,   insan  hüquq  və  azadlıqlarını  pozub-pozmamasına 
dair   mübahisənin  hüquqi  hallarının  Konstitusiya  Məhkəməsi  tərəfindən 
düzgün qiymətləndirilməsi üçün müvafiq mülki, cinayət və ya digər işin 
faktiki hallarının nəzərə alınması və onlara istinad olunması qaçılmazdır. 
[...] 
Konstitusiya 
işinə 
mahiyyəti 
üzrə 
baxılması 
nəticəsində 
Konstitusiya Məhkəməsinin Plenumu qərar qəbul edir. [...]  
Konstitusiya 
məhkəmə 
icraatında 
hüquq 
və 
azadlıqların 
pozulmasının müəyyən olunması və  Konstitusiya Məhkəməsi tərəfindən 
məhkəmə  aktlarının  Konstitusiyaya  və  qanunlara  uyğun  olmayan  hesab 
edilməsindən sonra pozulmuş hüquq və azadlıqlar ümumi yurisdiksiyalı 
məhkəmələrdə  bərpa olunmalıdır. Bu zaman Konstitusiya Məhkəməsinin 
hüquqi  mövqelərinin  nəzərə  alınması,  Ali  Məhkəmənin  Plenumunun 
qəbul  etdiyi  qərarın  mahiyyəti,  işin  yenidən  baxılmaq  üçün  hansı 
mərhələyə  göndərilməsi,  prosessual  müddətlərə  riayət  edilməsi  və  s. 
məsələlər  böyük əhəmiyyət kəsb edir. [...] 
Konstitusiya  Məhkəməsi  Plenumunun  qərarı  mübahisəyə  dair 
hüquqi məsələlərlə bağlı məhkəmənin hüquqi mövqelərini də əks etdirir. 
Həmin mövqelər bir qayda olaraq Konstitusiyanın əsasları, onun aliliyi və 
birbaşa  qüvvəsi,  Azərbaycan  Respublikasının  tərəfdar  çıxdığı  beynəlxalq 
aktların,  o  cümlədən   insan  hüquq  və  azadlıqlarının  üstünlüyü  nəzərə 
alınmaqla formalaşır.  [...] 
Konstitusiya  Məhkəməsi  tərəfindən  qəbul  edilən  qərarlar 
Azərbaycan  Respublikası  ərazisində  məcburi  qüvvəyə  malikdir  və 
qüvvəyə  mindikdən  sonra  şərtsiz  icra  olunmalıdır.  Bu  qərarlar  heç  bir 
orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir edilə 
bilməz. 
Konstitusiya Məhkəməsinin qərarının yüksək hüquqi qüvvəsi onun 
bütün  hissələrinə,  habelə  həmin  qərarın  əsasını  təşkil  edən  hüquqi 
mövqelərə  [kursiv  müəllifindir]  də  şamil  olunur.  Lakin  Konstitusiya 
Məhkəməsinin  hüquqi  mövqeləri  bəzən  müstəqil  əhəmiyyət  qazanır. 
Konstitusiya  Məhkəməsinin  hüquqi  mövqelərinin  qüvvəsi  onun  qərarlarının 
hüquqi  qüvvəsinə  bərabər  olduğundan  və  ümumi  xarakter  daşıdığından,  yalnız 
konstitusiya  işinin  predmetini  təşkil  etmiş  hala  deyil,  hüququn  mənbəyi  kimi 


Yüklə 4,84 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə