Özün rənglə
(uşaqlar üçün)
Velosipedlər güzgülər, fənər və
işıqqaytarıcılarla təmin olunmalıdır.
Uşaqlarınıza
yol hərəkəti
qaydalarını mütləq öyrədin.
Təhlükəli yer
(təhlükəsizlik yastığını
mütləq söndürün)
İnfoqrafika: Mariya Klementeyeva
Adaptasiya etdi: Aydın Rəhimov
Bu nişan
«Xəbərdar edici»
nişanlar qrupuna aiddir və qrup nömrəsi
1.21
-dir. Bu
nişan uşaqların daha çox toplaşdığı yerlərdə quraşdırılır.
«Diqqət uşaqlar»
yol
nişanınə görən sürücü həmin ərazidən ehtiyatla keçməli və hər an yola uşaq
çıxa biləcəyini diqqətdə saxlamalıdır.
Avto
Stop
103
AVTOMOBİL
QADINDAN
NƏLƏRİ
ALIR?
B
ilirəm, qələmə
aldığım bu yazını
oxuduqdan sonra bir
çox kişilərin üzündə məmnun
bir təbəssüm, qadınların isə
simasında tərəddüd işaracaq.
Amma neyləyim ki, bu faktları
sadalamasam, obyektiv biri
kimi özümü öyə bilmərəm. Bu
dəfə bir qadın olaraq dərindən
düşünüb,
məni narahat edən
məsələni sizinlə bölüşmək
niyyətindəyəm.
U
zun zamandır
müşahidələrim
məni bir suala cavab
axtarmağa məcbur edir.
Bəli, bu faktdır ki, avtomobil
bir nəqliyyat vasitəsi kimi
qadınları bir sıra çətinliklərdən
azad edir, gündəlik
həyatındakı, məişətindəki
işlərini asanlaşdırır. Bu
barədə çox, həm də həvəslə
qiraət edib, çox danışıb, çox
inandırmağa çalışmışıq. Amma
nə yazıq ki, hər bir səfanın bir
cəfası da var. Və sualım məhz
burda doğulur. Avtomobil
idarəetməyi mənimsəyən
xanım sürücü olduqdan
sonra nələri itirir?
Heç nə
itirmir deməyin, səfa və cəfa
qoşalığını az öncə əbəs yerə
qeyd etməmişdim. İstənilən
xoşbəxtliyin bir bədəli olduğu
kimi belə komfortlu həyat
tərzinin də zərif cinsdən
“oğurladıqları” var. Sadalayım,
siz də xatırlayın. Daha aydın
mənzərə formalaşsın deyə,
tənbəllik etmədən bölmə-
bölmə itirilənləri sadalayacam.
A
vtomobil idarə edən
xanım
ZƏRAFƏT
indən
xərcləyir. Əlbəttə bunu
heç də bütün qadınlara şamil
etmək doğru deyil. Ancaq
çoxluq bunu yaşayırsa, artıq
bu məqamı problem kimi
qiymətləndirmək lazımdır.
Yəni sükan qadından
qətiyyət, kəskin hərəkətlər,
ani reaksiyalar,
cəldlik tələb
edir. Bu zaman nazlı, aramla,
zərif hərəkətlər edən xanım-
xatun qadında əsər-əlamət
axtarmağa lüzum yoxdur.
Diqqət etsək, görərik ki,
hansısa bir ziyafətdə şux
əyləşən qadın sükan arxasında
tam topralanmış formada
əyləşir. Zərif hərəkətlər öz
yerini cəld manevrlərə verir.
Əlindəki kiçik bir yükü
daşımaq işini yanındakı kişiyə
ötürməkdə özünü haqlı sayan
qadın, müəyyən hündürlük və
nahamarlıqlarda avtomobilini
irəli aparmaq üçün qaz
pedalını sıxaraq güc nümayiş
etdirməli olur.
A
vtomobil idarə
edən xanım
MÜLAYİMLİY
ini itirir.
Etiraf
etməliyik ki, avtomobil
idarə edərkən insan digər
sürücülərin, piyadaların ani
qayda pozuntularını çaşqın
və əsəbi qarşılayır. Bir anda
təhlükə ilə üz-üzə qalan
və stress yaşayan istənilən
sürücünün təbbi ki, aqressiyası
böyüyür. Və bu hal insanın
həm də öz gücsüzlüyünü hiss
etməsindən də doğur. Stress
və aqressiya ilə zəngin əhvalın
sahibəsi evə və ya işə gəldikdə
ətrafdakılara özü də bilmədən
əsəbi davranır.
Avto
Stop
106
Xərclənmiş əsəbin nəticəsində
narazı və aqressiv xanım
sürücü
yenə fərqində olmadan
sükan arxasında həm də
deyingənə çevrilir.
Q
adının
NİTQİ
dəyişir.
Öncə sadalanan
problemlərin yaratdığı
stressdən həmin andaca azad
olmaq üçün sürücü kobud
sözlər sərf etməyə və hətta
bəzən söyüş söyməyə məcbur
qalır. Əslində, bu proses
qeyri-adi hal deyil. Psixoloqlar
aqressiyanın söyüşlə, daha
rahat söndüyünü iddia edirlər.
Qadınlar da bütün normal
sürücülər kimi yolda yaşanan
stressli situasiyada əsəb
dozasını
azaltmaq, bir balaca
da olsa, hirsini soyutmaq
üçün ağır sözlərə «əl atırlar».
Ancaq bu cür formada olan
həyat tərzinin davamlı olması
xanıma necə təsir edir, sizcə?
Məncə, vərdişə çevrilməsindən
qorxmaq lazımdır.
M
üşahidələri bir az da
artırarsaq görərik
ki, bu aqressiya
təkcə nitqlə yekunlaşmır,
sözünün kəsərini artırmaq
üçün xanımlar kişi sürücülər
kimi əl-qol hərəkətlərindən
də istifadə edirlər. Sözlərinin
eşidilmədiyini düşünən qadın,
bəzən
əl-qolla nəyisə əsəbi
şəkildə izah etməyə də çalışır.
Söyüş ehtiyatı zəngin olmayan
xanımlardan bəziləri isə hətta
əlini sükana vurmağı da
“sınayırlar”. Qəribədir, başqa
mühitdə bunu özünə ar bilən
xanımlar sükan arxasında
qeyri-ixtiyari olaraq öz
nəcibliklərini unudurlar.
Q
adının
GEYİMİ
dəyişir. Avtomobildən
öncəki nəqliyyat
vasitələrinə sahiblənmək
üçün xanımlar geyimlərinə
hələ uzun illər əvvəl
dəyişiklik ediblər. Onlar kişi
qarderobundan şalvarları,
sport ayaqqabıları
və daha
nələri mənimsəməyiblərmi?!
İndiki zamanda avtomobili
daha rahat idarə etmək üçün
bəzi xanımlar haqlı olaraq
kabluklara
«YOX!»
deyərək,
sport tipli ayaqqabı geyinirlər.
Sükan arxasında rahat
hərəkət etmək, əyləclərlə
maneəsiz işləmək, avtomobilə
rahat minib-düşmək üçün
bəzi qadınlar uzun və qısa
ətəkləri geyinməkdən vaz
keçirlər. Və zamanla daha çox
şalvar geyinməyə üstünlük
verirlər. Elə məqamlar
olur ki, xanımlar «onsuz da
avtomobildəyəm məni heç kim
görməyəcək» –
deyib ənlik-
kirşansız, bəzənməmiş yola
çıxırlar. Bu vəziyyət təəssüf ki,
zərif cinsi zamanla qadınlığın
elementlərini tərk etməyə
məcbur buraxır.
Avto
Stop
107