Sual: Avtomobili etibarnamə ilə əldə etmişəm. Onu öz adıma keçirə bilərəm?
Cavab: Xeyr. Etibarnamə sizə avtomobili öz adınıza keçirmək hüququ vermir. Maşını öz
adınıza keçirmək üçün gərək avtomobilin sahibi ilə alqı-satqı müqaviləsi bağlayasınız.
Alqı- satqı müqaviləsi bağlandıqdan sonra avtomobil sizin adınıza keçə bilər. Lazım olan
sənədlər və rüsumlar:
Alqı-satqı müqaviləsi
Ərizə
Qeydiyyat şəhadətnaməsi – 17 manat
Qeydiyyat nişanı – 22 manat
Avtomobil texniki baxışdan keçməyibsə - 20 manat
Texniki baxış xidməti (motosikletlər üçün 10 manat)
Sual: Salam. Mən 9707 maşının nömrəsini yazıb göndərirəm, cavab gəlir ki,
şəhadətnamə etibarsızdır. İcbari sığorta “Azsığorta“ ASC şirkətindəndir.
Cavab: İcbari sığorta bürosuna müraciət edin. Və şəhadətnamənin nömrəsini onlara
bildirin. Ola bilər ki, sizin sığorta müqaviləniz aktivləşməyib və ya vaxtı keçib.
Sual: Sığortasız avtomobili idarə etməyin cəriməsi nə qədərdir?
Cavab: İcbari sığorta olmadan avtomobilin idarə edilməsinin cəriməsi 50
manatdır.
Sual: Dairədə yol kimindir?
Cavab: Dairəvi hərəkət təşkil olunmuş yolayrıcında üstünlük nişanları yoxdursa, yol
dairədə olan sürücünündür.
Sual: Tural salam. Xahiş edirəm, deyəsiz qaydalarda var ki, sağdan gələn
avtomobili gözləməlisən və ya sağa yol verməlisən. Əgər sürücü bunu
gözləməyib, yəni sağdan gələn avtomobili gözləməyib çıxarsa və onu sağdan
vururlarsa, onda günah kimindi? Vurulan maşını kim düzəltməlidir?
Cavab: Yolayrıcının keçilməsi qaydasına uyğun olaraq əgər sürücü nizamlanan
və ya nizamlanmayan yolayrıcını keçərkən qaydanı pozursa, onda hansı qayda
pozuntusuna yol veribsə ona uyğun cəzalandırılır. Günahkar sürücünün icbari
sığortası varsa, bu zaman ödəniş icbari sığorta ilə nizamlanır. Yox, əgər həmin
şəxsin icbari sığortası yoxdursa, bu zaman məhkəmə yolu ilə sizə dəymiş ziyanı
ala bilərsiniz.
Avto
Stop
93
Euro
NCAP
Evuro NCAR
(ing.The European New Car Assessment Programme, az. – yeni
avtomobillərin Avropa qiymətləndirilməsi) — Avtomobillərin aktiv və passiv
təhlükəsizliyinin yoxlanması üçün Avropa Komitəsi tərəfindən keçirilən müstəqil kraş
testlərdir. Aktiv təhlükəsizlik 2009-cu ildən qiymətləndirilməkdədir.
Əslində,
1997-ci
ildən fəaliyyətə
başlayan Euro Ncap Avropa İttifaqının
7
ölkəsi tərəfindən dəstəklənir.
Həmçinin, Avropa İttifaqının bütün
maşın istehsalçıları bu avtosınaq testi
ilə sıx əməkdaşlıq edirlər.
1970-ci
illərdə Avropa ölkələrinin
hökümətləri ekspremental nəqliyyat
vasitələrinin testini Avropa Komitəsi
ilə birgə keçirməyə başladılar. Məhz
bu testlər sayəsində
1990-cı
illərin
əvvəllərində avtomobillərin bütün
aspektlərdən testi hazırlanıb təqdim
olundu. Yandan və ya qarşıdan zərbə,
habelə sərnişin, sürücü və piyadaların
təhlükəsizliyi ölçülməyə başladı. Amma
işlər bununla bitmədi.
1994-cü
ildə
avtomobillərin məcburi
kraş test edilməsi bir çox avtomobil
istehsalçıları tərəfindən rədd edilirdi.
Bu da prosesin davamı üçün bir
maneə yarada bilərdi. Lakin
1994-
cü
ildə Böyük Britaniyanın Nəqliyyat
Departamenti
NCAP
- avtomobillərin
kraş testini keçirəcək birliyin
yaradılmasına razılıq verdi. Və məhz
bundan sonra bu, bütün Avropaya
yayılmağa başladı.
Maraqlıdır, bir çoxlarının
fikrincə bu
ideyanın yayılmasında katalizator
rolunu məşhur
Formula 1
pilotu
Ayrton Sennanın ölümü olub.
1995-ci
ilin iyul ayında isə Avropa Komissiyası
bu kraş testlərin bütövlükdə
“Qoca
qitə”
də yayılması üçün sənəd hazırladı.
İlk mərhələdə
“A”
seqmentinə
aid olan kiçik avtomobillərin testinə
razılıq verildi. Və testlər nəticəsində
aydınlaşdı ki, qanunvericilikdə nəzərdə
tutulmuş öhdəliklərdən daha artıq
tələbat təqdim olunmalıdır. Elə
bu səbəbdən də sınaq
protokolu
təsdiqləndi. Özü də bütün məqamların
etibarlılığı üçün həmin protokol
hazırlanan zaman bir çox mühəndislərin
təcrübəsindən və məsləhətindən
yararlanırlar.
1996-cı
ilin noyabrında
İsveçin Avtomobil Yollarının Milli
Administrasiyası
(SNRA)
, Beynəlxalq
Avtomobil Federasiyası
(FİA)
,
Beynəlxalq testr və avtomobillərin
sığorta və təmiri elmi araşdırma
mərkəzi bu proqrama qoşulan ilk
təşkilatlara çevrildilər ki, bununla da
Euro Ncap
yaradıldı.
Məlumat üçün
bildirək ki, ilk test edilən və sürücü,
sərnişin təhlükəsizliyinin qorunması
üzrə
4
ulduz alan avtomobil markası
“Volvo” S40
oldu.
Avto
Stop
94
Euro
NCAP
2001-ci
ildə isə
Euro Ncap
üçün yeni
mərhələ başladı ki, həmin mərhələyə
start
“Renault Laguna”
nın sərnişin
qorunmasına görə 5 ulduz alması ilə
verildi.
Araşdırma nəticəsində məlub
oldu ki,uşaq oturacaqlarının
60%-
i
öz funksiyasını düzgün yerinə
yetirmir. Ona görə də qəzalar zamanı
azyaşlıların ölüm riski xeyli dərəcədə
artır.
Buna görə də
2003-cü
ilin noyabrında
Euro Ncap
uşaq təhlükəsizliyi
üçün testini
Afinada
təqdim
edərək
valideynlərə uşaq kreslosunu seçərkən
və onu oturacağa bərkidərkən diqqətli
olmaq tövsiyəsini verdi.
Əslində,
Euro Ncap
bütün növ
avtomobilləri test etmirdi. Yalnız
sedanları və
SUV
-ları. Lakin bir müddət
sonra yük və sərnişin daşımaq üçün
nəzərdə tutulan pikaplar da test
edilməyə başladı.
2008-ci
ildən həyata
keçirilən bu testlər
25
avtomobil
üzərində aparılaraq nəticələri bildirildi.
Məlum oldu ki, bir çox istehsalçılar
hələ də avtomobildə quraşdırılan
avtooturacaqları yüksək təhlükəsizlik
üçün hazırlamayıblar. Arxadan və
ya qarşıdan zərbə zamanı
onurğa
və boyun sınması məhz kresloların
ucbatından olur. Belə testlər zamanı
sərinişini qoruyan avtomobillər
minimum
4
ulduz alırdılarsa, bu zaman
piyada qorunması
2
ulduza enirdi.
Çünki bir çox istehsalçılar əsasən
sərnişin və sürücü qorunmasına diqqət
edərək
Euro Ncap
-dan yüksək ulduz
qazanmağa çalışırdılar.
Bütün bunları nəzərə alan
Euro
Ncap
2009-cu
ildə testlərin
nəticələrini ümumiləşdirdi. Əvvəllər
hər təhlükəsizlik üçün ayrıca
reytinq
açıqlanırdısa, indi testlərin ümumi
nəticəsi əsas götürülür.
Avto
Stop
95