26
2. Ailə böhranı – cəmiyyətin ilkin hücеyrələri ailədir. Bəşər
cəmiyyətində bu hücеyrələrin ən zəifi qərbdədir. Artıq qərbdə ailə heç
bir əhəmiyyət daşımır. Qərb cəmiyyətində ailə yox, fərd əsas
götürülür. Bu səbəbdən də həmin cəmiyyətlərdə qanunsuz doğulan
körpələrin sayı təsəvvür olunmayacaq həddə çatmışdır.
3. Pis vərdişlər – qərb cəmiyyətindəki puçluq ruhiyyəsi gənc nəsli
pis vərdişlərə yoluxmuşdur. Әgər gənclərin spirtli içkilərə aludəliyi ilə
bağlı statistikaları nəzərdən keçirsək, bu rəqəmlər bizi dəhşətə gətirər.
Bəli, pis vərdişlərə, alkoqolizmə və narkotikaya çıxış yolu kimi baxan
qərb cəmiyyəti məhv olmaqdadır.
4. Amansızlıq – amansızlıq ruhiyyəsi yalnız gənclərdə yox, hətta
uşaqlarda tüğyan edir. Xüsusi ilə Amerikada hər an gənclərin və
uşaqların törətdiyi vəhşiliklərə şahid ola bilərik. Әgər bu hadisələr
bütün dünyaya nümayiş etdirilsə, həmin cəmiyyətlərdəki problemlərin
dərinliyindən xəbər tutarıq.
5. Әmin-amanlığın olmaması – xüsusi ilə Amerikanın əksər
böyük şəhərlərində şəxsiyyətini azca qoruyan insanlar axşam
düşəndən bayıra çıxmırlar.
6. Ayrı-seçkilik – qərbdə, xüsusi ilə də Amerikada irqi ayrı-
seçkilik ictimai bir bəladır. Әgər bu ölkələrdəki qara və qırmızı dərili
insanlarla, mühacir müsəlmanlarla dərdləşə bilsək, onların hansı
münasibətlə üzləşdiyindən xəbər tutarıq.
7. Yoxsulluq – Amerikada rəsmi statistik göstəricilərə görə xalqın
13 -14 faizi yoxsulluqdan aşağı səviyyədə yaşayır. İki yüz əlli
milyonluq bir cəmiyyətdə bu faizin arxasında otuz-qırx milyon insan
dayanır. Hansı əsasla belə bir cəmiyyət ideal sayılmalıdır?
8. Cinsi azğınlıq – ailə təməli dağıldıqdan, insanların əksəri
ümidsizliyə qapıldıqdan sonra, xüsusi ilə Amerika cəmiyyətində cinsi
azğınlıq zirvə həddinə çatmışdır. Qeyri-qanuni uşaqların doğulması
qərbi, xüsusi ilə Amerikanı ağuşuna almış ən böyük bəlalardandır.
9. Çərçivəsiz informasiya şəbəkəsi – Amerika və qərbin ciddi
problemlərindən biri onlardakı informasiya şəbəkəsinin heç bir hədd-
hüdud gözləməməsidir. Təəssüf ki, digər ölkələrdə də uyğun halın
təqlidi ilə rastlaşırıq. Hazırda qərb informasiya şəbəkəsi tam açıq-
saçıqdır. Bu şəbəkələrdə əxlaqsızlıq təbliğ olunur, insanların
şəxsiyyəti alçaldılır. Әksər insanlar öz şəxsi məsələlərinin bu
şəbəkələrdə yayımlanacağından qorxu keçirir.
10. Yetərsiz təhsil sistemi – qərb və Amerikanın bütün dünyaya
yeritmək istədiyi təhsil sistemi əslində tam yetərsizdir. Qərbin əksər
27
təhsil müəssisələrində mühacirlər çalışır və onlar öz maaş müqabilində
maşın tək işləyirlər.
11. Xəstə iqtisadiyyat – bəziləri elə düşünürlər ki, qərb iqtisadi
baxımdan dünyanın behiştidir. Hansı ki, Amerika dünyanın ən böyük
borcu olan ölkəsidir. Onun daxili və xarici borclarının miqdarı insanın
ağlını başından çıxarır. Әlbəttə ki, bu borclar çox mahir şəkildə ört-
basdır edilir.
12. Dünya bazarlarından asılılıq – Amerika sənayesi asılı bir
sənayedir. Bu sənayenin dünya bazarı ilə əlaqələri qısa müddət
kəsilərsə, o iflic olar.
Әgər liberalizmin hakim olduğu qərb və Amerikada vəziyyət
belədirsə, hansı əsasla onlardan nümunə götürmək olar?!
Sual: 27. Dünyanın sonu haqqında Taflerin nəzəri nədir?
Cavab: “Üçüncü dalğa” kitabının müəllifi amerikalı jurnаlist
Elvin Tafler tarixin sonu və liberalizmin tarixi haqqında deyir:
a) Dövrümüz “ən çox” dövrüdür. Әn çox tamaşaçısı olan film ən
yaxşı film sayılır...
b) XIX əsr və XXI əsrin birinci yarısında üstünlük meyarı dünya
səhnəsində siyasi qüdrət idi. Getdikcə siyasətin yerini iqtisadiyyat
tutdu. Bir gün iqtisadiyyat öz yerini elmə verəsidir. Çünki gələcəkdə
dünya səhnəsində yalnız elm və məlumatı yüksək olan ölkələr qüdrət
sahibi olacaqlar.
v) Gələcəkdə elmi-texniki qüdrətin ümdə mеhvəri qərb olacaq.
q) Liberal demokratiyanın nöqsanları olsa da, bəşər cəmiyyəti
üçün ən yaxşı yol bu ideologiyadır.
Nəticə: Dünyanın gələcəyi qərb liberalizminindir.
Yuxarıdakı iddialara cavab olaraq belə deyə bilərik:
1. Bu nəzəriyyə tarixin sonu yox, növbəti tarixə aid ola bilər
2. Birinci müqəddimədə insanın istəyi istənilən bir şeyin meyarı
sayılır. Hansı ki, ölçü əqlin hökmü və nəql olunanlardır. Allah-təala
buyurur: “Çox olur ki, xeyirinizə olan bir şeyi xoşlamırsınız. Çox olur
ki, zərərinizə olan bir şey istəyirsiniz.”
1
3. İkinci müqəddimədə hərbi güc dünya səhnəsində siyasi qüdrət
meyarı sayılır. Hansı ki, zor gücünə siyasi hökmranlıq və xalqın
istismarı iğtişaş və istibdaddan savay ərmağan gətirmir.
1
“Bəqərə”, 216.
28
4. Məqsədə çatmaq üçün heç bir çərçivə gözləmədən istənilən bir
üsuldan faydalanmaq insanın ağıl və fitrətinə uyğundurmu?
5. Siyasi nəzəriyyəçinin vəzifəsi gələcək haqqında öz zənn-
gümanını bəyan etmək yox, cəmiyyətin xeyrini nəzərə alaraq proqram
hazırlamaqdır.
6. Kapitalizm quruluşu cəmiyyətə xoşbəxtlik, yoxsa ciddi
təbəqələrarası qarşıdurma gətirib?
Elə buna görə də Tafler belə deyir: “Cəmiyyətimizin (qərb
cəmiyyətinin) üzləşdiyi problemlərin sonu yoxdur.”
1
Sual: 28. Hantinqton tarixin sonu haqqında nə düşünür?
Cavab: Qərb nəzəriyyəçisi Samuel Hantinqton tarixin sonu
haqqında deyir:
a) Gələcəkdə millətlər və qruplar arasında baş verəcək əsas
qarşıdurma ideologiya və iqtisadiyyat sahəsində yox, mədəniyyət,
sivilizasiya sahəsində olacaq.
b) Dünyada səkkiz mədəniyyət cərəyandadır: qərb, konfusiçilik,
yapon, İslam, Hindu, Slavyan, Ortodoks, Latın Amerikası
mədəniyyətləri.
v) Mədəniyyətlərin dialoqu mühümdür.
d) Mədəni özünüdərk tərəqqidədir.
q) Qərbin rəftarı digər mədəniyyətlərdə özünüdərkin tərəqqisinə
səbəb olmuşdur.
ş) İslam və qərb arasındakı 1400 illik kin-küdurət yüksəlməkdədir
və bu iki mədəniyyət qanlı qarşıdurmalar astanasındadır.
c) Sonda İslam və konfusiçilik birləşərək qərb mədəniyyətinə
qarşı duracaq.
Nəticə: Mədəniyyətlərin savaşı dünya savaşının son təkamül
mərhələsidir və sonda qərb mədəniyyəti qalibdir.
2
Uyğun baxışa iradlarımızı bildiririk:
1. Nəzəriyyəçi mədəniyyətin təfsirini verməmişdir.
2. Mədəniyyətlərin üz-üzə gələcəyinə dəlil göstərilmir.
3. Nəzəriyyəçi “sivilizasiya” anlayışını “mədəniyyət” anlayışı ilə
qatışıq salır. Hansı ki, bu iki məfhum fərqlidir. Sivilizasiyanın elmi və
görünən tərəfləri var. Mədəniyyət isə daha çox zehn və mənəviyyata
aiddir. Sənət, fəlsəfə, hikmət, ədəbiyyat, e`tiqad mədəniyyətin əhatə
1
“Modern mədəniyyətə doğru”. Elvin və Haydi Tafler, s. 96, 97
2
“Mədəniyyətlər üzbəüz”, s. 22, 23.
Dostları ilə paylaş: |