Azərbaycan respublikasi məDƏNİYYƏt və turizm naziRLİYİ M. F. Axundov adina azərbaycan



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə12/46
tarix27.03.2018
ölçüsü5,01 Kb.
#34911
1   ...   8   9   10   11   12   13   14   15   ...   46

III Fəsil 
Regionların sosial-iqtisadi inkişafına dair monoqrafiya və   tədqiqatlar 
 
3.1. Kitablar 
 
254.
 
Azərbaycanın regionları 2004 /Azərbaycan Respublika Dövlət Statistika Komitəsi.- 
B.:Səda, 2004.- 697s.-xəritə. 
    Məcmuədə Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramının 
(2004-2008) təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı,  
11 fevral 2004-cü il,  (s.3) və Azərbaycan Respublikası region-larının sosial-iqtisadi inkişafı Dövlət 
Proqramı: (2004-2008-ci illər s. 5-19) verilmişdir. 
  Kitabda ölkənin iqtisadi rayonları üzrə statistik göstəriciləri, Azərbaycan Respublikasının Milli 
Siyahıya alınması və sosial-iqtisadi vəziyyətindən bəhs olunur. Eyni zamanda bu məcmuədə 1995-ci 
ildən 2003-cü ilə qədər təqdim olunmuş rayonların ayrı-ayrı statistik göstəriciləri də xəritə ilə birlikdə 
verilmişdir. 
255.
 
Azərbaycanın statistik göstəriciləri 2004 /Azərbaycan Respublikası Dövlət Statistika 
Komitəsi.- B.: Səda, 2004.- 801s. 
    Məcmuə Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin bazar iqtisadiyyatına keçid 
şəraitində ölkənin iqtisadi, sosial və siyasi həyatında baş verən prosesləri  əks etdirən  illik nəşrdir. 
Məcmuənin birinci bölməsi “Əsas sosial- iqtisadi göstəricilər” adlanır (s. 33-57). 
 
256.
 
Əhmədov  Ə., Hacıyev M. Azərbaycanın iqtisadiyyatı /Azərbaycan Respublikası 
Mühəndislik Xeyriyyə Cəmiyyəti; Red.: E. Cəfərov.- B.: Səda, 2004.- 177s. 
    Dərslikdə Azərbaycan iqtisadiyyatının bölmələr üzrə konkret iqtisadi göstəriciləri verilməklə 
yanaşı, mövcud sosial-iqtisadi problemlərin həlli strategiyası  və taktikası  təklif olunur. Vəsaitdə 
Azərbaycan iqtisadiyyatının, onun ayrı-ayrı sahələrinin, firma və müəssisələrinin inkişaf meylləri və 
perspektivləri də təhlil edilmişdir.     
257.
 
Rzayev Y. Bura Oğuzdur...: (Oğuz rayonu haqqında məlumat -informasiya kitabı ).- 
Mingəçevir,2004.- 155s.: şək. 
Kitabda rayonun tarixi, coğrafiyası, təbiəti, iqtisadiyyatı, mədəniyyəti, memarlıq abidələri,  
sənətkarları, yaşayış  məntəqələri və s. haqqında geniş  məlumat verilmişdir. “Oğuz rayonunun 
iqtisadi, sosial və  mədəni inkişafı haqqında məlumat” (s.63-82) kitabın V fəslində öz əksini 
tapmışdır. 
258.
 
Azərbaycanın statistik göstəriciləri 2005 /Azərbaycan Respublika Dövlət Statistika 
Komitəsi.- B.:Səda, 2005.- 868 s.: şək. 
Kitab Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin bazar iqtisadiyyatına keçid 
şəraitində ölkənin iqtisadi və sosial  həyatında baş verən prosesləri əks etdirən  dolğun illik nəşrdir. 
Burada  “Əsas sosial-iqtisadi göstəricilər” (s.34-40), “Əsas sosial-iqtisadi göstəricilərin indeksi” 
(s.40-41), “2004-cü ildə MDB ölkələri üzrə  əsas sosial-iqtisadi göstəricilər” ( s.42-44) bölmələri 
verilmişdir. 
259.
 
Ələkbərov  Ə. Azərbaycan dövlətinin sosial-iqtisadi inkişafında vahid büdcə sisteminin 
rolu/ Elmi red.: İqt. e. d., prof. Ş.M. Muradov.- B.: Elm, 2005.- 350s. cədv. 
     Kitabda  dövlət büdcəsinin tərtibi, təsdiqi və icrası mexanizmi, dövlət maliyyə  nəzarətinin 
formaları, dövlət büdcəsinin ölkənin sosial-iqtisadi və digər strateji proqram və problemlərinin 
həllində rolu və s. məsələlər haqqında məlumat verilmişdir. 
 
260.
 
Əlirzayev Ə. İslahatlar və sürətlənmə strategiyası şəraitində Azərbaycanın sosial-iqtisadi 
inkişaf problemləri: Təcrübə, meyllər və perspektiv istiqamətlər.- B.: Adiloğlu, 2005.- 537s. cədv. 
      Kitabda Azərbaycan iqtisadiyyatının mövcud vəziyyəti, onun meylləri, dinamikası və əsas 
inkişaf istiqamətlərinin konseptual əsasları  təhlil olunur, sürətləndirmə strategiyası baxımından 
keyfiyyətcə yeni tələblərə uyğun mexanizmlər və idarəetmə üsulları, ölkənin inkişaf layihəsi, 
qloballaşmanın, sosial-iqtisadi problemlərin həllinin inkişaf strategiyası göstərilmişdir. Kitabda 


“Regional inkişafın bazar münasibətləri şəraitində sürətləndirilməsinin əsas istiqamətləri”, “Regional 
sosial-iqtisadi inkişafın nəzəri-metodoloji  əsasları” , “Regional inkişafın dinamikası  və struktur 
təhlili” , “Sosial-iqtisadi inkişaf və sahibkarlığın regional problemləri” bölmələri verilmişdir.  
 
261.
 
Mingəçevir şəhərinin sosial-iqtisadi inkişafı proqramı: (2005-2010-cu və 2015-ci illər) / 
Mingəçevir Şəhər İcra Hakimiyyəti; Red.: İqt. e. n. L. Babayev.- B.: Çinar-Çap, 2005.-157 s. portr. 
 Proqramda  Mingəçevir  şəhərinin tarixi və iqtisadi-coğrafi xarakteristikası, sosial-iqtisadi 
durumu və ondan səmərəli istifadənin başlıca istiqamətləri, sənaye potensialı  və onun inkişaf 
perspektivlərindən bəhs olunur.  
 
262.
 
Şəki-Zaqatala bölgəsinin təbii dağıdıcı hadisələri  və regionun inkişafının ekocoğrafi 
problemləri elmi-praktik konfransı: 9-10iyun / AMEA akad. H. Ə. Əliyev ad. Coğrafiya İn-tu, Şəki 
şəhər İcra Hakimiyyəti, AMEA Şəki Regional Elmi Mərkəzi; Baş red.: akad. B. Budaqov, red.: iqt. e. 
d., prof. Q. Əbdülsəlimzadə, coğ. e. n. E. Əlizadə. –Şəki, 2005.- 108 s. 
263.
 
Azərbaycanın regionları / Azərb. Resp. Döv. Statistika Kom.- B.: Səda, 2006.- 713, [1] 
s., xəritə. 
    Məcmuədə Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramının 
(2004-2008) təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin fərmanı, (11 fevral 
2004-cü il,  (s.7) və Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı: 
(2004-2008-ci illər s. 8-22) verilmişdir. 
    Məcmuədə ölkənin hər bir rayonu ayri- ayrılıqda iqtisadi rayonlar üzrə quruplaşdırılaraq, 1999-cu 
ildə keçirilmiş Azərbaycan Respublikasının Milli Siyahıyaalınmasının mühüm göstəriciləri, sosial-
iqtisadi vəziyyəti xarakterizə edən statistik göstəricilər,  rayonların xəritəsi və  qısa coğrafi 
məlumatları  təqdim olunur. Təqdim olunan  məcmuədə göstəricilər  2000-ci ildən 2005-cü ilədək 
verilmişdir. 
 
264.
 
Gələcək 10 il: Azərbaycanda demokratik islahatların başlıca istiqamət və məqsədləri: 2-
cilddə / “ Azərbaycan naminə”  İctimai forum; Rus dilindəki məqalələri Azərb. dilinə  tərc. ed.: F. 
Musayev; Dil red.: Ə. Tahirzadə.- B.: Adiloğlu, 2006.- 2-ci c., 2006.- 351s., cədv.  
Kitab  İctimai Forumun təxminən iki il öncə icrasına başladığı “Gələcək  10 il: Azərbaycanda 
demokratik islahatların başlıca istiqamət və məqsədləri” adlı yeni layihənin məhsuludur. Məcmuədə 
layihə iştirakçıları müstəqilliyimizin ikinci on illiyində həyata kecirilməsi zəruri olan “islahat zərfi” 
ni topluya təqdim etmişlər. Bu məqsədlə keçən dövürdə 48 dəyirmi masa və yekun konfransı 
keçirilib. Kitabda həmin tədbirlərdə edilən məruzələr öz əksini tapmışdır.  
Məcmuədə  Əli Məsimovun “Azərbaycan regionlarının sosial-iqtisadi inkişafına dair Dövlət 
Proqramı: reallıq, prob-lemlər”, “Regional inkişafın dövlət tənzimlənməsinin  əsas istiqamətləri” (s. 
264-278) adlı məruzəsi də verilmişdir.  
  
265.
 
İmanov Ə. Regionların inkişafının proqnozlaş-dırılması: (Dərs vəsaiti) /Red.: i. e. n., dos. 
M. Məmmədov: Az. Döv. İqt. Un-ti.- B., 2006.- 201s.  
 Kitabda regionların sosial-iqtisadi inkişafının Proqramı əsasında  bazar iqtisadiyyatı şəraitində 
ərazilərin inkişafında tələbin proqnozlaşdırılması şərtləri haqqında geniş məlumat verilmişdir. 
 
266.
 
Regionların sosial-iqtisadi inkişafı: (2004-2008-ci illər) /Azərbaycan Respublika Dövlət 
Statistika Komitəsi.- B., 2006- aprel. -416s. 
     Məcmuədə Azərbaycan Respublikası regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının 
(2004-2008) təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı, Dövlət 
Proqramının bəndləri üzrə  tədbirlərin sayı, Azərbaycan Respublikası regionların sosial-iqtisadi 
inkişafı Dövlət Proqramının (2004-2008-ci illər) yerinə yetirilməsinin istiqamətləri, Azərbaycan 
Respublikasında makroiqtisadi sabitliyin və davamlı inkişafın təmin edilməsi (iqtisadi rayonlar üzrə), 
rayonların sosial- iqtisadi inkişafının sürətləndirilməsinə dair qəbul olunmuş  tədbirlər planları  
verilmişdir. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə