S I G M A
|
Dövlət Satınalmaları İcmalı 22
8
Məhdud istisnalardan biri tətbiq olunmazsa, mühüm təhlükə ortaya çıxa bilər ki,
bu halda müqavilənin variasiyası yeni müqavilənin bağlanması ilə nəticələnə
bilər. Dəyişikliklər maddidirsə və yeni müqavilənin bağlanmasına
zəmin
yaradırsa, belə olan təqdirdə yeni müqavilə bağlanması Direktivə uyğun
olmalıdır. Dəyişikliklər yeni müqavilənin bağlanması ilə nəticələnərkən Direktivin
müddəalarına uyğunluğun gözlənilməsindəki uğursuzluq
qeyri-qanuni birbaşa
müqa
vilə bağlanması kimi göstərilə bilər.
Məxsusi olaraq işlər üçün geniş istifadə olunan bəzi standart müqavilələrə xas
olan xüsusiyyət onların podratçıya müqavilənin mövzusunun xarakterini,
kəmiyyət və keyfiyyətini dəyişməyə imkan verən aydın və təfərrüatlı müddəalara
malik olmasıdır. Müqavilə idarəetməsi nöqteyi-nəzərindən müqavilənin icrası
zamanı meydana çıxan
dəyişkən vəziyyətlərə şəffaf, vaxtında və səmərəli
şəkildə yanaşmaq daha məqsədyönlü hesab olunur. Bu
belə bir müqavilə
formasında istifadə etmək üçün yaxşı səbəbdir, lakin bu zaman ən mühüm amil
ondan ibarətdir ki, müqavilə imzalayan orqan mümkün varıasiyaları minimuma
endirmək üçün layihənin çərçivəsinin hazırlayır və nöqsansız, təfərrüatlı və
davamlı plan işləyir. Bu mümkün olmadıqda digər satınalma və müqavilə
strategiyasından istifadə olunmalıdır. Bu işdə uğursuzluq nəinki yuxarıda adı
çəkilən prosessual-hüquqi problemlərə gətirib çıxara,
həmçinin tərəflərin
vəhdətini və satınalma prosesini sual altına ala bilər.
Ödəmə
: İqtisadi operatorun ödənişi özündə idarə etmədir, lakin satınalma
prosesinin bu mərhələsində müqavilə imzalayan
tərəflərin malik olduğu
səlahiyyət işi yekunlaşdırmış İqtisadi operatorun ödənişini haqsız gecikdirmək
və ya dayandırmaq üçün istifadə edilməməlidir. Bunu etməklə iqtisadi operatorla
müqavilə imzalayan tərəflərin münasibətlərinə zərər yetirilə bilər. müqavilə
imzalayan orqan nöqteyi-
nəzərindən ödəməm prosesi üç mərhələdən ibarətdir:
1)
Ödəmə üçün müraciətin alınması
2)
Uyğunlaşdırma və hüquqiləşdirmə
3)
Maliyyənin köçürülməsi
Uyğunlaşdırma
ödəmənin əmrə və müqavilə
şərtlərinə uyğunluğunun, eyni
zamanda malların, işlərin və xidmətlərin həqiqətən də təmin edilməsinin –
müqavilə icrasına nəzarət vasitəsilə isbat edilməklə – yoxlanılmasında ibarətdir.