inzibati orqan canlı nümunələrin daşınması və onlara qulluq edilən zaman mümkün
zədələnmələrin, amansız rəftarın və həyatı təhlükə riskinin minimuma
endiriləcəyinə əmindirsə).
IV. İcazə/sertifikatın tərtibi
4.1. Konvensiyanın I, II və III, habelə bu Qaydaların 1 və 2 nömrəli əlavələrinə
daxil edilmiş növlərin beynəlxalq ticarəti zamanı bu Qaydaların 3 nömrəli əlavəsinə
uyğun icazə/sertifikatı tərtib edilir.
4.2. İcazə/sertifikatı xüsusi blanklarda növlərin adları latın dilində qeyd
olunmaqla, Azərbaycan və ingilis dillərində tərtib edilir.
4.3. İcazə/sertifikatın əsli və 3 nüsxəsi (surətləri) olmaqla tərtib edilir.
İcazə/sertifikatın əsli ilə digər nüsxələrinin rəngləri fərqlənir və icazə/sertifikatın
əslinə CİTES-in nömrələnmiş markası yapışdırılaraq bütün nüsxələr inzibati orqanın
rəhbəri tərəfindən imzalanır və möhürlə təsdiq edilir. Ərizəçiyə icazə/sertifikatın əsli
və digər iki nüsxəsi təqdim edilir. Gömrük orqanları tərəfindən icazə/sertifikatın
əslində və nüsxələrin birində müvafiq qeydlər aparılır və qeydiyyatı aparılmış
nüsxələrdən biri gömrük orqanları tərəfindən götürülür. Üçüncü nüsxə ərizəyə əlavə
edilmiş sənədlərlə birlikdə müəyyən olunmuş qaydada inzibati orqanda saxlanılır.
4.4. İcazə/sertifikatın surətlərinin heç biri əslinin əvəzinə istifadə edilə bilməz.
4.5. Nümunələrin hər partiyası üçün ayrıca icazə/sertifikatı tələb olunur.
4.6. Bir icazə/sertifikata üçdən artıq növün nümunəsi daxil edilə bilməz.
4.7. İcazə/sertifikata əlavə və düzəlişlər edilməsinə yol verilmir.
4.8. İcazə/sertifikatı verildiyi gündən aşağıdakı müddətdə qüvvədədir:
4.8.1. ixrac və təkrar ixrac üçün icazə/sertifikatı - 6 ay;
4.8.2. Konvensiyanın I və bu Qaydaların 1 nömrəli əlavələrinə daxil edilmiş
növlərin nümunələrinin idxalı üçün icazə/sertifikatı -12 ay;
4.8.3. Konvensiyanın II, habelə bu Qaydaların 2 nömrəli əlavələrinə daxil
edilmiş növlərin nümunələrinin digər ölkənin ərazisindən ixrac və ya təkrar ixracı
barədə müvafiq icazə/sertifikat əsasında verilən idxal üçün icazə/sertifikat-6 ay
(müddət ixrac və ya təkrar ixrac sənədlərinin verildiyi gündən hesablanır);
4.9. İcazə/sertifikatı bu Qaydalarla müəyyən edilmiş müddətlərdə və yalnız
icazə/sertifikatda göstərilən şəxslər tərəfindən istifadə edilə bilər, digər şəxslərə
verilə bilməz.
4.10. İcazə/sertifikatı nümunələr ixrac olunmazdan əvvəl alınmalıdır.
V. İcazə/sertifikatın ləğv olunması və ona xitam verilməsi
5.1. İcazə/sertifikatı aşağıdakı hallarda inzibati orqan tərəfindən ləğv edilir:
5.1.1. ərizəçi tərəfindən müvafiq müraciət edildikdə;
5.1.2. Konvensiyanın, Konvensiya tərəflərinin konfransının qətnamələrinin, bu
Qaydaların, habelə idxal edildiyi ölkənin qanunlarının pozulması ilə verildiyi
müəyyən edildikdə;
5.1.3. icazə/sertifikatın verilməsində bu Qaydalarla müəyyən edilmiş şərtlərinin
pozulması baş verdikdə;
5.1.4. icazə/sertifikatı itirildikdə;
5.1.5. nümunə sahibi dəyişdikdə;
5.1.6. nümunə sahibi olan hüquqi şəxs ləğv edildikdə, fiziki şəxs öldükdə;
5.1.7. məhkəmənin müvafiq qərarı olduqda;
5.1.8. idxal edilən nümunənin onun ixrac olunduğu ölkənin qanunvericiliyinin
pozulması yolu ilə ixrac edildiyi müəyyən edildikdə;
5.1.9. Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş digər
hallarda;
5.2. icazə/sertifikata aşağıdakı hallarda inzibati orqan tərəfindən xitam verilir:
5.2.1. etibarsız hesab edilmiş icazə/sertifıkatı inzibati orqana təhvil verildikdə;
5.2.2. beynəlxalq ticarət üçün digər ölkələrin inzibati orqanları tərəfindən
verilmiş icazə/sertifikatı qüvvədən düşdükdə;
5.2.3. Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş digər
hallarda.
VI. Bu Qaydaların pozulması nəticəsində götürülmüş nümunələrdən istifadə
6.1. Konvensiyanın tələblərinə müvafiq olaraq, götürülmüş nümunələr
saxlanılmaq üçün inzibati orqana verilir.
6.2. Məhkəmənin qərarına əsasən və ya elmi orqanın rəyini nəzərə alaraq,
inzibati orqan nümunələr barədə aşağıdakı qərarlardan birini qəbul edir:
6.2.1. sahibinə qaytarılması;
6.2.2. ixrac edildiyi ölkəyə qaytarılması (müvafiq dövlətin Konvensiya üzrə
inzibati orqanı ilə məsləhətləşmələr apardıqdan sonra);
6.2.3. təbii mühitə buraxılması;
6.2.4. canlı nümunələrin qeyri-sərbəst şəraitdə və ya süni olaraq yaradılmış
mühitdə saxlanılması və artırılması, cansız nümunələrin isə saxlanmaq üçün dövlət
və ya bələdiyyə təşkilatlarına, təbiəti mühafizə, elmi, maarifçilik, mədəniyyət və tibbi
məqsədlər üçün əvəzsiz verilməsi;
6.2.5. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş
qaydada satılması (bu Qaydaların 6.2.1-6.2.3-cü yarımbəndlərində nəzərdə tutulmuş
qərarların həyata keçirilməsi mümkün olmadıqda);
6.2.6. öldürülməsi və ya məhv edilməsi (canlı nümunələr üçün baytarlıq
nəzarəti orqanlarının rəyi olduqda).
6.3. Nümunələrin
satışı
Azərbaycan
Respublikasının
müvafiq
qanunvericiliyində nəzərdə tutulmuş qaydada həyata keçirilir.
6.4. Nümunəni alan şəxsə inzibati orqan tərəfindən bu Qaydaların 4 nömrəli
əlavəsində göstərilən formada Şəhadətnamə verilir. Şəhadətnamə nümunənin əldə
edilməsinin qanuniliyini təsdiq edən sənəddir.
Şəhadətnamə nümunənin hər bir nüsxəsinə və ya partiyasına verilir.