Azərbaycan Respublikasının Meşə Məcəlləsi



Yüklə 231,93 Kb.
Pdf görüntüsü
səhifə8/10
tarix18.04.2018
ölçüsü231,93 Kb.
#39328
1   2   3   4   5   6   7   8   9   10

Bu sahədə dövlət nəzarətini müvafiq icra hakimiyyəti orqanları 

[Azərbaycan 

Respublikası Nazirlər Kabineti yanında Meliorasiya və Su Təsərrüfatı Komitəsi, 

«Azərbmeşə» İstehsalat Birliyi və Azərbaycan Respublikasının Dövlət Ekologiya və 

Təbiətdən İstifadəyə Nəzarət Komitəsi]

 səlahiyyətləri daxilində həyata keçirirlər. 

Meşə fondunun vəziyyətinə, istifadəsinə, mühafizəsinə, qorunmasına və meşələrin 

bərpasına dövlət nəzarətinin həyata keçirilməsi qaydası Azərbaycan Respublikasının 

müvafiq icra hakimiyyəti orqanı 

[Azərbaycan Respublikasının Nazirlər Kabineti]

 

tərəfindən müəyyən edilir. 



Maddə 46. Meşə fondunun mühafizəsinə tələblər  

Meşə fondunun mühafizəsi dövlət tərəfindən həyata keçirilir. 

Bu məqsədlə aşağıdakı tədbirlər görülür: 

 



meşə fondunun vəziyyətinə, istifadəsinə, mühafizəsinə, qorunmasına, meşələrin 

bərpasına nəzarətin təşkili; 

 

meşə fondundan istifadə edilməsi, onun mühafizəsi, qorunması, bərpası sahəsində 



hüquq pozuntularının qarşısının alınması, onların aradan qaldırılması; 

 



təqsirkar fiziki və hüquqi şəxslərin qanunvericilikdə müəyyən edilmiş qaydada 

məsuliyyətə cəlb edilməsi; 

 

meşə fonduna zərər vuran təsərrüfat və başqa fəaliyyət növlərinin 



məhdudlaşdırılması, dayandırılması, qadağan edilməsi; 

 



Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər tədbirlərin 

həyata keçirilməsi. 

Meşə fondunun mühafizəsinin təşkili Azərbaycan Respublikasının müvafiq icra 

hakimiyyəti orqanı 

[Azərbaycan Respublikasının Nazirlər Kabineti]

 tərəfindən müəyyən 

edilir. 

V fəsil. Meşələrin və meşə bitkiləri ilə örtülü olmayan 

meşə fondu torpaqlarının istifadəsi, mühafizəsi, 

qorunması və bərpası 

Maddə 47. Meşədən istifadəyə qoyulan əsas tələblər  

Meşədən istifadəyə qoyulan əsas tələblər aşağıdakılardır: 

 

meşələrdən fasiləsiz və səmərəli istifadə; 



 

əhalinin sağlamlığının qorunması, ətraf mühitin yaxşılaşdırılması və 



iqtisadiyyatın inkişafı üçün meşələrin mühityaradıcı, suyu mühafizə, qoruyucu və 

digər funksiyalarının saxlanması və gücləndirilməsi

 

meşədən istifadə qaydalarının meşələrin əhəmiyyətindən, yerinə yetirdikləri 



funksiyalarından, yerləşməsindən, təbii və iqtisadi şəraitdən asılı olaraq 

müəyyənləşdirilməsi; 

 

meşələrin bərpası üçün şəraitin yaradılması; 



 

meşədən istifadənin ödənişli olması; 



 

meşədən istifadənin elmi cəhətdən əsaslandırılmış normalarına riayət edilməsi. 




Maddə 48. Meşə fondundan istifadə növləri  

Meşə fondundan istifadə növləri aşağıdakılardır: 

 

oduncaq tədarükü; 



 

ikinci dərəcəli meşə ehtiyatları tədarükü (kötük, lif, qabıq və başqaları); 



 

meşədən əlavə istifadə (ot çalını, pətəklərin və arıxanaların yerləşdirilməsi, yabanı 



meyvə, göbələk, giləmeyvə, qərzəkli və digər məhsullar, palıd qozası, dərman 

bitkiləri, texniki xammal, mamır, meşə döşənəyi, tökülmüş yarpaq, qarğı, qamış, 

gil və digərlərinin tədarükü və yığılması, müvafiq icra hakimiyyəti orqanı 

[«Azərbmeşə» İstehsalat Birliyi]

 tərəfindən təsdiq edilmiş siyahı ilə 

müəyyənləşdirilən başqa əlavə istifadə); 

 

elmi tədqiqat məqsədləri üçün; 



 

mədəni-sağlamlaşdırma, turizm və idman məqsədləri üçün; 



 

ovçuluq təsərrüfatı. 



Meşə fondu sahələrindən istifadə meşə sərvətlərini götürməklə və ya götürmədən həyata 

keçirilə bilər. 

Meşə fondu sahələri bir və ya bir neçə meşə istifadəçisinə bir və ya bir neçə növ əlavə 

istifadə üçün verilə bilər. 



Maddə 49. Meşə fondundan istifadə zamanı meşə istifadəçilərinin 

hüquqları  

Meşə fondundan istifadə zamanı meşə istifadəçiləri aşağıdakı hüquqlara malikdirlər: 

 

onların istifadəsinə verilmiş meşə fondu sahələri barədə məlumat almaq; 



 

müəyyən edilmiş həddə meşə fondundan istifadə; 



 

meşədən istifadə müddətində meşə fondundan istifadə ilə bağlı məqsədlər üçün 



müəyyən edilmiş qaydada tikililər, qurğular, oduncaq saxlamaq üçün yerlər 

düzəltmək; 

 

Azərbaycan Respublikasının meşə qanunvericiliyinə zidd olmayan digər 



hüquqlar. 

Maddə 50. Meşə fondundan istifadə zamanı meşə istifadəçilərinin 

vəzifələri  

Meşə fondundan istifadə zamanı meşə istifadəçiləri aşağıdakılara əməl etməyə 

borcludurlar: 

 



meşə fondu sahələrindən Azərbaycan Respublikasının meşə qanunvericiliyinə 

uyğun olaraq istifadə etmək; 

 

meşə fondu sahələrinin (torpaqlarının) icarə müqaviləsinin, meşəqırma biletinin, 



orderin, meşə biletinin şərtlərinə əməl etmək; 

 



əhalinin sağlamlığına, ətraf mühitə ziyan vurmamaq; 

 



meşə fondundan torpaq eroziyasına səbəb olmayan, meşənin vəziyyətinə və 

bərpasına, habelə suyun və digər təbii obyektlərin vəziyyətinə mənfi təsir 

göstərməyən üsullarla istifadə etmək; 

 



istifadəyə verilmiş meşə fondu sahələrində meşə yanğını təhlükəsizliyi 

qaydalarına riayət etmək və həmin sahələrdə yanğın baş verməməsi üçün tədbir 

görmək, meşə yanğını baş verdikdə onun söndürülməsini təmin etmək; 



Yüklə 231,93 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə