ANA VƏ CƏMİYYƏT ÜÇÜN
FAYDALAR
• Menopauzanın əvvəlində süd vəzi və
yumurtalıq xərçənginə tutulma riskini azaldır.
• Erkən əmizdirmə uşaqlığın sıxılaraq
tez kiçilməsinə, ciftin doğulmasına və
qanaxmanın azalmasına yardım edir.
• Hamiləlikdən əvvəlki çəkiyə qayıtmaqda və
5-6 ildən sonra bədən çəkisi əmsalını azalt-
maqda anaya yardım edir.
• Yenidən hamilə olmağı yubada bilər.
• Ailənin qida və səhiyyə xidmətləri ilə bağlı
xərclərini azaldır.
• Körpə və ana xəstəliklərinin azalması
səbəbindən işdə zəif davamiyyət hallarını
azaldır.
MƏNİ SAĞLAM GÖRMƏK
İSTƏYİRSƏNSƏ ANA SÜDÜ
İLƏ QİDALANDIR!
SAĞLAM KÖRPƏ SİZDƏN
BAŞLAYIR!
Körpənin ana südü ilə qidalandırılması ananın
körpəyə verə biləcəyi ən ali nemətlərdən biridir.
Ana südü ilə qidalandırma körpənin sağlamlığı
üçün çox faydalıdır və anaya öz körpəsi ilə sıx
təmasda olmağa yardım edir.
Körpəni doğulduğu andan ana
südü ilə qidalandırmağımın nə
faydası var?
Yeni doğulmuş körpənizi doğulduqdan sonrakı ilk
dörd saat ərzində ana südü ilə qidalandırın.
Ana südünün tərkibində olan ağız südü
körpənizin immun sistemini möhkəmləndirir.
6 AYLIQ
Körpənizi altı ayına qədər yalnız ana südü ilə
qidalandırın.
2+ YAŞDA
Altı aydan sonra körpənizə yumşaq, vitaminlərlə
zəngin qidalar yedirdin və ən azı iki yaşadək onu
ana südü ilə qidalandırmağa davam edin.
NARAHAT OLMAYIN....
Körpəmin kifayət qədər süd qəbul etdiyinə
necə əmin ola bilərəm?
Yeni doğulmuş körpələrin əksəriyyətinin hər 2
saatdan bir yemək istədiyindən, onu acdığı za-
man qidalandırın. Körpənizin sağlam olduğuna
və müvafiq qaydada inkişaf etdiyinə əmin olmaq
üçün onun çəkisini hər ay səhiyyə mərkəzində
yoxladın.
Körpəni ana südü ilə qidalandırmaq
ağrılıdırmı?
Başlanğıcda müəyyən dərəcədə həssaslıq
müşahidə oluna bilər, lakin günlər keçdikcə, bu,
tədricən yox olur. Əgər bir neçə gündən sonra da
ağrılar davam edirsə, mamaça və ya həkiminizə
müraciət edin.
Mən harasa getmək üçün uşağı evdə qoymalı
olduğum halda nə etməliyəm?
Siz südünüzü əl və ya xüsusi sorucu vasitə ilə
sağa bilərsiniz. Əvvəlcə əllərinizi yumağı yad-
dan çıxarmayın. Südü soyuducuda steril əmzik
şüşəsində 24 saat ərzində saxlaya bilərsiniz.
Əmzik şüşəsindən istifadə etmək üçün körpənizin
ən azı bir aylıq olmasını gözləyin.
Körpəmi ana südü ilə qidalandırdığım dövr
ərzində qəbul etdiyim qida ilə bağlı nəyi
bilməliyəm?
Bəli, körpələrini ana südü ilə qidalandıran analar
adi hal ilə müqayisədə daha çox maye və meyvə,
tərəvəz, dənli bitkilər, ət və süd məhsulları kimi
bəsləyici qidaları qəbul etməlidir. Adi qaydada
3 dəfə qəbul etdiyiniz qidadan əlavə gündə 2-3
dəfə bəsləyici məhsullardan ibarət qəlyanaltı edin.