13
mütənasib olaraq öz payını almaq hüququna malikdir. Bu zaman, əgər digər Birgə sığortalı
sığorta haqqının tam ödənilməsini öz üzərinə götürürsə və ya payına düşən hissəsinin
ödənilməsinin yerinə yetirilməsi vəzifəsini özündə saxlayırsa, Sığorta müqaviləsinə xitam
verilmir.
10.4. Sığorta olunanın səbəbi sığorta hadisəsi olmayan ölümü halında və eyni zamanda
Sığorta olunanın ölümündə Faydalanan şəxsin qəsdli hərəkəti olmamışdırsa, Sığortaçı
müəyyən edilmiş yazılı formada ərizəni, Sığorta olunanın ölümü haqqında şəhadətnamənin
təsdiqlənmiş surətini, qaytarılan məbləğini alanın şəxsiyyətini təsdiq edən sənədi, lazım
olduqda varislik hüququnu təsdiq edən hər hansı sənədi aldıqdan sonrakı 10 gün müddətində
qaytarılan məbləği Faydalanan şəxsə ödəyir.
10.5. Əgər Sığorta olunanın ölümü Faydalanan şəxsin sığorta hadisəsinin baş verməsinə
yönəlmiş qəsdli hərəkətin nəticəsidirsə, Sığortaçı müəyyən edilmiş yazılı formada ərizəni,
Sığorta olunanın ölümü haqqında şəhadətnamənin təsdiqlənmiş surətini, qaytarılan
məbləğini alanın şəxsiyyətini təsdiq edən sənədi və varislik hüququnu təsdiq edən sənədi
aldıqdan sonrakı 10 gün müddətində qaytarılan məbləği Sığorta olunanın varisinə ödəyir.
10.6. Fiziki şəxs olan Sığortalının öldüyü və ya hüquqi şəxs olan Sığortalının ləğv edildiyi
halda, Sığorta olunanın (digər Birgə sığortalının) tam həcmdə ödənilməmiş sığorta haqqının
ödənilməsi öhdəliyini üzərinə götürməməsi şərti ilə qaytarılan məbləğ Sığorta olunana
ödənilir.
10.7. Əgər Müqavilədə qaytarılan məbləğin alınması imkanı nəzərdə tutulmuşdursa,
vaxtından əvvəl xitam verildiyi halda Müqavilə Sığortaçı tərəfindən həmin məbləğin
ödənildiyi tarixdə qüvvədən düşür. Əgər Müqavilədə qaytarılan məbləğin alınması imkanı
nəzərdə tutulmamışdırsa, vaxtından əvvəl xitam verildiyi halda Müqavilə, qanunun və bu
Qaydaların tələbləri nəzərə alınmaqla, onun xitam verilməsi tələbi barədə ərizədə
(məktubda) göstərilən tarixdə qüvvədən düşür.
10.8. Əgər Müqavilə 5 ildən artıq müddətə bağlanmışdırsa, Müqaviləyə vaxtından əvvəl
xitam verilməsi barədə tərəflər ehtimal olunan ləğv edilmə tarixindən 3 ay əvvəl bir birini
rəsmi xəbərdar etməlidirlər. Əgər Müqavilə 5 ildən az müddətə bağlanmışdırsa onda tərəflər
bir birini ehtimal olunan ləğv edilmə tarixindən 1 ay əvvəl xəbərdar etməlidirlər.
11. Tərəflərin hüquq və vəzifələri
11.1. Sığortalının hüquqları:
11.1.1. Sığortaçı tərəfindən Sığorta müqaviləsinin şərtlərinə və bu Qaydalara əməl edilib-
edilməməsini yoxlamaq;
11.1.2. Sığorta müqaviləsinin/ Sığorta şəhadətnaməsinin itdiyi halda Sığortaçıdan onun
dublikatını almaq;
11.1.3. Müqavilədə sığorta hadisəsi kimi müəyyən edilmiş halların baş verməsinə qədər bu
Qaydaların 10.8. bəndində göstərilmiş müddətlə bağlı tələbə əməl etməklə, yazılı formada
xəbərdarlıq edərək Müqaviləni vaxtından əvvəl ləğv etmək;
14
11.1.4. Sığorta hadisəsinin baş verməsinə qədər Sığorta olunanın yazılı razılığı ilə onun
öldüyü halda sığorta təminatı alacaq Faydalanan şəxsi təyin etmək, həmçinin yenə də Sığorta
olunanın yazılı razılığı ilə onu digəri ilə əvəz etmək;
11.1.5. Müqavilənin şərtləri və bu Qaydalar üzrə hər hansı izahatlar almaq;
11.1.6. Müqavilə və bu Qaydalara uyğun olaraq qaytarılan məbləği və ya onun bir hissəsini
almaq;
11.1.7. Bu Qaydaların 13-cü bəndinə uyğun olaraq ssuda almaq;
11.1.8. Sığortaçı ilə qarşılıqlı razılıq əsasınsa Sığorta müqaviləsinin sığorta məbləğinə,
sığorta haqqının miqdarı və ödənilmə qaydasına, sığorta təminatının ödənilməsi qaydasına
aid olan şərtlərini dəyişmək. Belə dəyişikliklər Müqaviləyə edilən əlavə ilə rəsmləşdirilir.
11.1.9. Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş digər hüquqlardan
istifadə etmək;
11.2. Sığortalının vəzifələri:
11.2.1. Sığorta haqqlarını Müqavilədə nəzərdə tutulmuş müddətdə və miqdarda ödəmək;
11.2.2. Sığorta hadisəsi baş verərkən, Sığortaçını bu barədə bildiyi və ya bilməyə borclu
olduğu andan 30 gün müddətində yazılı şəkildə məlumatlandırmalıdır. Sığortalının hadisənin
baş verməsi faktı barədə Sığortaçını məlumatlandırmaq vəzifəsi Faydalanan şəxs tərəfindən
də yerinə yetirilə bilər.
11.2.3. Sığortaçıya onun tələbi ilə sığorta olunan və ya Faydalanan şəxs barədə düzgün
məlumat vermək;
11.2.4. Sığortaçıya və ya onun nümayəndəsinə sığorta hadisəsi ilə əlaqəsi olan məlumatı
sərbəst əldə etmək imkanı vermək;
11.2.5. Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulan digər vəzifələri
yerinə
yetirmək;
11.3. Sığortaçının hüquqları:
11.3.1. Sığortalının verdiyi məlumatların, həmçinin Sığortalı tərəfindən Müqavilə və
Qaydalara əməl edilib - edilməməsinin yoxlanılması;
11.3.2. Sığorta hadisəsi baş verdiyi andan 3 il müddətində bu Qaydaların 12.5. bəndində
nəzərdə tutulmuş müvafiq sənədlər Sığortaçıya təqdim edilməzsə, sığorta təminatının
ödənilməsindən imtina etmək;
11.3.3. Sığorta olunanın səbəb olan sığorta hadisəsinin baş verməsi faktı üzrə cinayət işinin
qaldırılması halında səlahiyyətli orqanın müvafiq qərarının çıxmasına qədər və ya Sığorta