125
Baxmayaraq ki, siyasi motivlərlə həbsxanaya salmalar müxtəlif dünya
ölkələrində, habelə Fransada nadir hal deyildir və siyasi məhbusları başqa
ittihamlardan fərqləndirmək məqsədilə bir sıra müəyyən doktrinaya aid və
təcrübəyə uyğun olan cəhdlər atılmışdır, "siyasi məhbus" anlayışına hələ ki dəqiq
və mübahisəsiz aydınlıq verilməmişdir, habelə beynəlxalq sənədlərdə də müəyyən
edilməmişdir. Bundan əlavə, Avropa İnsan Hüquqları Məhkəməsinin Hüquq
Məcəlləsində belə anlayış yoxdur. Çox təəssüf, lakin Avropa Şurasının ekspertləri
(cənab S.Tresel başda olmaqla) tərəfindən "siyasi məhbus" anlayışını
müəyyənləşdirən beş kriteriya hər hansı konkret bir ölkəyə aid ola bilməz.
"Avropa Şurasının üzvü olan ölkədə hətta bir siyasi məhbusun olmasının
həddən çox olduğunu" (cənab V.Şvimmer) bəyan edən, mütləq ədalətli bir tezisin
yerinə yetirilməsi ətrafında davam edən müzakirələrin gedişində "siyasi məhbus"
terminin keçmiş siyasətçilərin törətdikləri ciddi cinayət xarakterli qanun
pozuntularının pərdələnməsi məqsədilə istifadə etmək üçün qərəzli cəhdlər
göstərilmişdir. "Siyasətçi-məhbus" və "siyasi məhbus" anlayışları arasında hədlər
müəyyən edilmədiyi üçün müxtəlif insan hüquq təşkilatları tərəfindən "siyasi
məhbus" kimi təqdim edilən şəxslərin sayı subyektiv mülahizələr və həmçinin
siyasi motivlər əsasında artırıla və ya azaldıla bilər. Həmişə yadda saxlamaq
lazımdır ki, "siyasi məhbus" anlayışı hamı tərəfindən qəbul edilmiş hüquq və insan
hüquqları prinsiplərinə, xüsusilə də hamının qanun və məhkəmə qarşısında
bərabərliyi prinsipinə, "res çudicata" və digər fundamental hüquq qaydalarına xələl
gətirməməlidir.
"Siyasi məhbus" məfhumunun birinci hissəsi bu anlayışın siyasi xarakterini
göstərir, ikinci hissəsi isə onun hüquqi aspektini özündə saxlayır. Buna görə də bu
anlayışın parametrləri təsnif edilərkən xalis hüquqi və ya xalis siyasi yanaşma
müsbət nəticə verməyəcəkdir və bu iki yanaşma üsulunun sərhəd xəttinə əsaslanan
müvafiq kriteriyalar axtarılmalıdır.
"Siyasi məhbus" ideyası ətrafında gedən çoxsaylı mübahisələrə son
qoymağın yeganə yolu bu məsələnin siyasi müzakirələrdən hüquqi çərçivə hədləri
daxilinə köçürülməsi və hamı tərəfindən qəbul edilə bilən və hüquqi cəhətdən
icbari olan kriteriyaların müəyyənləşməsidir. Bu deyilmiş termin üçün dəqiq
müəyyənləşdirilmiş kriteriyaların zəruriliyi məsələsi hər dəfə Avropa Şurası
hüdudları daxilində "Avropada siyasi məhbuslar", "Ukraynada siyasi məhbuslar"
kimi adlandırılmış müvafiq sənədlər qarşıya qoyulduğu zaman qaldırılır.
Yuxarıdakıları nəzərə almaqla assambleya tövsiyə edir: Görkəmli
hüquqşünasların iştirakı ilə assambleyanın himayəsi altında kollokvium
keçirilməsi;
Siyasi işlər komitəsində və assambleyanın Siyasi işlər və insan hüquqları
komitəsində "siyasi məhbus" termini üçün aydın ifadə edilmiş hüquqi kriteriyaların
müəyyənləşdirilməsi məsələsi üzrə xüsusi müzakirələrin təşkil edilməsi;
Bu kriteriyaların assambleya tərəfindən qəbul ediləcək xüsusi qətnamədə
təsdiq edilməsi.
126
İmzalayanlar — 14 nəfər.
XV. Nazirlər Komitəsinin fəaliyyətinin koordinasiya edilməsinə dair
müzakirə
Sənəd 9752
Hazırda İraqda keçmiş müharibə məsələsinin dünya ictimaiyyətinin, o
cümlədən Avropa Şurasının gündəlik mövzusunun əsas hissəsi olduğunu nəzərə
almaqla,
Avropa Şurasının İraqda olan vəziyyətə öz münasibətini artıq bir neçə dəfə
bəyan etdiyini nəzərdən keçirməklə,
Nazirlər Komitəsinin, demək olar ki, bütün Avropa ölkələrini daxil edən
Avropa Şurasının əsas siyasi orqanı olmadığı və hələ ki bu məsələyə dair heç bir
bəyannaməni hazır etmədiyi amilini qeyd etməklə,
Nazirlər Komitəsinin sədrinə, komitənin Avropa ictimaiyyətinin əsas
problemi olan bu məsələyə dair hər hansı mövqeyi qəbul etməsi barədə sual
vermək istərdi.
XVI. Ölüm cəzasının ləğv edilməsi öhdəliyinin yerinə yetirilməməsinə dair
Avropa Şurasında iştirakçı ölkələrin məsuliyyətləri
Sənəd 9784
Avropa Şurasının bir çox iştirakçı ölkələri ölüm cəzasını artıq ləğv etmiş,
qalan hissəsi isə ölüm cəzasının hətta müharibə dövründə ləğv olunmasına dair
İnsan Hüquqları Avropa Konvensiyasının 13 saylı Protokolunun təsdiqedilmə
mərhələsindədir. Lakin üzərinə ölüm cəzasının ləğv olunmasına dair rəsmi öhdəlik
götürən bəzi dövlətlər bu günə qədər həmin öhdəliyi yerinə yetirməmiş və həmin
dövlətlərin Avropa Şurası ailəsinə daxil olması narahatlıq hissi doğurur. Ölüm
cəzasının ləğv olunmasından dövrün demokratik inkişafa sadiq və insan hüquqları
prinsiplərinə hörmət bəsləyərək ölüm cəzası mexanizminin ölkə daxilində təzyiq
və qorxutma məqsədilə istifadə edən dövlət tərəfindən uydurma olaraq uzadılması
mənfi bir haldır. Ermənistan Respublikası mənfi nümunələrdən biri ola bilər.
25 yanvar 2001-ci il tarixdə Avropa Şurasına daxil olarkən Ermənistan
Respublikası üzərinə götürdüyü əsas öhdəliklərdən biri həmin ölkədə ölüm
cəzasının ləğv olunmasına dair İnsan Hüquqları Avropa Konvensiyasının 6 saylı
Protokolunun təsdiq edilməsi olmuşdur. Onu da demək lazımdır ki, Ermənistan
Respublikası bu sözü başqa beynəlxalq təşkilatlardan əvvəl vermişdi. 1998-ci ilin
oktyabr ayında Cenevrədə, BMT-də Ermənistan nümayəndəsi İnsan hüquqları
komitəsinə bildirmişdir ki, onun ölkəsində ölüm cəzasının ləğv olunması 1 yanvar
1999-cu il tarixdən qüvvəyə minəcəkdir.
26 sentyabr 2002-ci ildə keçirilən Avropa Şurasının Parlament
Assambleyasının payız iclasında Ermənistan Respublikasının üzərinə götürdüyü
öhdəlikləri yerinə yetirməməsi məsələsi müzakirə olunmuş və Ermənistan 6 saylı
Protokolun təsdiq olunmamasına dair məsələ ilə bağlı tənqid olunmuşdu.
127
Vəkillərin bir çoxu Ermənistan tərəfindən ölüm cəzasının ləğv olunmaması
məsələsi ilə bağlı Ermənistana təzyiq göstərmək təklifi ilə çıxış etdi və son tarix
2003-cü il yanvar ayına müəyyən olundu. Lakin prinsiplər məsələsinə daha liberal
mövqedən yanaşdılar. Son tarixə qədər ölüm cəzasını ləğv etməyən ölkə üçün
2003-cü il iyun ayı müəyyən olundu.
Hadisələrin gedişini izləyərək demək olar ki, Ermənistan hətta etibar
olunmuş uzadılmış müddət dövründə də ölüm cəzasının ləğv olunması niyyətində
deyil. 25 may 2003-cü il tarixində ölkədə parlament seçkiləri keçiriləcək, yeni
parlamentin qurulması, ölüm cəzasının ləğv olunması və 6 saylı Protokolun təsdiq
olunması uzun sürəcək, o cümlədən Ermənistan qanunvericilik sistemində
dəyişikliklər də uzun bir müddət tələb edəcəkdir.
Beləliklə, Ermənistan Avropa Şurası Assambleyasının iyunda keçiriləcək
sessiyasına assambleya tərəfindən qoyulmuş şərtləri yerinə yetirməmiş gələcəkdir.
Əlbəttə, Ermənistan həmin öhdəlikləri yerinə yetirmə müddətini uzadaraq hər hansı
siyasi motivləri izləyir və Avropa Şurasının əsas prinsiplərə dair tələblərinə
etinasız münasibəti yenə də narahatlıq hissləri doğurur.
Yuxarıda qeyd edilənləri nəzərə alaraq assambleya qərara alır:
Ermənistan Respublikasının üzərinə götürdüyü ölüm cəzasının ləğv
olunması ilə bağlı öhdəliklərini müəyyən olunmuş tarix — 2003-cü il iyun ayına
qədər yerinə yetirmədiyi halda Ermənistana qarşı təcili olaraq müvafiq tədbirlər
görmək;
hazırkı problemin əhəmiyyətini nəzərə alaraq, hesab edilir ki, bu məsələ
müvafiq komitələrdə təcili olaraq müzakirə olunmalıdır;
Nazirlər Komitəsinin səlahiyyətləri çərçivəsində sistemli olaraq hər hansı
öhdəliklərin yerinə yetirilməsindən boyun qaçıran ölkədə müvafiq tədbirlər
görmək.
İmzalayanlar — 26 nəfər.
128
ƏLAVƏ – 2
Avropa Şurası Parlament Assambleyasının sədr müavini
və büro üzvü, Azərbaycan Parlamentinin AŞ PA-dakı
nümayəndə heyətinin başçısı, millət vəkili
İlham Əliyevin qurumun iclaslarında çıxışları
Azərbaycan Parlamentinin AŞ PA-dakı nümayəndə heyətinin başçısı, millət
vəkili İlham Əliyevin AŞ PA-nın "Avropanın iqtisadi və qlobal mütəşəkkil
cinayətkarlıq ilə mübarizəsi" iclasının 1-ci forumunda çıxışı (24.04.2001-ci il).
İlham Əliyevin AŞ PA-nın 2001-ci il payız sessiyasında gündəlikdəki
"Birləşmiş Ştatlara qarşı törədilmiş terror aktları" məsələsinin müzakirəsində
çıxışı (25.09.2001-ci il).
İlham Əliyevin Azərbaycanın Avropa Şurasına daxil olmasının ildönümünə
həsr edilmiş təntənəli mərasimdə çıxışı (23.01.2002-ci il).
İlham Əliyevin AŞ PA-nın 2002-ci il qış sessiyasında gündəlikdəki
"Terrorizmə qarşı mübarizə və insan hüquqlarına hörmət" məsələsinin
müzakirəsində çıxışı (24.01.2002-ci il).
İlham Əliyevin Bakıda keçirilmiş AŞ PA-nın İqtisadi məsələlər və
inkişaf komitəsinin iclasında çıxışı (30.05.2002-ci il).
İlham Əliyevin Bakıda keçirilmiş AŞ PA-nın İqtisadi məsələlər və inkişaf
komitəsinin iclası çərçivəsində "Avropa və Xəzərin enerji ehtiyatlarının inkişafı"
mövzusunda beynəlxalq seminarda çıxışı (01.06.2002-ci il).
İlham Əliyevin AŞ PA-nın 2002-ci il yay sessiyasında gündəlikdəki
"Ermənistan, Azərbaycan və Gürcüstanda qaçqınların və məcburi köçkünlərin
vəziyyəti" məsələsinin müzakirəsində çıxışı (27.06.2002-ci il).
Azərbaycanın parlament nümayəndə heyətinin Strasburqda Avropa
Şurasının mətbuat mərkəzində keçirdiyi mətbuat konfransında İlham Əliyevin
çıxışı (26.06.2002-ci il).
İlham Əliyevin AŞ PA-nın 2002-ci il payız sessiyasında gündəlikdəki
"İqtisadi əməkdaşlıq və inkişaf təşkilatı və dünya iqtisadiyyatı" məsələsinin
müzakirəsində çıxışı (25.09.2002-cı il).
İlham Əliyevin AŞ PA-nın 2002-ci il payız sessiyasında gündəlikdəki
" Ermənistanın Avropa Şurası qarşısında öhdəlikləri yerinə yetirməsinin
müzakirəsi" ətrafında çıxışı (26.09.2002-ci il).
İlham Əliyevin AŞ PA-nın 2002-ci il payız sessiyasında gündəlikdəki
"Azərbaycanın Avropa Şurası qarşısında öhdəlikləri yerinə yetirməsinə dair"
məsələsinin müzakirəsində çıxışı (26.09.2002-ci il).
İlham Əliyevin AŞ PA-nın 2003-cü il payız sessiyasında gündəlikdəki
"Cənub-Şərqi Avropa üçün sabitlik paktının imkanları" məsələsinin müzakirəsində
çıxışı (27.01.2003-cü il).
129
AŞ PA-nın sədr müavini və büro üzvü İlham Əliyevin AŞ PA-nın 2003-cü
il yaz sessiyasında gündəlikdəki "Ermənistanda prezident seçkilərinin nəticələri"
ilə bağlı müzakirələrdə çıxışı (31.03.2003-cü il).
İlham Əliyevin AŞ PA-nın 2003-cü il yaz sessiyasında gündəlikdəki
"Avropa və Xəzər dənizi regionunda enerji ehtiyatlarının inkişafı" ilə bağlı
məsələnin müzakirəsində çıxışı (02.04.2003-cü il).
İlham Əliyevin AŞ PA-nın 2003-cü il yay sessiyasında gündəlikdəki
"Azərbaycanda siyasi məhbuslar məsələsi"nin sessiyanın gündəliyindən
çıxarılması təklifi ilə bağlı çıxışı (23.06.2003-cü il).
İlham Əliyevin AŞ PA-nın 2003-cü il yay sessiyasında gündəlikdəki
"Avropada muxtar vilayətlərin müsbət təcrübəsi" məsələsi ilə bağlı müzakirələrdə
çıxışı (24.06.2003-cü il).
Avropa Şurasının əsas günləri
5 may 1949 - Avropa Şurasını təsis edən London müqaviləsi on dövlət
tərəfindən imzalanmışdır: Belçika, Danimarka, Fransa, İrlandiya, İtaliya,
Lüksemburq, Niderland, Norveç, İsveç və Böyük Britaniya.
4 noyabr 1950 - Romada insan hüquqlarının qorunmasını təmin edən
ilk beynəlxalq hüquqi vasitə olan Avropa Şurasının İnsan hüquqlarının və əsas
azadlıqların qorunması üzrə Konvensiyasının imzalanması.
19 dekabr 1954 - Avropa Şurasının Təhsil, mədəniyyət, gənclər və
idman sahəsində fəaliyyətini formalaşdıran Avropa Mədəniyyət Konvensiyasının
imzalanması.
16 aprel 1956 - Köçmə Fondu (hazırda Avropa Şurasının İnkişaf Bankı)
üzv dövlətlərə sosialyönümlü layihələrə yardım etmək üçün təsis olunub.
12 yanvar 1957 - Avropa Şurası tərəfindən yerli və regional hakimiyyət
nümayəndələrini bir yerə toplamaq məqsədilə Avropa Yerli və Regional
Hakimiyyətlərinin Daimi Konfransı (hazırda Avropa Şurası Yerli və Regional
Hakimiyyətlər Konqresi) yaradılmışdır.
18 oktyabr 1959 - Avropa İnsan Hüquqları Konvensiyasına uyğun olaraq
üzv dövlətlər tərəfindən götürülən öhdəliklərin yerinə yetirilməsini təmin etmək
məqsədilə təşkilat tərəfindən Strasburqda Avropa İnsan Hüquqları Məhkəməsi təsis
edilib.
18 oktyabr 1961 - Turində Avropa İnsan Hüquqları Konvensiyasının
iqtisadi və sosial tərəfdaşı olan Avropa Sosial Xartiyası imzalanıb.
1 iyun 1972 - Avropa Şurasının Strasburqda (Fransa) ilk Avropa Gənclər
Mərkəzi açılıb.
26 noyabr 1987 - Avropa Şurası tərəfindən hazırlanmış İşgəncə və qeyri-
insani və ya alçaldıcı hərəkət və ya qarşısının alınması üzrə Avropa
Konvensiyasının imzalanması.
130
8 iyun 1989 - Demokratiya yolunda inkişaf edən ölkələrlə daha yaxın
əlaqələr qurmaq üçün Avropa Şurası Parlament Assambleyası nəzdində xüsusi
qonaq
statusu təsis edilib.
30 aprel 1990 - Lissabonda (Portuqaliya) Avropa Şurasının Şimal-Cənub
Mərkəzi açılıb.
10 may 1990 - Demokratiyada hüquqi təminatlar məsələləri ilə məşğul
olmaq məqsədilə Hüquq vasitəsilə demokratiya uğrunda Avropa Komissiyası
(Venesiya Komissiyası) təsis olunub.
6 noyabr 1990 - Keçmiş Sovet blokundan olan ilk ölkənin — Macarıstanın
Avropa Şurasına üzv olması.
Sentyabr 1991 - Avropa İttifaqının dəstəyi ilə Avropa İrsi Günlərinin təsis
olunması.
8 və 9 oktyabr 1993 - Vyanada (Avstriya) keçirilən Avropa Şurası üzv
dövlətlərinin dövlət və hökumət başçılarının birinci sammiti təşkilatın pan-
avropa imkanlarına malik olmasını təsdiq edən və milli azlıqların
müdafiəsində, irqçiliyin, ksenofobiyanın və dözümsüzlüyün bütün formalarına
qarşı mübarizə yeni siyasi prioritetləri müəyyən edən bəyannamə qəbul edib.
17 yanvar 1994 - Nazirlər Komitəsi tərəfindən Avropa Yerli və Regional
Hakimiyyətlər Daimi Konfransını əvəz edən Avropa Şurası Yerli və Regional
Hakimiyyətlər Konqresi yaradılıb.
1 fevral 1995 - Avropa Şurası tərəfindən hazırlanan Milli azlıqların
müdafiəsi üzrə Çərçivə Konvensiyasının imzalanması.
15 dekabr 1995 - Avropa Şurasının Budapeştdə (Macarıstan) ikinci
Avropa Gənclər Mərkəzinin açılması.
28 fevral 1996 - Rusiya Avropa Şurasına üzv olur.
4 aprel 1997 - İnsan hüquqları və biotibb üzrə Avropa Konvensiyasının
imzalanması.
10 və 11 oktyabr 1997 - Strasburqda (Fransa) keçirilən Avropa Şurası üzv
dövlətlərinin dövlət və hökumət başçılarının ikinci sammiti.
12 yanvar 1998 – İnsanların klonlaşdırılmasını qadağan edən İnsan
hüquqları və biotibb üzrə Avropa Konvensiyasına olan Əlavə Protokolun
imzalanması.
1 noyabr 1998 - Avropa İnsan Hüquqları Konvensiyasına olan 11 saylı
Protokola əsasən Strasburqda yeganə daimi Avropa İnsan Hüquqları Məhkəməsi
təsis edilib.
5 may 1995 - Avropa Şurasının 50 illiyi.
4 noyabr 2000 - Avropa İnsan Hüquqları Konvensiyasının 50 illiyi.
25 yanvar 2001 - Azərbaycan və Ermənistan Avropa Şurasına üzv olub.
23 noyabr 2001 - Kibercinayət üzrə Konvensiyanın imzalanması.
24 aprel 2002 - Bosniya və Herseqovina Avropa Şurasına üzv olub.
131
2 may 2002 - Bütün hallarda ölüm hökmünü qadağan edən insan hüquqları
üzrə Avropa Konvensiyasına olan 13 saylı Protokolun imzalanması.
15 iyul 2002 - İnsan hüquqları və terrorizmə qarşı Mübarizə
Təlimatının qəbulu.
28 yanvar 2003 - Kompüter sistemləri vasitəsilə irqçi və ksenofobiya
xarakterli cinayətlərin baş verməsi ilə bağlı Kibercinayət üzrə Konvensiyaya
olan Əlavə Protokolun imzalanması.
3 aprel 2003 - Serbiya Avropa Şurasına üzv olub.
15 may 2003 - Terrorizmin tətbiqi üzrə Avropa Konvensiyasını
dəyişən Protokolun imzalanması.
5 oktyabr 2004 - Monako Avropa Şurasına üzv olub.
15 və 16 may 2005 - Varşavada (Polşa) keçirilən Avropa Şurası üzv
dövlətlərinin dövlət və hökumət başçılarının sammiti.
13 dekabr 2005 - Avropa bayrağının 50 illiyi.
132
MÜNDƏRİCAT
Ön söz
I fəsil. Avropa Şurası: ümumi məlumat
§ 1. Tarixi baxış
§ 2. Avropa Şurasının strukturu
§ 3. Avropa Şurasının fəaliyyət istiqamətləri
II fəsil. Azərbaycan Respublikası ilə Avropa Şurası
arasında əməkdaşlığın inkişaf dinamikası
§ 1. I mərhələ
§ 2. II mərhələ
§ 3. III mərhələ
III fəsil. Azərbaycan parlament nümayəndə heyətinin Avropa Şurası
Parlament Assambleyasındakı uğurlu fəaliyyətinin İlham Əliyev dövrü
IV fəsil. Avropa Şurası qarşısında götürülmüş öhdəliklər kontekstində
əməkdaşlıq
Nəticə
Avropa Şurasının tarixi günləri
133
Texniki redaktor: Vüsal Quliyev
Səhifələyici: Cəbrayıl Təhməzov
Üz qabığının müəllifi: Novruz Novruzov
Korrektor: Kəmalə Cəfərova
Azərbaycan və Avropa Şurası (Avropa Şurasının 60 illik yubileyinə həsr
olunur)
Çapa imzalanmışdır: 10.12.2009.
Formatı 60x84 1/16. Həcmi 15 ç.v.
Sifariş 256. Tiraj 1000.
CBS
POLYGRAPHİC PRODUCTİON
mətbəəsində çap olunmuşdur
Dostları ilə paylaş: |