14
AZƏRBA
YCANDAN KƏNARDA
İŞLƏYƏN VƏ
YAŞA
YAN
AZƏRBA
YCANLI MİQRANTLARIN
AZƏRBA
YCANDA
QALAN HƏY
AT
YOLDAŞLARI VƏ DİGƏR
AİLƏ ÜZVLƏRİNİN VƏZİYYƏTİ
haqqında Tədqiqata dair Hesabat
I. AZƏRBAYCAN ReSPUBLİKASINDA MİQRASİYA PROSeSLƏRİ:
TeNDeNSİYALAR VƏ xÜSUSİYYƏTLƏR
(köməkçi mənbələrin nəzərdən keçirilməsi)
1.1. SSRİ-nin süqutundan sonra baş verən miqrasiya mərhələləri və axınları
1991-ci ildən bu günədək Azərbaycanda müxtəlif miqrasiya axınları müşahidə olunmaqdadır:
xarici/daxili, daimi/müvəqqəti, qanuni/qeyri-qanuni. Azərbaycanın müstəqilliyi dövründə (1991-ci
ildən bu günədək) baş verən miqrasiya proseslərini mahiyyətcə 3 mərhələyə bölmək olar.
12
1990-1995-ci illəri əhatə edən 1-ci mərhələ ermənilərin və azərbaycanlıların yerdəyişmələrinə
təsir etmiş Dağlıq Qarabağ münaqişəsi səbəbindən etnik xarakter daşıyan məcburi miqrasiya dövrü
kimi təsvir oluna bilər. Sovet İttifaqının dağılması və bununla əlaqədar baş verən iqtisadi çətinliklər
milliyətcə rusların, yəhudilərin və digər milli azlıqların Azərbaycandan emiqrasiyasına təkan vermiş-
dir. Məhz bu səbəblərə görə miqrasiyanın 1-ci mərhələsi daimi miqrasiya prosesləri ilə xarakterizə
olunur.
13
1996-cı ildən 2000-ci ilədək baş verən miqrasiya proseslərinin 2-ci mərhələsi ilk növbədə
iqtisadi amilllərin təsiri altında formalaşırdı. İşsizlik və əmək haqlarının aşağı olması çoxlu sayda
azərbaycanlı miqrantın iş axtarışında qonşu ölkələrə üz tutmağa vadar edən əsas faktorlardır.
Miqrasiyanın 3-cü mərhələsi 2001-ci ildən bu günədək davam edir. Bu dövr emiqrasiya
axınlarının stabilləşməsi tendensiyası ilə səciyyələndirilə bilər. Daha konkret desək, əldə olunmuş
məlumatlar emiqrasiya axınının azalmasını nümayiş etdirir. Eyni zamanda, iqtisadi inkişaf və neft
sektorunda artmaqda olan iqtisadi fəallıq immiqrasiya axınlarının intensivləşməsilə nəticələnmişdir.
Tədricən Azərbaycan əcnəbi işçilərin təyinat ölkəsinə çevrilməkdədir.
14
Cədvəl 1. Azərbaycan Respublikasının əhalisi və onun iqtisadi fəallığı
15
12
SİAM, A. Allahverənov, E. Hüseynov “Avropa Birliyi və Şərq Tərəfdaşlığı Ölkələri arasında əmək miqrasiyasının
dəyəri və faydası: Azərbaycan üzrə Ölkə Hesabatı”, səh.27. 2013-cü il.
A. Allahverənov, R. Əliyeva, T. Sadıqov “Mərkəzi və Şərqi Avropada miqrasiyanın və kənd-şəhər miqrasiyasının sosial
təsiri. Azərbaycan üzrə Ölkə Hesabatı”, səh.5.Aprel 2012-ci il.
13
SİAM, A. Allahverənov, E. Hüseynov “Avropa Birliyi və Şərq Tərəfdaşlığı Ölkələri arasında əmək miqrasiyasının
dəyəri və faydası: Azərbaycan üzrə Ölkə Hesabatı”, səh.27. 2013-cü il.
14
IREX, I. Qanquli “Azərbaycanda miqrasiya prosesləri: təyinat ölkəsinə keçid?” səh.1.Harvard Universiteti, 2010-cu
il.
15
2013-cü il iyulun 10-da baxılmış “http://www.azstat.org/publications/azfigures/2012/en/005en.shtml,” saytı.
Mənbə: Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi
15
AZƏRBA
YCANDAN KƏNARDA
İŞLƏYƏN VƏ
YAŞA
YAN
AZƏRBA
YCANLI MİQRANTLARIN
AZƏRBA
YCANDA
QALAN HƏY
AT
YOLDAŞLARI VƏ DİGƏR
AİLƏ ÜZVLƏRİNİN VƏZİYYƏTİ
haqqında Tədqiqata dair Hesabat
1.2. emiqrasiyaya aid məlumatlar və statistik rəqəmlər
Azərbaycan Respublikasında emiqrasiyaya aid məlumatların mövcudluğu və etibarlılığı ilə bağlı
müəyyən məhdudiyyətlər mövcuddur. Müxtəlif müəlliflər (A.Allahverənov, R.Əliyeva, E.Hüseynov
və s.) Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi tərəfindən təqdim olunan rəqəmlərdə
ölkədən gedən real axınların kifayət qədər əks olunmadığını qeyd edirlər, çünki bu rəqəmlər xaricə
daimi yaşayış üçün getmək məqsədilə qeydiyyatdan çıxan şəxslərin sayını göstərir və bununla da
xaricə işləmək üçün müvəqqəti emiqrasiya edən və daimi yaşayış yerlərindən qeydiyyatdan çıxma-
yanları nəzərə almırlar.
16
AVROSTAT, İƏİT, BMT-nin Əhali Məsələləri üzrə Bölməsi və Dünya Ban-
kı kimi təşkilatların məlumat bazaları miqrasiya axınları haqqında alternativ informasiya mənbələri
hesab olunsa da bu təşkilatlar tərəfindən təqdim olunan məlumatlarda həmişə müfəssəl olmur və
əksər hallar da bir-birilə ziddiyyət təşkil edir.
Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi tərəfindən təqdim olunan rəsmi
məlumatlara əsasən daimi yaşayış məqsədilə Azərbaycandan xaricə emiqrasiya axınları azalmaq-
dadır: 1990-cı ildə ölkəni bu məqsədlə 137.900 nəfər tərk etmişdirsə, 2011-ci ildə bu rəqəm 500-ə
bərabər idi (Diaqram 1-ə baxın). Bu müddət ərzində Azərbaycanı tərk edərək xaricdə məskunlaşmış
insanların sayı 448.700-ə bərabərdir.
Müvəqqəti miqrasiya miqrasiyanın ən geniş yayılmış formalarından biridir. Miqrasiyanın bu
forması əsasən iqtisadi xarakter daşıyır və müxtəlif növlərdə, o cümlədən, ticarət məqsədilə miqrasi-
ya şəklində və qanuni və ya qanunsuz əmək miqrasiyası kimi baş verə bilər.
Müşahidə olunan kütləvi iqtisadi miqrasiya axınlarına baxmayaraq, Azərbaycan Respublikası-
nın xaricdə işləyən vətəndaşlarının sayı barədə dəqiq statistik məlumatlar bu ölkədə demək olar ki,
mövcud deyil. Mövcud olan məlumatlar isə natamam xarakter daşıyır.
Dünya Bankının hesablamalarına əsasən 2010-cu il üçün Azərbaycandan getmiş emiqrantların
sayı 1.432.600-ə bərabəridi (əhalinin 16.0%)
17
. Bu təşkilatın məlumatlarına görə Azərbaycan emiq-
Diaqram 1. xaricdə daimi yaşayış məqsədilə
Azərbaycan Respublikasından emiqrasiya (min nəfər)
Mənbə: Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi
16
SİAM, A. Allahverənov, E. Hüseynov
“Avropa Birliyi və Şərq Tərəfdaşlığı Ölkələri arasında əmək miqrasiyasının
dəyəri və faydası: Azərbaycan üzrə Ölkə Hesabatı”, səh.29-30. 2013-cü il və A. Allahverənov, R. Əliyeva, T. Sadıqov
“Mərkəzi və Şərqi Avropada miqrasiyanın və kənd-şəhər miqrasiyasının sosial təsiri. Azərbaycan üzrə Ölkə Hesabatı”,
səh.5. Aprel 2012-ci il.
17
Dünya Bankı
“Miqrasiya və pul köçürmələrinə dair 2011-ci il üzrə Faktlar Toplusu” səh.65.