İlkin Sabiroğlu
e‐readiness rankings” cədvəlində
250
liderlik edən Finlandiya,
Danimarka kimi ölkələr “Transparency International”ın hesa‐
batında da korrupsiyanın azlığına görə liderlik edir. Daha çox
elektronlaşma daha çox şəffaflıq və daha az korrupsiya de‐
məkdir. Korrupsiyanın azalmasını istəyiriksə, keçən ilin ok‐
tyabr ayında ölkə prezidenti tərəfindən təsdiq edilən “Elektron
Azərbaycan” proqramına cəmiyyətin və medianın laqeyd mü‐
nasibəti aradan qalxmalıdır.
“Transparency International” korrupsiya üzrə reytinq cəd‐
vəlini analitiklər və sahibkarlar arasında keçirilən sorğunun
nəticələrinə əsasən hazırlayır. Korrupsiya əslində medalın bir
üzünün təsviridir. Medalın digər üzündə isə iqtisadi azadlıqlar
dayanır. Aydındır ki, iqtisadi azadlıqların yüksək səviyyədə
təmin edildiyi ölkələrdə sahibkarların rəyi əsasında hazırlanan
korrupsiya səviyyəsi də aşağı olacaq. Ona görə də hər il Dün‐
ya Bankı tərəfindən açıqlanan “Doing Business” illik hesa‐
batına baxaraq daha sonradan açıqlanacaq olan “Transparency
International”ın hesabatında hər ölkənin mövqeyini təqribən
müəyyənləşdirə bilərsiniz. Həmin hesabatda da Azərbaycanla
Gürcüstan “yaxın qonşu” ikən Ermənistan nisbətən daha yaxşı
vəziyyətdə idi. Elə isə korrupsiya ilə mübarizənin ikinci isti‐
qaməti iqtisadi azadlıqların təmin edilməsinə fokuslanmalıdır.
Korrupsiyaya qarşı mübarizədə ən əsas iş hər bir vətənda‐
şın bu məsələdə öz məsuliyyətini dərk etməsidir. İslama görə,
Allah insanı torpaqdan yaradarkən “ol” dedi və insan yarandı.
Biz sanki hər məsələdə öz məsuliyyətimizi unudub kimdənsə
“ol” əmri gözləyirik. Azərbaycanın bütün problemlərinin sə‐
bəbkarı kimi də siyasi hakimiyyəti görürük. Siyasi hakimiyyət
bircə “ol” əmrini versə, guya bütün problemlərimiz həll oluna‐
caqmış. Belə fikirləşmək bizi rahatladır, çünki mövcud prob‐
250
“The 2005 e‐readiness rankings”, The Economist Intelligence Unit,
http://graphics.eiu.com/files/ad_pdfs/2005Ereadiness_Ranking_WP.pdf,
(01/03/2006).
‐ 218 ‐
Kapitalizm Kapitalizmə Bənzəməz
lemlərə görə vətəndaş və cəmiyyət olaraq sanki özümüz məsu‐
liyyət daşımırıq.
Konkret olaraq korrupsiya məsələsində də bənzər situasiya
ilə üz‐üzəyik. Halbuki hakimiyyət korrupsiyaya qarşı mübari‐
zə haqqında qanunu, korrupsiyaya qarşı mübarizə üzrə dövlət
proqramını, elektron Azərbaycan proqramını və s. qəbul et‐
məklə artıq “ol” əmrini verib, indi vətəndaş və cəmiyyət ola‐
raq bizim də “olsun” deməyimiz lazımdır ki, problemlərimiz
çözülsün. Əks təqdirdə korrupsiya məsələsini “milli mentali‐
tet”lə bağlı problem kimi ələ almaqla labirintdən çıxmamız
mümkün deyil.
Qloballaşma əleyhdarlarının məşhur suallarından biri vax‐
tilə “Ümumi Avropa Bazarı” başqanı olduğu dövrdə Delors
tərəfindən səsləndirilmişdi: “Bizim öz ənənələrimizi qorumağa
haqqımız varmı?” Əslində bir sıra ölkələrdə də korrupsiya ar‐
tıq “ənənə” halını alıb və onlar belə bir tarixi “ənənə”ni aradan
qaldırmaqda tərəddüd edirlər.
251
Qloballaşmanın zəruri və alternativsiz olduğunu əsaslan‐
dırmağa çalışan Alvin Toffler, Peter Drucker kimi tanınmış fu‐
turoloqlar xeyli müddətdir ki, dünyanın çox ciddi inqilabi xa‐
rakterli dəyişikliklərin içərisindən keçdiyini bəyan edirlər.
Alvin Toffler özünün populyar olan “Üç Dalğa Nəzəriyyəsi”n‐
də dünyanın inkişafını üç mərhələ şəklində ələ alır və hər
mərhələni “dalğa” olaraq adlandırır. Birinci dalğanın əkinçilik
inqilabı ilə yadda qaldığını göstərən müəllif, ikinci dalğanın da
sənaye inqilabı ilə məşhurlaşdığını qeyd edir. Hər dalğa özü‐
nün ümumi bir mədəniyyətini də formalaşdırmışdır. Bu gün
adi hal kimi qarşıladığımız standartlaşma, ixtisaslaşma, bürok‐
ratiya da ikinci dalğanın məhsuludur. Keçən əsrin ikinci yarı‐
251
Ilkin Sabiroglu, “The problem of globalization and corruption”, Azerbaijan
Bulletin No:31 (285), 2 avqust 2001, ANDF,
http://www.eurasianet.org/resource/azerbaijan/hypermail/200108/0010.html,
(01.03.2006).
‐ 219 ‐
İlkin Sabiroğlu
sından etibarən isə dünyada Amerikanın liderliyində üçüncü
dalğanın ‐ informasiya çağının təməli qoyulmuşdur. Üçüncü
dalğa da siyasətdə, iqtisadiyyatda, ailə münasibətlərində və
hətta günlük həyat tərzində özünə xas olan köklü dəyişiklik‐
lərə səbəb olmaqdadır. Bu gün ABŞ‐da işləyənlərin böyük ək‐
səriyyətini “informasiya işçiləri” təşkil edir. İnternet, kompü‐
ter texnologiyası sayəsində bu gün milyonlarca amerikalı artıq
işə getmədən evdə çalışır. Qeyd edək ki, azərbaycanlıların da
xeyli hissəsinin işə getmədən evdə oturmasına baxmayaraq
amerikalılardan fərqli olaraq onlar çalışmağa iş yeri tapa bil‐
mirlər.
252
Ümumiyyətlə Azərbaycan bu dalğaların harasında yer alır?
Bu gün kənd təsərrüfatının, aqrar sektorun inkişafı ilə bağlı
mövcud problemlər Azərbaycanın birinci dalğanın nemətlərin‐
dən tam yararlana bilməsinə imkan verməsə də, ölkə ikinci
dalğanın ortaya çıxardığı bürokratiyanın korrupsiya kimi “ne‐
mət”lərindən ifrat dərəcədə yararlanır. Üçüncü dalğa isə Azər‐
baycan üçün hələ çox‐çox uzaqdadır. Məsələn, Azərbaycanın
öndə gedən universitetləri binalarını təmir elətdirir, pəncərə‐
qapılarını dəyişdirirlərsə, üçüncü dalğanı yaşayan ölkələrdə
artıq ənənəvi universitet binalarına olan tələbat azalmaqdadır.
Çünki bu ölkələrdə adi və orta təhsilin internet üzəridən tədri‐
si sürətlə yayılmaqdadır.
253
Yuxarıda adını çəkdiyim futuroloqlar gələcəkdə bürokrati‐
yanın öz yerini “adhokratiya”ya verəcəyini söyləyirlər. Bunla‐
ra görə “adhokratiya”da bürokratik əngəllər, yubadılmalar, sə‐
nəd‐kağız işləri minimuma endiriləcək və bir işin görülməsi
üçün lazım olan müddət dəfələrlə azaldılacaq. “Adhokratiya”‐
ya gedən yol isə “Elektron‐dövlət”dən keçir.
252
Ibid.
253
Ibid.
‐ 220 ‐
Dostları ilə paylaş: |