Maddə 22. Meşə fondu torpaqlarının icarəyə verilməsi
Bu Məcəllənin 14-cü maddəsinə uyğun olaraq meşə bitkiləri ilə örtülü olmayan meşə və
qeyri-meşə torpaqları meşələrin bərpası məqsədi ilə təyinatı üzrə meşə istifadəçisinə
(icarəçi) icarəyə müqavilə əsasında müvafiq icra hakimiyyəti orqanı
[«Azərbmeşə»
İstehsalat Birliyi]
(icarəyə verən) tərəfindən bir ildən on ilədək verilə bilər.
Meşə fondu torpaqlarının icarə müqaviləsi əsasında əldə edilmiş meşə sərvətləri (məhsul)
icarəçinin mülkiyyətidir.
Meşə fondu torpaqlarının subicarəsi qadağandır.
Meşə fondu torpaqlarının icarəyə verilməsi bu Məcəllə və Azərbaycan Respublikasının
müvafiq qanunvericilik aktları ilə tənzimlənir.
Maddə 23. Meşə fondu torpaqlarının icarə müqaviləsinin şərtləri
Meşə fondu torpaqlarının icarə müqavilələrində aşağıdakılar göstərilir:
icarəyə verilən sahənin sərhədləri;
işin həcmi (ölçüləri);
icarənin müddəti;
icarə haqqının miqdarı və onun ödənmə qaydası;
icarəyə verilən sahənin mühafizəsi, qorunması və bərpası sahəsində tərəflərin
öhdəlikləri;
Azərbaycan Respublikasının meşə qanunvericiliyi və tərəflərin razılığı ilə nəzərdə
tutulmuş başqa şərtlər.
Maddə 24. Meşə fondu torpaqlarının icarəyə verilməsi qaydası
Meşə fondu torpaqlarının icarəyə verilmə qaydası Azərbaycan Respublikasının müvafiq
icra hakimiyyəti orqanı
[Azərbaycan Respublikasının Nazirlər Kabineti]
tərəfindən
müəyyən edilir.
Meşə fondu torpaqlarının icarəyə verilməsi aşkarlıq şəraitində, müvafiq ərazidə yaşayan
əhalinin mənafeyini nəzərə almaqla həyata keçirilməlidir.
Maddə 25. Meşəqırma bileti, order və meşə bileti
Meşəqırma bileti oduncaq və ikinci dərəcəli meşə materiallarının tədarükü, daşınması
üçün hüquq verən sənəddir. Meşəqırma biletində meşə quruluşu layihələri əsasında meşə
fondundan istifadə üçün ayrılmış sahənin yeri, oduncağın və ikinci dərəcəli materialların
miqdarı, keyfiyyəti, onların qiyməti, işin aparılma müddəti, qırma yerlərinin
təmizlənməsi, meşənin bərpa edilməsi şərtləri və qaydaları göstərilir.
Order özü yıxılmış və (və ya) qurumuş ağaclardan oduncaq hazırlamaq, ağac tör-
töküntüsü və ikinci dərəcəli meşə materiallarının tədarükü, daşınması üçüq hüquq verən
sənəddir. Order meşəqırma bileti əsasında verilir.
Meşə bileti onun sahibinə əlavə meşə istifadələri üçün hüquq verən sənəddir. Meşə
biletində meşə fondundan istifadənin növü, yeri, miqdarı, vaxtı, şərtləri və qiyməti
göstərilir.
Meşəqırma biletinin, orderin və meşə biletinin formaları, onların uçotu, saxlanılması,
doldurulması və verilməsi qaydaları Azərbaycan Respublikasının müvafiq icra
hakimiyyəti orqanı
[Azərbaycan Respublikasının Nazirlər Kabineti]
tərəfindən müəyyən
edilir.
Maddə 26. Meşə fondu sahələrinin qısamüddətli istifadəyə verilmə
qaydası
Meşə fondu sahələrinin bir ilə qədər qısamüddətli istifadəyə verilməsi Azərbaycan
Respublikasının müvafiq icra hakimiyyəti orqanının
[Azərbaycan Respublikasının
Nazirlər Kabineti]
müəyyən etdiyi qaydada həyata keçirilir.
III fəsil. Meşə fondundan istifadə, onun mühafizəsi,
qorunması və meşələrin bərpası sahəsində dövlət
idarəetməsi
Maddə 27. Meşə fondundan istifadə, onun mühafizəsi, qorunması və
meşələrin bərpası sahəsində dövlət idarəetməsi və onun əsas prinsipləri
Meşə fondundan istifadə, onun mühafizəsi, qorunması və meşələrin bərpası sahəsində
dövlət idarəetməsini Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı həyata
keçirir. Bu məqsədlə:
meşə təsərrüfatının aparılması sahəsində dövlət siyasətinin əsas istiqamətlərini
müəyyənləşdirir
[Azərbaycan Respublikasının Nazirlər Kabineti]
;
meşə qanunvericiliyinə riayət edilməsinə, həmçinin meşə fondundan istifadəyə,
onun mühafizəsinə, qorunmasına və meşələrin bərpasına dövlət nəzarətini həyata
keçirir
[«Azərbmeşə» İstehsalat Birliyi]
, onun aparılması qaydalarını müəyyən
edir
[Azərbaycan Respublikasının Nazirlər Kabineti]
;
meşə fondundan istifadə və meşə fondu barəsində sərəncam verir
[Azərbaycan
Respublikasının Nazirlər Kabineti]
;
investisiya siyasətini həyata keçirir
[Azərbaycan Respublikasının Nazirlər
Kabineti]
;
meşə fondundan istifadənin, onun mühafizəsinin, qorunmasının və meşələrin
bərpasının dövlət proqramlarını təsdiq edir
[Azərbaycan Respublikasının Nazirlər
Kabineti]
;
meşə fondundan istifadənin norma və qaydalarını müəyyənləşdirir
[Azərbaycan
Respublikasının Nazirlər Kabineti]
;
hesablanmış meşəqırma həcmini müəyyənləşdirir və təsdiq edir
[Azərbaycan
Respublikasının Nazirlər Kabineti]
;
meşə fondundan istifadəyə görə ödəniş növlərini, habelə köküstə buraxılan
oduncağın minimum ödəniş tarifini, ayrı-ayrı meşə istifadəçiləri üçün tədiyə
güzəştlərinin həcmini və onların ödəmə qaydalarını müəyyən edir. Meşə
materiallarına qiymət qoyur
[Azərbaycan Respublikasının Nazirlər Kabineti]
;
meşələrin qorunub saxlanılması və təkrar istehsalı
üzrə respublika fondunu
yaradır, ondan istifadə qaydalarını müəyyən edir
[Azərbaycan Respublikasının
Nazirlər Kabineti]
;
köküstə oduncaq buraxılması, meşəqırma, meşə fondunun mühafizəsi, qorunması
və meşələrin bərpası qaydalarını təsdiq edir
[Azərbaycan Respublikasının
Nazirlər Kabineti]
;