5
Şəkk-şübhə
Sual: 1. Etiqadi məsələlərə münasibətdə şəkk-şübhə yaranması
düzgündürmü?
Cavab: Öncə belə düşünmək olar ki, dində şəkk pis işdir və
qəlbin qaralmağını göstərir. Çünki məqsəd insanın yəqinə, əminliyə
çatmasıdır. İman yəqinliklə müşayiət olunmalıdır. Amma şəkk-şübhə
insanın iman və yəqinliyə çatmasına kömək göstərsə, onu yaxşı
saymaq olar. İman insanın əldə etməli olduğu bir həqiqətdir. Amma o,
öncədən mövcud olmur. İnsan şəkk etməsə, yəqinə çatmaz. Quran
insanı yəqinə çatdırmaq üçün onun genetik etiqadını şübhə altına alır.
Ona görə də Quranda belə buyurulur: “Ata-babaları nadan və ağılsız
olduqları halda, onlar ata-babalarına tabe olmalıdırlarmı?”
1
Şəhid Mütəhhəri buyurur: “Cəmiyyətdə bu sayaq şəkk-şübhələrin
olmaması təhlükəlidir. Şəkk-şübhə olmadıqda insanların dini
durumunda daşlaşma, bəlkə də, çürümə gedir. Hovuzda uzun müddət
saxlanılan saf su qoxuduğu kimi, dini durum da hərəkətsizlikdən
tənəzzülə uğrayır. Xalqın dini durumu aram, hərəkətsiz vəziyyətdə
qaldıqda, şəkk-şübhə qamçısı yemədikdə onların etiqadına avamlar
rəhbərlik edir. Avam qabağa getdikdə isə daim özündən bir şey
quraşdırır...”
2
Amma bəzi şəklər bir növ xəstəlikdir. Məsələn, namaz, dəstəmaz
və digər ibadətlərdə, paklıq məsələlərində çox şəkk, vəsvəsə. Bu
qəbildən olan şəkk-şübhələr xəstəlik kimidir. Çox şəkk etmək bir növ
xəstəlikdir.
Sual: 2. Allah həqiqəti axtaran insanı həqiqətə çatdıracağına
zamin durmuşdurmu?
Cavab: İnsanlar öz həyatlarında, adətən, şəkk-şübhə baxımından
böhran keçirirlər. Məhz bu məqamda insan həssas bir hala düşür.
Xüsusi ilə, ətraf mühitdəki düşüncələr, bəzən də müxtəlif təbliğatlar
onun qarşısını kəsir. Әgər insan, doğrudan da, həqiqəti axtarırsa Allah
ona yol göstərəcək. Allah-təala buyurur: “Bizim yolumuzda cihad və
təlaş edənləri, şübhəsiz, öz yollarımıza hidayət edəcəyik.”
3
1
“Bəqərə”, 170.
2
“Fəslnameye-Mutəhhər”.
3
“Әnkəbut”, 69.
6
Amma bu o demək deyil ki, alimlərin heç bir vəzifəsi yoxdur.
Әslində onların çiynində ağır məsuliyyət var və alimlər ağıla gələn
şəkk-şübhələri mümkün yollarla aradan qaldırmalı, hamıdan öncə
gənc nəsli əminliyə çatdırmalıdırlar.
Sual: 3. Şəkk-şübhələr qarşısında vəzifəmiz nədir?
Cavab: Bəzilərinin fikrincə, insan istənilən bir yaşda istənilən bir
məlumatı qeyd-şərtsiz dinləyə bilər. Onlar belə bir ayəyə istinad
edirlər: “Bəndələrimə müjdə ver; o kəslər ki, sözü dinləyər və onun ən
gözəlinə tabe olarlar.”
1
Hansı ki, bu şərif ayə gözəl sözü seçməyi
bacaran alimlər və nəzər sahibləri haqqındadır. Adi bir insan istənilən
bir yaşda, səthi məlumatla yaxşını pisdən seçə bilməz. Digər bir ayədə
buyurulur: “Onlar Allahın hidayət etdiyi və düşüncə sahibi olan
kəslərdir.”
2
Bu
səbəbdən
də
etiqadını
mötəbər
mənbələrlə
möhkənməndirməmiş, şübhələrə cavab vermək gücü olmayan insan
bu meydana qədəm qoymamalıdır. İnsan dövrü tanımalı, bu günü və
gələcəyi üçün proqram hazırlamalıdır. Bir yerdə oturub, yalnız
sarsıdıcı şübhələr və zəhərli təbliğatlarla üzləşdikdə çarə ardınca
qaçmaq düzgün deyil. Xəstəliyin qarşısını almaq üçün uşaq peyvənd
edildiyi kimi, biz də şübhələri qabaqlayaraq, onlara cavab tapmalıyıq
ki, müxaliflərlə üzləşdiyimiz vaxt özümüzü itirməyib yetərli cavab
verə bilək.
İmam Sadiq (ə) buyurmuşdur: “Dövrü tanıyan kəsə şübhələr
hücum çəkməyəcək.”
3
Həzrət Әli (ə) buyurmuşdur: “Öz dövrünü tanıyan insan hazırlığı
yaddan çıxarmayacaq.”
4
1
“Zümər”, 17, 18.
2
“Zümər”, 18.
3
“Kafi”, c.1, s. 27; “Tohəful-uqul”, s. 356; “Bihar”, c. 75, s. 268.
4
“Kafi”, c.8, s. 23; “Әmali”, s. 400; “Tovhid”, s. 74; “Tohəful-uqul”, s. 98; “Bihar”,
c. 74, s. 287.
7
Məhdəviyyət mövzusunun təsirləri
Sual: 4. Dövrümüzdə Məhdəviyyət mövzusunun hansı təsir və
faydaları var?
Cavab: Bəziləri elə düşünürlər ki, Məhdəviyyət mövzusunun
araşdırılması hazırkı dövr üçün faydasızdır. Onlar elə güman edirlər ki,
hər dövrün öz aktual mövzuları var, Məhdəviyyət mövzusu isə
gələcəyə aiddir və biz bugünkü vəzifələrimizə əməl etməliyik...
1
Məhdəviyyət mövzusunun bu günümüz üçün bir sıra faydaları var
və həmin faydalardan bəzilərini nəzərdən keçiririk:
1. Həzrət Mehdinin (ə) qiyamı mövzusu böyük bir ictimai və
İslami fəlsəfəyə malikdir. Bu mövzu ilhamverici ideya olmaqdan
əlavə İslam ideallarının tanınmasında çox münasib bir vasitədir.
2
2. Bütün yer üzünü əhatə edəcək İslam hökumətinin qurulması
vədi müxtəlif təsirlərə malikdir. Onlardan bəziləri fəlsəfi və dünyəvi,
bəziləri islami, bəziləri mədəni və tərbiyəvi, bəziləri siyasi, bəziləri
iqtisadi, bəziləri ictimai, bəziləri insani, bəziləri isə təbiidir.
3
İnsan
həzrət Mehdinin (ə) əhatəli proqramlarından faydalanmaqla İslamın
gerçək ideallarına yaxınlaşa bilər.
3. Yer üzündə tarix boyu müxtəlif mədəni, siyasi, ictimai
inqilablar baş vermişdir. Bu inqilabların əksəri ya ilk addımda
məğlubiyyətə uğramış, ya da müxtəlif problemlərlə üzləşərək
düşmənlərin öhdəsindən gəlməmişdir. Yalnız şiə məzhəbinin
Məhdəviyyət mövzusuna baxışı cəmiyyətdə optimist ruhiyyə yaradır
və xalqı ümidsizlikdən qurtarır. Şiə əqidəsinə əsasən, dövrün imamı
həzrət Mehdi (ə) diridir, hazırdır və əməllərimizi görür. Həssas
məqamlarda ondan kömək alınır. Psixologiya baxımından belə bir
inanc şiələrin ruhiyyəsində dərin iz qoyur.
4. Әsrin imamının nə vaxt hökumət quracağı müəyyən
olunmadığından bu zühur hər an gözlənilir. Buna görə də,
Məhdəviyyət mövzusunu gündəmdə saxlamaq, zühur xüsusiyyətlərini
və həmin dövrdəki vəzifələrimizi öyrənmək zəruridir.
5. Zühur dövründə ümumdünya tövhid hökumətinə nail olmaq
üçün müəyyən şərtlər var. Bu şərtlərdən bəzisi bəşəriyyət tərəfindən
1
“Әl-Məhdiyyul-muntəzər”, s. 214.
2
“Tarixi fəlsəfə baxımından Mehdi (ə) inqilabı”, Şəhid Mutəhhəri, s. 57.
3
Həmin mənbə.
Dostları ilə paylaş: |