Ernest heminquey qoca və DƏNİZ



Yüklə 4,58 Kb.
Pdf görüntüsü
səhifə4/30
tarix14.01.2018
ölçüsü4,58 Kb.
#20597
1   2   3   4   5   6   7   8   9   ...   30
    Bu səhifədəki naviqasiya:
  • Que va!

www.vivo-book.com 
 
18 
–  Mən  hazır,  –  qoca  həvəslə  qabağa  yeridi,  amma  tez 
də əlavə elədi: – Yox, əvvəlcə əl-üzümü yumalıyam.  
Oğlan fikirləşdi ki, görəsən, qoca harada yuyunur?  
Bütün  qəsəbə  camaatı  suyu  qocanın  komasından  iki 
küçə  o  yandan,  aşağı  məhəllədən,  yol  qırağındakı  krandan 
götürürdü.  “Gərək  gedib  su,  sabun,  yaxşı  bir  əl-üz  dəsmalı 
gətirəydim. Gör nə kütbeyinəm. Ona köynək, qış gödəkcəsi, 
ayaqqabı, bir dənə də əlavə ədyal tapmaq lazımdır”. 
Qoca yeyə-yeyə xörəyi təriflədi:  
– Soyutma ət əcəb ləzzətlidir.  
–  Bəlkə  bir  az  beysboldan  danışasan  mənə.  Nə 
yazıblar? İşlər necədir?  
–  Necə  olacaq,  mən  deyən  kimi,  –  qoca  məmnun 
görkəmlə  sözə  başladı.  –  Amerika  liqasında  “Yankilər” 
birinci yerdədir.   
– Bəs axı bu gün “Yankilər” uduzublar. 
–  Bir  dəfə  uduzanda  nolar  ki?  Böyük  şey  olub?  Di 
Macio hələ özünü bundan sonra göstərəcək.  
–  Komandanın  bütün  uğuru  tək  ondan  asılı  deyil  ki. 
Başqa oyunçular da var.  


www.vivo-book.com 
 
19 
–  Orası  elədir.  Amma  Di  Macio  ayrı  aləmdir,  oyunun 
taleyi 
ondan 
asılıdır. 
İkinci 
liqada 
bruklinlilər 
filadelfiyalılardan şanslıdır. Hələ bir de görüm, Dik Sayzler 
sənin  yadındadır?  Yadına  gəlir  Əski  parkdakı  oyunda  topa 
necə zərbə ilişdirirdi?!  
–  Əsl  ustadır!  Hələ  indiyəcən  topu  onun  tək  uzağa 
vuran ikinci bir oyunçu görməmişəm.  
– Onun Terrasa gəlməsi yadındadır? İstədim yaxınlaşıb 
onu balıq ovuna dəvət edəm. Utandım. Sənə dedim, sən də 
gedib demədin, utandın.  
–  Yadımdadır,  necə  yadımda  deyil.  Çağırmamaqda 
böyük  səhv  elədik.  Nə  bilmək  olar,  bəlkə  bizimlə  gedərdi? 
Ömrümüz  uzunu  onunla  balığa  getməyimizdən  danışıb 
qürrələnərdik!  
–  Getsəydi,  lap  Di  Macionun  özünü  də  balıq  ovuna 
aparardım, – qoca dərindən köks ötürdü.  – Deyirlər vaxtilə 
onun  da  atası  balıqçıymış.  Kim  bilir,  bəlkə  elə  o  da  bizim 
kimi kasıb olub. Belədirsə, onda halımızı başa düşərdi.  
– Ustad Sayzlerin atası heç vaxt kasıb yaşamayıb. Mən 
yaşda olanda o ən məşhur komandalarda oynayırmış.  


www.vivo-book.com 
 
20 
–  Sən  yaşda  olanda  mən  Afrika  sahillərində  üzən 
yelkənli gəmidə yunqa idim. Axşamüstü şirlər gəlib sahildə 
gəzişirdi, biz də uzaqdan onların tamaşasına dururduq.  
– Bilirəm, danışmısan. 
–  Sən  bilən,  indi  nədən  danışsaq  yaxşıdır:  Afrikadan, 
ya beysboldan?  
–  Mən  bilən,  beysboldan  danışsaq,  yaxşı  olar.  Bəlkə 
sən mənə ustad Con Mak-Qroudan bir az danışasan?  
– O da qabaqlar bizim Terrasdakı restorana tez-tez baş 
çəkərdi.  Bərk  də  içərdi.  İçəndə  qızışıb  özündən  çıxmağı 
vardı,  ucadan  danışar,  kobud  davranardı.  Beysbol  öz 
yerində,  həm  də  yaman  atbaz  idi.  Məşhur  cıdır  yarışlarının 
proqramı həmişə cibindəydi, birini də buraxmazdı. Telefonla 
danışanda görürdün ki, birnəfəsə bir sürü at ləqəbi sadaladı. 
–  Mak-Qrou  əsl  təlimçi  olub.  Atam  deyir  ki,  dünyada 
onun kimi ustad təlimçi olmayıb.  
– Atan onu hamıdan çox gördüyü üçün elə deyir. Mak-
Qrou  hər  il  bura  gəlirdi.  Əgər  Droşer  də  onun  kimi  hər  il 
buralığa  gəlsəydi,  atan  deyərdi  ki,  ondan  böyük  təlimçi 
yoxdur.  


www.vivo-book.com 
 
21 
–  Sən  bilən,  hansı  daha  yaxşı  təlimçidir:  Lyuk,  yoxsa 
Qonsales?  
– Mənə elə gəlir ki, ustalıqda onların ikisi də bir olar.  
– Hə, amma dünyanın ən yaxşı balıqçısı sənsən.  
– Yox ha! Mən özümdən də yaxşılarını tanıyırdım.  
–  Que  va!
2
  –  oğlan  razılaşmadı.  –  Dünyada  yaxşı 
balıqçılar  kefin  istəyən  qədərdi,  lap  yaxşı  balıqçılar  da  az 
deyil.  Amma  sənin  kimisi  heç  yanda  yoxdur,  ustalıqda  heç 
kəs sənə çatmaz.  
–  Çox  sağ  ol.  Belə  deməklə  məni  sevindirdin. 
Qorxuram  elə  yekə  balığa  rast  gələm  ki,  tuta  bilməyəm, 
biabır olam, sənin də zənnin səhv çıxa. 
–  Dediyin  qədər  gücün  qalıbsa  tutarsan;  dünyada  elə 
balıq tapılmaz ki, sən onu tuta bilməyəsən.  
–  Ola  bilsin,  gücüm  o  qədər  də  qalmayıb,  amma  mən 
çoxlu fənd bilirəm. Özüm də amansızam.  
                                                 
2
Que va! – Yox bir! (ispanca) 
 
 


www.vivo-book.com 
 
22 
–  Səhər  gümrah  olmağın  üçün  sən  gərək  bir  az  yatıb 
dincələsən. Mən də gedim qabları, boş şüşələri qaytarım. 
–  Get.  Gecən  xeyrə  qalsın.  Sabah  sübh  tezdən  gəlib 
səni oyadaram.  
– Hər gün sən məni lap zəngli saat kimi oyadırsan.  
–  Məni  də  qocalıq  oyadır,  –  qoca  təəssüflənən  kimi 
oldu, sonra soruşdu: – Sən bilən, qocalar niyə tez dururlar? – 
Və  özü  də  cavab  verdi:  –  Ona  görə  ki,  işıqlı  dünyanı  daha 
çox görsünlər. 
– Amma cavanlar yatmağın ölüsüdür. Özləri də yaman 
bərk yatırlar, – deyə oğlan qocanın üzünə baxdı. – O ki qaldı 
qocalara,  bunu  sən  daha  yaxşı  bilərsən,  mənim  başım 
çıxmaz.  
– Düz deyirsən, cavanlıqda mən də yaman çox yatmaq 
istəyirdim. İndi get yat, sübhdən gəlib səni oyadaram.  
– Səndən başqa heç kimin məni oyatmasını istəmirəm. 
Elə çıxır ki, guya onlar məndən diribaşdılar.  
– Başa düşürəm... 
– Gecən xeyrə qalsın, qoca!  


Yüklə 4,58 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə