86
ceyrəyə daxil edilmiş, indifferent elektrod isə hüceyrədən
xaricdə
yerləşdirilib. Bu zaman voltmetr, sakitlik vəziyyətinin səviyyəsini gös-
tərir.
V. Elektrodu hüceyrəyə daxil edənə qədər və daxil etdikdən sonra
potensial.
Mikroelektrodu hər hansı toxumanın (məsələn, beynin,
əzələnin) üzərinə qoyduqdan sonra mikromanipilyatorun
köməyilə hüceyrəyə yeridilir. O, gücləndirici vasitəsilə
«ossiloqrafa» cərəyan ölçən cihaza birləşdirilir. Mikroelektrodun
ucu hüceyrə membranına toxunan kimi ossiloqrafın
göstəricisi
aşağı düşür.
Hüceyrə xarici mühitdə referent elektrod vəzifəsini
xlorlanmış gümüş lövhəcik yerinə yetirir. Şüşə mikroelektrod
sinir hüceyrəsinin xarici səthinə, metal elektrodu isə onu əhatə
edən toxuma mayesinə daxil edilir. Başlanğıc vəziyyətdə hər iki
elektrod hüceyrə xarici mühitdə olur (şəkil 4.5,B, solda) və onlar
arasında potensiallar fərqi olmur. Şəkil 4.5,B «hüceyrə xarici
potensial» sıfır qiymətinə uyğun gəlir. Əgər qeydedici elektrodu
membrandan hüceyrəyə daxil etsək (şəkil 4.5,B),
onda voltmetr
(təqribən 80-100 mV) potensialı olan sıçrayışlı yerdəyişməsini
göstərir. Potensialın bu yerdəyişməsinə membran potensialı
deyilir. Əgər hər hansı bir xarici təsir vasitəsilə hüceyrə
fəallışdırılmırsa sinir və əzələ hüceyrəsinin membran potensialı
uzun müddət dəyişilməz qalır. Belə sakit vəziyyətdə hüceyrədə
olan membran potensialına sükünət potensialı deyilir.
Sinir və əzələ hüceyrəsində membran potensialı həmişə
mənfi olur; hər bir tip hüceyrə üçün özünün sükunət potensialın
qiymətinin daimi olması səciyyəvidir. İstiqanlı heyvanlar üçün bu
potensial 50-dən-100 mV-a qədər olur. Saya əzələlər müstəsna
olmaqla, hansı ki, sükünət potensialı (-30 mV) aşağı olur. Bu po-
tensial eninəzolaqlı əzələ liflərində 60-90 mV, sinirdə 60-80 mV,
birləşdirici toxuma hüceyrələrində 30-50 mV-a, epitel
hüceyrələrində 15-30 mV bərabərdir.
Deməli, normal sinir və əzələ hüceyrələri
öz yüksək elektro-
genez xüsusiyyəti ilə digər toxumaların hüceyrələrindən fərqlənir.
Buradan belə nəticəyə gəlmək olar ki, sükunətdə olan hüceyrə
87
membranının xarici səthi müsbət, daxili səthi isə mənfi elektrik
yükü ilə yüklənmişdir.
Diffuziya potensialı
. Sükunət potensialı membranın
kanalında passiv yerini dəyişərək, özündə ionların
diffuziya po-
tensialını əks etdirir.
Sükunət vəziyyətində membranın əksər acıq kanalları K
±
kanalları hesab edilir, deməli, sükunət potensialı birinci növbədə
K
+
qatılığının transmembran qradienti ilə təyin edilir. Canlı hü-
ceyrədə sakit vəziyyətində potensiallar fərqi sükunət potensialı və
ya membran potensialı adlanır. Hüceyrənin daxili və xarici
səthində K
+
ionlarının miqdarı bərabərləşdikcə potensiallar fərqi
azalır, sükunət potensialı zəifləyir, Na
+
ionlarının hüceyrədaxilinə
axını bu zəifləməni daha da tezləşdirir.
K
+
-un hüceyrəxarici qatılığının dəyişilməsi
Qanın plazmasında K
+
-nun qatılığı adətən öz normal səviy-
yəsinə – 4 mM yaxın qiymətini saxlayır.
Lakin bir çox sinir
hücerələrində ionların plazma ilə mübadiləsi tez baş vermir və
onlar üçün [K
+
] normal səviyyədən kəskin fərqlənə bilər.
Şəkil 4.6-də MSS neyronunun yaxın kapillyardan
qliya hü-
ceyrəsi vasitəsilə ayrılmış təsviri sxematik olaraq verilmişdir. Bu-
rada hücerəxarici məsafə təxminən 15 nm eninə dar şırımlar
şəklində mövcuddur. Periferik aksonlar analoji olaraq ş
van
hüceyrələrilə sıx əhatə olunmuşlar.
İntensiv elektrik aktivliyi zamanı Na
+
ionlar hüceyrəyə daxil
olur, K
+
ionları isə ondan xaric olurlar. Bu zaman Na
+
-un
yüksək
hüceyrəxarici qatılığı nəzərə çarpacaq dərəcədə dəyişmir, lakin
K
+
-un qatılığı əhəmiyyətli dərəcədə arta bilər. Sinir
hüceyrələrinin yüksək fəallığı zamanı K
+
-un hüceyrəxarici qatılığı
normal səviyyə olan 3-4 mM-dan 10 mM-a qədər yüksələ bilər.
MSS neyronlarının fəallığı zamanı daha bir ionun – Ca
2+
hü-
ceyrəxarici qatılığı dəyişə bilər. Ca
2+
-nun qatılığını da K
+
-nun qa-
tılığı kimi selektiv ionmübadilə maddəsilə doldurulmuş mikroelk-
trodların köməyilə ölçmək olar.
downloaded from KitabYurdu.org
88
Sinaptik sonluqların fəallaşması zamanı Ca
2+
onlara daxil olur;
uyğun olaraq yüksək tezlikli oyanma zamanı Ca
2+
-nun
hüceyrəxarici qatılığının azalması müşahidə olunur. Ca
2+
-nun aşağı
qatılığı zamanı neyronların oynama qabiliyyəti yüksəlir ki, bu da
onlarda patolojti dəyişikliyin baş verməsinə gətirib çıxarır.
Qliyanın hüceyrələrarası mühitin tərkibinə təsiri.
Qliya
hüceyrələrinin ionların hüceyrələrarası qatılığına təsiri Nernst
tənliyi üzrə hesablanmış K
+
- elektrodu üçün əyriyə əzələ
hüceyrəsində alınmış qiymətdən daha çox uyğun gəlir.
Beləliklə,
K
+
- qliya hüceyrələrinin membranında keçiriciliyinin üstünlüyü
daha yaxşı təzahür edir. Buna müvafiq olaraq qliya hüceyrələri
depolyarlaşır, bu zaman qonşu neyronların fəallığı K
+
-un
hüceyrəxarici qatılığının yüksəlməsinə səbəb olur. K
+
ionlarının
qatılığının sonrakı enməsi qliya hüceyrəsinin depolyarlaşmasını
daimi vaxta görə bir necə saniyə zəiflənməsi ilə müşayiət olunur.
Şəkil 4.6-da qliya hüceyrələrində membran potensialının
nəticələri (A) və membran potensialının K
+
hüceyrədən xaric
qatılığından asılılığı (B) verilmişdir.
Sinir hüceyrələrindən fərqli olaraq qliya hüceyrələri oynamırlar
(qıcıqlanmırlar). Onlar potensialdan Na
+
və Ca
2+
-kanalına
malikdirlər. Lakin kanalların sıxlığı fəaliyyət potensiallarının gen-
erasiyası üçün kifayət etmir. Bəzi qliya hüceyrələrində də ion
kanalı vardır. Onların fəallığına sinaptik mediatorlarla nəzarət ol-
unur. Lakin bu kanalların funksiyası aydın deyil.
Kapilyar
damarla sinir hüceyrələri arasında qliya hüceyrələri
yerləşmədiyinə görə onların funksiyası neyronları qidalandırıcı
maddələrlə təchiz etməkdən ibarətdir. Lakin görünür neyronları
qidalandırıcı maddələrin qliyadan keçərək nəql olunmasına ehti-
yacı yoxdur, bu maddələrin hüceyrərarası fazadan diffuziyası
tamamilə kifayət edir. Neyronların əksəriyyəti ona yaxın
kapilyardan 50 mkm-dən kiçik məsafədə yerləşirlər. Lakin qanın
plazmasında olan bir çox maddələr hüceyrələrarası fəzaya və ney-
ronlar onların hemato-ensefaloji baryer tərəfindən saxlanması
səbəbindən keçə bilmirlər.
89
Şəkil 4.6. Qliya hüceyrələrinin xüsusiyyətləri
A: Elektron
mikroskopunun məlumatına uyğun neyronların, qliya və kapillyarın
bir-birinə nisbətən yerləşmə sxemi. Neyron və kapilyarlar arasında
yerləşən astrositə membran potensialını qeyd etmək üçün
mikroelektrod yerləşdirilmişdir. Bütün hüceyrələr eni təxminən 15 nm
olan hüceyrələrarası məsafə ilə ayrılmışdır.
B. Qliya hüceyrələrinin
membran potensialının kaliumun [K
+
]
0
hüceyrəxarici qatılığından
asılılığı. Sükunət potensialının (SP) orta səviyyəsi –89 mV təşkil edir.
Görünür qliya hüceyrəsi özünü neyronları təchizat mənbəyi
kimi deyil, daha çox müdafiə vasitəsi
və mexaniki dayaq kimi
aparır.
downloaded from KitabYurdu.org