www.vivo-book.com
18
– Mən hazır, – qoca həvəslə qabağa yeridi, amma tez
də əlavə elədi: – Yox, əvvəlcə əl-üzümü yumalıyam.
Oğlan fikirləşdi ki, görəsən, qoca harada yuyunur?
Bütün qəsəbə camaatı suyu qocanın komasından iki
küçə o yandan, aşağı məhəllədən, yol qırağındakı krandan
götürürdü. “Gərək gedib su, sabun, yaxşı bir əl-üz dəsmalı
gətirəydim. Gör nə kütbeyinəm. Ona köynək, qış gödəkcəsi,
ayaqqabı, bir dənə də əlavə ədyal tapmaq lazımdır”.
Qoca yeyə-yeyə xörəyi təriflədi:
– Soyutma ət əcəb ləzzətlidir.
– Bəlkə bir az beysboldan danışasan mənə. Nə
yazıblar? İşlər necədir?
– Necə olacaq, mən deyən kimi, – qoca məmnun
görkəmlə sözə başladı. – Amerika liqasında “Yankilər”
birinci yerdədir.
– Bəs axı bu gün “Yankilər” uduzublar.
– Bir dəfə uduzanda nolar ki? Böyük şey olub? Di
Macio hələ özünü bundan sonra göstərəcək.
– Komandanın bütün uğuru tək ondan asılı deyil ki.
Başqa oyunçular da var.
www.vivo-book.com
19
– Orası elədir. Amma Di Macio ayrı aləmdir, oyunun
taleyi
ondan
asılıdır.
İkinci
liqada
bruklinlilər
filadelfiyalılardan şanslıdır. Hələ bir de görüm, Dik Sayzler
sənin yadındadır? Yadına gəlir Əski parkdakı oyunda topa
necə zərbə ilişdirirdi?!
– Əsl ustadır! Hələ indiyəcən topu onun tək uzağa
vuran ikinci bir oyunçu görməmişəm.
– Onun Terrasa gəlməsi yadındadır? İstədim yaxınlaşıb
onu balıq ovuna dəvət edəm. Utandım. Sənə dedim, sən də
gedib demədin, utandın.
– Yadımdadır, necə yadımda deyil. Çağırmamaqda
böyük səhv elədik. Nə bilmək olar, bəlkə bizimlə gedərdi?
Ömrümüz uzunu onunla balığa getməyimizdən danışıb
qürrələnərdik!
– Getsəydi, lap Di Macionun özünü də balıq ovuna
aparardım, – qoca dərindən köks ötürdü. – Deyirlər vaxtilə
onun da atası balıqçıymış. Kim bilir, bəlkə elə o da bizim
kimi kasıb olub. Belədirsə, onda halımızı başa düşərdi.
– Ustad Sayzlerin atası heç vaxt kasıb yaşamayıb. Mən
yaşda olanda o ən məşhur komandalarda oynayırmış.
www.vivo-book.com
20
– Sən yaşda olanda mən Afrika sahillərində üzən
yelkənli gəmidə yunqa idim. Axşamüstü şirlər gəlib sahildə
gəzişirdi, biz də uzaqdan onların tamaşasına dururduq.
– Bilirəm, danışmısan.
– Sən bilən, indi nədən danışsaq yaxşıdır: Afrikadan,
ya beysboldan?
– Mən bilən, beysboldan danışsaq, yaxşı olar. Bəlkə
sən mənə ustad Con Mak-Qroudan bir az danışasan?
– O da qabaqlar bizim Terrasdakı restorana tez-tez baş
çəkərdi. Bərk də içərdi. İçəndə qızışıb özündən çıxmağı
vardı, ucadan danışar, kobud davranardı. Beysbol öz
yerində, həm də yaman atbaz idi. Məşhur cıdır yarışlarının
proqramı həmişə cibindəydi, birini də buraxmazdı. Telefonla
danışanda görürdün ki, birnəfəsə bir sürü at ləqəbi sadaladı.
– Mak-Qrou əsl təlimçi olub. Atam deyir ki, dünyada
onun kimi ustad təlimçi olmayıb.
– Atan onu hamıdan çox gördüyü üçün elə deyir. Mak-
Qrou hər il bura gəlirdi. Əgər Droşer də onun kimi hər il
buralığa gəlsəydi, atan deyərdi ki, ondan böyük təlimçi
yoxdur.
www.vivo-book.com
21
– Sən bilən, hansı daha yaxşı təlimçidir: Lyuk, yoxsa
Qonsales?
– Mənə elə gəlir ki, ustalıqda onların ikisi də bir olar.
– Hə, amma dünyanın ən yaxşı balıqçısı sənsən.
– Yox ha! Mən özümdən də yaxşılarını tanıyırdım.
– Que va!
2
– oğlan razılaşmadı. – Dünyada yaxşı
balıqçılar kefin istəyən qədərdi, lap yaxşı balıqçılar da az
deyil. Amma sənin kimisi heç yanda yoxdur, ustalıqda heç
kəs sənə çatmaz.
– Çox sağ ol. Belə deməklə məni sevindirdin.
Qorxuram elə yekə balığa rast gələm ki, tuta bilməyəm,
biabır olam, sənin də zənnin səhv çıxa.
– Dediyin qədər gücün qalıbsa tutarsan; dünyada elə
balıq tapılmaz ki, sən onu tuta bilməyəsən.
– Ola bilsin, gücüm o qədər də qalmayıb, amma mən
çoxlu fənd bilirəm. Özüm də amansızam.
2
Que va! – Yox bir! (ispanca)
www.vivo-book.com
22
– Səhər gümrah olmağın üçün sən gərək bir az yatıb
dincələsən. Mən də gedim qabları, boş şüşələri qaytarım.
– Get. Gecən xeyrə qalsın. Sabah sübh tezdən gəlib
səni oyadaram.
– Hər gün sən məni lap zəngli saat kimi oyadırsan.
– Məni də qocalıq oyadır, – qoca təəssüflənən kimi
oldu, sonra soruşdu: – Sən bilən, qocalar niyə tez dururlar? –
Və özü də cavab verdi: – Ona görə ki, işıqlı dünyanı daha
çox görsünlər.
– Amma cavanlar yatmağın ölüsüdür. Özləri də yaman
bərk yatırlar, – deyə oğlan qocanın üzünə baxdı. – O ki qaldı
qocalara, bunu sən daha yaxşı bilərsən, mənim başım
çıxmaz.
– Düz deyirsən, cavanlıqda mən də yaman çox yatmaq
istəyirdim. İndi get yat, sübhdən gəlib səni oyadaram.
– Səndən başqa heç kimin məni oyatmasını istəmirəm.
Elə çıxır ki, guya onlar məndən diribaşdılar.
– Başa düşürəm...
– Gecən xeyrə qalsın, qoca!
Dostları ilə paylaş: |