9
-
Sığorta olunanın təvəllüdü;
-
Sığortanın müddəti;
-
Sığorta məbləği;
-
Sığorta olunanın, Faydalanan şəxsin öldüyü halda sığorta təminatını alacaq şəxsin
şəxsiyyət vəsiqəsinin göstəriciləri.
7.7.2. Sığortalı sığorta ilə bağlı müraciət zamanı özünə məlum olan bütün zəruri
məlumatları Sığortaçıya bildirməlidir. Sığortalı müqavilənin bağlanması zamanı məlumat
verərək vəzifəsini pozduqda (bu vəzifənin qəsdən yerinə yetirilməməsi halları istisna
edilməklə), əgər Müqavilə bağlanmasından 5 il keçmişdirsə, Sığortaçı Müqaviləni bu əsasla
ləğv edə bilməz.
7.7.3. Sığorta təminatının verilməsi üçün əhəmiyyət kəsb edən hallar barədə Sığortalı və ya
Sığorta olunan tərəfindən bəyan edilməmiş və ya düzgün bəyan edilməmişdirsə, Sığortaçı
Sığorta müqaviləsinin bağlanması anından 5 il müddətində Müqavilədən imtina edə bilər,
sığorta hadisəsinin baş verdiyi halda isə bu müddət Sığorta müqaviləsinin bağlanması
anından keçən 10 ildir.
7.7.4. Sığortalı və ya Sığorta olunan məlumat vermək vəzifəsini qəsdən yerinə yetirmədikdə
Sığortaçı istənilən vaxt sığorta müqaviləsinə xitam verə bilər.
7.7.5. Vasitəçinin (agentin, brokerin və s.) məlumatlı olması faktı Sığortaçının məlumatlı
olması hesab edilmir. Əgər Sığortaçıya müvafiq sənədlər təqdim etməklə sübut edilsə ki,
yalan və ya tam olmayan məlumatın verilməsində Sığortalının və ya Sığorta olunanın təqsiri
olmamışdır, Sığortaçının Müqavilədən imtina etməsi etibarsız hesab edilir.
7.7.6. Əgər Sığortaçı Sığorta müqaviləsindən sığorta hadisəsinin baş verməsindən sonra
imtina etməsini bəyan edirsə, onun Müqavilə üzrə sığorta məbləğini ödəmək vəzifəsi o şərtlə
qüvvədə qalır ki, Sığortaçının haqqında məlumatlandırılmadığı şərait və ya hal sığorta
hadisəsinin baş verməsinə və ya müqavilə üzrə ödəniş məbləğinin həcminə təsir
göstərməmiş olsun.
7.7.7. Sığortaçının sığortanın qəbul edilməsi barədə qərarına şüurlu və məqsədli şəkildə təsir
göstərmək üçün düzgün və ya tam olmayan məlumatın verilməsi faktına görə də Sığortaçı
Müqavilədən imtina edə bilər. Bu hal sığorta olunanın verdiyi məlumatlarla bağlı olduğu
halda hətta Sığortalının Müqavilə bağlanarkən məlumat vermək vəzifəsinin pozulması
barədə xəbərdar olmadığına baxmayaraq, Sığortaçı Müqavilədən imtina edə bilər.
7.7.8. Müqavilə bağlanarkən Sığortaçı öz tələblərinə uyğun olaraq Müqavilə üzrə
Sığortalanacaq şəxsin səhhətinin tibbi müayinəsini tələb etmək hüququna malikdir. Tibbi
müayinədən keçməkdən imtina edildiyi halda Sığortaçı Müqaviləni bağlamaqdan imtina edə
bilər.
7.8. Sığorta olunanın yaşına qoyulan tələblər aşağıdakı kimi müəyyən edilir:
7.8.1. Bu Qaydaların 7.2. bəndində nəzərdə tutulan hər hansı sinif (təminat) üzrə sığorta
qüvvəyə minən anda Sığorta olunanın yaşı 2-dən aşağı ola bilməz.
10
7.8.2. Əgər sığorta müqaviləsi üzrə başqa hal nəzərdə tutlmyıbsa, bu Qaydaların 7.2.
bəndində nəzərdə tutulan hər hansı təminat üzrə Sığorta müqaviləsinin müddətinin bitdiyi
(qüvvədən düşdüyü) anda sığorta olunanın yaşı 65-dən yuxarı ola bilməz.
7.9. Sığorta olunanın öldüyü hal üçün Faydalanan şəxsin təyin edilməsi Sığorta olunanın
yazılı razılığı ilə Sığortalı tərəfindən həyata keçirilir. Sığorta olunan fəaliyyət qabiliyyətsiz
olduqda və Sığorta olunan öldüyü hal üçün Faydalanan şəxsin təyin edilməsi Sığorta
olunanın qanuni nümayəndəsinin yazılı razılığı ilə Sığortalı tərəfindən həyata keçirilir.
Sığorta olunanın öldyü hal üçün Faydalanan şəxs təyin edilməzsə, Sığorta olunanın qanuni
varisləri Faydalanan şəxslər hesab edilirlər.
7.10. Müqavilədə işəgötürənin (hüquqi şəxs) və onun işçisinin sığorta haqqının
ödənilməsində payçı kimi iştirakları nəzərədə tutula bilər. Bu halda işəgötürən və onun işçisi
Birgə sığortalılar olurlar. Bu halda tərəflər bir-birinə Sığorta müqaviləsindən irəli gələn
Sığortalı vəzifəsinin icrasını etibar edə bilərlər.
7.11. Müqavilə, sığorta haqqının razılaşdırılmış birinci hissəsinin Sığortaçıya nağd və ya
hesabına köçürmə yolu ilə ödənilməsi şərti ilə, Müqavilədə müəyyən edilmiş tarixdən
qüvvəyə minir.
7.12. Sığortaçı, müqavilə qüvvəyə mindikdən 10 gün müddətində Sığortalıya sığorta
şəhadətnaməsini təqdim etməlidir. Sığorta şəhadətnaməsi sığorta müqaviləsinin
bağlanılmasını təsdiq edən sənəddir.
8. Sığorta haqqı
8.1. Sığorta haqqı Sığortaçı tərəfindən onun tarifləri əsasında seçilmiş sığorta variantı,
sığorta məbləği, sığorta müddəti, Sığorta olunanın yaşı və cinsi, səhhətinin durumu və
sığorta haqqının ödənilməsi qaydası nəzərə alınmaqla müəyyən edilir.
8.2. Sığortalı müqavilə bağlandıqdan 15 gün müddətində müqavilədə nəzərdə tutulmuş
şərtdən asılı olaraq sığorta haqqını birdəfəlik və ya onun bir hissəsini ödəməlidir.
8.3. Sığorta haqqı Sığortaçının nümayəndəsinə və ya kassasına nağd ödəmə qaydasında və
ya hesabına köçürmə yolu ilə ödənilə bilər.
8.4. Sığortalı sığorta təminatından (7.2 bəndi ilə müəyyən olunmuş siniflərdən) asılı olaraq
sığorta haqqının ödənilməsinin aşağıdakı qaydalarından birini seçə bilər:
8.4.1. Sığorta təminatının ödənilməsinin müddəti müəyyən edilmiş həyat sığortası variantı
istisna olmaqla həyat sığortasının bu Qaydalarla nəzərdə tutulan istənilən variantında tətbiq
edilə bilən Müqavilə bağlanarkən sığorta haqqının birdəfəlik ödənilməsi;
8.4.2. Həyat sığortasının bu Qaydalarla nəzərdə tutulan istənilən variantı üzrə sığorta
haqqının tədricən (aylıq, rüblük, illik) ödənilməsi. Bu zaman aşağıdakılar nəzərə alınmalıdır:
8.4.2.1. kredit götürən şəxsin həyat sığortası üzrə sığorta haqlarının tədricən ödəmələri
Müqavilə müddətinin 2/3-si ərzində həyata keçirilməlidir.