İlkin Sabiroğlu
İstehsal və mülkiyyət münasibətləri daha da inkişaf elədi.
Torpaq sahibləri torpaqlarında qul əməyindən – məcburi
əməkdən istifadənin səmərəsiz olduğunu dərk etdilər. Bir tə‐
rəfdən yeni qul mənbələri azaldığı üçün qulların qiyməti yük‐
səlməkdə, digər tərəfdən isə qul sahibinin iş mövsümü xaricin‐
də də qulu bəsləmək məcburiyyətində olması əlavə çətinliklər
yaradırdı. Ayrıca, belə işçilərin əməyə marağı olmadığından
əmək məhsuldarlığı da aşağı idi.
3
Beləliklə, qul əməyini tədri‐
cən təhkimli və ya “azad kəndli” əməyi tutmağa başladı.
Və nəhayət, heyvan enerjisi, insan enerjisi deyərkən buxar
enerjisi kəşf edildi. Ardından sənaye inqilabı və şəhərləşmə
gəldi. Feodalların, zadəganların yerini burjuaziya almağa baş‐
ladı. Burjuaziyanın isə fabrik və zavodlarında işlədə bilməsi
üçün torpağa bağlı olmayan, sərbəst insanlara ehtiyacı vardı.
Xüsusi olaraq vurğulamaq istəyirəm – “azad insana” deyil,
“sərbəst insan”a ehtiyacı vardı.
Sözün həqiqi mənasında insan azadlığı istehsal münasibət‐
lərinin sonrakı inkişafı nəticəsində – yeni iqtisadiyyatın, yəni
biliklərə əsaslanan elm tutumlu iqtisadiyyatın (intellektual və
ya rəqəmli iqtisadiyyatın) ortaya çıxması ilə birlikdə insanın
insan zəkasının enerjisini kəşf etməsindən sonra anlam qazan‐
mağa başladı. Dolayısı ilə insan insanı kəşf elədi.
Biz insanı, insan zəkasının enerjisini kəşf eləməmiş toplum‐
lardanıq. Biz enerjidən bəhs edəndə nefti, qazı nəzərdə tutu‐
ruq. Amma daş bitdiyi üçün daş dövrü başa çatmamışdı. Eləcə
də mis dövrü, tunc dövrü və dəmir dövrü uyğun metallar
tükəndiyi üçün başa çatmadığı kimi neft əsri də neft qurtardığı
üçün bitməyəcək. Biz insanı kəşf elədiyimiz zaman neft əsri
bizim üçün də bitəcək.
4
3
Mehmet Ali Ağaoğulları və Lenet Köker, İmparatorluktan Tanrı Devletine,
İmge Kitabevi, Ankara, 2001, səh.71.
4
İlkin Sabiroğlu, “İnsanın kəşfi”, “Gündəlik Azərbaycan” qəzeti, 7 dekabr 2005.
‐ 6 ‐
Kapitalizm Kapitalizmə Bənzəməz
Qərb insanı daha erkən kəşf elədi. Biz də Qərbin standartla‐
rını mənimsəməklə insanı kəşf edə bilərik. Amma Qərb stan‐
dartları deyəndə Qərbin istehlak standartları – evimizi qərbli
kimi təmir elətdirmək, qərbli kimi geyinmək başa düşülməmə‐
lidir, Qərbin istehsal və təhsil standartları mənimsənilməlidir:
avropalı kimi istehsal etmək, vergi ödəmək, təhsil almaq və s.
Bu yaxınlarda bir holland mütəxəssis yerli qəzetlərdən biri‐
nə müsahibəsində təhsildə “Avropa standartları” deyilən bir
anlayışın olmadığını demişdi. O, əslində təhsillə bağlı daha
çox texniki məsələləri nəzərdə tuturdu.
5
Artıq təhsildə də “Av‐
ropa standartları” var və bu standartlar “Boloniya prosesi”
(Bologna process) çərçivəsində formalaşır.
“Boloniya prosesi” ilə Avropa Ali Təhsil Zonası (EHEA) ya‐
ranır. 1999‐cu ildə 29 Avropa ölkəsinin təhsil nazirləri 2010‐cu
ilə qədər konsensus və əməkdaşlıq içərisində Avropa Ali Təh‐
sil Zonasını yaratmaq məqsədilə Boloniya Deklarasiyasını im‐
zaladılar. “Boloniya prosesi” 2001‐ci ildə imzalanan Praqa
Deklarasiyası, 2003‐cü ildəki Berlin Deklarasiyası və 2005‐ci il
Bergen Deklarasiyası ilə daha da inkişaf etdirilmişdir.
6
Azərbaycan da artıq “Boloniya prosesi”nə qoşulub. Bunun
Azərbaycan gənclərinə və təhsil sistemimizə gətirəcəyi fayda‐
lar çox‐çox böyükdür. Təhsil sistemimizin və universitetlərimi‐
zin buna uyğunlaşması və hazırlanması prosesinin sürətləndi‐
rilməsinə ehtiyac var. Yeri gəlmişkən, “Təhsil haqqında” qa‐
nun layihəsi də yenidən işlənir. Qanunun prinsip və strategi‐
yasında dəyişikliklər edilməsə də, bəzi məsələlər tamamilə ye‐
nidən işlənəcək. Bu yeniliyin əsas qayəsi Boloniya sistemi ilə
bağlıdır. Əgər biz təhsil sistemimizi Avropa təhsil standart‐
5
“Təhsildə “Avropa standartları” deyilən anlayış yoxdur”, “Ayna” qəzeti, 11
noyabr 2005.
6
Bologna Process, http://www.bologna‐bergen2005.no (01.03.2006).
‐ 7 ‐
İlkin Sabiroğlu
larına uyğunlaşdırmaq istəyiriksə, bu məsələ qanunlarımızda,
xüsusilə təhsil qanununda öz əksini tapmalıdır.
7
P.S. Bir lətifəyə görə, II Dünya müharibəsinin başa çatdığı
ərəfədə bir yamyam (cannibal) digərinə deyir: “Xəbərin var?
Ağlar on milyonlarla adam öldürüblər.” Digəri cavab verir:
“Onları da başa düşmək olmur, yeməyəcəkdilərsə, bu qədər
adamı niyə zay eləyirdilər?”
7
“Təhsil haqqında” qanun yenidən işlənir, AzərTAc, 26 yanvar 2006.
‐ 8 ‐
Kapitalizm Kapitalizmə Bənzəməz
Dünya niyə
kiçilir?
Təqribən 10 min il bundan əvvəl dünyada aqrar inqilab baş
verdi. Tarixçilər buna “neolit inqilabı” da deyirlər. Bu inqilab
bizdən elə də uzaqda yox ‐ Anadolu, Şimali Mesopotamiya,
Fələstin torpaqlarında baş vermişdi. Amma inqilabın bizim
torpaqlara gəlib çatması düz min il çəkdi.
8
Çünki 10 min il
bundan əvvəl dünya indikindən çox “böyük” idi. Hələ at da
əhliləşdirilməmişdi...
18‐ci əsrin axırlarında sənaye inqilabı baş verdi. Aqrar in‐
qilabdan sonra çox şey dəyişmişdi. Rabitə və nəqliyyat imkan‐
ları müqayisə olunmaz dərəcədə genişlənmişdi. Dünya artıq
əvvəlki qədər “böyük” deyildi. Ona görə də bu inqilab daha
sürətlə dünyaya yayılmağa başladı. Lakin nə qədər sürətli ya‐
yılırsa‐yayılsın bizim torpaqlara təqribən yüz il sonra gəlib çat‐
dı. Yenə də aqrar inqilabın min ilə gəlib çatdığını nəzərə alsaq,
sənaye inqilabı 10 qat daha sürətlə yayılmışdı. Azərbaycan XIX
əsrin axırlarında sənaye inqilabının meyvələrini görməyə baş‐
ladı. Nəticədə çox keçmədən hər tərəfi imperiyalarla əhatə olu‐
nan bu kiçik torpaqda Şərqdə ilk Milli Dövlətin əsası qoyuldu.
Amma bu da uzun çəkmədi və bizə “sosialist inqilabı” adla‐
nan saxta inqilab sırıdılar. Dünyanın və təbiətin öz inkişaf qa‐
nunauyğunluqlarına zidd olaraq biz saxta bir formasiyanı ya‐
şadıq...
9
Zaman keçdi, bu formasiya da dağıldı və dağılar‐dağılmaz
dünyada üçüncü böyük inqilabın – informasiya, bilik inqilabı‐
nın yaşanmaqda olduğunu gördük. Əgər aqrar inqilabın bizim
8
H. F. Cəfərov, “Azərbaycanda ibtidai icma quruluşu”, Azərbaycan Tarixi,
Redaktə: Z. M. Bünyadov və Y. B. Yusifov, Azərnəşr, Bakı, 1994, səh. 25.
9
İlkin Sabiroğlu, “İnqilablar dünyanı kiçildir”, “Gündəlik Azərbaycan” qəzeti, 3
dekabr 2005.
‐ 9 ‐
Dostları ilə paylaş: |