11
Bu baxışa əsasən, daxili ziddiyyət insanın xüsusiyyətidir. Onun
maddi və mənəvi meylləri arasında qarşıdurma var. İnsanın
daxilindəki çəkişmə istər-istəməz cəmiyyətdə qruplar arasındakı
çəkişməyə çevrilir. Bir cəbhədə kamil insan, digər bir cəbhədə qeyri-
yetkin insan!
Nəticə: Bəşərin qeybi bir qüvvəyə, ilahi rəhbərə ehtiyacı var.
Bəşəriyyət belə bir rəhbərin yardımı ilə yer üzündə ədaləti, tövhidi,
kamilliyi genişləndirib, müxalif qüvvələri aradan götürə bilər.
Sual: 9. Ümumdünya ədalət hökumətinin zəruriliyini əqli
dəlillərlə sübuta yetirmək olarmı?
Cavab: Ayə və rəvayətlərə əsasən, insan əbəs yaradılmamışdır.
Onun yaranışında xüsusi bir məqsəd izlənilmişdir. Bu məqsəd insanın
kamilliyə çatması, yəni ilahi görüşə nail olmasıdır. Belə bir məqam isə
hərtərəfli yəqinlik və bəndəliklə əldə olunur.
Kəlam elmində sübuta yetirilmişdir ki, Allahın lütfü bir zərurətdir.
Lütf prinsipinə əsasən, Allah-təala yaranış məqsədindən yayındıran
işləri aradan götürməli, ali məqsədə doğru yol açmalıdır. Keçmiş
tarixə müraciət etməklə öyrənirik ki, belə bir məqsəd bütün bəşər
cəmiyyətləri üçün külli şəkildə gerçəkləşməmişdir. Nəticə alırıq ki,
yaranış məqsədini gerçəkləşdirmək üçün Allah zəmin yaratmalıdır. Bu
zəmin isə bütün yer üzünü bürüyəcək ədalət hökumətinin təşkilidir.
Həmin hökumət ali məqsədə çatmaqda bəşəriyyətə yardım
göstərəsidir.
Sual: 10. Ümumdünya ədalət hökumətinin zəruriliyini tarixi
hadisələrə istinad etməklə sübuta yetirmək olarmı?
Cavab: Keçmiş və müasir tarixə müraciət etdikdə məlum olur ki,
bəşəriyyət tarix boyu müxtəli
f
zülm-sitəmlərə, qətl-qarətlərə düçar
olmuşdur. Xüsusi ilə də müvəhhid (təkallahçı) insanlar həqiqətin
müdafiəsində suçlanaraq müxtəlif şəkillərdə incidilmişlər.
Qurani-Kərim «Uxdud əshabı» haqqında söz açır. Bildirilir ki,
müxaliflər böyük bir xəndək qazıb onda yetərincə əzəmətli bir tonqal
qaladılar. Onların məqsədi möminləri və müvəhhidləri diri-diri bu
odda yandırmaq idi.
1
1
bax: “Büruc”, 1-8.
12
Tarixdə oxuyuruq ki, Misir fironu yalnız yuxusuna əsaslanaraq
neçə böyük cinayətlərə əl atdı. Yuxusundan əndişələnən bu kəs öz
vücudunu qorumaq üçün misilsiz cinayətlər törətdi.
Tarixin digər bir səhifəsində Həccac ibn Yusif Səqəfi haqqında
danışılır. O, İraqda 20 illik hakimiyyəti dövründə dəhşətli cinayətlər
törətdi.
1
1-ci dünya müharibəsində günahsız insanlar amansızlığa düçar
oldu. Rəsmi statistikaya görə bu müharibədə öldürülənlərin sayı 22
milyona çatmışdır. Çox keçməmiş ikinci dünya müharibəsi başladı.
Bu müharibə 70 milyon insanın həyatına son qoydu.
Әlcəzairin işğalı zamanı fransalılar 2 milyondan artıq müsəlmanı
qətlə yetirdilər. Vyetnam müharibəsində yüz minlərlə günahsız insan
amerikalılar tərəfindən öldürüldü.
Ötən 50 ildə İsrail qəsbkarlarının çəkmələri altında yüz minlərlə
fələstinli öldürüldü, yaralandı və ev-eşiyindən didərgin düşdü.
Bəşəriyyətin
gələcəyini,
müxtəlif
millətlər
arasındakı
düşmənçilikləri bir qədər araşdırsaq, bəşəriyyəti necə böyük bir
təhlükə gözlədiyinə şahid olarıq. Bu gün bir çox ölkələr bir-birlərini
məhv etmək üçün kütləvi qırğın silahları hazırlayır. Bu silahlar yer
kürəsini bir neçə dəfə məhv etmək üçün bəsdir. Samuyel Hantiqton
kimi Amerika ideoloqlarının hazırladığı mədəniyyətlərin savaşı
proqramı Amerika siyasətçiləri üçün başlıca plan olmuşdur. Bütün
bunları nəzərə aldıqda bəşəriyyət hansı gələcəyə ümid edə bilər?
Uyğun problemlərin həll yolu nədir?
Görəsən bəşəriyyət öz gücü ilə bütün dünyanı səadətə çatdıracaq
proqram hazırlayıb onu həyata keçirə bilərmi? Şübhəsiz, bu
mümkünsüzdür.
Çünki bu vaxtadək həmin iş görülməmişdir. Bundan
sonra da insan Allah-təalanın göstərişləri, qeybi məlumatlar olmadan
bir şey bacarmayacaq. Nəzərdə tutulan xoşbəxtliyə çatmaq üçün Allah
tərəfindən qeybi bir xilaskarın gəlişi, bəşəriyyəti mövcud bəlalardan
xilas etməsi zəruridir. Bu şəxs zühuru vəd olunmuş həzrət Mehdidir
(ə).
Sual: 11. Bəşəriyyətin qeybi yardımlara ehtiyacı varmı?
Cavab: Bəziləri elə düşünürlər ki, bu gün elmi-texniki tərəqqiyə
nail olmuş bəşəriyyətin qeybi yardımlara ehtiyacı yoxdur.
1
“Mürucuz-Zəhəb”, c. 3, s. 166, 167.
13
Amma bilməliyik ki, bəşəriyyətin büdrəmələrinin mənşəyi təkcə
nadanlıq deyil. Әgər problemləri doğuran təkcə nadanlıq olsaydı, elm
və texnika köməyə gəlib bəşəriyyəti xilas edə bilərdi. Amma mövcud
çətinliklərin məlumatsızlıqdan əlavə də amilləri var. Zaman ötdükcə
problemlərin artımı uyğun yardımlara ehtiyacdan danışır. Bəşəriyyətə
problem yaradan digər amilləri nəzərdən keçirək: cilovlanmamış nəfs
istəkləri , şəhvət və qəzəb, tamahkarlıq, vəzifəpərəstlik, komfort istəyi,
bir sözlə, bugünkü bəşəriyyəti yolundan azdıran mənafepərəstlik! Bu
gün elm bəşəriyyətin ən böyük düşməninə çevrilmişdir. Elm öz-
özlüyündə işıq olsa da, bu işıqdan hansı yolda istifadə olunması
mühümdür. Elm hədəfi müəyyənləşdirmir. O, məqsədə çatmaq üçün,
sadəcə, bir vasitədir.
Vil Dorant deyir: “Biz texnika baxımından güclənmiş, məqsəd
baxımından yoxsullaşmışıq.”
1
Elm və texnologiya dövrünün insanı
şəhvət və qəzəb baxımından qədim insanlardan fərqlənmir. Elm nəfs
azğınlıqlarının qarşısını ala bilməmişdir. Elmi inkişaf faşizmin
mahiyyətini dəyişə bilməmiş, əksinə, primitiv qılıncdan atom
bombasına çevrilərək çirkin məqsədlərin həyata keçməsi üçün vasitə
olmuşdur.
Rassel deyir: “Hazırkı dövr elə bir dövrdür ki, heyrət hissi
zəifliklə birlikdə hamını bürümüşdür. Elə bir savaşa doğru
hərəkətdəyik ki, təqribən, kimsə onu istəmir. Elə bir savaş ki, bəşər
növünün böyük bir hissəsini yoxluq aləminə göndərəcək...”
2
İnsan maddi və zahiri amillər əsasında mühakimə aparsa, bu
bədbinliklərə haqq qazandırar. Bu bədbinlikləri aradan qaldırmaq
üçün isə qeybi yardımlara iman zəruridir. Belə bir inam bədbinliyi
nikbinliklə əvəz edir və insan inanır ki, bəşəriyyətin səadəti, rifah və
kamilliyi, əmin-amanlığı gələcəkdədir və bəşəriyyətin yolunu gözləyir.
Bəli, ilahi məktəbdə tərbiyə almış şəxs belə deyir: Ola bilməz ki,
dünya bir neçə dəlinin əli ilə viran qoyulsun. Dünya təhlükə
qarşısındadırsa da, Allah keçmişdə möcüzə göstərib bəşəriyyətə
yardım etdiyi kimi indiki şəraitdə də ağılları heyran qoyacaq iş
görməklə öz xilaskarını göndərəcək...
1
“Fəlsəfənin ləzzətləri”.
2
“Yeni ümidlər”, s. 2.
Dostları ilə paylaş: |