www.vivo-book.com
148
qoca, sən sahildən bu qədər aralanmaqla öz bəxtinin
üstündən qara xətt çəkdin”.
– Sarsaqlama! Özünü ələ al, sükandan möhkəm yapış!
Üzünə böyük xoşbəxtlik qapısı açıla bilər. Harada satıldığını
bilsəydim, o səadətdən bir az da mən alardım.
“Nəynən alacaqsan? – ürəyində özünü sorğu-suala
tutdu. – İtirdiyin nizəylə? Sındırdığın bıçaqla? Ya sıradan
çıxmış bu əllərlə? Nə bilmək olar! Sən almalı idin! Səksən
dörd gününü dənizdə keçirtdin ki, güclə bəxt alasan. Elə az
qalmışdı alasan da... Boş şeylərlə başını yormağa dəyməz.
Xoşbəxtlik adamın qabağına min bir libasda çıxır; bəyəm
onu tanımaq asandır? Nə şəkildə olsa da, neçəyə satsalar da,
bir az ondan alardım. Lap nə istəsəydilər, verərdim. Bu saat
Havananın işıqlarını görmək əsl mən istəyən olardı. Eh, sən
də həddən çox şey istəyirsən, qoca. Amma bu dəqiqə
Havananın çıraqlarını görmək ən böyük arzumdur, başqa
heç nə istəmirəm”.
O, sükanın arxasında yerini rahatlayıb qayığı daha asan
idarə etməyə çalışdı, bütün bədənində duyduğu ağrıdan hələ
ki, ölmədiyini başa düşdü.
www.vivo-book.com
149
Axşam saat ona yaxın şəhərin işıqları nəhayət ki,
görsənməyə başladı. İlk baxışda çıraqların işığı ayın
doğacağını xəbər verən zəif parıltıya oxşadı. Sonra okeanı
şiddətlə döyəcləyən küləyin qovduğu iri dalğaların
arxasından gur işıq göründü. Qoca sükanı düzəldib qayığı
həmin səmtə yönəltdi və düşündü ki, tezliklə, lap elə
indilərdə Qolfstrimə daxil olacaq.
“Hə, gəlib çıxdıq, daha bir şey qalmayıb, – o düşündü.
– Əlbəttə, köpəkbalıqları yenə hücuma keçib cumacaqlar
üstümə. Qaranlıqda əliyalın adam onlara nə edə bilər?”
Gecə düşdükcə soyuq da şiddətlənirdi.
Qoca yamanca üşüyürdü, anbaan artan ağrıları
dözülməz işgəncəyə çevrilmişdi. Yaraların sızıltısı sümük və
oynaqların ağrısına qarışırdı. Ağrı və heysizlikdən az qalırdı
huşunu itirsin. “Ümid edək ki, daha vuruşmaq lazım
gəlməyəcək, – o düşündü. – Keşkə vuruşmaq lazım
gəlməsin!”
Lakin gecəyarısı yırtıcılarla bir daha vuruşmalı oldu;
özü də bunun faydasız olduğunu bilə-bilə.
www.vivo-book.com
150
Bu dəfə köpəkbalıqları dəstəylə, sürüylə gəlmişdi.
Qoca qaranlıqda onların oynayan üzgəclərinin əmələ
gətirdiyi köpüklü ağ zolağı aydın görürdü. Onlar balığı
gəmirdikcə ətrafa fosforlu işıq saçılır, qoca da əlindəki
toppuzla ziyankarların təpəsinə zərbə endirirdi; bir-birinə
dəyib şaqqıldayan çənələrin, dişlərin səsi eşidilirdi. Yırtıcılar
balığı alt tərəfdən parçalayıb diddikcə qayıq təkanlardan
titrəyib yırğalanır, qoca isə heç nə görmədən rəqiblərini elə
qarasına kötəkləyirdi; o yalnız eşidir və anlayırdı. Birdən
əlindəki toppuzun harasa yoxa çıxdığını hiss etdi. Əl artıb
sükanı yerindən dartıb çıxartdı, ikiəlli ondan yapışıb
qənimlərinə dalbadal zərbə endirməyə başladı.
Köpəkbalıqları indi qayığı hər tərəfdən araya alıb dəstə
ilə həmləyə keçir, gecənin zülmətində su üzərində ağaran
balığın ətini sümürürdülər. Dişlərinə keçən ət parçasını
qoparan kimi cəld qırağa çəkilir, sonra təzə həmləyə
başlamaqçün dövrə vurub yenidən öz qənimətlərinin canına
daraşırdılar.
Ən axırda yırtıcılardan biri dövrə vurub balığın düz
başına tərəf üzəndə qoca artıq hər şeyin bitdiyini anladı.
www.vivo-book.com
151
Akula dişlərini balığın bərk kəllə sümüyünə ilişdirəndə qoca
da sükanı onun burnunun üstünə çırpdı. Sonra dalbadal daha
bir neçə zərbə endirdi. Sükan şaqqıltı ilə qırılıb tikə-tikə
oldu. Qoca əlində qalmış dəstəklə ziyankarı bir də vuranda
dəstək ətə girdi; eyni yerə bir zərbə də ilişdirdi və
quduzlaşmış köpəkbalığı sıçrayıb kənara qaçdı. Bu, qayığa
hücum edənlərin sonuncusu idi. Artıq yeyiləsi heç bir şey
qalmamışdı.
Qoca nəfəsini zorla dərirdi. Ağzında mis paxırının
tamını verən nəsə şirintəhər, qəribə bir tam duydu. O, bir
anlığa üşəndi, amma iyrənc tam tez keçib-getdi və qoca
okeana tüpürüb dedi:
– Tıxın, galanolar, zəhəriniz olsun, haramınız olsun,
qoy yuxunuza girsin ki, siz insan öldürmüsünüz.
Qoca artıq büsbütün darmadağın edildiyini və
yenildiyini anladı; başa düşdü ki, məğlubiyyətə uğrayıb.
Kormaya keçib sınıq sükan dəstəyini yerinə taxdı, onun işə
yaradığına sevindi. Deməli, qayığı idarə etməyə bir şey
vardı.
www.vivo-book.com
152
Köhnə kisəni çiyninə salıb aşağı oturdu, sahilə
istiqamət götürdü. Bu saat o heç nə duymur, heç nə
fikirləşmirdi; indi hər şey ona yad gəlirdi. Ondan ötrü hər
şey artıq arxada qalmışdı. Yeganə bir arzusu vardısa, o da
doğma sahilə yetişməkdi.
Gecəyarısı başqa bir yırtıcı sürüsü bu dəfə balığın
skeletinə hücum etdi. Ac qarınqulular əvvəlkilərin
qabağından qalan sümüyə daraşmışdılar, amma onu iliyinə
kimi sümürsələr də, qoca bu ziyankarlara qətiyyən
əhəmiyyət vermir və etinasız tərzdə qayığını sürürdü. O,
nəhəng balığın ağır yükündən azad olmuş qayığın çox rahat
üzdüyünü hiss edirdi.
“Gözəl qayıqdır, – qoca düşündü, – sınıb-eləməyib,
bircə sükanı sıradan çıxıb, onu da düzəltmək çətin deyil”.
Qoca qayığın isti axına girdiyini hiss etdi və sahil boyu
cərgə ilə salınmış qəsəbələrin çıraqlarını lap yaxından gördü.
O, harada olduğunu bilirdi; bilirdi ki, bir azdan evə çatacaq.
“Külək bizə dostdur, amma həmişə yox, – qoca
fikrindən keçirib, sonra əlavə elədi: – Hüdudsuz dənizdə
bizim çoxlu dostumuz var, çoxlu da düşmənimiz. Bəs
www.vivo-book.com
153
çarpayı necə? Əlbəttə, çarpayı da mənim dostumdur; onun
üstündə uzanmaq böyük nemətdir. Məğlubiyyətdən sonra
adam necə də yüngüllük duyur! İndiyədək bunun belə asan
olduğunu bilmirdim...»
Sonra özündən xəbər aldı:
– Qoca, səni axı kim məğlub etdi?
Özü də cavab verdi:
– Heç kim! Sadəcə, mən dənizdə çox uzağa getdim.
Qayıq balaca buxtaya daxil olanda Terrasın bütün
işıqları sönmüşdü. Qoca başa düşdü ki, artıq hamı yatıb.
Küləyin vıyıltısı getdikcə güclənirdi, amma limanda sakitlik
idi. Qayığı qayaların böyründəki çınqıllığa yönəltdi.
Gecənin bu vaxtında ona kömək edəsi heç kəs yox idi, odur
ki, avar çəkə-çəkə qayığı lap yaxına, ləpədöyənə qədər
apardı. Sonra yerə düşüb, qayığı qayalardan birinə bənd etdi.
Dorağacını qayıqdan çıxardıb yamaqlı yelkəni ağaca
doladı, iplə sarınandan sonra onu çiyninə alıb yoxuşla
üzüyuxarı yola düzəldi. Necə bərk yorulduğunu indi başa
düşdü. Bir anlığa ayaq saxlayıb geri qanrıldı və küçə
fənərinin zəif işığında nəhəng balığın qayığın dal tərəfindən
www.vivo-book.com
154
diklənmiş iri quyruğunu, düz xətt kimi ağaran tərtəmiz
yonulmuş bel sümüyünü, üstündə qiyamət qılıncı olan
nəhəng nataraz tutqun kölgəsini gördü.
Ayaqlarını zorla sürüyə-sürüyə yoxuşla birtəhər
üzüyuxarı qalxdı, təpəyə çatanda taqətsiz halda çiynindəki
dorağacıyla bərabər yerə sərildi. Ayağa durmaq üçün nə
qədər cəhd elədisə də, bir şey çıxmadı; heç tərpənməyə də
amanı yox idi. Xeyli zəhmətdən sonra güc-bəla dikəlib otura
bildi. Ondan artığını bacarmadı, boş yola baxa-baxa eləcə
oturub qaldı. Aralıda bir pişiyin harasa qaçdığını gördü,
gözdən itənəcən pişiyin dalınca baxandan sonra bir müddət
də oturub yola göz gəzdirdi.
Axırda dorağacını yerə qoyub, birtəhər ayağa durdu,
sonra təzədən onu çiyninə qaldırıb yoxuşla üzüyuxarı
dırmaşdı. Komasına çatanacan beş dəfə oturub dincini
almalı oldu.
Komaya gircək dor ağacını divara söykədi. Qaranlıqda
şüşəni tapıb xeyli su içdi, sonra özünü üzuqoylu çarpayıya
yıxdı, ədyalı üstünə çəkib çiynini, kürəyini, qıçlarını örtdü;
www.vivo-book.com
155
üzünü qəzetə söykəyib yatdı. Qollarını gen açmışdı, ovucları
tavana baxırdı.
Ertəsi gün tezdən oğlan komaya baş çəkməyə gələndə
qapıdan boylanıb qocanın yatmış olduğunu gördü. Bu gün
şiddətli külək əsdiyindən bir dənə də qayıq dənizə
çıxmamışdı, oğlan da yatıb qalmış, yuxusunu bəs deyincə
almışdı. Yuxudan duran kimi də, adəti üzrə, qocaya baş
çəkməyə gəlmişdi.
Oğlan qocanın yaxşı nəfəs aldığını görüb bir az
rahatlandı, amma əllərinə baxanda özünü saxlaya bilməyib
ağladı. Sonra komadan ehmalca çıxıb, qəhvə dalınca
restorana qaçdı; bütün yol boyu toxtayıb kiriyə bilmədi.
Sahildə xeyli balıqçı toplaşmışdı, hamısı da qocanın
qayığını araya alıb nəhəng balığın skeletinə heyrətlə tamaşa
edirdi; balıqçılardan biri şalvarının balaqlarını çırmayıb suya
girmişdi və əlindəki iplə qayığa bağlanmış skeletin
uzunluğunu ölçürdü.
Oğlan yuxarıda durub onların yanına düşmədi; az əvvəl
orda olmuşdu və hətta bir balıqçı ona söz də vermişdi ki, bəs
narahat olmasın, qocanın qayığına göz qoyacaq.
www.vivo-book.com
156
– Necədir qocanın vəziyyəti? – balıqçılardan biri
qışqırıb oğlandan soruşdu.
– Yatır, hələ yatır, – oğlan hıçqıra-hıçqıra dedi;
ağladığını adamların görməsi onu utandırıb eləmirdi. – Gəlib
onu narahat eləməyin.
– Burnunun ucundan quyruğunacan balığın uzunluğu
düz on səkkiz futdur! – skeleti ölçən balıqçı oğlana üz tutub
bərkdən qışqırdı.
– Bilirəm, ondan az olmaz, – oğlan ona cavab verdi.
Sonra oğlan Terrasa gedib qoca üçün qəhvə istədi:
– Mənə isti qəhvə verin, südünü də, şəkərini də bol
eləyin.
– Başqa şey lazım deyil? Nə lazımdısa, götür.
– Yox, hələlik lazım deyil. Yeməyə bir şey istəsə, sonra
gəlib apararam.
– Balıqdır ha! – restoran sahibi heyrətini gizlətmədi. –
Buralarda indiyədək beləsi görünməyib. Amma dünən sən
tutduğun o iki balıq da pis deyildi.
– Cəhənnəm olsun mənim balıqlarım, – oğlan dedi və
təzədən ağlamağa başladı.
www.vivo-book.com
157
– Bəlkə, özün də bir şey içəsən? – restoran sahibi
ondan soruşdu.
– Yox, istəmirəm, – oğlan başını buladı. – Adamlara
tapşır ki, gəlib Santyaqonu narahat eləməsinlər. Mən tez
qayıdacam.
– Mənim dilxorçuluğumu qocaya çatdırarsan. De ki,
bərk təəssüflənirəm.
– Çox sağ ol, çatdıraram, – oğlan dedi.
O, qəhvəni götürüb komaya gəldi, qoca yuxudan
ayılana qədər oturub gözlədi. Arada bir dəfə hətta oğlana elə
gəldi ki, qoca ayılmaq istəyir, lakin o, təzədən dərin yuxuya
getdi və oğlan bayıra çıxıb yolun əks tərəfinə keçdi,
qonşudan bir qədər odun borc alıb gətirdi ki, qoca duranda
qəhvəni qızdırsın.
Handan-hana qoca ayıldı.
– Uzan, ayağa durma, – oğlan onu yerindən
tərpənməyə qoymadı, – qəhvəni elə uzandığın yerdə içərsən.
Sonra stəkanı qəhvə ilə doldurub ona uzatdı; qoca
stəkanı oğlandan alıb içdi.
www.vivo-book.com
158
– Manolin, onlar məni üstələdilər, məni yendilər, –
qoca dedi. – Onlar məni məğlub etdilər.
– Amma nəhəng balıq özü səninlə bacara bilməyib!
Axı balıq səni məğlub edə bilməyib!
– Hə, doğrudur, düz sözə nə deyəsən. Məni sonradan
hücum edən köpəkbalıqları əldən saldı.
– Pedriko söz verib ki, qayığa da, avadanlığa da göz
qoyacaq. İndi sən balığın başını neyləmək istəyirsən?
– Qoy Pedriko onu doğrayıb, qarmağa taxmaq üçün
yem düzəltsin.
– Bəs qılıncını neyləyək?
– İstəyirsən, götür özünçün. Yadigar saxlayarsan.
– Əlbəttə, istəyirəm, – oğlan sevindi. – İndi gəl indən
sonra nə edəcəyimiz barədə danışaq.
– Məni axtarırdılar? – qoca soruşdu.
– Bəs necə! Əlbəttə, axtarırdılar. Sahil keşikçiləri də,
təyyarələr də səni axtarırdılar.
– Okean böyük, qayıq da bapbalaca, necə görəcəkdilər
onu? – qoca dedi.
www.vivo-book.com
159
O, adamlarla bir yerdə olmağın, özündən başqa ayrı
kiminləsə danışmağın əsl səadət olduğunu hiss edirdi.
– Bilirsən, Maqolin, mən orda səninçün yaman
darıxırdım. Bir şey tutub eləmisən?
– Birini birinci gün tutdum, birini ikinci gün. İkisini də
üçüncü gün, elə dünən tutmuşam.
– Əhsən!
– İndi biz balıq tutmağa yenə bir yerdə gedərik.
– Yox! Mənim bəxtim yatıb. Gətirmir ki, gətirmir.
– Cəhənnəm olsun bəxt! Mən özümlə sənə bəxt də
gətirərəm.
– Bəs valideynlərin nə deyər?
– Nə deyirlər, qoy desinlər. Mən ki, dünən iki dənəsini
tutmuşam. Amma indi ova bir yerdə gedəcəyik, çünki mən
hələ çox şey öyrənməliyəm.
– Bir dənə möhkəm nizə tapıb, onu həmişə özümüzlə
götürməliyik. Tiyəsini köhnə “Ford”un yayından düzəlmək
olar, sonra da Quanabakda onu yaxşı-yaxşı itilədərik, ağzı
gərək iti və möhkəm olsun. Mənim bıçağım sındı, tamam
zay olub getdi.
www.vivo-book.com
160
– Mən səninçün yaxşı bir bıçaq taparam. Köhnə
“Ford”un yayını da aparıb itilədərəm. Səncə, bu şiddətli
brisa
9
neçə gün çəkər?
– Üç gün, bəlkə bir az da çox.
– Mən hər şeyi hazırlayıb sahmana salaram, sən də o
vaxtacan əllərinə məlhəm qoyub sağaldarsan.
– Qaydasını bilirəm. Gecə tüpürəndə boğazımdan
qəribə bir maye gəldi; elə bil sinəmdə nəsə sancdı.
– Onu da sağalt. Özün də uzan dincini al. Rahatlan.
Mən sənə təmiz köynək gətirərəm. Yeməyə də bir şey
taparam.
– Burada olmadığım günlərin qəzetlərini də tap gətir.
Hansı olsa, fərq eləməz.
– Sən tez sağalmalısan. Bilirsən, mən hələ səndən çox
şey öyrənməliyəm. Dünyada elə şey yoxdu ki, sən onu
bilməyəsən. De görüm, çox əziyyət çəkdin?
– Çox, lap çox.
9
Brisa – sahil küləyi (ispanca)
www.vivo-book.com
161
– Gedim sənə yemək, bir də qəzet gətirim. Sən yaxşı-
yaxşı dincəl! Aptekdən əllərinə sürtməyə bir şey də tapıb
alaram.
– Yolüstü Pedrikoya de ki, balığın başını özünə
götürsün. Denən ha, yadından çıxmasın.
– Yadımdan çıxmaz, arxayın ol.
Oğlan qapından çıxıb köhnə daş yolla üzüaşağı enəndə
onu yenə ağlamaq tutdu.
Həmin gün Terrasa bir dəstə turist gəlmişdi. Onlar
güclü şərq küləyinin buxtanın girəcəyində dalğaları
köpürdə-köpürdə körfəzə doğru necə qovduğuna tamaşa
edərkən ləpədöyəndəki boş pivə qablarının, ölü meduza
qalıqlarının arasında qabarıb yırğaladığı upuzun, ağappaq
fəqərə sümüyü ucundakı nataraz quyruqla bərabər turist
qadınlardan birinin gözünə sataşdı. Qadın onu ofisianta
göstərib soruşdu:
– O nədir elə?
– Tiburon, – ofisiant cavab verdi. – Köpəkbalığı.
Ardınca ofisiant istədi ki, baş verənlərin hamısını
qadına izah eləsin.
www.vivo-book.com
162
– Mən bilməzdim ki, köpəkbalıqlarının bu cür gözəl,
bu cür zərif quyruğu olurmuş!
– Düzü, heç mən də bilmirdim, – yanındakı kişi qadının
sözünü təsdiqlədi.
Bu vaxt qoca yuxarıda, öz komasında yenə üzüqoylu
uzanıb yatırdı, oğlan da böyründə oturub onun keşiyini
çəkirdi. Qoca yuxusunda şirləri görürdü.
Dostları ilə paylaş: |