İstehsalat və məişət tullantıları haqqında
Azərbaycan Respublikasının Qanunu
Bu qanun zərərli qazlar, çirkab suları və radioaktiv tullantılar istisna olmaqla, istehsalat
və məişət tullantılarının (bundan sonra—tullantıların) insan sağlamlığına və ətraf mühitə
zərərli təsirinin qarşısının alınması, onların təhlükəli təsirinin azaldılması, təbiətdə
ekoloji tarazlığın təmin olunması, habelə belə tullantıların təkrar xammal mənbələri kimi
təsərrüfat dövriyyəsinə cəlb olunması məqsədi ilə tullantıların idarə olunması sahəsində
Azərbaycan Respublikasının dövlət siyasətini və hüquqi münasibətləri müəyyən edir.
I f
ə
sil. Ümumi müdd
ə
alar
Madd
ə
1. Əsas anlayışlar
Bu Qanunda istifadə edilən anlayışlar aşağıdakı mənaları ifadə edir.
istehsalat tullantıları—istehsal, yaxud işlərin (xidmətlərin) yerinə yetirilməsi
prosesində əmələ gələn və ilkin istehlak xüsusiyyətlərini tam və ya qismən itirən
xammal, material, maddə, yarımfabrikat, əşya və digər məhsulların qalıqları,
habelə istehsal obyekti olmayan və öz istifadə olunma xüsusiyyətlərinə görə
texnoloji prosesə daxil olmayan, yenidən əmələ gələn eyni mənşəli əşya və
maddələr;
məişət tullantıları (bərk məişət tullantıları) — əhalinin həyat fəaliyyəti
nəticəsində yaşayış yerlərində əmələ gələn əşyalar, maddələr və materiallar;
təhlükəli tullantılar—tərkibində təhlükəli xüsusiyyətlərə malik partlayıcı, yanma
qabiliyyətli, oksidləşdirici, toksiki, infeksion, korroziya təsirinə malik və
ekotoksiki maddələr olan, əhalinin sağlamlığı və ətraf mühit üçün bilavasitə və ya
potensial təhlükə yaradan tullantılar;
təhlükəsiz tullantılar — ətraf mühitə bilavasitə təhlükəli təsir göstərməyən
tullantılar;
təkrar xammal—texniki və ya texnoloji imkanlar, həmçinin iqtisadi səmərəlilik
nəzərə alınmaqla təsərrüfat fəaliyyətində təkrar istifadə oluna bilən tullantılar;
yararsız tullantılar — istifadə olunma xüsusiyyətləri məhdud olan, təkrar
istifadəsi iqtisadi baxımdan səmərəli olmayan tullantılar;
tullantıların emalı — onların toplanması, saxlanılması, çeşidlənməsi, daşınması
və zərərsizləşdirilməsi prosesindən ibarət məqsədyönlü fəaliyyət;
tullantıların yerləşdirilməsi — tullantıların saxlanılması və ya basdırılması üzrə
həyata keçirilən fəaliyyət;
tullantıların zərərsizləşdirilməsi — ətraf mühitə və insanın sağlamlığına təsirini
azaltmaq məqsədilə tullantıların xüsusi qurğularda emalı (o cümlədən
yandırılması) və ya basdırılması;
tullantılar—qanunvericiliyin müddəalarına müvafiq olaraq kənarlaşdırılan,
kənarlaşdırma üçün nəzərdə tutulan, kənarlaşdırılmalı olan maddə və əşyalar;
tullantıların idarə olunması—tullantıların əmələ gəldiyi fəaliyyət prosesi, habelə
tullantıların yığılması (toplanması), çeşidlənməsi, daşınması, yerləşdirilməsi,
emalı, istifadəsi, utilizasiyası, zərərsizləşdirilməsi və basdırılması üzrə fəaliyyət;
tullantıların yığılması (toplanması)—tullantıların sonradan istifadə edilməsi,
utilizasiyası və ya basdırılması (məhv edilməsi) məqsədi ilə icazə verilmiş
yerlərdə müvəqqəti yerləşdirilməsi;
tullantıların çeşidlənməsi—tullantıların müəyyən əlamətlərinə (növünə, tərkibinə,
xüsusiyyətinə və s.) görə toplanması;
tullantıların daşınması—tullantıların əmələ gəldiyi, yerləşdirildiyi, istifadə və
utilizasiya edildiyi, zərərsizləşdirildiyi, basdırıldığı və ya məhv edildiyi yerlər və
obyektlər arasında daşınması;
tullantıların utilizasiyası—tullantılardan lazımi materialların və enerjinin
ayrılaraq təkrar istifadə üçün yararlı hala salınması;
tullantıların basdırılması—sonradan istifadəyə yararlı olmayan tullantılardan
ətraf mühitə zərərli təsirin qarşısını almaq məqsədi ilə onların xüsusi ayrılmış
yerlərdə müvafiq qaydada təcrid edilməsi;
tullantıların istifadəsi—tullantılardan malların (məhsulların) istehsalında və ya
enerji əldə edilməsində istifadə olunması;
tullantıların yerləşdirilmə obyekti—tullantıların yerləşdirilməsi üçün nəzərdə
tutulmuş xüsusi təchiz edilmiş qurğu (poliqon, şlam-anbar və başqaları);
tullantıların sərhədlərarası daşınması—ən azı iki dövlətin mənafeyinə toxunmaq
şərti ilə tullantıların bir dövlətin ərazisindən digər dövlətin ərazisinə və ya
ərazidən keçməklə, yaxud hər hansı dövlətin yurisdiksiyası altında olmayan
əraziyə və ya ərazidən keçməklə daşınması;
tibbi tullantılar—səhiyyə və baytarlıq obyektlərində və tibbi manipulyasiya
zamanı əmələ gələn tullantılar;
təhlükəli tullantıların pasportları—təhlükəli tullantıların müvafiq tullantı növünə
və təhlükəlilik dərəcəsinə aidiyyətini təsdiq edən, onların tərkibi barədə məlumat
verən sənəd;
tullantıların növü—tullantıların təsnifatı sisteminə uyğun olaraq ümumi
əlamətlərə malik olan tullantılar;
tullantıların istehsalçısı—fəaliyyəti nəticəsində təhlükəli və ya digər tullantıların
əmələ gəlməsinə səbəb olan istənilən şəxs, yaxud bu şəxs məlum olmadıqda
tullantıların sahibi olan və/və ya onlara nəzarəti həyata keçirən şəxs;
tullantıların sahibi (mülkiyyətçisi)—tullantıların istehsalçısı, yaxud onların
sahibi olan fiziki və ya hüquqi şəxs;
texnoloji proses—istehsalat vahidinin işə salınmasının təsdiq edilmiş müddəti ilə
texnoloji reqlamentə uyğun fəaliyyəti;
istehsalat tullantılarının əmələ gəldiyi yerlər—onların əmələ gəldiyi texnoloji
proses, yaxud istehsal sahələri (müəssisələr);
tullantıların identifikasiyası—pasport məlumatları və ya yoxlama sınaqları
əsasında konkret təhlükəli tullantıların hansı tullantı növünə və xüsusiyyətinə
aidiyyətinin müəyyən edilməsi proseduru;
az tullantılı texnologiya—ənənəvi üsullarla müqayisədə məhsulun alınması
nəticəsində tullantıların nisbətən az həcmdə əmələ gəlməsinə imkan verən
istehsalat prosesi.
Madd
ə
2. Tullantıların idarə
olunması sahə
sind
ə
Az
ə
rbaycan
Respublikasının qanunvericiliyi
Tullantıların idarə olunması sahəsində Azərbaycan Respublikasının qanunvericiliyi bu
Qanundan, Azərbaycan Respublikasının digər müvafiq qanunvericilik aktlarından və
Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən ibarətdir.
Zərərli qazlar, çirkab suları və radioaktiv tullantıların idarə olunması Azərbaycan
Respublikasının müvafiq qanunvericiliyi ilə tənzimlənir.
Madd
ə
3. Qanunun t
ə
tbiq sah
ə
si
Bu Qanun Azərbaycan Respublikasında fəaliyyəti nəticəsində tullantılar əmələ gələn və
tullantıların idarə olunması sahəsində fəaliyyət göstərən bütün hüquqi və fiziki şəxslərə
şamil olunur.
Madd
ə
4. Tullantıların idarə
olunması sahə
sind
ə
dövl
ə
t siyas
ə
tinin
prinsipl
ə
ri
Tullantıların idarə olunması sahəsində dövlət siyasətinin prinsipləri aşağıdakılardır:
əhalinin sağlamlığının və ətraf mühitin ekoloji tarazlığının qorunması;
ekoloji tarazlığın və iqtisadi maraqların təmin olunmasının elmi cəhətdən
əsaslandırılması;
tullantıların idarə olunması sahəsində fəaliyyət göstərən müəssisələrin
yaradılması, bu məqsədlə dövlət və özəl müəssisələrin, habelə xarici investorların
vəsaitlərinin cəlb edilməsi;
təhlükəli tullantıların ekoloji baxımdan əsaslandırılmış idarəetmə sistemini
yaratmaqla onların sərhədlərarası daşınmasının minimuma endirilməsi;
təhlükəli və başqa tullantıların ekoloji cəhətdən özünü doğrultmuş üsullarla
onların əmələ gəldiyi mənbənin mümkün qədər yaxınlığında istifadəsi və
zərərsizləşdirilməsi;
təhlükəli tullantıların yarandığı yerlərdə onların azaldılması və minimuma
endirilməsi məqsədi ilə az tullantılı texnologiyaların yaradılması və tətbiqi;
az tullantılı texnologiyanın yaradılması və tətbiqi;
tullantıların təsərrüfat dövriyyəsinə daxil edilməsi məqsədilə iqtisadi və digər
stimullaşdırma mexanizmlərindən istifadə olunması;
təbiəti mühafizə tələblərinə, ekoloji tarazlıq normalarına, gigiyena normativlərinə
və sanitariya qaydalarına əməl olunmasına nəzarət;
Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq, təhlükəli
tullantıların təsnifatı və pasportlaşdırılması əsasında onların dövlət uçotunun
aparılması;
ictimai təşkilatların, maraqlı şəxslərin informasiya almasına təminat verilməsi;
əhalinin mənafeyi ilə bağlı qərarlar qəbul edilərkən ictimai rəyin nəzərə alınması;
tullantıların idarə olunması sahəsində çalışan işçilərin sosial müdafiəsi;
tullantılarla əlaqədar beynəlxalq əməkdaşlığın həyata keçirilməsi zamanı ölkənin
milli mənafelərinin nəzərə alınması.
Madd
ə
5. Tullantıların idarə
olunması üzrə
münasib
ə
tl
ə
rinin
t
ə
nziml
ə
nm
ə
si sah
ə
sind
ə
dövl
ə
t hakimiyy
ət orqanlarının və
zif
ə
l
ə
ri
Tullantıların idarə olunması üzrə münasibətlərinin tənzimlənməsində dövlət hakimiyyət
orqanlarının vəzifələri aşağıdakılardır:
tullantıların idarə olunması sahəsində dövlət siyasətinin həyata keçirilməsi;
qanunvericilik aktlarının və məqsədli proqramların hazırlanması, təsdiqi və
onların yerinə yetirilməsinə dövlət nəzarəti;
tullantıların toplanması və emal üçün qanunvericilikdə müəyyən edilən qaydada
iqtisadi həvəsləndirmənin təmin olunması;
müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılmaqla tullantıların
yerləşdirilməsi, basdırılması və emalı üçün torpaq sahələrinin ayrılması;
tullantıların aşkar edilməsi və onların təkrar emalı məqsədilə müəssisə və
təşkilatların fəaliyyətinin əlaqələndirilməsi;
tullantıların idarə olunmasında ətraf mühitə dəyən zərərin zərər yetirən tərəfindən
ödənilməsinin təmin edilməsi;
dövlət ekoloji ekspertizasının aparılması;
Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə uyğun olaraq tullantıların
sərhədlərarası daşınması qaydalarının müəyyənləşdirilməsi;
tullantıların idarə olunmasına xüsusi razılıq sisteminin tətbiq edilməsi;
tullantıların idarə olunmasına dair dövlət standartlarının, normalarının və
normativlərinin işlənib hazırlanması və tətbiq edilməsi;
tullantıların əmələ gəlməsi anından tam kənarlaşdırılmasına qədər onların dövlət
uçotunun və hesabatlarının aparılması;
dövlət kadastrının aparılması;
əhalinin məlumat almasının təmin olunması;
faciə və bədbəxt hadisələrin aradan qaldırılması;
tullantıların saxlanılması, istifadəsi və zərərsizləşdirilməsi ilə əlaqədar obyektlərin
layihələşdirilməsi və tikintisi;
tullantılardan tam istifadə və onların əmələ gəlməsinin azaldılmasında iqtisadi,
sosial və hüquqi şərtlərin təmin edilməsi;
tullantıların idarə olunmasının yerli özünüidarə orqanları tərəfindən
qanunvericiliyə uyğun təmin edilməsi;
Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada
tullantılarla bağlı fəaliyyət nəticəsində çirklənmiş sahələrin bərpa edilməsi;
tullantıların emalı üzrə qurğuların sertifikatlaşdırılması və onların yerləşdirildiyi
yerlərin qeydiyyata alınması, həmçinin təhlükəli tullantıların idarə edilməsi üzrə
tələblərin həyata keçirilməsi;
tullantıların idarə olunması ilə bağlı qaydaların (daşınma, saxlanma və s.)
işlənilməsi və bu qaydaların icrasının təmin edilməsi mexanizminin hazırlanması;
hər bir təhlükəli tullantı daşıyıcısının uçotunun aparılması və hər bir təhlükəli
tullantı istehsalçısının hər il əmələ gələn, emal olunan, utilizasiya edilən və
saxlanılan tullantıların növünü, miqdarını, eləcə də emal və basdırılma üsullarını
göstərməklə uçotunun aparılması;
qanunvericilikdə nəzərdə tutulan digər vəzifələrin həyata keçirilməsi.
Madd
ə
6. Tullantılarla ə
laq
ə
dar mülkiyy
ə
t münasib
ə
tl
ə
ri
Xammal, material, yarımfabrikat, digər əşya və ya məmulatların, habelə malların
(məhsulların) istifadəsi nəticəsində əmələ gəlmiş tullantılar üzərində mülkiyyət
hüququ onları əmələ gətirən mənbələrin mülkiyyətçisinə məxsusdur. Tullantılar
üzərində mülkiyyət hüququ tullantıların özgəninkiləşdirilməsi haqqında alqı-satqı,
mübadilə, bağışlama müqaviləsi və ya digər sövdələşmə əsasında başqa şəxsə
verilə bilər.
Mülkiyyətçi tullantılardan təkrar xammal kimi istifadə edilməsini və onların
təkrar emal üçün digər müəssisələrə göndərilməsini təmin etməli, istehsal
prosesində və xidmət sahələrində əmələ gələn, təkrar xammal kimi istifadə
olunan, təkrar emal üçün digər müəssisələrə göndərilən, ləğv edilməsi məqsədi ilə
müvəqqəti saxlanılan və ləğv edilməyə göndərilən tullantıların uçotunu aparır və
bu barədə müvafiq icra hakimiyyəti orqanlarına məlumat təqdim edir.
Təhlükəli tullantıların ləğv edilməsi mövcud qanunvericiliyə əsasən müvafiq icra
hakimiyyəti orqanlarının icazəsi və nəzarəti altında həyata keçirilir.
Təhlükəli tullantıların mülkiyyətçisi təhlükəli tullantıları başqa şəxsin
mülkiyyətinə keçirə, əgər həmin şəxsin təhlükəli tullantıların idarə edilməsi
sahəsində fəaliyyəti həyata keçirməyə hüququ varsa, mülkiyyətçi kimi qalaraq
təhlükəli tullantılara sahiblik, istifadə və ya sərəncam hüququnu ona verə bilər.
Tullantıların üzərində mülkiyyət hüququndan imtina etmək məqsədi ilə onların
mülkiyyətçi tərəfindən atıldığı, yaxud hər hansı başqa yolla saxlanıldığı təqdirdə
mülkiyyətində, sərəncamında və ya istifadəsində atılmış tullantıların yerləşdiyi
torpaq sahəsi, su tutarı və ya başqa bir obyektin olduğu şəxs onların istifadəsinə
başlamaqla və ya mülki qanunvericiliyə uyğun olaraq onların şəxsi mülkiyyətə
çevrilməsini təsdiq edən digər hərəkətləri etməklə onları öz mülkiyyətinə çevirə
bilər.
II f
əsil. Tullantıların idarə
olunmasına dair tə
l
ə
bl
ə
r
Madd
ə
7. Bina, tikili, qurğu və
dig
ə
r obyektl
ə
rin layih
ə
l
ə
ndirilm
ə
si,
tikintisi, yenid
ən qurulması, konservasiyası və
l
əğvinə
aid t
ə
l
ə
bl
ə
r
İstismarı zamanı tullantıların əmələ gəldiyi bina, tikili, qurğu və digər obyektlərin
layihələndirilməsi, tikintisi, yenidən qurulması, konservasiyası və ləğvi zamanı
fiziki və hüquqi şəxslər:
ətraf mühitin və insan sağlamlığının qorunması sahəsində Azərbaycan
Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş ekoloji, sanitar və
digər tələblərə əməl etməyə;
əmələ gələn tullantıların istifadəsi, zərərsizləşdirilməsi barədə müvafiq
icra hakimiyyəti orqanları tərəfindən müsbət rəy verilmiş texniki və
texnoloji sənədlərə malik olmağa borcludurlar.
Yaşayış binalarının, habelə istismarı zamanı tullantıların əmələ gəldiyi müəssisə,
bina, tikili, qurğu və digər obyektlərin layihələndirilməsi zamanı tullantıların
idarə olunması sahəsində müəyyən edilmiş qaydalara, normativlərə və tələblərə
uyğun olaraq, belə tullantıların yığılması üçün yerlər (meydanlar) nəzərdə
tutulmalıdır.
Madd
ə
8. Tullantılarla bağlı istehsalat tə
l
ə
bl
ə
ri
İstehsal prosesində hüquqi və fiziki şəxslər:
ətraf mühitin qorunması üçün, müəyyən olunan standartları, normaları və
keyfiyyət üzrə tələbləri nəzərə almalı;
qanunvericiliklə nəzərdə tutulmuş hallarda təhlükəli tullantılarla bağlı fəaliyyəti
xüsusi razılıq əsasında həyata keçirməli;
az tullantılı texnologiyaları mənimsəməli;
istehsal prosesində əmələ gələn tullantıları müvafiq icra hakimiyyəti orqanı
tərəfindən müəyyən edilmiş qaydada inventarlaşdırmalı və bu barədə, eləcə də
tullantıların dövriyyəsi haqqında müvafiq icra hakimiyyəti orqanına məlumat
verməli;
tullantılarla bağlı istehsalat nəzarətini həyata keçirməli;
qəza hallarının qarşısının alınması üçün tədbirlər görməli, ekoloji tarazlığın
pozulmasına səbəb olan qəza təhlükəsi yarandıqda və ya baş verdikdə bu barədə
müvafiq icra hakimiyyəti orqanına və əhaliyə məlumat verməlidirlər.
Zərərsizləşdirilməsi mümkün olmayan təhlükəli tullantılar əmələ gətirən fəaliyyətin
həyata keçirilməsi qaydası qanunvericiliklə müəyyən olunur.
Madd
ə
9. Tullantıların emalı şə
rtl
ə
ri
Tullantıların emalı zamanı aşağıdakılar təmin edilir:
tullantıların həcminin azaldılmasına, onların emalına və zərərsizləşdirilməsinə
yönəldilən texnoloji proseslərin ətraf mühit üçün təhlükəsizliyi;
texnologiyada nəzərdə tutulmayıbsa, emal zamanı təhlükəli və təhlükəsiz
tullantıların qarışmasına yol verilməməsi;
tullantıların emalı zamanı real və potensial təhlükənin azaldılması;
tullantıların əmələ gəldiyi yerlərdə toplanması və onların texniki cəhətdən təchiz
olunan xüsusi tutarlarda və ya bu məqsədlə ayrılan sahələrdə növlər üzrə
saxlanılması;
ətraf mühitin mühafizəsi məqsədilə emal ediləsi tullantıların yerləşdirildiyi xüsusi
tutarların və ya sahələrin yararlı halda saxlanılması;
yerləşdirildiyi, yaxud saxlanıldığı yerlərdə tullantıların ətraf mühitdən təcrid
olunması;
tullantıların əmələ gəldiyi və ya onların emal edildiyi müəssisələrdə tullantıların
texnoloji prosesdə təkrar xammal kimi istifadə olunmasının təşkil edilməsi;
tullantıların ətraf mühitə təsirinin azaldılması üçün onların emalının və
zərərsizləşdirilməsinin bioloji, fiziki-kimyəvi, mexaniki-texniki, termik və digər
üsullarla həyata keçirilməsi.
Madd
ə
10. Tullantıların emalı yerlə
rin
ə
t
ə
l
ə
bl
ə
r
Tullantıların emalı yerlərinin müəyyənləşdirilməsi, layihələşdirilməsi, tikintisi, istifadəsi
və ləğv edilməsi müvafiq norma və qaydalara uyğun aparılır.
Tullantıların emalı yerləri və texnologiyaları seçilərkən insan səhhətinə və ətraf mühitə
ziyanlı təsir barədə ekoloji ekspertizanın tələbləri əsasında müvafiq icra hakimiyyəti
orqanlarının müəyyən etdiyi şərtlər nəzərə alınmalıdır.
Tullantıların emalı yerlərinin ətraf mühitə təsirini müəyyən etmək məqsədilə ətraf
mühitin monitorinqi aparılmalıdır.
Tullantıların emalı yerlərində mərz nişanları və nəzarətli girişlər olmalı, texnoloji
məntəqələrin ətraf mühit üçün tamamilə təhlükəsizliyi təmin edilməlidir. Bu məqsədlə
nəzərdə tutulmayan yerlərdə tullantıların yerləşdirilməsi və emalı qadağandır.
Tullantıları emal edən müəssisələrin fəaliyyəti tullantıların həcminin azaldılmasına və
zərərsizləşdirilməsinə yönəldilməlidir. Bu müəssisələr öz fəaliyyətini nizamnamələrində
nəzərdə tutulan qaydada və tullantılara mülkiyyət hüququnu təsdiq edən sənədlər
əsasında həyata keçirirlər.
Tullantıları emal edən müəssisələrdə müvafiq icra hakimiyyəti orqanları tərəfindən təsdiq
edilən qəza hallarının ləğv edilməsinə dair tədbirlər planı olmalıdır.
Madd
ə
11. Tulla
ntıların yerləşdirilmə
sin
ə
t
ə
l
ə
bl
ə
r
Tullantıların yerləşdirilməsi müvafiq icra hakimiyyəti orqanlarının icazəsi əsasında və
normativ aktlarda müəyyən edilən tələblərə uyğun həyata keçirilir.
Tullantıların yerləşdirilməsi və zərərsizləşdirilməsi məqsədilə obyektlərin tikintisi üçün
yer seçərkən müvafiq icra hakimiyyəti orqanlarının razılığı ilə xüsusi (geoloji, hidroloji
və s.) araşdırmalar aparılmalı və lazım gəldikdə ictimai rəy nəzərə alınmalıdır.
Şəhər və digər yaşayış məntəqələri, meşə-park, kurort, müalicə-sağlamlıq, turizm və
rekreasiya zonalarının ərazisində, su mənbələrinin və mineral bulaqların sanitar
mühafizə zonalarında, çatlı süxurların və sulu təbəqələrin səthə çıxdığı yerlərdə, habelə
içməli su təchizatı və təsərrüfat-məişət ehtiyacları üçün istifadə olunan yeraltı su
obyektlərinin sututar sahələrində, eyni zamanda, faydalı qazıntı yataqlarının olduğu
yerlərin çirklənməsinə və yeraltı işlərin aparılmasına təhlükə yarandığı hallarda faydalı
qazıntı laylarının olduğu və yeraltı işlərin aparıldığı yerlərdə tullantıların basdırılması
qadağandır.
Tullantıların basdırılma yerləri müvafiq icra hakimiyyəti orqanlarının müəyyən etdiyi
qaydada tullantıların basdırılma yerlərinin dövlət reyestrinə daxil edilir.
Müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılan qaydada mülkiyyətçi tərəfindən
basdırılma yerlərinin monitorinqi aparılmalıdır.
Tullantıların yerləşdirildiyi obyektlərin və ya sahələrin mülkiyyətçiləri bu obyektlərin və
ya sahələrin istismar müddəti başa çatdıqdan sonra lazımi bərpa işləri aparmalıdırlar.
Tullantıların toplanmasını səmərəli təşkil etmək məqsədilə qiymətli komponentlər
(yeyinti və toxuculuq məhsullarının tullantıları, müxtəlif metallar, kağız və s.) ayrı-
ayrılıqda toplanmalıdır.
Madd
ə
12. Şə
h
ə
rl
ə
rin v
ə
dig
ər yaşayış mə
nt
ə
q
ə
l
ə
rinin
ə
razisind
ə
tullantıların idarə
olunmasına dair tə
l
ə
bl
ə
r
Zərərsizləşdirmək məqsədilə məişət tullantıları tutumlara (urnalara) atılmalıdır. Bu
tullantıların tutumlardan (urnalardan) kənar yerlərə atılması və ya basdırılması
qadağandır.
Şəhərlərdə və rayon (şəhər rayonları istisna olmaqla) inzibati ərazi vahidlərinin inzibati
mərkəzlərində tutumlar (urnalar) arası məsafə 100 metrdən çox olmamalıdır.
Şəhərlərin və digər yaşayış məntəqələrinin ərazisi müntəzəm olaraq məişət
tullantılarından təmizlənməlidir;
Şəhərlərin və digər yaşayış məntəqələri ərazisinin sanitariya qaydalarına, gigiyena və
ekoloji normativlərə uyğun olaraq təmizlənməsi, məişət tullantılarının müvəqqəti
saxlanılması, müntəzəm daşınması və zərərsizləşdirilməsi qaydaları müvafiq icra
hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
Atmosfer havasına zərərli təsir göstərən istehsal və məişət tullantılarının xüsusi qurğular
olmadan yandırılmasına icazə verilmir.
Madd
ə
12-1. B
ə
rk m
əişət tullantıları poliqonlarına dair tə
l
ə
bl
ə
r
Bərk məişət tullantıları poliqonlarının yerləşdirilməsi və qurulması üçün sahə şəhər və
digər yaşayış məntəqələrinin və şəhərətrafı zonaların planlaşdırılması və tikilməsi üzrə
təsdiq olunmuş baş planlara və ya layihələrə uyğun olaraq ayrılmalıdır. Bərk məişət
tullantıları poliqonlarının yerləşdirilməsi və qurulması üçün ərazi ekoloji normalara və
Azərbaycan Respublikasının insan sağlamlığı və ətraf mühitin mühafizəsi sahəsində digər
qanunvericilik aktlarına cavab verməlidir.
Bərk məişət tullantıları poliqonlarında müəssisələrin tullantılarının yerləşdirilməsi
ekoloji, sanitar-epidemioloji qaydaların və Azərbaycan Respublikasının digər normativ
hüquqi aktlarının tələblərinə uyğun olaraq həyata keçirilir.
Onların öz-özünə alışıb yanmasının qarşısının alınması və xəbərdarlıq edilməsi üzrə
tədbirlər nəzərdə tutulmalıdır.
Madd
ə
12-
2. Əlvan və
qara metal tullantılarının idarə
olunması və
onların
özg
ə
ninkil
əşdirilmə
sin
ə
t
ə
l
ə
bl
ə
r
Hüquqi və fiziki şəxslər tərəfindən əlvan və qara metal tullantılarının idarə olunması və
onların özgəninkiləşdirilməsi Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən
edilmiş qaydada həyata keçirilir.
Madd
ə
12-3. T
ə
hlük
əli tullantıların idarə
olunmasına dair tə
l
ə
bl
ə
r
Ətraf mühitə və insan sağlamlığına zərərli təsirin təhlükəlilik dərəcəsindən asılı olaraq
təhlükəli tullantılar müvafiq icra hakimiyyəti orqanlarının tullantıların idarə olunması
sahəsində müəyyən etdikləri meyarlara uyğun olaraq təhlükəlilik dərəcələrinə
bölünürlər.
Fəaliyyəti prosesində təhlükəli tullantıların əmələ gəldiyi fiziki və hüquqi şəxslər bu
tullantıların konkret hansı təhlükəlilik dərəcəsinə aid olduğunu tullantıların idarə
olunması sahəsində müvafiq icra hakimiyyəti orqanları tərəfindən təsdiq edilmiş qaydada
müəyyən etməlidirlər.
Təhlükəli tullantılar üçün pasport tərtib edilməlidir. Təhlükəli tullantıların pasportu
təhlükəli tullantıların tərkibi və xüsusiyyətləri barədə məlumatlar, onların təhlükəlilik
dərəcələrinin qiymətləndirilməsi əsasında tərtib olunur. Pasportlaşdırma qaydasını
Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.
Fiziki və hüquqi şəxslərin təhlükəli tullantıların əmələ gəlməsinə şərait yaradan fəaliyyəti
ətraf mühit və insan sağlamlığı baxımından tullantıların təhlükəsiz idarə olunmasını
təmin etmək üçün texniki və ya digər imkanlar olmadıqda, Azərbaycan Respublikasının
qanunvericiliyi ilə müəyyən edilmiş qaydada məhdudlaşdırıla və ya qadağan edilə bilər.
Madd
ə
12-
4. Tibbi tullantıların idarə
olunmasına dair tə
l
ə
bl
ə
r
Tibbi tullantıların idarə olunmasına dair tələblər Azərbaycan Respublikasının müvafiq
icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur.
Müalicə-profilaktik və baytarlıq müəssisələrinin fəaliyyət profilindən asılı olmayaraq,
tibbi tullantılar toksiki və yoluxdurucu təhlükəlilik növünə görə qruplaşdırılır. Tibbi
tullantıların hansı təhlükəlilik növünə aid edilməsi Azərbaycan Respublikasının müvafiq
icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur.
Madd
ə
12-5. Neft, qaz v
ə
elektroenergetika s
ə
nayesind
ə
tullantıların
idar
ə
olunması
Neft, qaz və elektroenergetika sənayesində tullantıların idarə olunması müvafiq icra
hakimiyyəti orqanı tərəfindən qəbul edilən normativ hüquqi aktla tənzimlənir.
Madd
ə
12-6. T
ə
hlük
ə
li istehsalat v
ə
m
əişət tullantılarının, habelə
t
ə
hlük
əli tibbi tullantıların idarə
olunması sahə
sind
ə
işlə
m
ə
l
ə
rin
ə
icaz
ə
verilmiş şə
xsl
ərin peşə
hazırlığına dair tə
l
ə
bl
ə
r
Təhlükəli istehsalat və məişət tullantılarının, habelə təhlükəli tibbi tullantıların idarə
olunması sahəsində işləmələrinə icazə verilmiş şəxslər (işçilər) təhlükəli tullantılarla
işləmək hüququ barədə şəhadətnamələrlə (sertifikatlarla) təsdiqlənən peşə hazırlığına
malik olmalıdırlar.
İşçilərin təhlükəli tullantılarla, habelə təhlükəli və son dərəcə təhlükəli tibbi tullantılarla
işə buraxılmasına görə məsuliyyəti təşkilatın müvafiq vəzifəli şəxsi daşıyır.
Madd
ə
13. Tullantıların daşınmasına tə
l
ə
bl
ə
r
Tullantıların müvafiq növ nəqliyyat vasitəsində daşınması qaydası, yükləmə və boşaltma
işlərinin yerinə yetirilməsinə və ekoloji təhlükəsizliyin təmin olunmasına tələblər (norma
və qaydalar) müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
Nəqliyyat vasitəsinə yükləndiyi andan onu qəbul edən hüquqi və fiziki şəxsə çatdırılana
qədər tullantının daşınmasını həyata keçirənlər ətraf mühitin və insanların sağlamlığının
təhlükəsizliyinə görə məsuliyyət daşıyırlar.
Təhlükəli istehsalat və məişət tullantılarının, habelə təhlükəli tibbi tullantıların nəqliyyat
vasitələrində daşınması qaydası bu sahədə mövcud olan dövlət standartları və
normativləri əsasında müəyyən olunur.
Təhlükəli tullantıların daşınması aşağıdakı şərtlərlə həyata keçirilməlidir:
təhlükəli tullantıların daşınmasına dair bildiriş;
təhlükəli tullantıların pasportunun olması;
xüsusi avadanlıqlar və işarələrlə təchiz olunmuş nəqliyyat vasitəsinin olması;
təhlükəli tullantıların nəqliyyat vasitəsində daşınması ilə bağlı təhlükəsizlik
tələblərinə əməl olunması;
təhlükəli tullantıların miqdarını, onların daşınma məqsədini və təyinat yerini
göstərən sənədlərin olması.
Madd
ə
14. Tullantıların sə
rh
ə
dl
ərarası və
tranzit daşınması
Təhlükəsiz emalı mümkün olmayan, habelə tranzit daşınmaq, basdırılmaq və
zərərsizləşdirilmək məqsədi ilə bu tullantıların Azərbaycan Respublikasına gətirilməsi
qadağandır.
Tullantıların istifadə edilmək məqsədi ilə Azərbaycan Respublikasının ərazisinə
idxalı, habelə ixracı və tranzit daşınmaları qanunvericilikdə nəzərdə tutulmuş
səlahiyyətli orqan tərəfindən verilən icazə əsasında həyata keçirilir.
Təhlükəli tullantıların sərhədlərarası daşınması qaydası Azərbaycan
Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur.
III f
əsil. Tullantılarla bağlı fə
aliyy
ə
t
ə
n
ə
zar
ə
t
Madd
ə
15. Tullantılarla bağlı fə
aliyy
ə
t
ə
dövl
ə
t n
ə
zar
ə
ti
Tullantılarla bağlı fəaliyyətə dövlət nəzarəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən
həyata keçirilir.
Tullantılarla bağlı fəaliyyətə dövlət nəzarətinə:
hüquqi və fiziki şəxslər tərəfindən qanunvericiliyin tələblərinə əməl olunması;
təqsirkar hüquqi və fiziki şəxslərin qanunvericilikdə müəyyən olunan qaydada
məsuliyyətə cəlb olunması;
qanunvericiliyin tələblərinin pozulması nəticəsində insan sağlamlığına və ətraf
mühitə dəyən zərərin ödənilməsinə görə iddia qaldırılması;
mülkiyyətçilər tərəfindən tullantılarla bağlı uçot və hesabatın düzgünlüyü;
sanitariya, gigiyena, əksepidemik və təbiəti mühafizə tədbirlərinin yerinə
yetirilməsinə, gigiyena və ekoloji normativlərə əməl olunması;
baş vermiş fəlakət və qəzaların nəticələrinin aradan qaldırılması tədbirlərinin
həyata keçirilməsi;
mövcud istehsal proseslərinin tullantılarla əlaqədar təhlili, tullantıların həcminin
və təhlükəlilik dərəcəsinin azaldılması imkanlarının araşdırılması;
əhalinin tullantılara dair informasiya almaq hüququna əməl olunması;
əhalinin sağlamlığı və ətraf mühit üçün potensial təhlükə yaradan fəaliyyətin
məhdudlaşdırılması, dayandırılması və ona xitam verilməsi barədə qərar qəbul
edilməsi;
tullantıların idxalı, ixracı və tranzit daşınmasına nəzarət daxildir.
Madd
ə
16. Tullantılarla bağlı istehsalat nə
zar
ə
ti
Tullantılarla bağlı təsərrüfat fəaliyyətini həyata keçirən müəssisə və təşkilatlar bu sahədə
istehsalat nəzarətini təşkil etməlidirlər.
İstehsalat nəzarətinin məqsədi ekoloji, sanitariya və digər tələblərin yerinə yetirilməsini
yoxlamaqdan ibarətdir.
İstehsalat nəzarətinin təşkili qaydaları müvafiq qanunvericiliyə əsasən müəssisə və
təşkilatlar tərəfindən müəyyənləşdirilir.
Madd
ə
17. Tullantılarla bağlı fə
aliyy
ə
t
ə
ictimai n
ə
zar
ə
t
Tullantılarla bağlı fəaliyyətə ictimai nəzarət qanunvericilikdə müəyyən olunan qaydada
ictimai birliklər, əmək kollektivləri və vətəndaşlar (əhali) tərəfindən həyata keçirilir.
Tullantılarla bağlı fəaliyyətə ictimai nəzarətin məqsədi dövlət orqanları və bələdiyyələr,
eləcə də hüquqi və fiziki şəxslər tərəfindən bu Qanunun tələblərinin yerinə yetirilməsini
araşdırmaqdan ibarətdir.
IV f
əsil. Tullantılarla bağlı iqtisadi tə
nziml
ə
nm
ə
Madd
ə
18. Tullantılarla bağlı fə
aliyy
ə
t sah
ə
sind
ə
iqtisadi t
ə
nziml
ə
nm
ə
Tullantılarla bağlı fəaliyyət sahəsində iqtisadi tənzimlənmə onun həcmi, təhlükəlilik
dərəcəsi və yerləşdirilmə normativləri nəzərə alınmaqla tullantının toplanmasına,
yerləşdirilməsinə, istifadəsinə və zərərsizləşdirilməsinə görə haqq ödənilməsi prinsipinə
əsaslanır.
Tullantıların yığılması (toplanması), yerləşdirilməsi, istifadəsi və zərərsizləşdirilməsinə
görə haqq tullantıların həcminin (kütləsinin), növünün və digər xüsusiyyətlərinin nəzərə
alınması ilə müəyyən edilir və çirkləndirici tərəfindən ödənilir.
Hüquqi və fiziki şəxslərin ödəmələrindən əldə olunan vəsait təbiəti mühafizə tədbirlərinin
həyata keçirilməsinə sərf olunur.
Tullantılarla əlaqədar iqtisadi stimullaşdırma formaları və onun tətbiqi mexanizmi, habelə
tullantıların toplanmasına, yerləşdirilməsinə, istifadəsinə və zərərsizləşdirilməsinə görə
haqq ödənilməsi, onun həcmi və bölüşdürülməsi qaydaları müvafiq icra hakimiyyəti
orqanı tərəfindən müəyyən edilir.
Madd
ə
19. Tullantılarla bağlı normativlə
r
Tullantıların ətraf mühitə və insan sağlamlığına təsir həddini nizamlayan normativlər
müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
İdxal, ixrac və alqı-satqı obyekti olan tullantılar , habelə təhlükəli tullantılar
qanunvericilikdə müəyyən olunan qaydada sertifikatlaşdırılır.
Madd
ə
20. Tullantılarla bağlı dövlə
t uçotu v
ə
hesabat
Hüquqi və fiziki şəxslər tullantıların əmələ gəlməsinin, istifadəsinin, yerləşdirilməsinin,
başqasına verilməsinin və ya satılmasının müvafiq icra hakimiyyəti orqanının müəyyən
etdiyi qaydada və müddətdə ilkin uçotunu aparır, müvafiq dövlət orqanına hesabat təqdim
edirlər.
Hüquqi və fiziki şəxslər tullantıların uçotu ilə bağlı informasiyanın qanunvericilikdə
müəyyən edilən müddət ərzində saxlanılmasını təmin edirlər.
Tullantılarla bağlı dövlət uçotu və hesabatı vahid sistem üzrə hazırlanır və aparılır.
Madd
ə
21. Tullantıların dövlət kadastrı
Tullantıların dövlət kadastrına onların uçotuna dair sistemləşdirilən məlumatlar daxil
edilir.
Tullantıların dövlət kadastrı tullantıların siniflərə (dərəcələrə) bölünmə sistemlərini,
onların yerləşdirilməsi obyektlərinin siyahısını, bank məlumatlarını və tullantıların emal
texnologiyalarını əks etdirir.
Tullantıların dövlət kadastrının aparılması qaydası və onun məzmunu müvafiq icra
hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
V f
ə
sil. Yekun müdd
əaları
Madd
ə
22. Beyn
ə
lxalq
ə
m
əkdaşlıq
Tullantılarla bağlı fəaliyyət sahəsində beynəlxalq əməkdaşlıq Azərbaycan
Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun həyata keçirilir.
Madd
ə
23. Mübahis
ə
l
ə
rin h
ə
ll edilm
ə
si
Tullantılarla bağlı mübahisələr qanunvericilikdə müəyyən edilən qaydada müvafiq icra
hakimiyyəti orqanları və məhkəmələr tərəfindən həll edilir.
Madd
ə
24. Tullantılar haqqında qanunvericiliyin pozulmasına görə
m
ə
suliyy
ə
t
Tullantılar haqqında qanunvericiliyin tələblərini pozan hüquqi və fiziki şəxslər
Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq intizam, inzibati, cinayət və
mülki-hüquqi məsuliyyət daşıyırlar.
Azərbaycan Respublikasının Prezidenti
Heydər ƏLİYEV
Bakı şəhəri, 30 iyun 1998-ci il
№ 514-IQ
«Azərbaycan» qəzetində dərc edilmişdir (28 oktyabr 1998-ci il, № 251) .
«Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (31 oktyabr
1998-ci il, № 10, maddə 606).
12 fevral 2002-ci il tarixli, 262-IIQD nömrəli; 22 may 2007-ci il tarixli, 341-IIIQD
nömrəli; 9 oktyabr 2007-ci il tarixli, 429-IIIQD nömrəli; 2 iyun 2008-ci il tarixli, 615-
IIIQD nömrəli; 12 iyun 2012-ci il tarixli, 379-IVQD nömrəli Qanunlara əsasən
dəyişikliklər və əlavələrlə .
Dostları ilə paylaş: |