Konstitusiya hüququnun müqayiSƏLİ Əsaslari



Yüklə 4,84 Kb.
Pdf görüntüsü
səhifə10/71
tarix06.02.2018
ölçüsü4,84 Kb.
#26775
1   ...   6   7   8   9   10   11   12   13   ...   71

26 
 
məşhur  sözlərdir.  Heydər  Əliyevin  adı  Azərbaycanın  dövlət  kimi  qurulması  və 
inkişafı ilə sıx bağlıdır.   
 
Heydər Əlirza oğlu Əliyev 10 may 1923-cü ildə Azərbaycanının Naxçıvan 
şəhərində  anadan  olmuşdur.  1936-cı  ildə  Naxçıvanda  pedaqoji  texnikuma  daxil 
olan H. Əliyev 1936-cı ildə texnikumu əla qiymətlərlə başa vurmuşdur. 1944-cü 
ildən  SSRİ-nin  təhlükəsizlik  orqanlarında  çalışmış,  vəzifədə  yüksələrək  1967-ci 
ildə  Azərbaycan  SSR-nin  Dövlət  Təhlükəsizlik  Komitəsinin  sədri  vəzifəsinədək 
yüksəlmişdir.  1969-cu  ildə  Azərbaycan  Kommunist  Partiyasının  Mərkəzi 
Komitəsinin birinci katibi vəzifəsinə seçilmişdir. SSRİ dövründə bu, Azərbaycan 
SSR-nin başçısı demək idi.   
 
H.Əliyev  1982-ci  ildən  1987-ci  ilədək  SSRİ  Ali  Sovetinin  sədrinin  birinci 
müavini  vəzifəsində  işləmişdir.  Bu,  SSRİ  dövründə  çox  böyük  vəzifə  idi. 
H.Əliyev    SSRİ  dövründə  bu  qədər  yüksək  vəzifəyə  yüksələn  yeganə 
Azərbaycanlı idi. Xarici jurnalistlərdən biri H.Əliyevi bu vəzifədə “ölkənin (yəni 
SSRİ-nin) yiyələrindən biri” kimi qiymətləndirmişdir.   
 
1987-ci  ildə  o  zamankı  SSRİ-nin  bir  sıra  rəhbərlərinin  və  xüsusən  də 
Kommunist  Partiyasının  Mərkəzi  Komitəsinin  birinci  katibi  olan  Mixayıl 
Qorbaçovun  “səylərinin”  nəticəsi  olaraq  H.Əliyev  vəzifəsindən  istefa  verməli 
olur. 
 
H.Əliyev  1993-cü  ildə  Azərbaycanda  yaranan  böhran  vaxtı  geniş 
ictimaiyyətin  dəstəyi  ilə  Azərbaycan  Ali  Sovetinin  (mahiyyət  etibarilə  hazırkı 
Milli  Məclisinin  funksiyalarını  yerinə  yetirirdi)  sədri  seçilmiş  və  Azərbaycan 
Respublikasının  Prezidenti  vəzifəsini  icra  etmişdir.  1993-cü  və  1998-ci  illərdə 
Azərbaycanının Prezidenti seçilmişdir.   
 
Prezident  H.Əliyev  Azərbaycanın  Sovet  dönəmində,  xüsusən  də 
suverenlik  qazandıqdan  sonrakı  dövrdə  respublikanın  inkişafında  böyük  rol 
oynamışdır.  
    
 
Konstitusiya  hüququ  kitabında  Prezident  H.Əliyev  haqqında  bu 
paraqrafların  olmasının  bir  mühüm  səbəbi  var.  Konstitusionalizm  ideyalarının 
bərqərar olması bir prosesdir və bu prosesdə çətinliklər ola bilər. Digər tərəfdən 
konstitusionalizm  ideyalarının  bərqərar  olması  və  möhkəmlənməsi  üçün 
insanların daha çox ideyalar, o cümlədən konstitusoinalizm prinsipləri ətrafında 
birləşməsi  çox  vacibdir  –  bu,  ölkənin  istər  siyasi,  istərsə  də  iqtisadi  cəhətdən 
dayanıqlı  inkişafı  üçün  önəmlidir.  Ancaq  bir  sıra  tarixi  hadisələr  bizə  dövlətin 
quruluşu və möhkəmlənməsi prosesi barədə çox şeyi deyir. Hesab edirik ki, bir 
sıra  praktiki  səbəblərdən  biz  bunları  bilməli  və  düzgün  təhlil  etməliyik.  90-cı 
illərdə Azərbaycan çətin vəziyyətdə idi və bu vəziyyətdən çıxmaqda H.Əliyevin 
həlledici  rolu  olmuşdur.  Buna  dair  heç  bir  ciddi  şübhələr  yoxdur.    H.Əliyevin 
Azərbaycanın  müstəqilliyi  dövründə  Azərbaycan  xalqına  və  dövlətinə  verdiyi 


27 
 
töhfə,  sadə  desək,  yaxşı  olmuşdur  və  bir  məşhur  filmdə  deyildiyi  kimi,  “yaxşı 
şey isə ölmür”... , hər halda biz ümid edirik.      
 
Prezident H.Əliyev 12 dekabr 2003-cü ildə vəfat etmişdir. ABŞ-ın 16-cı Prezidenti 
Avraam  Linkoln-ın  1863-cü  ildə  Vətəndaş  Müharibəsi  zamanı  döyüşdən  sonra 
Pensilvaniyanın Qittensberq şəhərində söylədiyi nitqin bir hissəsini burada qeyd 
etmək maraqlı olardı: 
Burada dediklərimizi dünya qismən eşidəcək və çox keçmədən unudacaq, 
lakin  onların  (yəni  vəfat  edən  əsgərlərin  –  əlavə  müəllifindir)  etdikləri  heç 
vaxt yaddan çıxmayacaq. Bu, bizə – dirilərə lazımdır ki, özümüzü burada 
döyüşənlərin gördükləri və hələ bitirmədikləri işə həsr edək. Özümüzü bu 
işə həsr etməyimiz ondan ötrü bizə lazımdır ki, xatirələrini hörmətlə yad 
etdiyimiz  bu  böyük  insanlardan  onların  ən  yüksək  dərəcədə  nümayiş 
etdirdikləri sədaqət dərsi götürək; onların öz həyatlarını boş yerə qurban 
vermədiklərini  bir  daha  rəsmən  bildirək;  bu  millət  Allahın  köməyi  ilə 
azadlığın  yenidən  dirçəlməsinə  (Cənub  hökumətinə  ABŞ  tarixində 
azadlığa  təhlükə  kimi  baxılırdı  –  əlavə  müəllifindir)  nail  olsun,  xalqın 
rəhbərlik etdiyi və xalqa xidmət edən demokratiya yox olub yer üzündən 
silinməsin
19
.   
 
***** 
 
Azərbaycan Konstitusiyası – xülasə 
 
Konstitusiyanın  1-ci  və  2-ci  maddələri  “xalq  suverenliyi”  konsepsiyasını  ifadə 
edir.  Bu maddələrə əsasən Azərbaycanda hakimiyyətin mənbəyi xalqdır və xalq 
öz  müqəddəratını  həll  edir.  Oxşar  maddəyə  bir  sıra  digər  dövlətlərin 
konstitusiyalarında  rast  gəlmək  olar.  Məsələn,  Almaniya  Federal  Əsas 
Qanununun  (Konstitusiyasının)  20.2-ci  maddəsinə  əsasən  “[b]ütün  dövlət 
hakimiyyətinin mənbəyi xalqdır”.   
 
Azərbaycanın  Sovet  keçmişini  nəzərə  alaraq  Konstitusiya  xalqın 
suverenliyini bəyan etməklə, digər ölkələrin Azərbaycanı idarə etməmək fikrini 
də  iddia  edir.    Digər  tərəfdən  xalqın  suverenliyi  dövlət  idarəçiliyinin  tamamilə 
bir  və  ya  dairəsi  məhdud  bir  neçə  şəxsin  iradəsindən  deyil,  bütöv  xalqın 
iradəsindən asılı olduğu prinsipini ehtiva edir.   
 
Konstitusiyanın digər mühüm maddələrindən biri 7-ci maddədir. Həmin 
maddəyə  əsasən  “Azərbaycan  dövləti  demokratik,  hüquqi,  dünyəvi,  unitar 
                                                 
19
 Nitqin bu hissəsinin Azərbaycan dilində tərcüməsi Melvin İ. Urofskinin "ABŞ demokratiyasının 
əsasları" kitabının (FAR Center, 2005) Azərbaycan dilinə tərcüməsindən götürülmüşdür.  


Yüklə 4,84 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə