meşələrə qulluq, seleksiya, meşə toxumçuluğu, qiymətli ağac cinslərinin sort
sınağı üzrə işlər aparmaq, torpaqların münbitliyini artırmaq, onların su və külək
eroziyasının, bataqlaşmasının, şoranlaşmasının və torpaqların vəziyyətinin
pisləşməsinə səbəb olan digər proseslərin qarşısını almaq, habelə meşələrin cins
tərkibini yaxşılaşdırmaq, onların məhsuldarlığını və qoruyucu xüsusiyyətlərini
artırmaq (bu zaman palıd, fıstıq, qoz, şam və başqa qiymətli ağac cinslərinin
saxlanması və onların vaxtında bərpası təmin olunmalıdır);
aralıq istifadə üçün qırmalar aparmaq;
meşələrin bərpası, yeni meşələr salınması, çox rütubətləşmiş torpaqların
hidromeşəmeliorasiyası sahəsində tədbirlər görmək;
meşə təsərrüfatı təmayüllü yollar çəkmək.
VII fəsil. Meşə fondunun mühafizəsi və qorunması
Maddə 58. Meşələrin mühafizəsinin və qorunmasının məqsəd və
vəzifələri
Meşələr yanğından, qanunsuz qırılmadan, meşədən istifadənin müəyyən edilmiş
qaydalarının pozulması hallarından və meşəyə zərər vuran digər hərəkətlərdən,
zərərvericilərdən və xəstəliklərdən mühafizə edilməlidir.
Meşələrin mühafizəsi və qorunması onların bioloji və digər xüsusiyyətlərini nəzərə
almaqla həyata keçirilir, meşə fondundan səmərəli istifadə, meşələri məhv olmaqdan,
zədələnmədən, zəifləmədən, çirklənmədən və digər mənfi təsirlərdən mühafizə sahəsində
təşkilati, hüquqi və başqa tədbirlər sistemindən ibarətdir.
Meşələrin mühafizəsi və qorunması meşə təsərrüfatı müəssisələri tərəfindən, yerüstü
vasitələrdən və müəyyən edilmiş qaydada aviasiyadan istifadə etməklə həyata keçirilir.
Maddə 59. Meşələrin mühafizəsi və qorunması tədbirlərinin həyata
keçirilməsi qaydası
Müvafiq icra hakimiyyəti orqanları
[Azərbaycan Respublikası Nazirlər Kabineti yanında
Meliorasiya və Su Təsərrüfatı Komitəsi, «Azərbmeşə» İstehsalat Birliyi və Azərbaycan
Respublikasının Dövlət Ekologiya və Təbiətdən İstifadəyə Nəzarət Komitəsi]
və meşə
təsərrüfatı müəssisələri meşələrin mühafizəsi və qorunması, zərərvericilər, xəstəliklər və
yanğınlarla mübarizə tədbirləri həyata keçirirlər.
Müvafiq icra hakimiyyəti orqanları
[Azərbaycan Respublikası Nazirlər Kabineti yanında
Meliorasiya və Su Təsərrüfatı Komitəsi, «Azərbmeşə» İstehsalat Birliyi və Azərbaycan
Respublikasının Dövlət Ekologiya və Təbiətdən İstifadəyə Nəzarət Komitəsi]
və meşə
təsərrüfatı müəssisələri zəruri hallarda, yüksək yanğın təhlükəsi dövründə əhalinin,
nəqliyyat vəsitələrinin meşəyə girməsini, habelə ayrı-ayrı meşə fondu sahələrində
müəyyən iş növlərinin aparılmasını məhdudlaşdırır və ya qadağan edir.
Meşə zonalarında istehsalat və məişət tullantılarının basdırılması qadağandır.
Fiziki və hüquqi şəxslərin meşə yanğınlarının söndürülməsinə cəlb olunması qaydası
Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı
[Azərbaycan
Respublikasının Nazirlər Kabineti]
tərəfindən müəyyən edilir. (
1
)
Maddə 60. Meşələrin yanğından mühafizəsində meşə istifadəçilərinin
vəzifələri
Meşə istifadəçiləri meşə yanğınlarına qarşı müvafiq meşə təsərrüfatı müəssisələri ilə
razılaşdırılmış tədbirlər planı hazırlayıb təsdiq etməli və nəzərdə tutulmuş müddətdə
yerinə yetirməlidir. Meşə yanğınlarına qarşı tələblər müvafiq icra hakimiyyəti orqanı
[«Azərbmeşə» İstehsalat Birliyi, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında
Meliorasiya və Su Təsərrüfatı Komitəsi, Azərbaycan Respublikasının Daxili İşlər
Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Ekologiya və Təbiətdən İstifadəyə
Nəzarət Komitəsi]
tərəfindən müəyyən edilir.
Fiziki və hüquqi şəxslərin meşə fondu ərazisində iş apardıqları, mədəni-kütləvi və sair
tədbirlər keçirdikləri yerlərdə müvafiq icra hakimiyyəti orqanları
[«Azərbmeşə»
İstehsalat Birliyi, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Meliorasiya və Su
Təsərrüfatı Komitəsi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və Azərbaycan
Respublikasının Dövlət Ekologiya və Təbiətdən İstifadəyə Nəzarət Komitəsi]
tərəfindən
təsdiq edilmiş normalara uyğun və yanğın təhlükəsi dövründə istifadə etməyə yararlı
yanğınsöndürən vasitələr olmalıdır.
Maddə 61. Meşə fondunda yanğın nəzarəti
Meşə fondunda yanğına nəzarət fiziki və hüquqi şəxslərin yanğın təhlükəsizliyi sahəsində
normaların, standartların və qaydaların tələblərinə riayət etmələri, onların pozulmasının
qarşısının alınması məqsədi ilə müvafiq icra hakimiyyəti orqanı
[Azərbaycan
Respublikası Nazirlər Kabineti yanında Meliorasiya və Su Təsərrüfatı Komitəsi,
«Azərbmeşə» İstehsalat Birliyi və Azərbaycan Respublikasının Dövlət Ekologiya və
Təbiətdən İstifadəyə Nəzarət Komitəsi]
tərəfindən aparılır.
Meşə istifadəçiləri, meşə fondu sahələrində və meşə fondu ilə həmhüdud torpaqlarda iş
aparan digər fiziki və hüquqi şəxslər, habelə meşə fondunda mədəni-kütləvi və sair
tədbirlər keçirilməsinə cavabdeh olanlar yanğın təhlükəsizliyi sahəsində normaların,
standartların və qaydaların tələblərinin pozulmasına görə Azərbaycan Respublikasının
qanunvericiliyinə uyğun olaraq inzibati, cinayət və sair məsuliyyət daşıyırlar. (
5
)
Maddə 62. Meşə fondunun zərərvericilərdən və xəstəliklərdən mühafizəsi
Meşə fondunun zərərvericilərdən və xəstəliklərdən mühafizəsi meşə fondunun vəziyyəti
üzərində müntəzəm müşahidə aparmaq, zərərvericilərin və xəstəliklərin mənbələrini
aşkara çıxarmaq, həmin yerlərdə profilaktik tədbirlər aparmaq, bu halların yayılmasının
qarşısını almaq və onları aradan qaldırmaq yolu ilə təmin edilir.
Meşə fondunun zərərvericilərdən və xəstəliklərdən mühafizəsi aşağıdakı tədbirlərdən
ibarətdir:
cari, ekspedisiya aviavizual və sair meşəpatologiya müşahidələri;
zərərvericilərin və xəstəliklərin əmələ gəlməsinin ümumi, ilkin yoxlanışı və onun
dəqiq müşahidəsinin aparılması;
zərərvericilər və xəstəliklər ilə aviasiya və yerüstü vasitələrlə mübarizə
tədbirlərinin hazırlanması;
meşə xəstəliklərinə qarşı profilaktik tədbirlərin, zərərvericilərin və xəstəliklərin
mənbələrinin ləğv edilməsi işlərinin təşkili;
bu tədbirlərin yerinə yetirilməsi üzərində nəzarət.
Meşə fondunun zərərvericilərdən və xəstəliklərdən mühafizəsi tədbirləri müvafiq icra
hakimiyyəti orqanı
[Azərbaycan Respublikasının Nazirlər Kabineti]
tərəfindən təsdiq
edilmiş fitosanitariya qaydaları ilə nizamlanır.
Maddə 63. Meşə fondunun səmərəli istifadəsi, mühafizəsi, qorunması və
bərpasının təmin olunmasında fiziki və hüquqi şəxslərin, ictimai
birliklərin iştirakı
Meşə fondunun mühafizə olunması hər bir vətəndaşın, fiziki və hüquqi şəxslərin
borcudur.
Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq fiziki və hüquqi şəxslər,
ictimai birliklər meşələrin səmərəli istifadəsi, qorunması və bərpasının təmin
olunmasında iştirak edə bilərlər.
VIII fəsil. Meşə fondundan istifadənin, onun
mühafizəsi, qorunması və bərpasının iqtisadi
tənzimlənməsi
Maddə 64. Meşə fondundan istifadəyə görə ödəmə
Bu Məcəllədə və Azərbaycan Respublikasının digər qanunvericiliyində nəzərdə tutulmuş
hallardan başqa, meşə fondundan və meşə sərvətlərindən istifadənin bütün növləri
ödənişlidir.
Meşə təsərrüfatının ümumi gəliri meşə gəlirlərindən və meşə təsərrüfatının fəaliyyəti
nəticəsində əldə edilən gəlirdən ibarətdir.
Meşə gəliri köküstü oduncaq buraxılışı və meşədən digər istifadələrə görə, habelə meşə
fonduna vurulan zərər və itkiyə görə ödəmələrdən ibarətdir. Ödəmələr meşə məzənnələri
əsasında hesablanır.
Meşə təsərrüfatının fəaliyyəti nəticəsində əldə edilən gəlirlərə meşə təsərrüfatı
istehsalından, meşə sənayesi və qeyri-sənaye meşə istehsalından daxil olan vəsaitlər aid
edilir.
Maddə 65. Meşələrin qorunub saxlanması və təkrar istehsalı fondu
Meşələrin bərpasının mühafizəsinin və qorunmasının, meşə təsərrüfatı istehsalının digər
tədbirlərinin, habelə meşə təsərrüfatının inkişafı proqramlarının maliyyələşdirilməsini
təmin etmək məqsədi ilə meşələrin qorunub saxlanması və təkrar istehsalı fondu
yaradılır.
Fondun maliyyə mənbələri meşə gəlirlərindən, meşə təsərrüfatına ictimai yardımlardan
və digər vəsaitlərdən ibarətdir.
Meşə təsərrüfatı istehsalı meşələrin qorunub saxlanması və təkrar istehsalı fondu, eləcə
də büdcə vəsaiti hesabına maliyyələşdirilir.
Sənaye və qeyri-sənaye istehsalı özünümaliyyələşdirmə (təsərrüfathesabı) prinsipi
əsasında həyata keçirilir.
Maddə 66. Meşə təsərrüfatı sahəsində həvəsləndirmə və güzəştlər
Meşə təsərrüfatı işçilərinə Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə
müəyyən edilmiş qaydada həvəsləndirmə və güzəştlər (otlaq, biçənək sahələri təhkim
etmək, meşədən mal-qara üçün ot biçmək, yanacaq kimi istifadə üçün güzəştli
qiymətlərlə odun, xüsusi geyim və s.) nəzərdə tutulur.
IX fəsil. Meşə fondundan və ağac-kol bitkilərindən
istifadənin xüsusiyyətləri
Maddə 67. Oduncaq tədarükü
Oduncaq tədarükü meşəbərpa və aralıq istifadə üçün qırma, habelə başqa qırmalar
(başdan-başa sanitariya qırmaları, su qovşaqlarının, boru kəmərlərinin, yolların, elektrik
xətlərinin tikintisi, habelə mərzlərin, yanğından mühafizə keçidlərinin açılması və digər
belə məqsədlər üçün aparılan qırmalar) qaydasında aparılır.
Maddə 68. Kateqoriyalarından asılı olaraq meşələri qırma üsulları
Dövlət qoruqlarının meşələrində yalnız qoruq rejiminə müvafiq olan qırmaların
aparılmasına yol verilir.
Kurort meşələrində, xüsusi qiymətli meşə massivlərində, şəhərlərin və digər yaşayış
məntəqələrinin ətrafındakı yaşıllıq zonalarının meşələrində, yabanı meyvə meşələrində və
dövlət qoruyucu meşə zolaqlarında aralıq istifadə üçün qırmalar və başqa qırmalar
aparılır.
Xüsusi qoruyucu meşə sahələrindən istifadənin bütün növləri məhdudlaşdırıla və qadağan
edilə bilər.
Meşəbərpa və aralıq istifadə üçün qırmalar müvafiq icra hakimiyyəti orqanı
[Azərbaycan
Respublikasının Nazirlər Kabineti]
tərəfindən təsdiq edilən qırma qaydaları (əsasnamə)
üzrə aparılır.
Maddə 69. Qırma zamanı oduncaq tədarükünün təşkili və qaydası
Meşəqırma sahələrinin ayrılması, onların meşə istifadəçilərinə verilməsi, habelə
meşəqırma tələblərinin pozulmasına görə cərimənin miqdarı Azərbaycan Respublikasının
müvafiq icra hakimiyyəti orqanı
[Azərbaycan Respublikasının Nazirlər Kabineti]
tərəfindən təsdiq edilən Azərbaycan Respublikası meşələrində köküstü oduncaq
buraxılışı qaydaları ilə müəyyən edilir.
Maddə 70. Qırmalar zamanı oduncaq tədarükü həcminin müəyyən
edilməsi
Meşədən oduncaq tədarükü hər bir meşə təsərrüfatı müəssisəsinin ərazisi üzrə
hesablanmış meşəqırma həcmində aparılır. Hesablanmış meşəqırma həcmindən artıq
miqdarda oduncaq tədarükü qadağandır.
Meşəbərpa və aralıq istifadə üçün qırma qaydası ilə oduncaq tədarükünün həcmi
meşələrin vəziyyətinə, meşəyə qulluq, seçmə sanitariya və yenidənəkmə ilə əlaqədar
qırmaların müəyyən edilmiş normalarına əsasən meşə quruluşu işləri aparılarkən
müəyyənləşdirilir və müvafiq icra hakimiyyəti orqanı
[Azərbaycan Respublikasının
Nazirlər Kabineti]
tərəfindən təsdiq edilir.
Başqa qırma qaydaları ilə oduncaq tədarükünün həcmi meşə fondunun ağac-koldan
təmizlənməsi ilə bağlı olan layihələrdən asılı olaraq müvafiq icra hakimiyyəti orqanı
[«Azərbmeşə» İstehsalat Birliyi]
tərəfindən müəyyən edilir.
Maddə 71. İkinci dərəcəli meşə sərvətlərinin tədarükü və meşədən əlavə
istifadə qaydası
Meşə fondu sahələri ikinci dərəcəli meşə sərvətlərinin tədarükü və meşədən əlavə istifadə
üçün fiziki və hüquqi şəxslərin istifadəsinə bu Məcəllə ilə müəyyən edilmiş qaydada
verilir.
Meşə fondundan ikinci dərəcəli meşə sərvətlərinin tədarükü və meşədən əlavə istifadə
qaydası müvafiq icra hakimiyyəti orqanı
[«Azərbmeşə» İstehsalat Birliyi]
tərəfindən
təsdiq edilir.
Maddə 72. Meşə fondu sahələrindən elmi tədqiqat, mədəni-
sağlamlaşdırma, turizm və idman məqsədləri, ovçuluq təsərrüfatının
ehtiyacları üçün istifadə qaydaları
Müvafiq təşkilatlar tərəfindən meşə fondu sahələrində elmi tədqiqat işləri aparıla bilər.
Bu meşə istifadəsi həmin məqsədlərə uyğun gəlmədikdə, meşə təsərrüfatı müəssisəsi
fiziki və hüquqi şəxslərə meşə fondu sahəsindən istifadəni məhdudlaşdırır və ya qadağan
edir.
Mədəni-sağlamlaşdırma, turizm və idman məqsədləri üçün verilmiş meşə sahələrində
meşə istifadəçiləri təbii landşaftın saxlanılması, yanğın təhlükəsizliyi və meşələrdə
sanitariya qaydalarına əməl etmək şərti ilə abadlıq tədbirləri görə bilərlər.
Meşə fondu sahələri ov yerləri kimi qanunvericilikdə müəyyən edilmiş qaydada ovçuluq
təsərrüfatının ehtiyacları üçün fiziki və hüquqi şəxslərin istifadəsinə və ya icarəsinə verilə
bilər.
Meşə fondu sahələrindən elmi tədqiqat mədəni-sağlamlaşdırma, turizm və idman
məqsədləri, ovçuluq təsərrüfatının ehtiyacları üçün istifadə qaydaları Azərbaycan
Respublikasının müvafiq icra hakimiyyəti orqanı
[Azərbaycan Respublikasının Nazirlər
Kabineti]
tərəfindən müəyyən edilir. (
2
)
Maddə 73. Sərhəd zonalarında meşə fondu sahələrindən istifadə qaydası
Sərhəd zonalarında meşə fondu sahələrindən bu Məcəllə ilə müəyyən olunmuş qaydada
istifadə edilir.
Sərhəd zonalarında meşə fondu sahələrindən istifadənin xüsusiyyətləri Azərbaycan
Respublikasının qanunvericiliyi ilə müəyyən edilir.
Maddə 74. Meşə fondu ərazisində yerləşən dövlət təbiət qoruqları, milli
parklar və təbiət parkları
Meşə fondu sahələri meşə fondu ərazisində yerləşən dövlət təbiət qoruqlarına
Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada təhkim edilir
və onlar bu sahələrdə dövlət idarəetmə funksiyasını həyata keçirir.
Dövlət təbiət qoruqlarının, milli parkların və təbiət parklarının ərazilərindəki meşələrin
istifadəsi, mühafizəsi, qorunması və bərpası bu Məcəlləyə və Azərbaycan
Respublikasının müvafiq qanunvericiliyinə uyğun olaraq həyata keçirilir.
Maddə 75. Kənd təsərrüfatı təyinatlı torpaqlarda yerləşən ağac-kol
bitkiləri
Kənd təsərrüfatı təyinatlı torpaqlarda yerləşən ağac-kol bitkiləri torpaqqoruyucu,
sutənzimləyici və meşə bitkilərinə xas olan digər xüsusiyyətləri ilə torpaqları mənfi təbii,
antropogen və texnogen hadisələrin təsirindən qorumaq üçündür.
Bu torpaqlarda yerləşən ağac-kol bitkilərində aparılan qırmalar bu bitkilərin vəziyyətinin
yaxşılaşmasını və funksiyalarının yerinə yetirilməsini təmin etməlidir. Ağac-kol
bitkilərində qulluq, sanitariya, yenidənəkmə məqsədi ilə qırmaların, habelə başqa
qırmaların aparılmasına yol verilir.
Kənd təsərrüfatı təyinatlı torpaqlardan meşə salınması, ağac-kol bitkilərinə qulluq
edilməsi, onların istifadəsi, mühafizəsi, qorunması, habelə bunlarla bağlı dövlət nəzarəti
Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilir.
Maddə 76. Dəmir yoluna aid torpaqlarda yerləşən ağac-kol bitkiləri
Dəmir yoluna aid torpaqlarda yerləşən ağac-kol bitkiləri dəmir yolu magistralını mənfi
təbii hadisələrdən qorumaq, ətraf mühitin çirklənməsinin qarşısını almaq, dəmir yolu
nəqliyyatının səsinin təsirini azaltmaq üçündür.
Müvafiq icra hakimiyyəti orqanı
[Azərbaycan Dövlət Dəmir Yolu İdarəsi]
göstərilən
ağac-kol bitkilərinin istifadəsi, mühafizəsi, qorunması və bərpası sahəsində dövlət
idarəetməsini həyata keçirir.
Dəmir yoluna aid torpaqlarda yerləşən ağac-kol bitkilərində qulluq, sanitariya,
yenidənəkmə məqsədi ilə xüsusi təyinatlı və başqa qırmaların aparılmasına yol verilir. Bu
qırmaların aparılması qaydaları müvafiq icra hakimiyyəti orqanı
[Azərbaycan Dövlət
Dəmir Yolu İdarəsi]
tərəfindən müəyyən edilir.
Dəmir yoluna aid torpaqlarda yerləşən ağac-kol bitkilərinin vəziyyəti, istifadəsi,
mühafizəsi və qorunması üzərində dövlət nəzarəti müvafiq icra hakimiyyəti orqanları
[Azərbaycan Dövlət Dəmir Yolu İdarəsi və «Azərbmeşə» İstehsalat Birliyi]
tərəfindən
həyata keçirilir.
Maddə 77. Avtomobil yollarına aid torpaqlarda və su fondu torpaqlarında
yerləşən ağac-kol bitkiləri
Avtomobil yollarına aid torpaqlarda və su fondu torpaqlarında (avtomobil yollarını və
kanalları ayıran zolaqlarda) yerləşən ağac-kol bitkiləri avtomobil yollarını və kanalları
mənfi təbii, antropogen və texnogen hallardan mühafizə etmək üçündür.
Avtomobil yollarını və kanalları ayıran zolaqlardakı ağac-kol bitkilərində sanitariya və
yenidənəkmə ilə əlaqədar qırmaların və başqa qırmaların aparılmasına yol verilir.
Avtomobil yollarına aid torpaqlarda və su fondu torpaqlarında meşəsalma, habelə ağac-
kol bitkilərinin istifadəsi, mühafizəsi və qorunması qaydaları Azərbaycan
Respublikasının qanunvericiliyi ilə müəyyən edilir.
Avtomobil yollarına aid torpaqlarda və su fondu torpaqlarında yerləşən ağac-kol
bitkilərinin istifadəsi, mühafizəsi və qorunması üzərində dövlət nəzarəti müvafiq icra
hakimiyyəti orqanları
[«Azəravtoyol» Dövlət Şirkəti və «Azərbmeşə» İstehsalat Birliyi]
tərəfindən həyata keçirilir.
X fəsil. Meşələrin istifadəsi, mühafizəsi, qorunması və
bərpası sahəsində mübahisələrin həlli, meşə
qanunvericiliyinin pozulmasına görə məsuliyyət
Maddə 78. Meşələrin istifadəsi, mühafizəsi, qorunması və bərpası
sahəsində mübahisələrin həlli qaydası
Meşələrin istifadəsi, mühafizəsi, qorunması və bərpası sahəsində mübahisələr məhkəmə
qaydasında həll edilir.
Maddə 79. Meşə qanunvericiliyinin pozulmasına görə məsuliyyət
Meşə qanunvericiliyinin pozulmasında təqsiri olan şəxslər Azərbaycan Respublikasının
qanunvericiliyinə uyğun intizam, inzibati, mülki və cinayət məsuliyyəti daşıyırlar.
Meşə fondu sahələrinin özbaşına tutulmasına (zəbt edilməsinə) görə inzibati və cinayət
məsuliyyətinə cəlb edilmiş şəxslər həmin torpaqları müəyyən edilmiş müddətdə azad
etməlidirlər.
Maddə 80. Meşə qanunvericiliyinin pozulması ilə bağlı əqdlərin
etibarsızlığı
Meşə qanunvericiliyini pozmaqla bağlanmış əqdlər etibarsızdır.
«Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (1998-ci il,
№ 3, maddə 139).
Məcəlləyə dəyişiklik və əlavələrin edildiyi sənədlərin
Siyahısı
1. 22 iyun 1999-cu il tarixli,
692-IQD
saylı Qanun - «Azərbaycan» qəzeti, 11 avqust
1999-cu il, № 181.
2. 29 oktyabr 2004-cü il tarixli,
785-IIQD
nömrəli Qanun - «Azərbaycan» qəzeti, 10
noyabr 2004-cü il, № 262.
3. 17 aprel 2007-ci il tarixli,
314-IIIQD
nömrəli Qanun - «Azərbaycan» qəzeti, 24 may
2007-ci il, № 112.
4. 1 aprel 2008-ci il tarixli,
588-IIIQD
nömrəli Qanun - «Xalq» qəzeti, 14 may 2008-ci il,
№ 103.
5. 5 mart 2010-cu il tarixli,
970-IIIQD
nömrəli Qanun - «Azərbaycan» qəzeti, 16 aprel
2010-cu il, № 80.
6. 20 aprel 2012-ci il tarixli,
330-IVQD
nömrəli Qanun - «Azərbaycan» qəzeti, 6 iyun
2012-ci il, № 123.
Dostları ilə paylaş: |