Konstitusiya hüququnun müqayiSƏLİ Əsaslari



Yüklə 4,84 Kb.
Pdf görüntüsü
səhifə17/71
tarix06.02.2018
ölçüsü4,84 Kb.
#26775
1   ...   13   14   15   16   17   18   19   20   ...   71

42 
 
ya  oxşar  hallara  başqa  cür  tətbiqi,  ilk  növbədə  Konstitusiyada  təsbit 
olunmuş bərabərlik hüququnu pozmaq deməkdir. Bundan əlavə, əgər hər 
bir  məhkəmənin  qanunu  özü  bildiyi  kimi  şərh  etmək  və  tətbiq  etmək 
hüququ  olarsa,  o  zaman  demək  olar  ki,  bu  məhkəmələrin  hər  biri 
suverenləri  təmsil  edir. Bundan  əlavə,  presidentlərin  tətbiqi  və 
məhkəmələrdə  vahid  praktikanın  yaranması  məhkəmə  müstəqilliyinə 
xidmət edən amildir. 
President  sistemi  əslində  Azərbaycanda  da  tətbiq  olunmaqdadır. 
Avropa  İnsan  Hüquqları  Məhkəməsi  öz  fəaliyyətini  məhz  president 
sistemi  əsasında  qurmuşdur.  Nəzərə  alsaq  ki,  Məhkəmənin  presidentləri 
Azərbaycanda  birbaşa  tətbiq  oluna  bilər,  artıq  demək  olar  ki,  president 
sistemi  Azərbaycanın  məhkəmə  və  hüquq  sistemində  mövcuddur. 
Bundan  əlavə,  Konstitusiya  Məhkəməsinin  bir  neçə  qərarında  özünün 
digər  qərarlarına  istinad  edərək  işləri  həll  etməsi  Konstitusiya 
Məhkəməsinin  öz  qərarlarının  ən  azından  özü  üçün  president  rolunu 
oynamasını  təsdiq  etmişdir.  Ancaq  Konstitusiya  Məhkəməsi  bununla 
məhdudlaşmamışdır. Konstitusiya  Məhkəməsi  Ombudsmanın  sorğusu 
əsasında  25  yanvar  2005-ci  ildə  çıxardığı  qərarında  təsdiq  etmişdir  ki, 
"Konstitusiya  Məhkəməsinin  hüquqi  mövqelərinin  qüvvəsi  onun 
qərarlarının  hüquqi  qüvvəsinə  bərabər  olduğundan  və  ümumi  xarakter 
daşıdığından, yalnız konstitusiya işinin predmetini təşkil etmiş hala deyil, 
hüququn  mənbəyi  kimi  hüquqi  tətbiqetmə  təcrübəsində  rast  gəlinən 
analoji hallara da şamil edilməlidir". Bir qədər məhdud olsa da, bu qərarı 
ilə  Konstitusiya  Məhkəməsi  onun  hüquqi  mövqeyinin  hüquq  mənbəyi 
kimi çıxış etməsini təsdiq etmişdir.  [...]   
 
President sisteminin üstünlükləri və boşluqlar 
 
President  sisteminin  əsas  üstünlüklərindən  biri,  əlbəttə  ki,  qanun  və 
qaydaların  vahid  tətbiqi  praktikasını  bərqərar  etməkdir.  Qeyd  etdiyimiz 
kimi,  bir  ölkənin  başqa-başqa  məhkəmələri  identik  və  ya  oxşar  faktlar 
üzrə  ayrı-ayrı  qərar  verə  bilməz.  Bunu  Azərbaycan  Respublikasının 
Konstitusiyasında  nəzərdə  tutulan  qanun  və  məhkəmə  qarşısında 
bərabərlik  hüququ  tələb  edir. Qanunların  vahid  tətbiqi  praktikası 
insanlarda  müəyyənlik  və  öz  hərəkətlərini  əvvəlcədən  planlaşdırmaq 
üçün  şərait  yaradır.  Xüsusən  qeyd  edək  ki,  sahibkarlığın  inkişafı  üçün 
hüquqi  müəyyənlik  böyük  əhəmiyyət  kəsb  edir  –  qeyri-müəyyənlik 
sahibkarlar  üçün  əlavə  riskdir  və  investisiya  qoyuluşuna  ciddi  maneələr 
yaradır. President sisteminin digər üstün cəhətlərindən biri presidentlərin 
hakimlərin  və  məhkəmələrin  səlahiyyətlərinin  məhdudlaşdırıcı  faktoru 


43 
 
rolunu  oynamasıdır. Presidentlər  qanun  və  qaydaların  şərh  və  tətbiq 
olunmasını  müəyyən  etməklə  hakimlərə  istiqamət  verərək  onların  özləri 
istədikləri  kimi  deyil,  məhz  əvvəlcədən  müəyyən  olunmuş  meyar  üzrə 
qərar  vermələri  üçün  şərait  yaradır. ABŞ  hüquq  ədəbiyyatında  bu, 
hakimin  səlahiyyətlərinin  üzərində  "doktrinal  məhdudiyyət"  adlandırılır. 
Nəticə  etibarilə,  presidentlər  hakimlər  tərəfindən  səlahiyyətlərin  sui-
istifadə hallarının qarşısını almaq üçün tətbiq edilən mexanizmlərdən biri 
kimi  çıxış  edir. Presidentlərin  digər  bir  üstün  cəhəti,  fikrimcə,  onların 
istiqamətverici rol oynamasıdır. Hansısa bir iş üzrə president olmasa belə, 
hüquqşünas digər işlərə baxaraq məhkəmələrin hər hansı bir məsələ üzrə 
təxminən necə mövqedə olduqları barədə nəticə çıxara bilər. 
Bununla  belə  qeyd  etmək  istərdik  ki,  president  sistemi  heç  də 
mükəmməl  deyil  –  onun  da  bir  sıra  çatışmayan  cəhətləri  var.  Məhkəmə 
praktikası  inkişaf  etdikcə  və  presidentlərin  sayı  çoxaldıqca,  tədricən 
məhkəmələr  presidentlərin  özlərini  də  şərh  etmək  məcburiyyətində 
qalır.   Nəticədə  bəzən  hansı  presidentin  hansı  işə  tətbiq  edilməli  olduğu 
heç  də  aydın  olmur.   Bu  çatışmazlığa  dair  iki  məsələni  qeyd  etmək 
lazımdır.  Birincisi, heç də hər zaman bu cür anlaşılmazlıq yaranmır – bir 
çox 
presidentlər 
hüquqşünasların 
və 
məhkəmələrin 
düzgün 
istiqamətləndirilməsində  böyük  rol  oynayırlar.  İkincisi,  bu  çatışmazlığa 
baxmayaraq,  effektivlik,  məhkəmə  sistemində  vahid  praktikanın, 
müəyyənliyin  təmin  edilməsi  və  səlahiyyətlərdən  sui-istifadənin 
qarşısının  alınması  baxımından  hələ  ki  president  sistemi  insanların  icad 
etdiyi ən yaxşı mexanizmdir. [...]  
 
Presidentlər  konstitusiya  hüququ  üçün  –  istər  elm  olaraq,  istərsə  də  praktiki 
nöqteyi-nəzərdən  –  mühüm  əhəmiyyət  kəsb  edir.  Beynəlxalq  təcrübədən  misal 
olaraq,  Almaniya  Federativ  Respublikasının  universitetlərində  konstitusiya 
hüququ  dərsləri  daha  çox  Federal  Konstitusiya  Məhkəməsinin  qərarlarını 
müzakirə etməklə keçirilir. 
Konstitusiya Məhkəməsi üçün onun tam şəkildə tabe olmalı olduğu yalnız 
bir  sənəd  var  –  Konstitusiya  (o  cümlədən  konstitusiya  və  referendum  aktları).  
Müəyyən  hədləri  gözləməklə,  digər  qanun  və  qaydaların  nə  qədər  düz  və  ya 
səhv  olmasını  Konstitusiya  Məhkəməsi  müəyyən  edir.  Onun  qəbul  etdiyi 
qərarlar  da,  yuxarıda  qeyd  etdiyimiz  kimi,  məcburi  qaydaya  çevrilir.  Obyektiv 
səbəblərdən  Konstitusiya  Məhkəməsi  bəzən  qanunu  da  yazır,  nəzəriyyəni  də.  
Əlbəttə, bu, o demək deyil ki, məhkəmə üçün nə qanun, nə də nəzəriyyə mövcud 
deyil. Sadəcə onlar digər məhkəmələrə baxdıqda daha çox nisbi xarakter daşıyır.  
 


Yüklə 4,84 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə