Dərs vəsaiti Əliyev Hamlet Heydərov Nizami



Yüklə 3,72 Kb.
Pdf görüntüsü
səhifə15/32
tarix14.03.2018
ölçüsü3,72 Kb.
#31414
növüDərs
1   ...   11   12   13   14   15   16   17   18   ...   32

57
Əlaəddin  Hilçinin  (1296-1316)  hakimiyyəti  il-
lərində Dehli sultanlığı işğalçılıq yürüşlərini davam 
etdirdi. Qucaratı tutan Əlaəddin Hilçi tezliklə Cənubi 
Hindistana hücumlar təşkil etdi və Kaver çayınadək 
əraziləri  sultanlığa  qatdı.  Uzun  illər  Hindistanı  ələ 
keçirməyə çalışan monqollara sarsıdıcı zərbə vurdu. 
Mərkəzi  hakimiyyəti  möhkəmləndirmək  məqsədi 
ilə bir sıra islahatlar keçirdi. İşğal edilmiş ərazilərin 
və  hakimiyyətdən  narazı  olan  əyan  və  feodalların 
torpaqlarının  zəbt  edilməsi  yolu  ilə  xəzinə-torpaq 
fondunu  artırdı.  Əsgərlərə  iqta  əvəzinə  məvacib 
təyin etdi. 
Hilçinin ölümündən sonra taxt-tac uğrunda mübarizə başladı. İmperiya 
dağılmağa başladı. Mərkəzi hakimiyyətin zəifləməsindən istifadə edən Ben-
qal, Dekan, Qucarat imperiyadan ayrıldı. 1398-ci ildə Əmir Teymur Deh-
lini tutmaqla sultanlığa həlledici zərbəni vurdu. Bu yürüş nəticəsində Dehli 
sultanlığı zəiflədi və knyazlıqlara parçalandı.
Sultanlıqdan imperiyaya
Sultanlığın idarə edilməsi
Əlaəddin Hilçi
Əlaəddin Hilçinin keçirdiyi islahatların əhəmiyyəti nə oldu?
Cavablandırın
Dehli  sultanlığının  başında  qeyri-məh-
dud  səlahiyyətlərə  malik  sultan  dururdu. 
Sultandan  sonra  ikinci  vəzifəli  şəxs  vəzir 
idi.  Sultanlıq  inzibati  cəhətdən  vilayətlərə 
bölünürdü.  Vilayətləri  valilər  idarə  edirdi. 
Onlar  vilayətlərdə  asayişin  qorunmasına 
və vergilərin yığılmasına nəzarət edirdlər. Ordu birləşmələrinə malik olan 
valilər  vilayətlərin  idarə  olunmasında  sərbəst  idilər.  Ölkədə  məhkəmə  işi 
şəriət qaydaları əsasında qazılar tərəfindən həyata keçirilirdi.
Sultanlıqda  əsas  torpaq  mülkiyyət  forması  dövlət  torpaqları  idi.  Bu 
torpaqların bir hissəsindən dövlət xəzinəsinin xeyrinə vergilər yığılır, digər 
hissəsindən  isə  döyüşçülərə  və  məmurlara  xidmət  müqabilində  torpaq
  – 
iqta  verilirdi.  Hindlilərin  qədimdən  sitayiş  etdiyi  din  hinduizm  idi.  Kasta 
cəmiyyəti qalmaqda davam edirdi.
Sultanlığın sikkələri
Şərq dünyası


58
Klassik orta əsrlər
• Sizcə sultanlığın parçalanması prosesində valilər yaxından iştirak edə 
bilərdimi? Fikrinizi əsaslandırın.
• Dehli sultanlığının idarə olunması sxemini hazırlayın.
Cavablandırın
Dehli  sultanlığının  yaranma-
sı  ilə  Hindistanda  türk-müsəl-
man mədəniyyəti təşəkkül tapdı. 
Dehli sultanları ölkədə elmin və 
ədəbiyyatın  inkişafına  dəstək 
verir, mədəniyyət xadimlərini hi-
mayə edirdilər. Dövrün ən tanın-
mış  şairi  Əmir  Xosrov,  tarixçisi 
Ziyaəddin Barani olmuşdur.
XIII  əsrdən  etibarən  Hindis-
tanda  günbəzli  tikililərin  və 
minarələrin tikilməsi yayılmağa başlayır. Belə tikililərdən biri Qütb minar 
adlı  minarədir.  Dehlinin  tutulmasından  sonra  Dehlidə  tikilən  ilk  məscid 
Qüvvətül-islam məscididir.
Elm və mədəniyyət
• İslam dininin bütün Hindistana yayılmasının qarşısını alan səbəb nə ola 
bilərdi? 
Cavablandırın
• Dehli sultanlığı Hindistan tarixində yaranmış ilk böyük müsəlman dövlətidir.
• Özünü Makedoniyalı İsgəndərə bənzədən Əlaəddin Hilçi zərb etdiyi pulların 
üstündə özünü II İsgəndər adlandırırdı.
Öyrənin
Qütb minar abidəsi
Axtarın
Qütbəddin Aybək, Qulam, Qütb minar abidəsi


59
XII-XIII  əsrlərdə  monqol  çöllərində  tatar,  tayciut, 
kerait və s. tayfalar yaşayırdı. Çinlilər onlardan şimalda 
yaşayan  türk  mənşəli  tatar  tayfasının  adı  ilə  Mon-
qol  çöllərindəki  bütün  tayfaları  belə  adlandırırdı.  Orta 
əsrlərdə  Çin  tarixçiləri  “tatar”  anlayışını  Avropada 
“barbar”  anlayışı  ilə  eyni  tuturdu.  XII  əsrin  sonunda 
bir  çox  tayfa  ittifaqları  vahid  dövlət  qurumları  halında 
birləşməyə  başladı.  Belə  dövlət  qurumlarından  biri  də 
Onon və Kerulen çayları ətrafında yaranmış Monqol 
ulu-
su
 idi. Bu dövləti türk mənşəli tayciut tayfasına mənsub 
olan  Temuçin  yaratmışdır.  Tarixdə  “Çingiz  xan”  (okean,  dəniz  mənasını 
verir)  adlandırılan Temuçin  bütün  rəqiblərini  məğlub  edərək  1206-cı  ildə 
Onon  çayı  sahilində  keçirilən  qurultayda  özünü  vahid  Monqol  ulusunun 
Əzəmətli imperiya
“O,  məni  özünə  məf-
tun  edib.  Qəribədir, 
düz deyilmi? Qəribədir 
ki,  köçəri  tayfasının 
feodal  başçısı  mənim 
kimi  dinc,  zorakılığı 
rədd  edən  və  feodal 
adıyla  bağlı  nə  var-
sa,  hamısına  nifrət 
edən  bir  adamı  özünə 
məftun edə bilib”.
Cəvahirləl Nehru
(Hindistan lideri)
1. Ərəb tayfaları necə birləşmişdir?
2. Erkən orta əsrlərdə Mərkəzi Asiyada hansı türk 
dövlətləri yaranmışdır?
Yada salın
Monqolların birləşdirilməsi
Çingiz xan
Çingiz xan
Kəşfiyyat
Tatar
Köçəri
Ulus
Açar sözlər
11
1. Şəkildə gördüklərinizi şərh edin.
2. Cəvahirləl Nehrunu məftun edən şəxs kim ola 
bilərdi?
3. Açar sözlərdən hansıları sizlərə tanışdır?
Düşünün


60
Klassik orta əsrlər
Monqol işğalları
Necə fikirləşirsiniz, monqollar XII əsrdə hansı cəmiyyətdə yaşayırdı?
Cavablandırın
“Ordu sadə, lakin çox faydalı onluq sxemində təşkil edilmişdi. Ən kiçik hissə 
onluq idi, ona onbaşı başçılıq edirdi. Onluqlar yüzlüklərə, yüzliklər minliklərə, 
minliklər isə onminliklərə
 
– tümənlərə çevrilirdi. Adi monqol ordusu 2-3 
tüməndən ibarət idi. Bir hissədən digərinə keçmək qəti qadağan idi.”
S.Tarnbul və A.Mak Brayd “Monqol imperatorluğunun ordusu” 
Müzakirə edin
Monqol ordusunu sxem şəklində qurun.
hökmdarı elan etdi. Türk-monqol tayfalarını vahid şəkildə birləşdirdikdən 
sonra  Çingiz  xan  hərbi-inzibati  islahatlar  keçirməyə  başladı.  İslahatlar 
içərisində ən mühümü yazılı qanunlar toplusu idi. Tarixə “Böyük Yasa” kimi 
daxil olan qanunlar toplusu inzibati, ticarət, iqtisadi və hərbi sahəni əhatə 
edirdi.
İlk  beş  ildə  monqol  işğalları  məhdud  xarakter  daşıyırdı.  1211-ci  ildə 
monqollar Çinə yürüş etdilər və bir qədər sonra imperiyanın paytaxtı Pe-
kini ələ keçirdilər. İşğal olunmuş Şimali Çində monqollar böyük qənimət 
əldə etdilər. Qənimətlər arasında əsas yeri əsir düşmüş sənətkarlar, hərbi 
texniki qurğular və silahlar tuturdu.


Yüklə 3,72 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə