Bu sahədə dövlət nəzarətini müvafiq icra hakimiyyəti orqanları
[Azərbaycan
Respublikası Nazirlər Kabineti yanında Meliorasiya və Su Təsərrüfatı Komitəsi,
«Azərbmeşə» İstehsalat Birliyi və Azərbaycan Respublikasının Dövlət Ekologiya və
Təbiətdən İstifadəyə Nəzarət Komitəsi]
səlahiyyətləri daxilində həyata keçirirlər.
Meşə fondunun vəziyyətinə, istifadəsinə, mühafizəsinə, qorunmasına və meşələrin
bərpasına dövlət nəzarətinin həyata keçirilməsi qaydası Azərbaycan Respublikasının
müvafiq icra hakimiyyəti orqanı
[Azərbaycan Respublikasının Nazirlər Kabineti]
tərəfindən müəyyən edilir.
Maddə 46. Meşə fondunun mühafizəsinə tələblər
Meşə fondunun mühafizəsi dövlət tərəfindən həyata keçirilir.
Bu məqsədlə aşağıdakı tədbirlər görülür:
meşə fondunun vəziyyətinə, istifadəsinə, mühafizəsinə, qorunmasına, meşələrin
bərpasına nəzarətin təşkili;
meşə fondundan istifadə edilməsi, onun mühafizəsi, qorunması, bərpası sahəsində
hüquq pozuntularının qarşısının alınması, onların aradan qaldırılması;
təqsirkar fiziki və hüquqi şəxslərin qanunvericilikdə
müəyyən edilmiş qaydada
məsuliyyətə cəlb edilməsi;
meşə fonduna zərər vuran təsərrüfat və başqa fəaliyyət növlərinin
məhdudlaşdırılması, dayandırılması, qadağan edilməsi;
Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər tədbirlərin
həyata keçirilməsi.
Meşə fondunun mühafizəsinin təşkili Azərbaycan Respublikasının müvafiq icra
hakimiyyəti orqanı
[Azərbaycan Respublikasının Nazirlər Kabineti]
tərəfindən müəyyən
edilir.
V fəsil. Meşələrin və meşə bitkiləri ilə örtülü olmayan
meşə fondu torpaqlarının istifadəsi, mühafizəsi,
qorunması və bərpası
Maddə 47. Meşədən istifadəyə qoyulan əsas tələblər
Meşədən istifadəyə qoyulan əsas tələblər aşağıdakılardır:
meşələrdən fasiləsiz və səmərəli istifadə;
əhalinin sağlamlığının qorunması, ətraf mühitin yaxşılaşdırılması və
iqtisadiyyatın inkişafı üçün meşələrin mühityaradıcı, suyu mühafizə, qoruyucu və
digər funksiyalarının saxlanması və gücləndirilməsi;
meşədən istifadə qaydalarının meşələrin əhəmiyyətindən, yerinə yetirdikləri
funksiyalarından, yerləşməsindən, təbii və iqtisadi şəraitdən asılı olaraq
müəyyənləşdirilməsi;
meşələrin bərpası üçün şəraitin yaradılması;
meşədən istifadənin ödənişli olması;
meşədən istifadənin elmi cəhətdən əsaslandırılmış normalarına riayət edilməsi.
Maddə 48. Meşə fondundan istifadə növləri
Meşə fondundan istifadə növləri aşağıdakılardır:
oduncaq tədarükü;
ikinci dərəcəli meşə ehtiyatları tədarükü (kötük, lif, qabıq və başqaları);
meşədən əlavə istifadə (ot çalını, pətəklərin və arıxanaların yerləşdirilməsi, yabanı
meyvə, göbələk, giləmeyvə, qərzəkli və digər məhsullar, palıd qozası,
dərman
bitkiləri, texniki xammal, mamır, meşə döşənəyi, tökülmüş yarpaq, qarğı, qamış,
gil və digərlərinin tədarükü və yığılması, müvafiq icra hakimiyyəti orqanı
[«Azərbmeşə» İstehsalat Birliyi]
tərəfindən təsdiq edilmiş siyahı ilə
müəyyənləşdirilən başqa əlavə istifadə);
elmi tədqiqat məqsədləri üçün;
mədəni-sağlamlaşdırma, turizm və idman məqsədləri üçün;
ovçuluq təsərrüfatı.
Meşə fondu sahələrindən istifadə meşə sərvətlərini götürməklə və ya götürmədən
həyata
keçirilə bilər.
Meşə fondu sahələri bir və ya bir neçə meşə istifadəçisinə bir və ya bir neçə növ əlavə
istifadə üçün verilə bilər.
Maddə 49. Meşə fondundan istifadə zamanı meşə istifadəçilərinin
hüquqları
Meşə fondundan istifadə zamanı meşə istifadəçiləri aşağıdakı hüquqlara malikdirlər:
onların istifadəsinə verilmiş meşə fondu sahələri barədə məlumat almaq;
müəyyən edilmiş həddə meşə fondundan istifadə;
meşədən istifadə müddətində meşə fondundan istifadə ilə bağlı məqsədlər üçün
müəyyən edilmiş qaydada tikililər, qurğular,
oduncaq saxlamaq üçün yerlər
düzəltmək;
Azərbaycan Respublikasının meşə qanunvericiliyinə zidd olmayan digər
hüquqlar.
Maddə 50. Meşə fondundan istifadə zamanı meşə istifadəçilərinin
vəzifələri
Meşə fondundan istifadə zamanı meşə istifadəçiləri aşağıdakılara əməl etməyə
borcludurlar:
meşə fondu sahələrindən Azərbaycan Respublikasının meşə qanunvericiliyinə
uyğun olaraq istifadə etmək;
meşə fondu sahələrinin (torpaqlarının) icarə müqaviləsinin, meşəqırma biletinin,
orderin, meşə biletinin şərtlərinə əməl etmək;
əhalinin sağlamlığına, ətraf mühitə ziyan vurmamaq;
meşə fondundan torpaq eroziyasına
səbəb olmayan, meşənin vəziyyətinə və
bərpasına, habelə suyun və digər təbii obyektlərin vəziyyətinə mənfi təsir
göstərməyən üsullarla istifadə etmək;
istifadəyə verilmiş meşə fondu sahələrində meşə yanğını təhlükəsizliyi
qaydalarına riayət etmək və həmin sahələrdə yanğın baş verməməsi üçün tədbir
görmək, meşə yanğını baş verdikdə onun söndürülməsini təmin etmək;