11
8.5. Sığorta haqqının hissə-hissə ödənilməsi Müqavilədə nəzərdə tutulan sığorta
hadisələrindən hər hansı birinin baş verməsi ilə dayandırılır.
8.6. Müqavilədə müəyyən edilmiş tədricən ödənilən sığorta haqqı həmin Müqavilədə
göstərilən tarixlərədək ödənilməlidir. Aylıq sığorta haqqları istisna olmaqla, müddəti
tədricən ödənilən sığorta haqqına 30 günlük güzəşt tətbiq edilir.
8.7. Hissə-hissə ödənilən sığorta haqqının növbəti hissəsi güzəşt müddətində belə
ödənilmədikdə, Sığortaçı Sığorta müqaviləsini birtərəfli qaydada ləğv edə bilər.
8.8. Sığortalı sığorta haqqının Müqavilədə müəyyən edilmiş miqdarını və ödənilmə
qaydasını Sığortaçının razılığı ilə dəyişdirmək hüququna malikdir.
9. Sığorta müqaviləsinə xitam verilməsi
9.1. Müqaviləyə aşağıdakı hallarda xitam verilir :
9.1.1. Müqavilədə nəzərdə tutulmuş sığorta hadisəsinin baş verməsi ilə əlaqədar Sığortaçı
tərəfindən sığorta məbləğinin tam şəkildə ödənilməsi;
9.1.2. Müqaviləyə tərəflərdən birinin təşəbbüsü ilə aşağıdakı qaydada xitam verilməsi:
9.1.2.1. Həyatın yığım sığortası üzrə:
9.1.2.1.1. Əgər sığorta haqqının ödənilməsi üzrə öhdəliklər hələ tam şəkildə yerinə
yetirilmədiyi halda sığorta olunan (digər Birgə sığortalı) bu öhdəliklərin icrasını öz üzərinə
götürməmişdirsə, Sığortalının tələbi ilə - bu zaman Sığortaçı qaytarılan məbləği bu
Qaydaların 10.1.2. bəndində nəzərdə tutulduğu kimi Sığortalıya ödəyir; əgər Sığortalının bu
tələbi Sığortaçının Sığorta qaydalarını pozması ilə bağlıdırsa qaytarılan məbləğ Sığortalıya
bu Qaydaların 10.1.1. bəndində nəzərdə tutulduğu kimi ödənilir.
9.1.2.1.2. Sığortaçının tələbi ilə; bu zaman qaytarılan məbləğ bu Qaydaların 10.1.1.
bəndində nəzərdə tutulduğu kimi Sığortalıya qaytarılır. Əgər Sığortaçının bu tələbi
Sığortalının Sığorta qaydalarını pozması ilə bağlıdırsa, Sığortaçı qaytarılan məbləği 10.1.2.
bəndində nəzərdə tutulduğu kimi ödəyir.
9.1.2.2. Həyatın yığım sığortasına aid olmayan həyat sığortası növləri üzrə:
9.1.2.2.1. Sığorta müqaviləsinə sığortalının tələbi ilə vaxtından əvvəl xitam verildikdə,
sığorta qanunvericiliyində nəzərdə tutulmuş hallar istisna olmaqla, sığortaçı həmin müqavilə
üzrə işlərin aparılması xərclərini çıxmaqla müqavilənin qurtarmamış müddəti üçün sığorta
haqlarını ona qaytarır; əgər bu tələb sığortaçının sığorta müqaviləsi üzrə vəzifələrini yerinə
yetirməməsi ilə bağlıdırsa, sığortaçı sığorta haqlarını bütünlüklə sığortalıya qaytarır.
9.1.2.2.2. Sığorta müqaviləsinə sığortaçının tələbi ilə vaxtından əvvəl xitam verildikdə o,
sığorta haqlarını bütünlüklə sığortalıya qaytarır; əgər bu tələb sığortalının sığorta müqaviləsi
üzrə vəzifələrini yerinə yetirməməsi ilə bağlıdırsa, sığortaçı həmin müqavilə üzrə işlərin
12
aparılması xərcləri çıxılmaqla, müqavilənin qurtarmamış müddəti üçün sığorta haqlarını
qaytarır.
9.1.2.2.3. Sığorta müqaviləsinə vaxtından əvvəl xitam verildiyi halda, əgər xitam verilmə
anınadək sığortaçı tərəfindən sığortalıya ödənilmiş sığorta haqqına bərabər və ya ondan çox
miqdarda sığorta ödənişi verilmişdirsə, sığorta haqqı sığortalıya qaytarılmır.
9.1.2.2.4. Sığorta müqaviləsinə vaxtından əvvəl xitam verildiyi halda, əgər xitam verilmə
anınadək sığortaçı tərəfindən sığortalıya ödənilmiş sığorta haqqından az miqdarda sığorta
ödənişi verilmişdirsə, həmin sığorta haqqı məbləği ilə sığorta ödənişi məbləği arasındakı
fərq miqdarında sığorta haqqının sığortalıya qaytarılması müvafiq olaraq bu maddənin
9.1.2.2.1.-ci və 9.1.2.2.2.-ci bəndlərində nəzərdə tutulmuş qaydada həyata keçirilir.
9.1.2.2.5. Sığorta müqaviləsi məhkəmə qərarı əsasında (sığortalı məhkəmənin qərarı ilə
fəaliyyət qabiliyyəti olmayan hesab edilmişdirsə, yaxud onun fəaliyyət qabiliyyəti
məhkəmənin qərarı ilə məhdudlaşdırılmışdırsa) xitam verilmiş hesab edildikdə, sığortaçı
həmin müqavilə üzrə işlərin aparılması xərclərini çıxmaqla müqavilənin qurtarmamış
müddəti üçün sığorta haqlarını, bu maddənin 9.1.2.2.3-cü və 9.1.2.2.4-cü bəndlərinin
tələbləri nəzərə alınmaqla, sığortalının qanuni nümayəndəsinə qaytarır;
9.1.3. Əgər sığorta haqqının ödənilməsi üzrə öhdəliklər hələ tam şəkildə yerinə yetirilmədiyi
halda Sığorta olunan (digər Birgə sığortalı) bu öhdəliklərin icrasını öz üzərinə
götürməmişdirsə, Müqavilə müddətinin sonuna qədər hüquqi şəxs olan Sığortalının ləğvi və
ya fiziki şəxs olan Sığortalının ölümü;
9.1.4. Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulan digər hallarda.
10. Qaytarılan məbləğ və onun ödənilmə qaydası (Həyatın yığım sığortası üzrə)
10.1. Qaytarılan məbləğ tərəflərdən birinin tələbi ilə Müqavilənin ləğv edilmə anında sığorta
ödənişinin ödənilməsi ilə bağlı Müqavilədə nəzərdə tutulmuş öhdəliklərin icrası üçün
Müqaviləyə xitam verildiyi günədək yaradılmış riyazi (aktuar) ehtiyyat əsasında müqaviləyə
xitam verilmə səbəbindən asılı olaraq aşağıdakı kimi müəyyən edilir.
10.1.1. Qaytarılan məbləğ Müqaviləyə xitam verildiyi günədək yaradılmış riyazi (aktuar)
ehtiyyat həcmində ödənilir;
10.1.2. Qaytarılan məbləğ bu Qaydaların 10.1.1. bəndində nəzərdə tutulan riyazi (aktuar)
ehtiyyat məbləği ilə riskli məbləğin 1 %-i arasındakı fərq miqdarında ödənilir.
10.2. Qaytarılacaq məbləğin ödənilməsi zamanı ondan Sığortalının müqavilə üzrə bütün
borcları, qaytarılmamış ssudalar və ssudalardan istifadə faizləri və həmçinin cari
müqavilənin ili üçün ödənilməmiş sığorta haqqları tutulacaqdır.
10.3. Əgər Müqavilədə hüquqi şəxs olan işəgötürən və onun işçisinin sığorta haqqının
ödənilməsində birgə iştirakları nəzərdə tutulmuşdursa, digərinin razılığı ilə Birgə
sığortalılardan biri, əgər sığorta müqaviləsində qaytarılan məbləğin ödənilməsi nəzərdə
tutulmuşdursa, qaytarılan məbləğdən sığorta haqqının ödənilməsində iştirak payına