3.3.5. Konvensiyanın I və bu Qaydaların 1 nömrəli əlavələrinə daxil edilmiş
nümunələrin süni şəraitdə yetişdirilməsini (onun valideynlərinin 2-ci nəsli barədə
məlumatlar göstərilməklə) təsdiq edən sənədlərin surətləri.
3.4. Konvensiyanın I, II və III, habelə bu Qaydaların 1 və 2 nömrəli əlavələrinə
daxil edilmiş nümunələrin Azərbaycan Respublikasından təkrar ixracı üçün icazə
almaq barədə ərizəyə aşağıdakı sənədlər əlavə edilməlidir:
3.4.1. nümunələrin təkrar ixracına icazə/sertifikatın alınması zamanı bu
qaydaların 3.3-cü bəndin 3.3.3-cü yarımbəndindəki elmi orqanın rəyi istisna olmaqla,
həmin bənddəki sənədlər ərizəyə əlavə edilir.
3.5. Konvensiyanın I əlavəsinə daxil edilmiş nümunələrin Azərbaycan ərazisinə
idxalı üçün icazə/sertifikatın alınmasına dair ərizəyə elmi orqanın rəyi əlavə edilir.
3.6. Konvensiyanın II və III əlavəsinə daxil edilmiş nümunələrin
idxalına icazə/sertifikatın verilməsi tələb olunmur.
3.7. Nümunələrin Azərbaycan ərazisinə introduksiyası üçün icazə/sertifikatın
alınmasına dair verilən ərizəyə aşağıdakı sənədlər əlavə edilməlidir:
3.7.1. elmi orqanın rəyi;
3.7.2. baytarlıq və fitosanitar normalara cavab verdiyini təsdiq edən sənədlər.
3.8. İcazə/sertifikatı
almaq
barədə
ərizəyə
əlavə
edilmiş
sənədlərdə
çatışmazlıqlar və uyğunsuzluqlar aşkar edildikdə, 3 (üç) iş günü ərzində
ərizəçiyə yazılı məlumat verilir və məlumatda sənədlərdəki çatışmazlıqlar
və
uyğunsuzluqlar
konkret
göstərilir.
Ərizədə
bütün
zəruri
hallar
göstərilmişdirsə və zəruri materiallar əlavə edilmişdirsə, ərizə təqdim
edildiyi gündən 5 (beş) gün müddətində bu Qaydaların tələblərinə uyğun
olaraq baxılır və imtina üçün əsas olmadıqda icazə/sertifıkatı verilir.
3.9. İcazə/sertifikatın verilməsindən imtina edildikdə, bu barədə ərizəçiyə
əsaslandırılmış yazılı məlumat verilir. Ərizəçi imtina ilə əlaqədar qanunvericiliyə
uyğun olaraq məhkəməyə müraciət edə bilər.
3.10. Konvensiyanın I, II və III və bu Qaydaların 1 və 2 nömrəli əlavələrinə daxil
edilmiş nümunələrin ticarəti aşağıdakı şərtlərə cavab verdikdə həyata keçirilə bilər:
3.10.1. ixrac və ya təkrar ixracın, habelə introduksiyanın obyekti olan canlı
nümunələrin Konvensiyanın canlı nümunələrinin daşınması ilə bağlı rəhbər
prinsiplərinə əməl olunduqda;
3.10.2. canlı nümunələrin hava nəqliyyatı ilə daşınması hallarında, heyvanların
zədələnməsi, həyatlarının təhlükəyə məruz qalması və ya onlarla amansız rəftar
riskinin minimuma endirilməsini nəzərdə tutan Beynəlxalq Hava Nəqliyyatı
Assosiasiyasının canlı nümunələrin daşınması barədə tələbləri yerinə yetirildikdə;
3.10.3. Konvensiyanın I və bu Qaydaların 1 nömrəli əlavələrinə daxil edilmiş
növlərin nümunələrinin idxalı və ya dənizdən introduksiyası kommersiya
məqsədləri üçün istifadə edilmədikdə;
3.10.4. Konvensiyanın II əlavəsinə daxil edilmiş hər hansı növü ixrac edən
dövlətin inzibati orqanı tərəfindən ixrac və ya təkrar ixrac üçün icazə/sertifikatı
verildikdə;
3.10.5. Konvensiyanın III əlavəsinə daxil edilmiş növlərin Azərbaycan ərazisinə
idxalı zamanı növü ixrac edən ölkənin mənsubiyyəti barədə sertifikat təqdim
olunduqda;
3.10.6. Konvensiyanın III əlavəsinə daxil edilmiş növlərin Azərbaycan ərazisinə
idxalı zamanı, əgər ixrac Konvensiyanın III əlavəsinə daxil olunmasını təklif etmiş
ölkədən həyata keçirilirsə, həmin ölkənin inzibati orqanı tərəfindən növün ixrac
olunmasına verilmiş icazə/sertifikatı təqdim olunduqda.
3.11. Konvensiyanın III əlavəsinə daxil edilmiş növlərin ticarəti üçün elmi
orqanın rəyi tələb olunmur.
3.12. Bu Qaydaların 1 və 2 nömrəli əlavələrinə daxil edilmiş növlərin
nümunələrinin beynəlxalq ticarəti məqsədi ilə icazə/sertifikatın verilməsi müvafiq
olaraq Konvensiyanın I və II əlavələri üçün müəyyən edilmiş şərtlərə uyğun olaraq
həyata keçirilir.
3.13. Konvensiyanın I və II, habelə bu Qaydaların 1 və 2 nömrəli əlavələrinə
daxil olan və qeyri-sərbəst şəraitdə artırılmış və ya süni yolla yetişdirilmiş bitki və
heyvan növlərinin nümunələri beynəlxalq ticarətin obyekti ola bilər.
3.14. Konvensiyanın I və bu Qaydaların 1 nömrəli əlavələrinə daxil edilmiş
növlərin qeyri-sərbəst şəraitdə artırılan və ya süni yolla yetişdirilən nümunələrinin
beynəlxalq ticarəti Konvensiyanın II və bu Qaydaların 2 nömrəli əlavələrinə daxil
edilmiş növlər üçün müəyyən olunan qaydada həyata keçirilir.
3.15. Nümunələrin bu Qaydalara müvafiq beynəlxalq ticarəti üçün müəyyən
edilmiş şərtlər aşağıdakılara tətbiq olunmur:
3.15.1. nümunələrin Azərbaycan ərazisindən gömrük nəzarəti altında tranzit
daşınmasına;
3.15.2. ixrac və ya təkrar ixrac edən ölkənin inzibati orqanı nümunələrin
Konvensiyanın və bu Qaydaların şərtlərinin tətbiq olunmasından əvvəl əldə
edilməsinə əmin olunduqda;
3.15.3. alimlər və ya elmi təşkilatlar arasında inzibati orqan tərəfindən verilmiş
və ya təsdiq edilmiş yarlıqları olan herbari, digər konservləşdirilmiş, qurudulmuş,
xüsusi mayedə qoyulmuş muzey eksponatların, canlı bitki nümunələrinin
mübadiləsi, müvəqqəti istifadəsi, bağışlanması, habelə kommersiya məqsədi
daşımayan barter hallarına;
3.15.4. Konvensiyanın I və bu Qaydaların 1 nömrəli əlavələrinə daxil edilmiş
şəxsi və ya məişət əşyalarına (əgər onlar sahibi tərəfindən başqa ölkədə əldə edilərək
şəxsin (sahibinin) daimi yaşadığı ölkəyə idxal edilmirsə);
3.15.5. Konvensiyanın II və bu Qaydaların 2 nömrəli əlavələrinə daxil edilmiş
şəxsi və ya məişət əşyalarına (əgər onlar başqa ölkənin vəhşi təbiətindən əldə
edilərək sahibinin daimi yaşadığı ölkənin ərazisinə idxal edilmirsə və nümunənin
əldə edildiyi dövlətin inzibati orqanı onların ölkədən ixrac olunması üçün
əvvəlcədən icazə tələb etmirsə);
3.15.6. səyyar sirklər, heyvanxana, zooloji bağlar və bitki sərgilərinə (əgər
nümunələr qəbul edilmiş qaydada inzibati orqanda qeydiyyatda keçmişdirsə və ya
nümunələr bu Qaydaların 3.15.2-ci bəndindəki kateqoriyaya aiddirsə, həmçinin