17
bəşəriyyətin məqsədi nədir? Әgər bəşəriyyət yanlış bir yol tutarsa, bu
çıraq ona nə dərəcədə faydalı ola bilər? Elm insana doğru yol
göstərməkdə acizdir. Bu dinin işidir. Elm insan və onun meyllərindən
savay hər şeyə hakim ola bilir.
Vil Dorant texnika əsrinin insanı haqqında deyir: “Biz texnika
baxımından güclənmiş, məqsəd baxımından yoxsullaşmışıq.”
1
Elm və
texnika əsrinin insanı öz qəzəb və şəhvət baxımından qədim
insanlardan fərqlənmir. Elm insanı azğın nəfs istəklərindən xilas edə
bilməmişdir!
Ümumdünyəvi olmaq
Sual: 15. Ümumdünyəvi olmaq nə deməkdir?
Cavab: Belə görünür ki, ümumdünyəvilik haqqında nə qədər
izаh verilsə də, indiyədək aydın və yığcam bir tərif yoxdur. Әlbəttə ki,
bunun səbəbləri var. Әvvəla, bu həqiqət hələ ki təkamül həddinə
çatmamışdır. İkincisi, tərif verənlərin hər biri onun müəyyən cəhətini
önə çəkir.
Bununla belə, bəzi tərifləri nəzərdən keçiririk:
1. Bəziləri ümumdünyəviliyi ictimai bir hadisə sayırlar. Bu baxışa
əsasən ictimai və mədəni əlaqələrə kölgə salan coğrafi məhdudiyyətlər
aradan götürülür.
2. Bir başqaları ümumdünyəviliyi bütün yer üzündə ictimai
rabitələrin dərinləşməsi kimi təqdim edir. Bildirilir ki, coğrafi
baxımdan bir-birindən uzaq məkanlar arasında möhkəm bağlılıq
yaranır. Hər bir məhəldəki ittifaqlar kilometrlərlə uzaqda baş vermiş
hadisəyə qoşulur.
3. Müasirimiz olan məşhur sosioloq Harvey ümumdünyəviliyi
zaman və məkan kimi iki məhdudiyyət məfhumunun daşıyıcısı kimi
təqdim edir. Ümumdünyəvilik məsafələri qısaldan anlayış kimi
tanıtdırılır.
Sual: 16. Ümumdünyəviliyin tarixi kökləri hansı dövrdən
rişələnmişdir?
Cavab: Ümumdünyəviliyin tarixi köklərini bəşər tarixinin
başlanğıcına aid etmək olar. Sosioloqların və arxeoloqların nəzərinə
əsasən, bəşər həyatı məhdud ailə həyatından, meşə və mağaralardakı
həyatdan başlamışdır. Həmin həyat tədricən tayfa və qəbilələrin su
1
“Fəlsəfənin ləzzətləri”.
18
hövzələrin kənarındakı həyatı ilə əvəz olunmuşdur. Daha sonra
kəndlər və kiçik məntəqələr formalaşmış, növbəti mərhələdə şəhərlər
təşkil olunmuşdur. Tədricən şəhərlərdə ölkələr və dövlətlər
yaranmışdır. Göründüyü kimi bəşərin həyatı ümumdünyəviliyə doğru
hərəkətdədir. Yəni zaman keçdikcə təfriqələr azalır, toplumlar artır.
Bu hərəkət son əsrlərdə daha da sürətlənmişdir. Bu hərəkət müasir
rabitə sistemləri sayəsində ümumdünyəviliyə doğru sürətlənməkdədir.
Sual: 17. Qəriblərin ümumdünyəviliyə (“qloballaşma”) can
atmaqda məqsədi nədir?
Cavab: Belə görünür ki, üç mühüm, eyni zamanda fərqli hadisə
ilə üzbəüz gəlmişik. Ya səhvən, ya da biganəlikdən hər üç hadisə
ümumdünyəviləşmə adlandırılmışdır:
1. Ümumdünyəviləşmənin təbii və tədrici gedişatı;
2. Qərbin apardığı ümumdünyəviləşmə (“qloballaşma”);
3. Amerikanın apardığı ümumdünyəviləşmə.
Ümumdünyəviləşmə tədrici, təbii inkişaf yolu keçməklə hazırkı
əsrdə yüksək elmi-texniki nailiyyətlərə nail olsa da, dünyanın
hegemon qüvvələri tərəfindən müdaxilələrə məruz qalır. Bu proses
bəzən dünya iqtisadiyyatında və siyasətində öz mənafeyini güdən
qüvvələrə xidmət edir. Onlar bu prosesi qloballaşma adlandırırlаr. Bir
sözlə, qərbin inkişaf etmiş sənayeçiləri qloballaşmanı, yəni
ümumdünyəviləşməni öz mənafeləri üçün istifadə edirlər. Təbii ki, bu
müdaxilələr uyğun prosesi təbii məcrasından çıxarır.
Xüsusi ilə də, Amerikanın apardığı qloballaşma prosesi əslində
ümumdünyəviləşmə yox, аmerikalaşmadır. Onların məqsədi bütün yer
üzünü Amerikaya tabe etməkdir. Әslində belə bir proses təbii
ümumdünyəviləşmə
ilə
daban-dabana
ziddir.
Demək,
təbii
ümumdünyəviləşmə ilə Qərb və Amerikanın qloballaşması arasında
qaçılmaz fərqlər mövcuddur. İqtisadiyyatın qloballaşdırılması böyük
yatırımlar, hegemonçu hökmranlıq, qeyri-bərabər paylaşma ilə
müşayiət olunur. Bu proyekt bütün dünyaya dünya kapitalizminin,
qeyd-şərtsiz rəqabət hökmranlığının böyük qələbəsidir.
Hərbi, siyasi, hətta iqtisadi sahədə Amerikanın qloballaşma
proyekti, şübhəsiz ki, onun siyasətlərinə, strateji mənafelərinə xidmət
edir. Başqa sözlə, Amerikanın irəli sürdüyü qloballaşma proyektinin
аmerikalaşma adlandırsaq, daha düzgün olar.
19
Sual: 18. Ümumdünyəviləşmənin hansı mənfi cəhətləri var?
Cavab: Ümumdünyəviləşmə tədrici, təbii bir təkamül yolu keçib
müasir dövrdə elmi-texniki tərəqqi ilə müşayiət olunan inkişaf
mərhələsinə çatsa da, onun bir sıra mənfi təsirləri də var. Bu
təsirlərdən bəzilərini nəzərdən keçirək:
1. Beynəlmiləl səviyyədə vahid və nüfuzlu rəhbərliyin olmaması,
rəqabət və düşmənçiliyin güclənməsi;
2.
Fəsadın,
açıq-saçıqlığın,
fahişəliyin,
qərbin
pozğun
mədəniyyətinin yayılması və ümumbəşəri əxlaqi və mənəvi
dəyərlərinin aradan götürülməsi;
3. Bəzi ölkələrdə iqtisadi tarazlığın pozulması;
4.
İstehsal
proseslərinin
avtomatlaşdırılması
və
mexanikləşdirilməsi ilə əlaqədar işsizliyin artımı;
5. Narkotik maddə qaçaqçılığı, insan alveri kimi cinayətləri, eləcə
də, SPİD kimi xəstəliklərin bütün dünyaya yayılması;
6. Qərb mədəniyyətinin digər mədəniyyətlərə hakim olub, dünya
səviyyəsində yayılması.
Sual: 19. Dini mənbələrdə ümumdünyəviləşmə mövzusuna
toxunulurmu?
Cavab:
Qurani-Kərimdə
və
İslam
rəvayətlərində
ümumdünyəviləşmə
və
ümumdünyəviləşdirmə
mövzularına
toxunulmuşdur. Amma İslam dinində uyğun iki anlayış fərqi məna və
məfhuma malikdir. Ümumdünyəviləşmə öz təbii məcrasından
çıxmazsa, İslamın irəli sürdüyü ümumdünyəvi hökumət üçün zəmin
yarada bilər.
İndi bu mövzu ilə bağlı bəzi ayə və rəvayətləri nəzərdən keçirək:
1. “Biz Tövratdan sonra Davudun Zəburunda da yazdıq ki,
mənim saleh bəndələrim hökmən yer üzünə varis olacaqlar.”
1
2. “Allah sizlərdən iman gətirib yaxşı işlər görənlərə vəd edir ki,
onları hökmən yer üzünə hakim edəcək. Necə ki, əvvəlkilərə yer
üzünün xilafətini bağışladı. Onlar üçün bəyəndiyi din və ayin bərqərar
edəcək, qorxularını əmin-amanlığa çevirəcək...”
2
3. “O (Allah) bir kəsdir ki, Öz rəsulunu müşriklərin xoşu gəlməsə
də dinlərə qalib etmək üçün hidayət və haqq dinlə göndərdi.”
3
1
“Әnbiya”, 105.
2
“Nur”, 55.
3
“Səff”, 9.
Dostları ilə paylaş: |