KapitaliZMƏ



Yüklə 192,44 Kb.
Pdf görüntüsü
səhifə64/67
tarix23.09.2017
ölçüsü192,44 Kb.
#1240
1   ...   59   60   61   62   63   64   65   66   67

İlkin Sabiroğlu 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
‐ 214 ‐


Kapitalizm Kapitalizmə Bənzəməz 
Korrupsiyanın mənbəyi 
və həlli yolları 
 
ABŞ Dövlət Departamentinin yuxarıda bəhs edilən bəyana‐
tında  bildirilir  ki,  Azərbaycanın  iqtisadi  inkişafına  maneçilik 
törədən  əsas  amillərdən  biri  də  korrupsiyadır.  Bu  amil  həm‐
çinin  investisiyaların  cəlbinə  mane  olan  amillərdən  biridir  və 
özünü xüsusən qeyri‐enerji sektorunda büruzə verir. Lakin an‐
tikorrupsiya tədbirləri ilə bağlı qanunlar və sərəncamlar səmə‐
rəli şəkildə həyata keçirilmir və 2005‐ci ilin yanvarda yeni qa‐
nun qüvvəyə minsə də, Azərbaycan bu qanunun icrasında hə‐
lə əhəmiyyətli nailiyyətlər əldə etməyib.
244
“Transparency International” ictimai təşkilatının dünya öl‐
kələrində  korrupsiyanın  səviyyəsinə  dair  yeni  reytinq  cədvə‐
lində  Azərbaycanın  137‐ci  olması  xəbəri  də  bir  müddət  əvvəl 
əksər  mətbu  orqanlarda  yer  aldı.
245
  Əslində  isə  Azərbaycanın 
neçənci  yerdə  olmasına  baxaraq  məsələnin  mahiyyətinə  var‐
maq  çətindir.  Azərbaycan  1999‐cu  ildə  99  ölkə  arasında  96‐cı, 
2000‐də 90 ölkə arasında 87‐ci, 2001‐də 91 ölkə arasında 84‐cü, 
2002‐də 102 ölkə arasında 95‐ci, 2003‐də 133 ölkə arasında 125‐
ci,  2004‐də  145  ölkə  arasında  140‐cı  və  2005‐də  158  ölkə  ara‐
sında 137‐ci yerdə  olub. Amma  cədvəldə  ölkələrin sayı  mütə‐
madi  dəyişdiyi  üçün  yuxarıdakı  rəqəmlərə  baxıb  ölkədə  kor‐
rupsiyanın  səviyyəsinin  artdığını,  yoxsa  azaldığını  müəyyən 
etmək mümkün deyil.
246
                                                 
244
 “İnvestisiya Mühiti”, Azərbaycanda İnvestisiyalarin Təşviqi və Məsləhət Fondu
http://www.azerinvest.com/az/invopp.php?pg=investmentclimate, 
(01.03.2006). 
245
 Corruption Perceptions Index 2005, Transparency International
http://www.transparency.org/policy_and_research/surveys_indices/cpi/2005, 
(01.03.2006). 
246
 Global Corruption Reports, Transparency International
http://www.transparency.org/publications/gcr, (01.03.2006). 
 
‐ 215 ‐


İlkin Sabiroğlu 
Bunun  üçün  korrupsiya  indeksi  adlandırılan  Korrupsiya 
Qavrama İndeksinə (Corruption Perceptions Index – CPI) bax‐
maq lazımdır. Korrupsiya indeksinə görə dəyərləndirmədə ən 
yaxşı vəziyyətdə olan ölkə 10 xal, ən pis vəziyyətdə olan ölkə 
isə  0  xal  alır.  Burada  hər  bir  xal  xüsusi  əhəmiyyət  kəsb  edir. 
Məsələn,  “Transparency  International”ın  hesablamasına  görə, 
korrupsiya səviyyəsinin 1 xal artması (yəni korrupsiya indek‐
sinin  1  xal  azalması)  ölkəyə  xarici  investisiya  daxilolmalarını 
11 faiz azaldır. Korrupsiya səviyyəsinin artması dövlətə və əx‐
laqi  dəyərlərə  olan  etimadı  azaltdığı  kimi,  korrupsiya 
indeksinin 1 xal azalması iqtisadiyyat üzərində vergi dərəcələ‐
rinin 3,6 faiz artmasına bərabər neqativ effekt yaradır. 
Azərbaycanın  illər  üzrə  korrupsiya  indeksi  dəyərləri  belə‐
dir: 1999‐cu ildə 1,7; 2000‐də 1,5; 2001‐də 2,0; 2002‐də 2,0; 2003‐
də 1,8; 2004‐də 1,9 və 2005‐də 2,2. Göründüyü kimi, təşkilatın 
hesabatlarına görə, Azərbaycanda korrupsiyanın ən yüksək sə‐
viyyəsi 2000‐ci ildə (1,5), ən aşağı səviyyəsi isə bu il (2,2) ger‐
çəkləşib. Korrupsiyanın səviyyəsi bu il nisbətən azalsa da, son 
7 ilin  ən aşağı  dəyəri  ilə  ən  yüksək  dəyəri  arasında yalnız 0,7 
xal, yəni 1 xaldan belə az fərqin olması korrupsiya məsələsin‐
də yerimizdə saydığımızı göstərir.
247
Cənubi  Qafqaz  respublikaları  arasında  korrupsiyanın  sə‐
viyyəsi nisbətən Ermənistanda aşağı olsa da, illər üzrə indeks 
dəyərləri  Ermənistanın  da  yerində  saydığını  göstərir.  Ən  ma‐
raqlısı isə odur ki, son beynəlxalq hesabatlarda hakimiyyət də‐
yişikliyindən sonra Gürcüstanda insan haqları və demokratiya 
məsələlərində  geriləmələrin  müşahidə  olunduğu  göstərildiyi 
halda, yeni hökumətin ciddi şəkildə korrupsiya ilə mübarizəyə 
girişdiyi  qeyd  olunur.  Lakin  “Transparency  International”ın 
hesabatı  Gürcüstanın  korrupsiya  reytinq  cədvəlində  də  Azər‐
                                                 
247
 Ibid. 
 
‐ 216 ‐


Kapitalizm Kapitalizmə Bənzəməz 
baycanla “yaxın qonşuluq münasibətləri”ni saxladığını ortaya 
qoyur.
248
“Transparency  International”ın  hesabatlarında  1999‐cu  il‐
dən  bu  yana  Ukraynanın  da  indeks  dəyərlərinə  nəzər  saldıq. 
Ukrayna üçün ən aşağı indeks dəyəri (2001‐də 2,1) ilə ən yük‐
sək indeks dəyəri (1999 və 2005‐dəki 2,6 dəyəri) arasında cəmi 
0,5 xal fərqinin olması bu ölkənin də yerində saydığını göstə‐
rir.
249
Ən  diqqətçəkici  məqamlardan  biri  də  Türkiyə  ilə  bağlıdır. 
1998‐ci ildən bu yana bu ölkədə bir sıra hakimiyyət dəyişiklik‐
ləri, iqtisadi böhran və sürətli iqtisadi islahatlara baxmayaraq, 
Türkiyə də korrupsiya məsələsində yerində sayır: son 8 ilin ən 
aşağı  və  yüksək  indeks  dəyərləri  arasında  cəmi  0,7  xal  fərqi 
var. 
Bu müqayisələr səbəbsiz deyil. Demək istəyirik ki, ümumi 
qənaətin  əksinə  korrupsiyanın  mənbəyi  siyasi  hakimiyyət  de‐
yil,  bürokratiyadır.  Yəni  iqtisadi  münasibətlərin inkişaf səviy‐
yəsi və toplumun mentaliteti dəyişmədikcə, bürokratiyanın da 
keyfiyyətcə  dəyişməsi  mümkün  olmadığından  neçə  hakimiy‐
yət  dəyişirsə  dəyişsin,  korrupsiyanın  kökünü  kəsmək  müm‐
kün  deyil.  Bir  kərə  xəstəliyin  diaqnozunu  düzgün  müəyyən‐
ləşdirmək lazımdır ki, həlli yollarında yanılmayaq. 
Korrupsiyanın  mənbəyini  düzgün  müəyyənləşdirə  biləcə‐
yimiz  təqdirdə  elektron  dövlət  (e‐dövlət,  e‐hökumət)  proqra‐
mının  korrupsiya  probleminin  həllində  oynaya  biləcəyi  rolu 
anlayacağıq. Məhz dövlətin elektronlaşma nisbəti artdıqca kor‐
rupsiya səviyyəsi də aşağı düşür. Təsadüfi deyil ki, “The Eco‐
nomist”  qrupunun  biznes  informasiya  qolu  olan  “The  Econo‐
mist Intelligence Unit” tərəfindən yenicə hazırlanan “The 2005 
                                                 
248
 İlkin Sabiroğlu, “Korrupsiyanın mənbəyi və həlli yolları”, “Gündəlik 
Azərbaycan” qəzeti, 6 yanvar 2006. 
249
 Ibid. 
 
‐ 217 ‐


Yüklə 192,44 Kb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə