8
AZƏRBA
YCANDAN KƏNARDA
İŞLƏYƏN VƏ
YAŞA
YAN
AZƏRBA
YCANLI MİQRANTLARIN
AZƏRBA
YCANDA
QALAN HƏY
AT
YOLDAŞLARI VƏ DİGƏR
AİLƏ ÜZVLƏRİNİN VƏZİYYƏTİ
haqqında Tədqiqata dair Hesabat
Miqrant ərlərin uzun müddət ərzində əlaqə saxlamaması azərbaycanlı ailələr üçün xüsusi bir
çətinlikdir. Yalnız miqrantların bəziləri Azərbaycanda qalan ailə üzvlərilə adətən mobil və ya adi tele-
fon vasitəsilə müntəzəm olaraq əlaqə saxlayırlar. Azərbaycanlı miqrantlar elektron poçtdan, “Skype”-
dan, sosial şəbəkələrdən müxtəlif səbəblərə və əsasən də onların ailələrində kompüter və internetə
çıxış olmadığına görə istifadə etmirlər. İnformasiya texnologiyaları dövründə əlaqələrin olmaması və
ya bu əlaqələrin çox nadir hallarda yaradılması miqrantların rabitə xidmətləri üçün ödənişlər etmək
iqtidarında və yaxud Azərbaycanda qalan ailə üzvlərilə əlaqə saxlamaq istəyində olmadıqlarını nü-
mayiş etdirir. Bunun nəticəsində qadınlar öz miqrant ərlərinin vəziyyəti, xüsusən də onların harada
yaşaması və işləməsi barədə çox bəsit məlumatlara malik olurlar.
Azərbaycan qadınlarının üzləşdiyi digər bir problem, xüsusilə, kənd yerlərində onların üzərinə
düşən çoxsaylı ağır fiziki işlərlə əlaqədardır. Qadınlar ev təsərrüfatlarını təkbaşına idarə etməli olur-
lar. Onlar sırf qadınlara xas olan işləri görməklə yanaşı, adətən kişilər tərəfindən aparılan işlərin necə
görüldüyünü, ailə büdcəsinin idarə olunmasını və ictimai əlaqələrin saxlanmasını öz ərlərinin yoxlu-
ğunda öyrənməli və çoxsaylı qərarlar qəbul etməli olurlar. Yaranmış vəziyyət qadınları öz üzərlərinə
yeni bir vəzifəni, qərar qəbul etmək vəzifəsini götürməyə məcbur etməklə icma üzvləri arasında on-
ların statusunu artırır. Lakin miqrant ərlərin qohumları tərəfindən artan nəzarət, bununla yanaşı yerli
icma tərəfindən göstərilən psixoloji təzyiq tək yaşayan qadınlara qarşı nəzakətsiz münasibətin hələ də
mövcud olduğunu göstərir.
Tədqiqat nəticəsində əldə olunmuş məlumatlar xaricdəki azərbaycanlı miqrantların
Azərbaycanda qalan ailələrinin sosial-iqtisadi vəziyyətinin ağır olduğunu göstərir: bu cür ailələr
öz əsas gündəlik ehtiyaclarını ödəmək üçün maddi vəsaitin çatışmazlığından əziyyət çəkirlər.
Tədqiqatda iştirak etmiş ailələrin böyük əksəriyyəti yoxsulluq həddindən aşağı səviyyədə yaşayır
3
(Rəsmi məlumatlara əsasən
4
2012-ci ildə Azərbaycan üzrə yaşayış minimumu 108 manat, həmçinin
əmək qabiliyyətli əhali üçün 116, pensiyaçılar üçün 84 və uşaqlar üçün 87 manat təşkil etmişdir).
Tədqiqatda iştirak etmiş qadınların yalnız dörddə biri uşaqlarının qıdalandırılması üçün heç nə əldə
edə bilməmələrindən ibarət bir vəziyyətlə rastlaşmadığını bildirdiyi halda, digər qadınlar hər həftə
və ya hər ay və yaxud ildə bir neçə dəfə bu cür vəziyyətə düşdüklərini bəyan etmişdilər. Bu həmin
qadınların öz miqrant ərlərindən demək olar ki, heç bir maddi yardım almaması faktı ilə izah olunur.
Tədqiqat zamanı aparılan sorğuda iştirak etmiş 56 ailədən yalnız 22-də qadınlar xaricdə işləyən
ərlərindən pul köçürmələri aldıqlarını bildirmişdirlər. Bu köçürmələrin məbləği 3-300 manat ara-
sında dəyişdiyindən sorğuda iştirak etmiş hər ailəyə orta hesabla 98 manat düşür. Bəzi, xüsusilə
qadınların işləmədiyi ailələrdə pul köçürmələri ümumi ailə gəlirinin 100%-i, digər ailələrdə isə üçdə
birini təşkil edir. Tədqiqat zamanı gəlir səviyyəsi sıfıra bərabər olan ailələrə də rast gəlmək olardı.
Eyni zamanda, qeyd olunmalıdır ki, bəzi kişi miqrantlar Azərbaycanda qalan ailə üzvlərinə pul
göndərsələr də, bu mütəmadi xarakter daşımır. Sorğu ilə əhatə olunmuş miqrantların yarısı ildə bir və
ya iki dəfə, üçdə biri bir neçə aydan bir, qalanları isə hər ay evə pul göndərir.
Pul köçürmələri müvafiq ailə tərəfindən əsasən gündəlik ehtiyacların ödənilməsi üçün istifadə
edilir və çox az bir hissə tibbi xidmətlərin göstərilməsinə və uşaqların təhsilinə sərf olunur. Öz ailələrinə
barat və bağlamaların göndərilməsi Azərbaycandan olan miqrantlara xas deyil: yalnız dörd miqrant
Azərbaycanda qalan ailə üzvlərinə müəyyən mallar göndərir. Bütün bunların nəticəsində baş vermiş
miqrasiya müvafiq miqrant ailələrinin yaşayış səviyyəsini əhəmiyyətli dərəcədə dəyişmir. Ölkə üzrə
digər ailələrlə müqayisədə xaricdəki miqrantların Azərbaycanda qalan ailələri çox az rahatlıqlara və
ev ləvazimatlarına malikdirlər.
3
Tədqiqat zamanı aparılan müsahibələrdə iştirak etmiş qadınların yarısından çoxunun aylıq gəliri mövcud yaşayış mi-
nimumunun təxminən 25%-ə bərabər idi. Bu faiz nisbəti 2012-ci ildə Azərbaycan Respublikasında adambaşına düşən
yaşayış minimumu (http://en.apa.az/news/181046) və aparılan müsahibələrdə iştirak etmiş ailələr tərəfindən barəsində
məlumat verildiyi aylıq əmək haqqı əsasında hesablanmışdır.
4
http://en.apa.az/news/181046.
9
AZƏRBA
YCANDAN KƏNARDA
İŞLƏYƏN VƏ
YAŞA
YAN
AZƏRBA
YCANLI MİQRANTLARIN
AZƏRBA
YCANDA
QALAN HƏY
AT
YOLDAŞLARI VƏ DİGƏR
AİLƏ ÜZVLƏRİNİN VƏZİYYƏTİ
haqqında Tədqiqata dair Hesabat
Pul köçürmələri məbləğinin az olması və bu köçürmələrin nadir hallarda baş verməsi qadınları
ailələrindən kənarda iş axtarmağa məcbur edir, lakin onların savadsızlığı və ya hansısa peşə bacarıq-
larının olmaması işə düzəlmələrinə ciddi şəkildə maneçilik edir. Tədqiqat öz ailəsini maddi cəhətdən
təmin etmək məqsədilə iş axtarmaq üçün hər on qadından birinin evdar qadın kimi qalmaq istəmədiyini,
lakin yalnız bir qadının əmək müqaviləsi əsasında işə götürüldüyünü müəyyən etmişdir.
Azərbaycanda qalan qadınların üzləşdiyi əsas problemlərdən biri belə bir faktdan ibarətdir
ki, bəzi miqrant ərlər Azərbaycanda boşanmadan məskunlaşdıqları təyinat ölkəsində yeni ailə qur-
mağa müyəssər olurlar. Sorğuda iştirak etmiş ekspertlər hesab edirlər ki, bu problemin kökünü
Azərbaycanda mövcud olan və sözügedən miqrantların anaları tərəfindən “razılaşdırılmış nikah-
larda”, adət-ənənələrdə və dini baxışlarda axtarmaq lazımdır. Digər səbəblər bu cür miqrantların
məskunlaşdığı təyinat ölkələrində müşahidə olunan sosial-iqtisadi şəraitlə - daha yaxşı məşğulluq
imkanları ilə, onların adət-ənənələrdən azad olan cəmiyyətdə yaşamaları ilə, onlara yaxın qohumlar
tərəfindən təzyiqlərin azalması və s. ilə əlaqədardır.
Qadınların böyük əksəriyyəti miqrasiyanın ailədaxili əlaqələri dağıdan bir element olduğunu
əminliklə qeyd edir, baxmayaraq ki, bu proses, nisbətən az dərəcədə ailənin maddi imkanlarının yaxşı-
laşmasına da şərait yaradır. Həmin qadınlar xaricə getmiş insanlara yaxın ola bilməmələri səbəbindən
miqrasiyanı onlara əzab-əziyyət gətirən bir fenomen kimi qələmə verirlər. Miqrasiya onların heç
kimlə bölüşmək istəmədikləri mənfi bir təcrübənin əmələ gəlməsinə gətirib çıxarır.
Miqrasiya və əlaqələrin olmaması sözügedən miqrantların Azərbaycanda qalan həyat yoldaşları
ilə yanaşı, uşaqlarına da mənfi təsir göstərir, çünki onların ata dəstəyi və münasibətinə ehtiyacı var.
Eyni zamanda, belə uşaqlardan bəziləri əvvəllər ev təsərrüfatlarında onların atalarına məxsus olmuş
vəzifələri öz üzərlərinə götürürlər (kənd təsərrüfatı işlərilə məşğul olma, mal-qaraya baxma, iş tapma
və s.). Bu isə təhsilə, oyuna və istirahətə ayrılan vaxtın azalmasına gətirib çıxarır. Bununla əlaqədar
olaraq, bu cür ailələrdən olan uşaqlar təhsildə yaxşı nailiyyətlər əldə etmək və ya gələcək sosial
fəallıqları üçün təhsildən lazımı qaydada faydalanmaq üçün nisbətən az imkanlara malik olurlar.
5
Aparılmış sorğu nəticəsində əldə olunan məlumatlar xaricdəki azərbaycanlı miqrantların
Azərbaycanda qalan həyat yoldaşlarının bəzilərinin yaşlı ailə üzvlərinə də baxdığını nümayiş etdirir.
Əksər hallarda ailənin yaşlı üzvləri belə qadınlara kömək edir (ev işlərini görür, ailəyə maddi yardım
edir, uşaqlara baxır və s.) və ya bəzən həmin qadınlar onlara kömək edirlər. Nadir hallarda ailənin
yaşlı üzvləri Azərbaycanda qalan müvafiq ailələrə heç bir köməklik göstərmirlər.
Azərbaycana xas olan digər vacib bir məsələ gender bərabərliyi ilə qəbul olunmuş əlaqədar qa-
nunlar arasında mövcud olan uyğunsuzluqlarla və insanların çox ləng dəyişən mentalitetilə əlaqədardır.
Gender bərabərliyi və qadınların hüquqları kontekstində Azərbaycan Respublikası qadınların hüquq-
larının müdafiə olunması, həmçinin gender ayrı-seçkiliyinin bütün formalarını ləğv etməklə və bərabər
imkanlar yaratmaqla gender bərabərliyinin təmin edilməsi məqsədi daşıyan tədbirləri nəzərdə tutan
mühüm addımlar atmışdır (“Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haq-
qında” Konvensiya,“Qadınların siyasi hüquqları haqqında” Konvensiya, “Nikaha daxil olma, nikaha
daxil olmaq üçün minimal yaş həddi, nikahların qeydə alınması haqqında” Konvensiya, “Gender (kişi
və qadınların) bərabərliyinin təminatları haqqında” Qanun kimi hüquqi sənədlər qəbul edilmişdir).
Lakin faktiki olaraq gender bərabərliyi xüsusən də kənd yerlərində müşahidə olunmur.
Bir çox halda mövcud stereotiplər qadınların hüquqlarının pozulması ilə nəticələnir. Ailədaxili
və dini adət-ənənələr gender siyasətinin həyata keçirilməsi istiqamətində, xüsusilə də qadınlara bö-
yük təsir göstərən kənd icmalarında əsas maneələrdən hesab olunur.
5
Burada sosial dəyişiklik anlayışı insanların cəmiyyətdə tutduğu mövqelərində baş verən dəyişikliyi (bir işdən başqa
işə, bir sosial qrupdan və ya təbəqədən digərinə keçmə), həmçinin ailələr daxilində nəsillərin statusunda müşahidə olunan
dəyişiklikləri özündə əks etdirir. Bu cür dəyişiklik şaquli (insanların bir sosial-iqtisadi səviyyədən daha yüksək və ya aşa-
ğı səviyyəyə keçməsi) və ya üfqi şəkildə (eyni sosial səviyyədə olan bir mövqeydən digərinə keçid) baş tuta bilər.