|
Bakı Avrasiya UniversitetiSeçki sisteminin sosial-siyasi və hüquqi mahiyyəti
|
səhifə | 2/5 | tarix | 30.12.2023 | ölçüsü | 75,65 Kb. | | #165688 |
| Bədəlova Şölə Konstitusiya1. Seçki sisteminin sosial-siyasi və hüquqi mahiyyəti
Seçkilərin son məqsədi dövlət hakimiyətini əldə etmək və onu təşkil etməkdir. Kökü Fransa maarifçiliyinə gedib çıxan xalq suverenliyi nəzəriyyəsinə görə, hakimiyyətin yeganə mənbəyi xalqdır. Seçkilər xalq hakimiyyətinin birbaşa təzahürünün hüquqi formasıdır. Seçkilərdə qalib gələn subyekt xalqdan könüllü şəkildə hakimiyyəti realizə etmək üçün mandat alır. Seçkilər dövlət hakimiyyətinin legitimləşdirilməsinin formal əsasıdır. Seçkilərdə qalib olanlar xalqın səsini qazanırlar. Deməli, xalq onları seçib və onlardan başqa heç kimin dövlət hakimiyyətini təşkil etməyə haqqı yoxdur.
Seçki sisteminin hüquqi mahiyyəti. Hakimiyyətin təşkili və realizə edilməsi, onunla cəmiyyət, şəxsiyyət və müxtəlif növ kollektivlər arasında olan ən əsas münasibətlər konstitusiya hüququ ilə nizamlandığına görə bu institut da konstitusiya hüququ ilə nizama salınır. Seçki sistemi dövlət tərəfmdən müəyyən edilmiş, dövlət hakimiyyətinin ilkin təşkilinin, formalaşdırılmasının hamı üçün məcburi olan mexanizmi, qaydasıdır. Seçki sistemi hüquqi institut kimi həm maddi, həm də prosessual institutdur. Seçki sistemi bir-birindən dəqiq və kəskin fərqləndirilən nisbi-müstəqil mərhələlər şəklində qurulur və həyata keçirilir. Bu mərhələlərdən hər hansı birinin düzgün realizə olunmaması bütövlükdə seçkilərə mənfi təsir edir, bir çox hallarda isə onun nəticələrinin ləğvinə gətirib çıxarır. Seçki sistemi insanların dövlət hakimiyyətini təşkil etmədə real iştirakına imkan verən və dövlətin qəbul etdiyi yeganə hüquqi mexanizmdir. Bu mexanizmin əsası, vətəndaşların Azərbaycan Respublikası Konstitusiyasının 56-cı maddəsində əks olunan seçki hüququdur. Bütün seçki sistemi bu hüququn realizə edilməsinə yönəlib və bu hüquq olmadan seçki sistemi əsassızdır. Seçki sistemi cəmiyyətin və dövlətin fərdə verdiyi və öz siyasi marağını realizə etməyin üsulu, prosedurasıdır. Əlbəttə, yalnız seçkidə səs verməklə şəxsin siyasi maraqları, dövlət orqanlarının işində maraqlılığı bitmir. Daha çox iddialı olanlar başqa vasitədən - siyasi fəaliyyətdən istifadə edə bilərlər. Seçki sisteminin əsasları həmişə konstitusiyalarda təsbitlənir. Bütün başqa məsələlər digər qanunvericilik aktlarında nəzərdə tutulur. Seçki sistemi aşağıdakı funksiyalara malikdir:
Hakimiyyətin formalaşdırılmasının və legitimləşdirilməsinin formal-hüquqi əsası kimi çıxış edir;
Siyasi qüvvələrin ölkənin inkişafında irəli sürdükləri proqramları və siyasi əhval-ruhiyyəni aşkara çıxarır;
Xalqa bilavasitə dövlət hakimiyyətinə təsir etmək imkanı verir.
Dostları ilə paylaş: |
|
|