Ernest heminquey qoca və DƏNİZ



Yüklə 4,58 Kb.
Pdf görüntüsü
səhifə7/30
tarix14.01.2018
ölçüsü4,58 Kb.
#20597
1   2   3   4   5   6   7   8   9   10   ...   30

www.vivo-book.com 
 
33 
çubuqlar  kəndirə  bağlanmışdı;  balıq  qarmağa  toxunan  kimi 
çubuq  suya  tərəf  əyiləcəkdi.  Tilov  kəndirinə  hər  birinin 
uzunluğu  qırx  dəniz  sajeni  olan  iki  ip  bağlanmışdı,  həmin 
iplərin də ucuna ehtiyat üçün başqa ip düyünlənmişdi ki, bu 
da qarmağı udası balığa üç yüz dəniz sajeni qədər məsafədə 
sərbəst üzə bilmək imkanı verəcəkdi.  
Qoca  yavaş-yavaş  avar  çəkir,  yaşıl  rəngli  üç  çubuğun 
nə  vaxt  batacağını  güdürdü,  kəndirləri  də  düz  saxlayırdı  ki, 
lazımi  dərinliyə  sərrast  getsinlər.  Hava  artıq  işıqlaşmışdı, 
günəş çıxhaçıxda idi.  
Günəş  dənizin  üfüqlərindən  azacıq  baş  qaldıran  kimi, 
qoca  dənizə  səpələnmiş  başqa  qayıqları  gördü.  Onlar  axın 
istiqamətiylə üzürdülər; lakin sahildən hələ çox da uzaqlaşa 
bilməmişdilər.  Şəfəqlər  altında  bərq  vuran  su,  adamın 
gözlərini  qamaşdırırdı.  Bir  azdan  daha  dənizə  baxmaq 
mümkün  olmadı;  günəşin  sulara  dəyib  qayıdan  telləri  ox 
kimi  qocanın  gözlərinə  batırdı.  O,  nəzərlərini  yayındırıb 
okeanın  tutqun  rəngə  çalan  dərinliklərinə  tilov  iplərinin 
çatıb-çatmadığını  izləyirdi.  Tilovu  elə  ustalıqla  sərrast 
buraxır, qarmağı da elə düz yönəldirdi ki, birbaşa gedib yem 


www.vivo-book.com 
 
34 
axtaran balıqların məkanına düşürdü. O, bu işin  əsl xiridarı 
sayılırdı. Balıqçılardan heç kəs nə tilovu, nə qarmağı, nə də 
tilov  ipini  hədəfə  onun  kimi  istiqamətləndirə  bilmirdi.  Elə 
bil, qoca tünd qaranlıq suların müxtəlif yerlərində, ayrı-ayrı 
dərinliklərində  üzən  növ-növ  balıqları  ora  öz  əli  ilə  aparıb 
qoymuşdu.  Balıqların  harada  ola  biləcəyini  o  gözüyumulu 
bilir,  yerini  yanılmadan  təyin  edirdi.  Başqa  balıqçılarsa 
qarmaqlarını  axının  ixtiyarına  verib  elə  zənn  edirdilər  ki, 
yüz  sajen  dərinlikdə  şikar  onları  gözləyir;  əslində  isə, 
qarmaq altmış sajendən dərinə getmirdi.  
“Mən  tilovu  həmişə  düz  atıram,  –  qoca  özlüyündə 
düşündü, – amma nədənsə, bəxtim gətirmir. Kim bilir, bəlkə 
bu  gün  tale  üzümə  güləcək,  axı  həmişə  eyni  cür  olmur  ki. 
İşimdə  diqqətli  olmaq  mənim  adətimdir,  bu  öz  yerində. 
Amma  bəxtin  gətirməsi də böyük şeydir. Keşkə  tale üzümə 
güləydi, işlərim düz gətirəydii”. 
Günəşin  doğmasından  iki  saata  yaxın  vaxt  keçmişdi, 
gündoğan tərəfə baxanda günəşin tellərini əks etdirən dəniz 
qocanın  gözlərini  indi  o  qədər  də  qamaşdırmırdı.  Ətrafda 


www.vivo-book.com 
 
35 
yalnız  üç  qayıq  vardı,  onlar  da  zorla  seçilirdi,  elə  bil, 
sahildən heç ayrılmamışdılar. 
Qoca  fikirləşdi:  “Lap  uşaqlıqdan  günəş  doğan  kimi 
gözlərimi qamaşdırıb incidir. Amma şükür ki, gözlərim hələ 
də yaxşı görür, korlanmayıblar. Gün batanda mən düz günün 
içinə  baxıram,  gözlərimə  qaranlıq  çökmür,  halbuki  günəş 
qürub  vaxtı  da  bərk  şölələnir,  telləri  iynə  kimi  adamın 
gözünə millənir”.  
Qoca  birdən  başının  üstündə  yırtıcı  bir  quşun  dövrə 
vurduğunu  gördü.  Quş  uzun,  qapqara  qanadlarını  geniş 
açaraq  qəfildən  sürətlə  aşağı  şığıdı,  qanadlarını  gərib  suya 
baş vurdu, sonra yenə göyə qalxıb dövrə vurmağa başladı. 
–  Yəqin  buralarda  yem  görüb,  yoxsa  boş-boşuna  belə 
hərlənməz, – qoca ucadan dedi, sonra avarı astaca çəkə-çəkə 
qayığı  yırtıcı  quşun  dövrə  vurduğu  səmtə  sürdü.  Tələsib-
eləmirdi,  tilovları  sərrast  yönəltmək  üçün  kəndirləri  azacıq 
yuxarı  qaldırıb  onları  təzədən  suya  saldı,  suyun  axınını 
qabaqlamaq  üçün  qayığın  sürətini  artırdı,  sonra  vaxtaşırı 
tilovları  tarazlamağa  başladı;  indi  onun  hərəkətləri  yırtıcı 
quş göydə görünəndən əvvəlkinə nisbətən daha çevik idi.  


www.vivo-book.com 
 
36 
Quş  qanadlarını  geniş  açıb  lap  yüksəyə  qalxdı,  dövrə 
vurmaqda davam edib qəfildən bayaqkı sürətlə aşağı cumdu. 
Qoca bunu əlüstü sezib dənizə baxdı. Qanadlı balıqlar sudan 
sıçrayıb 
havada 
uçur, 
hoppana-hoppana 
yerlərini 
dəyişirdilər.  
– Skumbriya! – qoca bərkdən qışqırdı, – gör nə iridir!  
Kürəkləri  sudan  çıxartdı,  oturacağın  altından  xırda  bir 
tilov  götürdü,  tilovun  ucuna  məftillə  balaca  bir  qarmaq 
bağlanmışdı. Sardinalardan birini qarmağa taxıb tilovu suya 
atdı, tilov ipinin o biri ucunu kormaya
3
 bənd edilmiş halqaya 
bağladı.  Başqa  bir  qarmağa  da  sardina  sancıb  onu  tilov 
ipiylə  bir  yerdə  oturacağın  altında  sərin  bir  yerə  qoydu. 
Təzədən yerində oturdu, avar çəkə-çəkə başını qaldırıb göyə 
baxdı. Yırtıcı quş lap alçaqdan uçurdu. O, qəfildən suya endi 
və  orada  gördüyü  qanadlı  balığı  tutmağa  can  atdı;  quş 
qanadlarını vəhşicəsinə bir-birinə və böyürlərinə çırpırdı. Bu 
vaxt qoca suyun köpüklənə-köpüklənə aşıb-daşdığını gördü, 
                                                 
3
Korma – qayığın arxa tərəfi 
 


www.vivo-book.com 
 
37 
–  bu,  ondan  canını  qurtarmağa  çalışan  qanadlı  balığın 
ardınca  cummuş  qızıl  skumbriya  idi.  Dənizdən  sıçrayıb 
qalxan  və  ildırım  sürətiylə  yırtıcı  quşdan  uzaqlaşan 
skumriya  elə  istiqamət  götürmüşdü  ki,  üst  tərəfdən  uçan 
qanadlı  balıq  birbaşa  qabağına  düşsün  –  o,  öz  şikarını 
yolüstü, asanlıqla qamarlamaq istəyirdi. 
Qoca  düşündü:  “Görünür,  hardasa  bu  aralarda  qızıl 
skumriyanın  sürüsü  var,  onlar  həmişə  bir-birindən  bir  az 
aralı  üzürlər  ki,  biri  şikarı  əldən  buraxdıqda  digəri  onu 
qamarlaya bilsin. Buna görə də skumriyadan can qurtarmağa 
şikarın heç bir imkan qalmır. Yırtıcı quşun isə onu tutmağa 
ümidi azdır, çünki qanadlı balıq həm iridir, həm də çox cəld 
uçur; onun sürəti quşunkundan artıqdır”. 
Qoca oturub tamaşa edirdi. Qanadlı balıq bir neçə dəfə 
sudan  sıçrayıb  yerini  dəyişdi,  quş  isə  ondan  xeyli  ləng 
tərpənirdi.  “Skumriyalar  əlimdən  çıxdı,  –  qoca  düşündü.  – 
Yaman  cəld  üzürlər,  onlara  çatmaq  olmaz.  Görək  də,  bəlkə 
bir-ikisi sürüdən dala qalıb mənə qismət oldu. Kim bilir, ola 
bilsin  ki,  mənim  iri  balığım  elə  bunların  arasındadır.  Hara 
getsə, o elə buralarda olasıdır”. 


Yüklə 4,58 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə