19
xüsusiyyətlərini hərtərəfli nəzərə almaqla, tarixən öyrən-
mək olar. Hadisə və proseslərə tarixi yanaşma xalq təsər-
rüfatı istehsalının və onun ayrı – ayrı cəhətlərinin inkişaf
perspektivlərinin müəyyən edilməsinin zəruriliyini, gələ-
cəkdə texnika və ictimai istehsalın iqtisadiyyatında baş ve-
rə biləcək dəyişikliklərin real qiymətləndirilməsinə əsas-
lanan elmi proqnozlaşdırmanı nəzərdə tutur. Bunsuz elmi-
texniki tərəqqini, əsaslı tikintini, istehsalın təşkili formala-
rını düzgün planlaşdırmaq və müəyyənləşdirmək, müəssi-
sələri respublikamızın ərazisində səmərəli yerləşdirmək,
sahə quruluşunda və sahələrin müxtəlif müəssisələrinin
inkişaf sürətlərindəki dəyişiklikləri proqnozlaşdırmaq və
planlaşdırmaq mümkün deyildir.
Dielektrik metod tələb edir ki:
a)
müəssisə miqyasında baş verən hadisə və proses-
lərə təklikdə deyil, bir – birilə qarşılıqlı əlaqədə, hərəkət-
siz yox, daima inkişafda, bir kəmiyyətdən digər kəmiyyətə
keçməkdə baxmaq lazımdır. Bu, həmin hadisə və proses-
ləri düzgün qiymətləndirməyə imkan verir və real vəziy-
yətin müəyyənləşdirməsini
təmin edir;
b)
istehsalın idarə edilməsi ilə əlaqədar olan bütün
məsələlər qabaqcıl müəssisə və təsərrüfatların təcrübəsinin
öyrənilməsinə, faktiki materialların hərtərəfli təhlilinə
əsaslansın və elmi-texniki tərəqqinin yeni nailiyyətlərini
özündə əks etdirsin. Bu, elm ilə istehsalın əlaqəsini, nəzə-
riyyə ilə təcrübənin vəhdətliyini
təmin edir;
c)
müəssisə miqyasında baş verən proses və hadisələrə
tarixi yanaşılsın, yəni hər bir proses və hadisə konkret is-
tehsal şəraitini nəzərə alınmaqla öyrənilməlidir. Belə olduq-
da mövcud maddi – enerji, əmək və maliyyə resurslarından
səmərəli istifadə etmək üçün geniş imkanlar yaranır. Əks
halda, elmi – texniki tərəqqini, əsaslı tikintini, investisiya