61
Partiyası) ekolojinin əhəmiyyətli dəyərləri sırasında təsdiq edilir. Mənəvi
mənbələr sırasında qeyri-zorakı hərəkatlar Qandi və Martin Lüter Kinq
Jr. -ın adı ilə əlaqələndirilirdi (Kelli 1989). Qeyri-müəyyən siyasətdə
Yaşıllar Partiyaları mükəməllik nümunəsi kimi təcrübədən keçirilib
bütün dünyaya yayılmasına baxmayaraq , innovasiyalı sosial hərəkat -
seçkili partiyası tərəfindən qoyulmuş zor işlətməkdən imtinanın əsasları
əhəmiyyətli siyasi şəraiti təmin edir. Birləşmiş Ştatların Pasifisti
Partiyası 1983-cü ildə, 1996 və 2000 ci illərdə prezident seçkilərində
namizəd olmuş Litl Bredford tərəfindən, mənəvi, elmi, humanist
prinsipləri əsasında yaradılmış, Amerika cəmiyyətini qeyri-zorakılığa
doğru dəyişməsində və onun dünyada tutduğu mövqedə maraqlı idi.
Hindistanda, Sarvodaya Partiyasının əsası T.K.N
Unnithan ilə başqaları tərəfindən qoyularaq hamının rifahı naminə
sosial inkişaf üçün Qandian modelini irəli sürüb seçkili arenaya daxil
olur. Qandiyə məxsus siyasətdən kənarda qalmaq ənənəsini pozmağına
aydınlıq gətirərək Sarvodaya Partiyası bunu belə izah edir: "Hakimiyyət
xarakterinə görə neytraldır, o yalnız korlanmış adamların əllərində
olanda korlanır". Qandinin zor işlətməkdən imtinası ilə ruhlandırılan
unikal Millətlərarası Radikal Partiyası 1988-ci ildə İtaliyanın Partito
Radikalından qlobal səviyyədə meydana çıxmışdır. Onun məqsədi
Birləşmiş Millətlər Təşkilatına qeyri-zorakı təsiri göstərmək üçün
beynəlxalq səviyyədə istisna olmaqla işləməkdir; məsələn, hərbi
cinayətkarların edamının ümumdünya olaraq aradan qaldırılması, hərbi
cinayətkarlıqdan vicdanla etirazın tanınması və məhkəmə təqibi. Partiya
milli seçkilərə narazılıq bildirmir; üzvlər istənilən partiyada ikili üzvlük
tuta bilər; və ikili üzv dövlətlərdə adambaşına ümumi milli məhsulda bir
faiz mütənasib bölüşdürülür. Qandinin obrazı altında partiya belə elan
edir: "Millətlərarası qanun və zor işlətməkdən imtina daha yaxşı dünya-
tikmək-üçün-ən-effektiv-və-radikal-yollardırlar."
İqtisadi təşkilatlar
Qeyri-öldürücü prinsiplərini tərənnüm edən xüsusi əhəmiyyətli
iqtisadi təşkilatlar hərbi sənayelərə sərmayə qoymayan kapitalist ortaq
səhm fonduna malikdirlər (Sülh Dünyası Fondu); Qandinin və Kingin
zordan imtinasından ruhlanan həmkarlar ittifaqı (Cesar Çeyvz, Dolores
62
Hyuerta və başqaları tərəfindən əsası qoyulan Amerikanın Kənd
Təsərrüfatı İşçiləri Birliyi); və qeyri-zorakı Buddist prinsiplərinə
əsaslanan Şri Lanka hərtərəfli inkişaf cəmiyyət proqramı (Sarvodaya
Şramadana Sangamaya, A.T. Ariyaratnenin başçılığı ilə).
Uğurlarının məhdudluğuna baxmayaraq, Qandinin "qayğıpərəst"
nəzəriyyəsi və Vinoba Bhave (1994) ilə Jayaprakash Narayan (1978)-in
başçılığı ilə aparılan Hindistanın bhoodan (torpaq hədiyyəsi) hərəkatının
təcrübəsindəki torpaqsıza torpağı verməyin nümayişi kifayət qədər
olmayan resursların da bölünə bilməsinin qeyri-öldürücülər üçün
ağlagəlməz olmamasını göstərmişdir. Xeyriyyəçi fondlar cəmiyyətdə
Qeyri-öldürücü xidmətini dəstəkləyir: Qandi Fondu (London), Savodaya
Beynəlxalq İnamı (Banqalor) və A.J. Muste İnstitutu (Nyu York).
Maarifləndirici təşkilatlar
İnsanın rifahına xidmət edən çoxsahəli Qeyri-öldürücü tərbiyyəsi
abu-havasının bütün universitetdə əsasının qoyulmasının mümkünlüyü
Hindistanda-Tamil Nadda, Qandidən ilhamlanmış pedaqoq doktor G.
Ramachandran (1903, 1995), Qandigram Kənd İnstitutunun (Sayılan
Universitet) banisi tərəfindən vəsiyyət edilmişdir. Otuz yaxın kəndi əhatə
edən Universitetin xidmət göstərdiyi vacib təmayüllərindən bəziləri
bunlardır: (1)nizam-intizam təlimlərinin kombinasiyası və cəmiyyətdə
tətbiqləri; siyasət elmi və kənd qərarlarının qəbul edilməsi, fizika və
radio təmiri, biologiya və təmizkarlıq, incəsənət və uşaq yaradıcılığının
inkişafı, (2) ali təhsili bitirən tələbəhərin hər birindən problemlərin həll
edilməsi tezislərinin tələb edilməsi, (3) üç dilli təhsil sistemi yerli
ehtiyacları ödəyən Tamil dili, milli inteqrasiya üçün Hindi dili və
dünyada pəncərə kimi İngilis dili və (4) universitet şəhərciyi xidmətləri
üçün işçi qüvvəsi olaraq hamına məsuliyyətlər müəyyən edərək əlavə
məsələn, qapıçılar, xidmətçilər, mühafizəçilər və aşpazlarsız keçinmək.
Ramachandranın töhfəsinin fərqliliyi hərbi təlim tədrisinə alternativ
olan Şanti Sena (Sülh Bölməsi) Qeyri-öldürücü ali təhsilinin bu
Universitet çərçivəsində yaradılması idi və bu tədris növünün dinamik
baş təşkilatçısı humanitar elmlər professoru N. Radhakrishnan (1992;
1997) oldu . 1958-1988 illər ərzində Şanti Sena beş min könüllü gənc
kişi və qadını "sülh üçün işləmək və mənim həyatımı buna uyğun
63
quraşdırmağa hazıram" intizamına öyrətdi. Ruhani, fiziki, intellektual, və
təşkilatçılıq təlimlərini kombinasiya edərək, Şanti Senaı cəmiyyətin
tələbələrinə uyğun olaraq konfliktlərin həlli yollarını, təhlükəsizlik
funksiyalarını, fəlakət zamanı köməyi və kooperativ sosial təminatı
öyrənmiş tələbələrdən mütəxəssislər hazırladı. Yanaşma həmişə kənd
sakinləri ilə əməkdaşlıq edərək uşaqlara qayğı, xalq incəsənəti ənənələri,
uşaqların sosial təminatı, gigiyenik təmizlik, yaşayış yerinin saxlanılması
kimi şeyləri yaxşılaşdırmaq idi. 1970-ci illərin ortalarında Hindistanda
bəzi şəhər universitetləri sıxıntılar keçirərkən Qandigram-ın ətrafında
olan kənd sakinləri Kənd İnstitutunun Sayılan Universitet statusuna
yüksəlməsini qeyd etmək üçün festivallar keçirdi. Şanti Sena universitet
şəhərciyi təhlükəsizliyi üçün məsuliyyəti öz üzərinə götürdü. Hətta
Hindistan Baş nazirləri Nehru, Qandi və başqa əyanlar tərəfindən
ziyarətlər zamanı heç bir silahlandırılmış polisə universitet şəhərciyində
icazə verilmədi.
Təlim müəssisələri
Sosial dəyişiklik üçün qətldən imtinanı təlimini təmin edən , konflikt
zona müdaxilələri, sosial müdafiəsi və başqa məqsədli müəssisələr
sürətlə meydana çıxır. Təcrübəli məşqçilərə milli sərhədlər boyu və
çərçivəsində getdikcə daha çox böyük tələbat yaranır və onlar problemin
həllinin Qeyri-öldürücü metodları ilə zorakı vasitələri əvəz etməklə insan
qabiliyyətinə inamın artmasına öz töhfəsini verir. Bir neçə təşkilatlar və
görkəmli məşqçiləri qeyd edək (Beer 1994): Zor işlətməkdən İmtina
Məktəbi (N. Radhakrişnan) G. Ramaçandran, Sülhün Beynəlxalq
Briqadaları (Narayan Desay), Zor işlətməkdən imtina Florida Martin
Lüter Kinq Jr. İnstitutu ilə La-Fayette & Asosiasiyaları (Jr.Bernard
LaFeyette, Sr.Çarlz L. Alphin, , və Devid Jehnsen), Beynəlxalq Barışıq
Yoldaşlığı (Hildegaard Qoss Mayr və Riçard Deats), Tədris Mərkəzi
Simpoziumları (Corc Lakey), Beynəlxalq Hərbi Partizanlar, (Hovard
Klark), Zor işlətməkdən imtinanın Tədqiqatı üçün Fələstin Mərkəzi
(Mubarak Awad), Beynəlxalq Zor işlətməkdən imtina (Maykl Beer),
Servisio Paz y Jastisia (Adolfo Peres Esquivel), Beynəlxalq Məşğul
Buddistlərin Şəbəkəsi (Yeshua Moser Puangsuwan) və
TRANSSEND
(Johan Qaltung).
Dostları ilə paylaş: |