Kapitalizm Kapitalizmə Bənzəməz
proqramının hazırlanmalı və güclü sənaye kompleksinin yara‐
dılmalı olduğunu vurğulamışdır. Prezidentə görə, bunu etmək
üçün bütün zəruri şərtlər mövcuddur.
223
Xarici investisiyaların iqtisadi inkişafdakı rolu danılmaz ol‐
duğundan hər bir ölkə bu investisiyaların cəlbi üçün bir‐biri ilə
rəqabət içərisindədir. Xüsusilə dünya üzrə birbaşa xarici inves‐
tisiyaların həcmi ildən ilə azaldığından bu rəqabət daha da
kəskinləşməkdədir.
Xarici investorlar kapital qoyuluşları ilə bağlı qərarlarına
birbaşa təsir göstərən bir çox amillərlə maraqlanırlar: ölkədə
iqtisadi stabilliyin, cəlbedici bir bazarın olub‐olmaması, xam‐
mal ehtiyatlarının uyğunluğu, infrastruktur, nəqliyyat və s.
Bütün bunlar investisiya iqlimi (investisiya üçün əlverişli mü‐
hit) adlanır. Lakin investisiya iqlimi sadəcə iqtisadi bir mühit
deyil, eyni zamanda hüquqi bir mühitdir. İnvestor hüquqi ola‐
raq özünü təminat altında hiss edə biləcəyi bir mühiti axtarır.
Yəni kapital qoyacağı ölkədə necə bir hüquqi münasibət görə‐
cəyini bilmək istəyir. İqtisadi cəhətdən investisiya iqlimi nə qə‐
dər əlverişli olursa‐olsun, əgər hüquqi mühit əlverişli deyilsə
xarici investorun o ölkəyə gəlməsi müşkülə çevrilir. Qeyd
edək ki, müxtəlif səbəblərdən “xarici investorlar gəlirsə gəlsin,
gəlmirsə gəlməsin” kimi açıq və ya qapalı şəkildə siyasi iradə
ortaya qoyan hökumətlərə də rast gəlmək mümkündür. Belə
bir mövqeyimizin olmadığını göstərmək üçün “İnvestsiya fəa‐
liyyəti haqqında” qanunun qəbul edilməsinə ehtiyac var.
224
İsveçrəli üç iqtisadçı, hələ bir müddət əvvəl, beynəlxalq or‐
ta və uzunmüddətli (5 ildən artıq) investisiyalara öncüllük
223
“Azərbaycanda güclü sənaye kompleksi yaradılacaqdır”, AzərTAc, 21 fevral
2006.
224
Ilkin Sabiroglu, “Does the condition of investment exist in Azerbaijan?”,
Azerbaijan Bulletin No:33 (287), 16 avqust 2001, ANDF,
http://www.eurasianet.org/resource/azerbaijan/hypermail/200106/0019.html,
(01.03.2006).
‐ 197 ‐
İlkin Sabiroğlu
edən quruluşlarla üzbəüz həyata keçirdikləri görüşlər nəticə‐
sində, xarici kapitalın cəlb edilməsi üçün iki əsas prinsipin
əhəmiyyətli rol oynadığını müəyyən etmişlərdi:
225
‐ Xarici kapital gözləyən ölkələrdə, iqtisadi qanunlar və qə‐
rarlar anidən və tez‐tez dəyişdirilməməlidir.
‐ Qanunlar və qərarlar dəyişdirilməsə belə, hökumətlər bu
qanun və qərarların ətrafında dolaşmamalıdırlar.
Bu iki əsas prinsip nəzərə alındığı zaman, Azərbaycanda
enerji sektoru xaricindəki digər sahələrə xarici kapital cəlbinin
niyə problemə çevrildiyinin səbəbi aydınlaşır. Əlavə olaraq
qeyd edə bilərik ki, bu iki prinsipin pozulması həmçinin daxil‐
dəki kapital sahiblərinin də investisiya qərarlarına birbaşa təsir
göstərir. Yəni iqtisadi və siyasi stabillik ölkəyə qalıcı bir şəkil‐
də xarici kapitalın cəlbi üçün lazım olan minimum şərtdir. La‐
kin tək başına bu amil ölkəyə xarici kapitalın cəlbi üçün kifayət
eləmir.
Məsələn, tez‐tez vergi məcəlləsi üzərində dəyişikliklər
aparmaq düzgün yanaşma deyil. Önəmli olan vergi dərəcələ‐
rini aşağı salmaq deyil, optimal səviyyəyə gətirməkdir. Bunun
üçün ciddi və əhatəli bir vergi reformuna ehtiyac var. İlk növ‐
bədə ölkədə çalışan hər kəs gəlir vergisi mükəlləfiyyəti kateqo‐
riyasına alınmalıdır. Dolaylı və mənfəət vergilərinin azaldıl‐
ması qeyri‐formal iqtisadiyyatın kiçilməsi baxımından əhəmiy‐
yətli olsa da, Əlavə Dəyər Vergisi, maaş gəlir vergisi kimi do‐
laylı vergilər yerinə, daha çox birbaşa vergilərə yönəlmək daha
məqsədəuyğundur.
226
Yeri gəlmişkən, son təhlillər “reaganeconomics” kimi tanı‐
nan təklifyönlü iqtisadiyyatın da özünü yetərincə doğrultma‐
dığını ortaya qoyur. Vergilərin aşağı salınmasında ümumi ya‐
naşma yerinə, “seçici yanaşma”nın ortaya qoyulması daha
225
Ibid.
226
“İlkin Sabiroğlu: “Önəmli olan vergi dərəcələrini aşağı salmaq deyil,
optimal səviyyəyə gətirməkdir””, “Həftə içi” qəzeti, 27 dekabr 2005.
‐ 198 ‐
Kapitalizm Kapitalizmə Bənzəməz
məqsədəuyğundur. Neft gəlirlərinə arxayın olub vergi dərəcə‐
lərinin aşağı salınması doğru yanaşma deyil. Müsbət tendensi‐
ya isə odur ki, Azərbaycan neftlə zəngin ərəb ölkələrinin getdi‐
yi yolu izləmir. Büdcə daxilolmalarında qeyri‐neft sektorunun
payı az olsa da, büdcənin həcmi artdıqca qeyri‐neft sektoru‐
nun da payı artır.
227
Aydındır ki, sadəcə investisiya həcminin artımına baxaraq
həmin ölkə iqtisadiyyatının inkişafı haqqında fikir yürütmək
çox çətindir. İnvestisiya çox geniş bir anlayışdır. Baxır söhbət
hansı investisiyadan gedir: portfel investisiyasından, spekulya‐
tiv investisiyadan, birbaşa investisiyadan, daxili, yoxsa xarici
investisiyadan? Ayrıca bu investisiyaların təyinatına baxmaq
lazımdır. Ölkə olaraq elə yanlış sahələrə investisiya cəlb edə
bilərsiniz ki, bu ölkəni inkişafa yox, tənəzzülə götürə bilər.
Məsələn, bir ölkədə spekulyativ portfel investisiyalarının həc‐
mi o qədər şişə bilər ki, bu hal ölkəni ciddi bir böhrana sürük‐
ləyər. Digər tərəfdən investisiyanın ölkəyə daxil olma forması
da çox əhəmiyyətlidir. Bu yeni investisiyadırmı, yoxsa xarici
şirkətin əsasən özəlləşdirmə yolu ilə yerli şirkəti satınalması‐
mı? İnkişaf etməkdə olan ölkələrə yönələn birbaşa xarici inves‐
tisiyaların 10 faizindən artığı məhz özəlləşdirmə yolu ilə daxil
olur. Həmçinin, xarici şirkətin yerli şirkətlə birləşməsi, “joint
venture” dediyimiz ortaq təşəbbüs, daha çox yüksək texnolo‐
giyalı şirkətlər arasındakı strateji birləşmə formasında da ölkə‐
yə xarici investisiya daxil ola bilər. Bunların hamısı iqtisadi in‐
kişaf üzərində müxtəlif təsirlər yaratma gücünə sahibdir. Eyni
zamanda uzun müddətli xarici kreditlər də xarici investisiya
sayılır.
Konkret olaraq Azərbaycana gəlincə, burada investisiyala‐
rın böyük bir hissəsini xarici investisiyalar təşkil edir. Xarici in‐
vestisiyalar içərisində həlledici pay neft sektorunundur. İdxa‐
227
Ibid.
‐ 199 ‐
Dostları ilə paylaş: |