III Fəsil
Regionların sosial-iqtisadi inkişafına dair monoqrafiya və tədqiqatlar
3.1. Kitablar
254.
Azərbaycanın regionları 2004 /Azərbaycan Respublika Dövlət Statistika Komitəsi.-
B.:Səda, 2004.- 697s.-xəritə.
Məcmuədə Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramının
(2004-2008) təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı,
11 fevral 2004-cü il, (s.3) və Azərbaycan Respublikası region-larının sosial-iqtisadi inkişafı Dövlət
Proqramı: (2004-2008-ci illər s. 5-19) verilmişdir.
Kitabda ölkənin iqtisadi rayonları üzrə statistik göstəriciləri, Azərbaycan Respublikasının Milli
Siyahıya alınması və sosial-iqtisadi vəziyyətindən bəhs olunur. Eyni zamanda bu məcmuədə 1995-ci
ildən 2003-cü ilə qədər təqdim olunmuş rayonların ayrı-ayrı statistik göstəriciləri də xəritə ilə birlikdə
verilmişdir.
255.
Azərbaycanın statistik göstəriciləri 2004 /Azərbaycan Respublikası Dövlət Statistika
Komitəsi.- B.: Səda, 2004.- 801s.
Məcmuə Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin bazar iqtisadiyyatına keçid
şəraitində ölkənin iqtisadi, sosial və siyasi həyatında baş verən prosesləri əks etdirən illik nəşrdir.
Məcmuənin birinci bölməsi “Əsas sosial- iqtisadi göstəricilər” adlanır (s. 33-57).
256.
Əhmədov Ə., Hacıyev M. Azərbaycanın iqtisadiyyatı /Azərbaycan Respublikası
Mühəndislik
Xeyriyyə Cəmiyyəti; Red.: E. Cəfərov.- B.: Səda, 2004.- 177s.
Dərslikdə Azərbaycan iqtisadiyyatının bölmələr üzrə konkret iqtisadi göstəriciləri verilməklə
yanaşı, mövcud sosial-iqtisadi problemlərin həlli strategiyası və taktikası təklif olunur. Vəsaitdə
Azərbaycan iqtisadiyyatının, onun ayrı-ayrı sahələrinin, firma və müəssisələrinin inkişaf meylləri və
perspektivləri də təhlil edilmişdir.
257.
Rzayev Y. Bura Oğuzdur...: (Oğuz rayonu haqqında məlumat -informasiya kitabı ).-
Mingəçevir,2004.- 155s.: şək.
Kitabda rayonun tarixi, coğrafiyası, təbiəti, iqtisadiyyatı, mədəniyyəti, memarlıq
abidələri,
sənətkarları, yaşayış məntəqələri və s. haqqında geniş məlumat verilmişdir. “Oğuz rayonunun
iqtisadi, sosial və mədəni inkişafı haqqında məlumat” (s.63-82) kitabın V fəslində öz əksini
tapmışdır.
258.
Azərbaycanın statistik göstəriciləri 2005 /Azərbaycan Respublika Dövlət Statistika
Komitəsi.- B.:Səda, 2005.- 868 s.: şək.
Kitab Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin bazar iqtisadiyyatına keçid
şəraitində ölkənin iqtisadi və sosial həyatında baş verən prosesləri əks etdirən dolğun illik nəşrdir.
Burada “Əsas sosial-iqtisadi göstəricilər” (s.34-40), “Əsas sosial-iqtisadi göstəricilərin indeksi”
(s.40-41), “2004-cü ildə MDB ölkələri üzrə əsas sosial-iqtisadi göstəricilər” ( s.42-44) bölmələri
verilmişdir.
259.
Ələkbərov Ə. Azərbaycan dövlətinin sosial-iqtisadi inkişafında vahid büdcə sisteminin
rolu/ Elmi red.: İqt. e. d., prof. Ş.M. Muradov.- B.: Elm, 2005.- 350s. cədv.
Kitabda dövlət
büdcəsinin tərtibi, təsdiqi və icrası mexanizmi, dövlət maliyyə nəzarətinin
formaları, dövlət büdcəsinin ölkənin sosial-iqtisadi və digər strateji proqram və problemlərinin
həllində rolu və s. məsələlər haqqında məlumat verilmişdir.
260.
Əlirzayev Ə. İslahatlar və sürətlənmə strategiyası şəraitində Azərbaycanın
sosial-iqtisadi
inkişaf problemləri: Təcrübə, meyllər və perspektiv istiqamətlər.- B.:
Adiloğlu, 2005.- 537s. cədv.
Kitabda Azərbaycan iqtisadiyyatının mövcud vəziyyəti,
onun meylləri, dinamikası və əsas
inkişaf istiqamətlərinin konseptual əsasları təhlil olunur, sürətləndirmə strategiyası baxımından
keyfiyyətcə yeni tələblərə uyğun mexanizmlər və idarəetmə üsulları, ölkənin inkişaf layihəsi,
qloballaşmanın, sosial-iqtisadi problemlərin həllinin inkişaf strategiyası göstərilmişdir. Kitabda
“Regional inkişafın bazar münasibətləri şəraitində sürətləndirilməsinin əsas istiqamətləri”, “Regional
sosial-iqtisadi inkişafın nəzəri-metodoloji əsasları” , “Regional inkişafın dinamikası və struktur
təhlili” , “Sosial-iqtisadi inkişaf və sahibkarlığın regional problemləri” bölmələri verilmişdir.
261.
Mingəçevir şəhərinin sosial-iqtisadi inkişafı proqramı: (2005-2010-cu və 2015-ci illər) /
Mingəçevir Şəhər İcra Hakimiyyəti; Red.: İqt. e. n. L. Babayev.- B.: Çinar-Çap, 2005.-157 s. portr.
Proqramda Mingəçevir şəhərinin tarixi və iqtisadi-coğrafi xarakteristikası, sosial-iqtisadi
durumu və ondan səmərəli istifadənin başlıca
istiqamətləri, sənaye potensialı və onun inkişaf
perspektivlərindən bəhs olunur.
262.
Şəki-Zaqatala bölgəsinin təbii dağıdıcı hadisələri və regionun inkişafının ekocoğrafi
problemləri elmi-praktik konfransı: 9-10iyun / AMEA akad. H. Ə. Əliyev ad. Coğrafiya İn-tu, Şəki
şəhər İcra Hakimiyyəti, AMEA Şəki Regional Elmi Mərkəzi; Baş red.: akad. B. Budaqov, red.: iqt. e.
d., prof. Q. Əbdülsəlimzadə, coğ. e. n. E. Əlizadə. –Şəki, 2005.- 108 s.
263.
Azərbaycanın regionları / Azərb. Resp. Döv. Statistika Kom.- B.: Səda, 2006.- 713, [1]
s., xəritə.
Məcmuədə Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramının
(2004-2008) təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin fərmanı, (11 fevral
2004-cü il, (s.7) və Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı:
(2004-2008-ci illər s. 8-22) verilmişdir.
Məcmuədə ölkənin hər bir rayonu ayri- ayrılıqda iqtisadi rayonlar üzrə quruplaşdırılaraq, 1999-cu
ildə keçirilmiş Azərbaycan Respublikasının Milli Siyahıyaalınmasının
mühüm göstəriciləri, sosial-
iqtisadi vəziyyəti xarakterizə edən statistik göstəricilər, rayonların xəritəsi və qısa coğrafi
məlumatları təqdim olunur. Təqdim olunan məcmuədə göstəricilər 2000-ci ildən 2005-cü ilədək
verilmişdir.
264.
Gələcək 10 il: Azərbaycanda demokratik islahatların başlıca istiqamət və məqsədləri: 2-
cilddə / “ Azərbaycan naminə” İctimai forum; Rus dilindəki məqalələri Azərb. dilinə tərc. ed.: F.
Musayev; Dil red.: Ə. Tahirzadə.- B.: Adiloğlu, 2006.- 2-ci c., 2006.- 351s., cədv.
Kitab İctimai Forumun təxminən iki il öncə icrasına başladığı “Gələcək
10 il: Azərbaycanda
demokratik islahatların başlıca istiqamət və məqsədləri” adlı yeni layihənin məhsuludur. Məcmuədə
layihə iştirakçıları müstəqilliyimizin ikinci on illiyində həyata kecirilməsi zəruri olan “islahat zərfi”
ni topluya təqdim etmişlər. Bu məqsədlə keçən dövürdə 48 dəyirmi masa və yekun konfransı
keçirilib. Kitabda həmin tədbirlərdə edilən məruzələr öz əksini tapmışdır.
Məcmuədə Əli Məsimovun “Azərbaycan regionlarının sosial-iqtisadi inkişafına dair Dövlət
Proqramı: reallıq, prob-lemlər”, “Regional inkişafın dövlət tənzimlənməsinin əsas istiqamətləri” (s.
264-278) adlı məruzəsi də verilmişdir.
265.
İmanov Ə. Regionların inkişafının proqnozlaş-dırılması: (Dərs vəsaiti) /Red.: i. e. n., dos.
M. Məmmədov: Az. Döv. İqt. Un-ti.- B., 2006.- 201s.
Kitabda regionların sosial-iqtisadi inkişafının Proqramı əsasında bazar iqtisadiyyatı şəraitində
ərazilərin inkişafında tələbin proqnozlaşdırılması şərtləri haqqında geniş məlumat verilmişdir.
266.
Regionların sosial-iqtisadi inkişafı: (2004-2008-ci illər) /Azərbaycan Respublika Dövlət
Statistika Komitəsi.- B., 2006- aprel. -416s.
Məcmuədə Azərbaycan Respublikası regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının
(2004-2008) təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı, Dövlət
Proqramının bəndləri üzrə tədbirlərin sayı, Azərbaycan Respublikası regionların sosial-iqtisadi
inkişafı Dövlət Proqramının (2004-2008-ci illər) yerinə yetirilməsinin istiqamətləri, Azərbaycan
Respublikasında makroiqtisadi sabitliyin və davamlı inkişafın təmin edilməsi (iqtisadi rayonlar üzrə),
rayonların sosial- iqtisadi inkişafının sürətləndirilməsinə dair qəbul olunmuş tədbirlər planları
verilmişdir.